Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Mülki huquq

Kupça almaq üçün nə etmək lazımdır? – 2025

1. Kupça nədir?

Kupça elə çıxarış deməkdir. Sadəcə kupça xalq arasında daha çox işlədilən və bilinən alınma sözdür. Kupça almaq üçün lazım olan sənədlər və rüsumlar barədə ətraflı izah verəcəyik. Çıxarış mülkiyyət hüququnu tam təsdiq edən rəsmi sənəddir. Daşınmaz əmlakın hüquqi sahibliyini təsdiq etmək və onun satışı, bağışlanması və ya irsə keçməsi üçün bu sənəd mütləq olmalıdır.

2. Kupça almaq üçün hansı sənədlər lazımdır?

Kupça almaq üçün aşağıdakı sənədlər lazımdır:

  • Alqı-satqı müqaviləsi – notarius tərəfindən təsdiq olunmuş və əmlakın satışını təsdiq edən sənəd.
  • Texniki pasport – əmlakın ölçü və xarakteristikalarını göstərən sənəd.
  • Torpaq mülkiyyət sənədləri – əgər əmlakın torpaq sahəsi varsa, həmin torpağın mülkiyyətini təsdiq edən sənədlər.
  • Tikinti icazəsi – əgər əmlak yeni tikilibsə və ya təmir olunubsa, bu icazə vacibdir.
  • Şəxsiyyət vəsiqəsi – mülkiyyətçinin şəxsiyyətini təsdiq edən sənəd.

3. Kupça almaq üçün müraciət qaydası

  • Müraciət etmək: İlk addım olaraq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmək lazımdır.
  • Sənədlərin təqdim edilməsi: Yuxarıda qeyd olunan sənədləri təqdim edərək əmlakın qeydiyyatı üçün müraciət etmək.
  • Rüsumun ödənilməsi: Qeydiyyat prosesinə başlamaq üçün tələb olunan dövlət rüsumlarını ödəmək. Bakı şəhərində daşınmaz əmlakın qeydiyyatı üçün rüsum 110 AZN. Regionlarda bu məbləğ 55 AZN təşkil edir. Əgər əmlakın yenidən qeydiyyatı (alqı-satqı və ya miras) tələb olunursa, əlavə rüsumlar da tətbiq oluna bilər.
  • Yoxlama və qeydiyyat: Dövlət orqanı təqdim olunan sənədləri yoxlayır, əmlakın qeydiyyata alınması prosesini həyata keçirir.

4. Bir evə 2 nəfər kupça ala bilərmi?

Bəli. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Paylar bəllidirsə bu zaman payçılar ayrı ayrılıqda (bölgü planı əsasında notariatda təsdiq etməklə) hər kəs öz adına çıxarış ala bilər.

5. Kupça almaq üçün rüsumlar

43172DE9 4FCD 4CEB 994E 6E5FA59A6965

Mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə elektron çıxarışın (kupçanın) verilməsi üçün dövlət rüsumunun məbləği 50 manat təşkil edir.

Mənzilə çıxarış (kupça):

• 10 iş gününə verildikdə 36 manat;

• 7 iş gününə verildikdə 54 manat;

• 3 iş gününə verildikdə 72 manat;

• 1 iş gününə verildikdə isə 108 manat xidmət haqqı ödənilməlidir.

Mənzilə dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün 75 manat dövlət rüsumunun ödənilməsi tələb olunur.

6. Bələdiyyə sənədi olan torpağa kupça almaq

Qeyd edək ki, əgər 2007-ci ilin dekabrın 1-ə kimi bələdiyyə qərarı ilə sizə torpaq sahəsi ayrılıbsa, həmin qərar əsasında torpaq sahəsi üçün çıxarış (kupça) ala bilərsiniz.

Lakin 2007-ci ildən sonra verilən bələdiyyə qərarının heç bir hüquqi əhəmiyyəti olmadığı üçün torpaq sahəsinə həmin qərar əsasında çıxarış ala bilməzsiniz.

Belə ki, 2007-ci ildən sonra torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyələr tərəfindən qərar qəbul edilməyib. Torpaq sahələrinin əldə olunması üçün siz torpaq hərracları və ya müsabiqələrində iştirak edib qalib olmalısınız.

2007-ci il dekabrın 1-ə kimi bələdiyyə sənədi ilə sizə ayrılan torpaq sahəsinə çıxarış almaq üçün Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin müvafiq ərazi idarəsinə müraciət etməlisiniz.

Əgər həmin qurum sizə çıxarış verməkdən imtina edərsə, imtina cavabını aldığınız gündən 30 gün ərzində İnzibati Məhkəməyə müraciət edə bilərsiniz.

7. Kupça verilməsindən imtina edilib. Nə edə bilərəm?

Kupça verilməsindən imtina edildikdə kupça almaq üçün siz cavabdeh dövlət qurumunun yerləşdiyi ərazi üzrə inzibati məhkəməyə müraciət edə bilərsiniz.

Çıxarışın verilməsindən əsassız imtina edilərsə, bu barədə qərarı rəsmi qaydada aldığınız vaxtdan 30 gün müddətində məhkəmədə iddia qaldırmaq hüququnuz var.

Belə ki, İnzibati Prosessual Məcəlləyə əsasən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb edə bilərsiniz. İnzibati məhkəməyə müraciət zamanı dövlət rüsumu nəzərdə tutulmur. Lakin müraciətin hüquqşünas və ya vəkil tərəfindən edilməsi daha məqsədə uyğun hesab olunur. Birinci instansiya məhkəməsinə müraciət zamanı bütün faktiki və hüquqi hallar ətraflı qeyd olunmalıdır. Əks halda iddianız təmin edilməyəcək və sonradan hüquqşünas və vəkillərə müraciət edən zaman əlavə xərclərlə üzləşəcəksiniz. Ona görə də, əvvəlcədən hüquqi yardım almaq tövsiyə olunur.

8. Kupça itərsə nə etmək olar?

Evin çıxarılışı (“kupça”) itdiyi təqdirdə, onu bərpa etmək üçün, ilk növbədə, bu barədə qəzetdə elan vermək lazımdır.

Qəzetdə elan verdikdən sonra ərazi polis orqanına müraciət etmək lazımdır. Vətəndaş evin “kupça”sının itməsi ilə bağlı Polisin Tapıntılar Bürosuna müraciət etməlidir. Əgər itirilən çıxarılış tapılmazsa, Bürodan arayış alınır. 

Bundan sonra vətəndaş qəzet elanı və arayışla birlikdə yeni kupça almaq üçün Daşınmaz Əmlakın qeydiyyat orqanına yaxınlaşmalıdır. Vətəndaş evin çıxarışının dublikatının verilməsi ilə bağlı ərizə yazır və sonra isə yeni “kupça” alır”.

9. Kupçanı yoxlamaq

Azərbaycan vətəndaşları daşınmaz əmlaka dair elektron çıxarışların həqiqiliyini onlayn rejimdə yoxlaya bilərlər. Vətəndaşlar daşınmaz əmlak alarkən bu xidmətdən istifadə etmələri tövsiyə olunur.

Buna görə ödəniş tələb olunmur. Sadəcə Elektron Hökumət Portalına daxil olaraq çıxarışın qeydiyyat və reyestr nömrələrini qeyd etmək lazımdır. 

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

35 Şərhlər

      1. salam hər vaxtınız xeyirli olsun bildirirəmki,atama məxsus kəndli fermer təsərrüfatına daimi istifadə hüququna dair müddətsiz dövlət aktı verilib daşınmaz əmlakın reyestri xidməti çıxarış verməkdən imtina edir.nə etməliyəm köməklik göstərməyinizi xahiş edirəm.

        1. Salam. Həmin imtinanı aldığınız gündən 30 gün ərzində iddia ərizəsi ilə İnzibati Məhkəməyə müraciət edə bilərsiniz. İddia ərizəsinin hazırlanması üçün bizə yaza bilərsiniz.

          1. Salam.belediyenin kagizi 2005 kupa ala bileremmi.hara bas vurum. Anamın adindad8 menim adıma kaçırmak ucun ne lazimdi?

  1. Naxcıvanda kənd yerində torpağın cıxarışı var .amma torpağın üzərində 70 ci illərdə tikilmiş yaşayış evinin hec bir sənəti yoxdur. həmin köhnə tik
    -liyə necə sənət ala bilərəm?
    və rüsumla bağlı məlumat verməyinizi xaiş edirəm

  2. Salam mən kupca üçün bütün sənədləri asan xidmətə vermişəm.mene rüsum 125 azn , xidmət haqqı ise 105 azn ödənilməlidir deyir.bu belə olmalıdır?

    1. Salam. Bələdiyyə sənədi 2007-ci ilə qədərdirsə, bəli ala bilərsiniz. Alqı-satqı müqaviləsi, ödəniş qəbzi, əvvəlki Torpaq və Xəritəçəkmə Komitəsininrəyi, torpaqğın ayrılması barədə akt olmalıdır. İlkin sənədlərlə Əmlak Komitəsinə müraciət edə bilərsiniz.

  3. Salam , bizim hazırda yaşadığımız evin heç bir sənədi yoxdur . Nə bələdiyyə nədə başqa bir sənəd . Sovet dövründə pul verib əldən ələ aliblar sadəcə . Necə kupça ala bilərəm ?

  4. Salam her vaxtinz xeyir mən ev alanda bələdhə qeydyata aldi vergi odəydirmək ucun şəadətnamə verdi torpaqada evde vergi odəyirəm amma qucam yoxdu çxariş almaq hcun nə edməliyəm komunallar oz admadi 8 ildi vergde odyurəm torpaqada evede qəbzlərdə var hamisi nəsə etmək olar yoxsa yox?

  5. Salam bizim 2007-ci ildən əvvəl bələdiyyə sənədi ilə torpaq sahəmi var 10 sot ıakin torpaq 16 sotdu buna görə gəlib baxıb çertyoj çəkmirlər deyirlər torpaq sahədi çocdu onlara 10 sotunu reyestra alın deyirik amma məhəl qoymurlar nə edə bilərik. Məhkəməyədə verdik məhkəmədə prossesi boş yerdən uzatdı dedi siz gedin rayon üzrə icra hakimiyyətinə bildirin başımıza oyun açırlar 3 ildi sənədi düzəltmək istəmirlər hərəsi birinin üsdünə atır .

  6. Salam. Menzil 1992ci ilde alinib. Butun senedelr var. Lakin mygov sisteminde dasinmaz emlaklarin arasinda cixmir. Zehmet olmasa yazardiniz, hara muraciet etmek lazimdir ne etmek lazimdir

  7. Salam mən 1995 ci ildən yaşadığım yerdən Bir Nəfər Qonşuluğumda 2005 ci Həyət sahəsi Aldı Və Setkaya saldı Yəni boş ərazi idi Orda Heç vaxt ev Olmayıb Nədə Bir tikili Olmayıb İndi Mən O həyəti 1il bunnan qabağ Almışam Üzərində ev tikmişəm Kupça Götürmək İsdəyirəm Sənətə Baxıram Ki 66.6 kv mt tikili var tir altda Bu mümkün deyil Necə Ola Bilər Mən Nə Etməliyəm?

  8. Salam ata evimiz əmimin mülkiyyətindədir hal hazırda .ev mən və qardaşıma bölünərək verilməlidir .Yəni hər ikimiz də vərəsəlik. Əmimdə payımızı verməyə narazılıq etmir .Bilmək istəyirəm ki mən özpayəmı ayrı sənədləşdirmə bilərəm

  9. Salam. Sumqayit şəhəri 1 sayli Asan xidmətə Abşeron Gənclər şəhərcilində cixariş almaga evin sənədlərini vermişəm .Mənzil 70 kv. m. Abşeron rayona daxildi. Cixariş almag üçün ne gədər dövlət rusumu verməliyəm? Cixariş hazirdi, mesaj gəlibki d.rusumu 125 m. Ne gədər düzgündü bu?

  10. Salam.Zəhmət olmasa cavablayardiz. çıxarışı olmayan,sadece etibarname ilə satılmış torpaqda ev tikmişəm.Komunalları mənim adımadı.8 sotdan 4 sotun almisam deye ilkin çıxarış olmadigindan çıxarış ala bilmirem.Torpağın 1ci sahibi ise 8 sotun etibarnamesin vermek ucun bizden yəni mən və diger qonsularimdan yeniden pul teleb edir.Bunun huquqi terefi nedir.?Və torpagin kupçasi olmadan sadece etibaname ile eve kupça ala bileremmi?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button