
Vərəsəlik hüququ ilə bağlı qanunvericiliyin ətraflı izahı
1. Vərəsəlik hüququ

Vərəsəlik hüququ Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ən çətin və çoxşaxəli sahələrindən biridir. Bu səbəbdən də Mülki Məcəllənin tam bir bölməsi – 10-cu bölməsi – məhz bu hüquq sahəsinə həsr edilmişdir.
Məcəlləyə əsasən, vərəsəlik – vəfat etmiş şəxsin (miras qoyanın) əmlakının digər şəxslərə (vərəsələrə) keçməsini nəzərdə tutur. Əmlakın vərəsələrə keçməsi iki əsas – qanun üzrə və vəsiyyət üzrə, bəzən isə hər ikisinin birgə tətbiqi ilə mümkündür.
Əgər miras qoyan vəsiyyət tərtib etməyibsə, yaxud yazılmış vəsiyyət tamamilə və ya qismən etibarsız sayılıbsa, bu zaman miras qanunvericiliklə müəyyən olunmuş şəxslərə – yəni qanun üzrə vərəsələrə – keçir.
2. Vərəsəlik nədir?

Vərəsəlik hüququnda ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
3. Vərəsə kimlər sayılır?

Qanun üzrə vərəsəlik hüququnda vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.
4. Qanuni vərəsə

Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik hüququ, vərəsəlik zamanı miras ilk növbədə ölənin uşaqları, ölümündən sonra doğulan uşağı, həyat yoldaşı və valideynləri arasında bölünür. Övladlığa götürülən və onun övladları da doğma övlad kimi vərəsə sayılır.
Əgər valideynlər sağ deyilsə, ölənin nəvələri və nəticələri onların payını miras alır. Amma əgər valideyn mirasdan imtina edibsə, uşaqları vərəsə ola bilməz.
Övladlığa götürənin qohumları da övladlığa götürülənin qohumları kimi vərəsə sayılır. Lakin övladlığa götürülənin ölümündən sonra onun doğma valideynləri və qohumları vərəsə olmur.
2-ci növbədə miras bacı və qardaşlara, onlar yoxdursa, onların övladlarına keçir. 3-cü növbədə miras baba, nənə və onların valideynlərinə düşür, əgər baba və nənə həyatda deyilsə. 4-cü növbədə miras ölənin xalalarına, bibisinə, dayısına və əmilərinə keçir. 5-ci növbədə isə miras xala, bibi, dayı və əmi uşaqlarına düşür. Əgər onlar da həyatda deyillərsə, onların uşaqları vərəsə sayılır.
Qanun üzrə vərəsəlik hüququnda vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
5. Vərəsəlik işinin açılması

Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır.
Şəxs vəfat etdiyi halda vərəsələr şəhadətnaməni əldə etmək üçün vəfat edən şəxsin sonuncu qeydiyyat yeri üzrə müvafiq notariat ofislərinədən birinə müraciət etməlidirlər. Əvvəlki qaydaya görə, mirasın qəbulu üçün notariat ofisinə yaxınlaşmaqla bağlı konkret müddət – 6 ay nəzərdə tutulmuşdu. Lakin Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı qəbul edildikdən sonra hər hansı bir gündə miras qoyanın ölümü nəticəsində yaranan vərəsəlik münasibətləri ilə bağlı artıq müddət tələbi yoxdur.
Bu o deməkdir ki, miras qoyan şəxs 26.12.2023-cü il tarixində və ya ondan sonrakı hər hansı bir gündə vəfat edibsə, şəxsin vəfat tarixindən sonra istənilən zaman şəhadətnamələr üçün müraciət oluna bilər. Həmçinin, bu qayda 26 dekabr 2023-cü ildən əvvəl yaranmış, hal-hazırda məhkəmədə baxılan vərəsəlik münasibətlərinə də şamil olunur.
Vərəsəlik hüququnda vərəsəlik işinin açılması üçün vəfat edən şəxsin qohumları bununla bağlı notariat kontoruna müraciət etməlidir. Bu zaman vərəsəlik işi açılır və varislərin dairəsi müəyyən edilir. Əgər vəfat edənin hər hansı bir öhdəliyi varsa mirası qəbul etmiş şəxslər həmin öhdəliyi də üzərlərinə götürürlər.
6. Vərəsəlik hüququ mülki məcəllə

Mülki Məcəllədə vərəsəlik hüququ geniş şəkildə tənzimlənmişdir. Xüsusilə Məcəllənin X bölməsi (1133-1325-ci maddələr) tam olaraq bu hüquq sahəsinə həsr olunmuşdur. Mülki Məcəlləyə əsasən, vərəsəlik hüququnda vərəsəlik– vəfat etmiş şəxsin əmlakının onun vərəsələrinə keçməsi ilə bağlı hüquqi münasibətləri əhatə edir. Bu hüquq münasibətləri qanun və ya vəsiyyət əsasında formalaşır.
Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən:
- Qanun üzrə vərəsəlik yalnız o halda tətbiq olunur ki, miras qoyan heç bir vəsiyyət tərtib etməmiş və ya mövcud vəsiyyət etibarsız sayılmış olsun;
- Vəsiyyət üzrə vərəsəlik isə miras qoyanın sağlığında öz əmlakının kimə və necə keçəcəyini iradə etməsi ilə həyata keçirilir;
- Həmçinin, bəzi hallarda qanun və vəsiyyət birlikdə tətbiq oluna bilər (məsələn, mirasın bir hissəsi vəsiyyətlə, digər hissəsi isə qanun üzrə bölüşdürülür).
Mülki Məcəllədə vərəsəlik hüququ bölməsində vərəsələrin dairəsi, onların ardıcıllığı, vərəsəlikdən imtina qaydaları, miras əmlakının idarə olunması və digər əhəmiyyətli məsələlər hüquqi əsaslarla müəyyən edilmişdir.
7. Konstitusiya məhkəməsinin qərarı vərəsəlik

Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021-ci il tarixli Qərarına əsasən qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir və vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər.
Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən vərəsə mirasdan 3 ay ərzində notariat qaydasında imtina etməzsə, mirası qəbul etmiş hesab ediləcəkdir.
Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli Qərarına əsasən mirasda məcburi pay qanun üzrə vərəsəliyin toxunulmaz hissəsini təşkil etməklə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) məcburi miras payıdır. Mirasdan məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir və məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir.
Həmçinin, Konstitusiya Məhkəməsinin 19 fevral 2021-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin mirasda məcburi pay anlayışını nəzərdə tutan 1193-cü maddəsində “vəsiyyət edənin uşaqlarının, valideynlərinin” müddəası övladlığa götürülənləri və övladlığa götürənləri də ehtiva edir.
Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarına əsasən Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
Habelə, Mülki Məcəllənin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.
8. Vərəsəlik pay almaq online

Asan.gov.az və ya dxr.az saytına (dövlət xidmətləri portalı) daxil olaraq zəruri sənədlərin siyahısı, iştirak etməli olan şəxslərin siyahısı və ödənilməli olan dövlət rüsumu məbləğini öyrənərək müraciət edə bilər və vərəsəlik hüququ haqqında şəhadətnamələrinizi ala bilərsiniz.
9. Ata mülkünün bölünməsi

Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
Mülki Məcəllənin 1159-cu maddəsində beş növbə vərəsəlik nəzərdə tutulmuşdur ki, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
Vərəsəlik hüququnda vəsiyyət üzrə vərəsəlik zamanı isə miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Lakin nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı prinsipi mütləq xarakter daşımır. Belə ki, mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və vəsiyyət etmək azadlığı məcburi vərəsələr institutu ilə məhdudlaşdırılmışdır.
Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli Qərarına əsasən mirasda məcburi pay qanun üzrə vərəsəliyin toxunulmaz hissəsini təşkil etməklə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) məcburi miras payıdır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
10. Mirasda məcburi pay

Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
Habelə, Mülki Məcəllənin 1159.1.5-ci maddəsinə əsasən övladlığa götürənlər və övladlığa götürülənlər də birinci növbəli vərəsələr sırasında daxildir və onların da mirasdan məcburi pay hüququ vardır.
11. Məcburi pay konstitusiya məhkəməsi

Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli Qərarına əsasən Mülki Məcəlləsinin 1193-cü maddəsi ilə müəyyən edilənmirasda məcburi pay qanun üzrə vərəsəliyin toxunulmaz hissəsini təşkil etməklə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) məcburi miras payıdır. Mirasdan məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir və məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir.
Həmçinin, Konstitusiya Məhkəməsinin 19 fevral 2021-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin mirasda məcburi pay anlayışını nəzərdə tutan 1193-cü maddəsində “vəsiyyət edənin uşaqlarının, valideynlərinin” müddəası övladlığa götürülənləri və övladlığa götürənləri də ehtiva edir.
12. Məcburi pay almaq hüququndan məhrumetmə

Mülki Məcəllənin 1203-cü maddəsinə görə məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.
Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir.
Belə ki, vəsiyyət edənin vəsiyyətnamədə məcburi pay almaq hüququ olan vərəsəni tamamilə vərəsəlik hüququndan (mirasdan) məhrum etməsi şəxsi mirasdan məcburi pay almaq hüququndan məhrum etmir. Çünki vərəsə məcburi pay almaq hüququndan vəsiyyətnamə ilə deyil, Mülki Məcəllənin 1203-cü maddəsinə əsasən miras qoyanın hələ öz sağlığında iddiası ilə məhkəmə tərəfindən məhrum edilə bilər.
13. Vərəsəlikdə məcburi pay

Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır.
Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Habelə, Mülki Məcəllənin 1159.1.5-ci maddəsinə əsasən övladlığa götürənlər və övladlığa götürülənlər də birinci növbəli vərəsələr sırasında daxildir və onların da mirasdan məcburi pay hüququ vardır.
14. Mirasdan məcburi pay

Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi payı tələb etmək hüququ isə mirasın açıldığı an əmələ gəlir.
15. Vərəsəlik üçün lazım olan sənədlər və dövlət rüsumu

Qanun üzrə vərəsəlik hüququnda vərəsəlik şəhadətnaməsi alınarkən aşağıdakı sənədlər tələb olunur:
- miras qoyanın ölüm haqqında şəhadətnaməsi;
- miras qoyanın yaşayış yeri haqqında mənzil-istismar sahələrinin verdiyi arayış, yaşayış yeri məlum olmadıqda miras əmlakın və ya onun əsas hissəsinin olduğu barədə sənəd;
- vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənədlər (məsələn, nikah haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamə və s.) və ya qohumluq münasibətləri məhkəmə qaydasında təsdiqini tapmışdırsa, bununla bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı;
- vərəsələrin mirası qəbul etməsi, ondan imtina olunması və ya vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizələri ( Şəxs mirası qəbul etməsi və ya ondan imtina etməsi barədə ərizə yazmalı və bu ərizə notarial qaydada təsdiq edilməlidir);
- miras qoyulan əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd (Miras əmlak daşınmazdırsa, onun çıxarışı – “kupça”, nəqliyyat vasitəsidirsə, dövlət qeydiyyat şəhadətnaməsi);
- miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, onun üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Хidmətinin vеrdiyi arayış (Sadə dillə desək, bu, “Forma-1” arayışıdır. Həmin arayışın alınması üçün Asan Xidmət mərkəzinə müraciət edə bilərsiniz, bu halda ödəniləcək dövlət rüsumunun məbləği 10 manat, xidmət haqqının məbləği isə 20 manat nəzərdə tutulmuşdur).
Qanun üzrə vərəsələrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu 25 manat məbləğindədir.
Vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinə gəldikdə isə, əgər mərhum şəxslə qanun üzrə vərəsəlikdə müəyyən edilmiş 5 növbədən hər hansı birinə aid qohumluq münasibətiniz olmuşdursa (vəfat edənin övladı, arvadı, bacısı, xalası və s. hesab olunursunuzsa), 25 manat dövlət rüsumu ödəməlisiniz.Qalan şəxslərə isə vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi verilərkən 50 manat dövlət rüsumu tutulur.
16. Övladlar arasında əmlak bölgüsü

Mülki Məcəllənin 1159-cu maddəsində beş növbə üzrə vərəsəlik nəzərdə tutulmuşdur ki, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir.
Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Övladlar arasında əmlak bölgüsü bərabər paylar əsasında həyata keçirilir. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər.
Vəsiyyət edən vəsiyyətnamə tərtib edərək mirası digər şəxsə vəsiyyət etsə belə, məcburi pay almaq hüququna malik olan şəxslər, yəni vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) məcburi pay hüququ vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
17. Mirasın qəbul edilməsi

Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
Həmçinin, vərəsə mirasın bir hissəsinə faktik sahiblik etməyə başladıqda mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq mirası tamamilə qəbul etmiş hesab edilir.
18. Mirasın qəbulu müddəti

Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən vərəsə mirasdan 3 ay ərzində notariat qaydasında imtina etməzsə, mirası qəbul etmiş hesab ediləcəkdir.
Halbuki əvvəlki qaydaya görə, mirasın qəbulu üçün notariat ofisinə yaxınlaşmaqla bağlı konkret müddət – 6 ay nəzərdə tutulmuşdu. Lakin Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı qəbul edildikdən sonra hər hansı bir gündə miras qoyanın ölümü nəticəsində yaranan vərəsəlik münasibətləri ilə bağlı artıq müddət tələbi yoxdur.
Bu o deməkdir ki, miras qoyan şəxs 26.12.2023-cü il tarixində və ya ondan sonrakı hər hansı bir gündə vəfat edibsə, şəxsin vəfat tarixindən sonra istənilən zaman şəhadətnamələr üçün müraciət oluna bilər. Həmçinin, bu qayda 26 dekabr 2023-cü ildən əvvəl yaranmış, hal-hazırda məhkəmədə baxılan vərəsəlik münasibətlərinə də şamil olunur.
19. Atadan qalan miras

Belə ki, ata mülkünün bölünməsi zamanı ailə və əmlak münasibətlərinə əsasən mirasın 50 faizi arvadın birgə mülkiyyətdəki payı hesab olunur. Yerdə qalan 50 faiz isə yenidən arvad və övladlar arasında bərabər qaydada bölünür.
20. Vərəsəlik 6 ay

Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Mülki Məcəllənin 1246-cı maddəsi qüvvədən düşmüş hesab edildiyindən “Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.” Müddəası da qüvvədən düşmüşdür. Belə ki, əvvəlki qaydaya görə, mirasın qəbulu üçün notariat ofisinə yaxınlaşmaqla bağlı konkret müddət – 6 ay nəzərdə tutulmuşdu.
Lakin Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı qəbul edildikdən sonra hər hansı bir gündə miras qoyanın ölümü nəticəsində yaranan vərəsəlik münasibətləri ilə bağlı artıq müddət tələbi yoxdur. Bu o deməkdir ki, miras qoyan şəxs 26.12.2023-cü il tarixində və ya ondan sonrakı hər hansı bir gündə vəfat edibsə, şəxsin vəfat tarixindən sonra istənilən zaman şəhadətnamələr üçün müraciət oluna bilər.
Nəzərinizə çatdıraq ki, vərəsə mirasdan 3 ay ərzində notariat qaydasında imtina etməzsə, mirası qəbul etmiş hesab edilir.
21. Ata evindən pay almaq

Mülki Məcəllənin 1159-cu maddəsində beş növbə vərəsəlik nəzərdə tutulmuşdur ki, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir.
Qanun üzrə vərəsəlik hüququ zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
Vərəsəlik hüququnda vəsiyyət üzrə vərəsəlik zamanı isə miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Lakin nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı prinsipi mütləq xarakter daşımır. Belə ki, mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və vəsiyyət etmək azadlığı məcburi vərəsələr institutu ilə məhdudlaşdırılmışdır.
Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli Qərarına əsasən mirasda məcburi pay qanun üzrə vərəsəliyin toxunulmaz hissəsini təşkil etməklə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) məcburi miras payıdır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
22. Vəsiyyətnamə necə yazılır?

Vəsiyyətnamə – fiziki şəxsin vəfat etdiyi halda ona məxsus olan əmlak barəsində qanunla müəyyən olunmuş yazılı formada tərtib etdiyi xüsusi sərəncamdır.
Mülki Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.Vəsiyyətnamə mütləq yazılı şəkildə tərtib olunmalıdır. Onu iki cür yazmaq olar: notarius tərəfindən təsdiq edilən formada və ya sadə yazılı şəkildə.
Notariat qaydasında yazılan vəsiyyətnamə o deməkdir ki, vəsiyyəti yazan şəxs onu özü imzalayır və notarius bu sənədi təsdiqləyir. Əgər notarius yoxdursa, məsələn, kənd yerlərində, o zaman bu işi yerli icra hakimiyyəti orqanları görə bilər.
Əgər vəsiyyəti yazan şəxs xəstəlik və ya başqa səbəbdən imza ata bilmirsə, onun xahişi ilə başqa bir adam sənədi imzalaya bilər. Lakin bu zaman sənəddə nə üçün vəsiyyəti yazan şəxsin özü imzalaya bilmədiyi açıq şəkildə yazılmalıdır.
Qeyd etmək lazımdır ki, vəsiyyətnaməni yalnız vəsiyyət edən adamın özü tərtib edə bilər. Onun əvəzinə başqa heç kim vəsiyyət yaza bilməz. Vəkil və ya başqa nümayəndə bu işi görə bilməz.
Habelə, Mülki Məcəllənin 1186-cı maddəsi ev vəsiyyətnaməsi adlanır. Həmin normaya əsasən vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. Vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı vəsiyyətnaməni zərfə qoyub bağlayaraq üç şəxsin yanında notariusa və ya Azərbaycan Respublikası konsulluqlarının vəzifəli şəxslərinə verə bilər.
23. Ləyaqətsiz vərəsə

Mülki Məcəllənin 1137-ci maddəsinə əsasən əgər bir şəxs miras qoyanın son iradəsini yerinə yetirməyə qəsdən mane olarsa və ya bu yolla özünün və ya yaxınlarının miras almasına və ya payını artırmasına çalışarsa, o şəxs ləyaqətsiz vərəsə sayılır. Həmçinin, vəsiyyət edənin istəyinə qarşı bilərəkdən cinayət və ya nalayiq hərəkət edən şəxs də ləyaqətsiz vərəsə hesab olunur.
Belə şəxslər nə qanunla, nə də vəsiyyətlə miras ala bilməzlər. Amma bu halın baş verdiyi yalnız o zaman nəzərə alınır ki, məhkəmə bu faktı təsdiq etsin.
Əgər şəxs mirası aldıqdan sonra məhkəmə tərəfindən ləyaqətsiz vərəsə sayılarsa, vərəsəlik üzrə aldıqlarının hamısını bəhərlər və gəlirlər ilə birlikdə qaytarmağa borcludur.
24. Həyat yoldaşı öldükdə ev arvadının adına necə keçir?

Vərəsəlik hüququnsa ata mülkünün bölünməsi zamanı ailə və əmlak münasibətlərinə əsasən mirasın 50 faizi arvadın birgə mülkiyyətdəki payı hesab olunur. Yerdə qalan 50 faiz isə yenidən arvad və övladlar arasında bərabər qaydada bölünür.
25. Vərəsəlikdən imtina

Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1257-ci maddəyə əsasən isə hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir.
Habelə, Mülki Məcəllənin 1267-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. 1268-ci maddəyə görə isə, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.
26. Vərəsəlikdən imtina ərizəsi

Vərəsə hüququnda vərəsə istədiyi halda mirasdan imtina edə bilər. Bunun üçün o, notariat kontoruna yazılı ərizə təqdim etməlidir. Ərizə başqa notariatda da imzalanıb, təsdiq olunaraq göndərilə bilər. İmtinanın tarixi ərizənin imzasının təsdiq olunduğu gün sayılır.
Vərəsə hüququnda mirasdan yalnız qanuni vərəsələr, vəsiyyətdə göstərilən şəxslər və ya dövlətin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsələrə, məhkəmə qərarı ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxslərə və ya ümumiyyətlə vərəsələr siyahısına daxil olmayan şəxslərin xeyrinə mirasdan imtina qanunla qadağandır.
Həmçinin, Mülki Məcəllənin 1267-ci maddəsinə əsasən vərəsəlik hüququ üçün vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. 1268-ci maddəyə görə isə, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.
27. Vərəsəliklə bağlı mübahisələr
Vərəsəlik hüququ ilə bağlı mübahisələrin həlli üçün bizə müraciət edə bilərsiniz.
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın