Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
İnzibati hüquq

Küçədə siqaret çəkməyə görə cərimə oluna bilməzsiniz!

1. İctimai yerdə siqaret çəkmək

Belə ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunda tütün (siqaret çəkmə, papiros və s.) çəkilməsinə icazə verilməyən yerlər dəqiq göstərilmişdir. Qanunvericilikdə küçədə siqaret çəkilməsi ilə bağlı heç bir qadağa yoxdur. Əgər sizi küçədə siqaret çəkdiyinizə görə cərimə ediblərsə, bizə müraciət edə bilərsiniz.

2. Açıq havada siqaret çəkməyin cəriməsi varmı?

Xeyr, İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinə əsasən qanunla qadağan olunan yerlərdə tütün çəkməyə görə 30 manat məbləğində cərimə nəzərdə tutulur.

3. Siqaret çəkmək haqqında qanun nə deyir?

Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun 10-cu maddəsinə əsasən, siqaret çəkmək aşağıdakı yerlərdə qadağandır:

  • təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;
  • tibb müəssisələrində və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində;
  • idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində;
  • -restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində;
  • -ticarət obyektlərində;
  • -məişət obyektlərində;
  • -teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində;
  • -uşaq meydançalarında;
  • -yerüstü qapalı və yeraltı piyada keçidlərində;
  • avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində;
  • metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda;
  • -dəmiryolu qatarlarında, hava və su nəqliyyatı vasitələrində;
  • -hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində;
  • -liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində;
  • -taksafonlarda;
  • yanacaqdoldurma məntəqələrində,
  • sosial xidmət müəssisələrində;(qocalar evi, uşaq evi və.s)
  • yerləşdirmə vasitələrində;(otellər, pansiyonlar, kamplar və.s)
  • -mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində.

4. Siqaret cərimə

İnzibati Xətalar Məcəllənin 212.4-ci maddəsinə əsasən tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 300 manat məbləğində cərimə nəzərdə tutulur. Yəni, burda siqaret kötüyünün yerə atılmasına görə cərimə nəzərdə tutulur.

5. Siqaret çəkməyin cəriməsindən şikayət

Küçədə siqaret çəkməyin cəriməsi yoxdur. Buna görə sizi cərimə ediblərsə, bizə müraciət edin. Sizin üçün şikayət hazırlayıb məhkəməyə təqdim edək.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button