
İcazəsiz dron istifadə etməyin məsuliyyəti nədir?
1. Dron nədir?
Bir çoxumuz özəlliklə də bu coğrafiyada “Dron” termini yanlış anlayışlara yönəlmişdir. “Dron” deyəndə 4 və daha çox pərvanəsi olan uçan cihazlar olaraq bilinir, “PUA” deyildikdə isə qanadları olan insansız uçan aparatlar başa düşülür.
1.1 Dronlar haqqında məlumat
PUA isə yəni “Pilotsuz Uçan Aparatlar” ingiliscə “UAV” “Unmanned Aerial Vehicle” adından məlum olduğu kimi uçmaq şərti vardır. Toylarda gördüyünüz, film setlərində çəkiliş edən, müharibədə istifadə olunan təchizatlar, qanadlı və qanadsız pilotsuz idarəolunan bütün uçan sistemlər ” PUA” və ya ingiliscə “UAV” kateqoriyasına aiddir.
Nəticədə PUA “Drone” anlayışının alt kateqoriyası olub , yuxarıda adları çəkilən təchizatlar da PUA-ların növləri hesab olunurlar.
2. Dron icazəsi almaq 2025
Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən, əşyaların siyahısı haqqında qanunun 18-ci bəndinə əsasən, məsafədən idarə edilən pilotsuz uçuş aparatları mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardandır.
Xüsusi icazənin alınması da mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində, əlavə tədbirlər haqqında prezidentin 2005-ci il 12 sentyabr tarixli fərmanı ilə tənzimlənir.
Həmin fərmana görə drondan istifadə etmək istəyən fiziki və hüquqi şəxs icazəni verən müvafiq səlahiyyətli dövlət orqanına, yəni Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ərizə ilə müraciət etməlidir. Həmin ərizəyə müvafiq sənədləri əlavə etməlidir. Nazirlik bu icazəyə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəyləri nəzərə alınmaqla baxır və yekunda nazirlik dronlardan istifadə ilə bağlı xüsusi icazə verir.
Bu icazədə dronu kim istifadə edə bilərsə həmin fiziki yaxud hüquqi şəxsin adı, icazənin verilmə tarixi və s. göstərilir. İcazə bir qayda olaraq müddətsiz verilir. Lakin icazə vaxtından əvvəl aidiyyatı dövlət orqanı tərəfindən ləğv oluna bilər. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən icazə almadan onu mülki dövriyyəyə salmaq, inzibati xətalar məcəlləsinin 592-1 maddəsi ilə məsuliyyət yaradır.
3. İcazəsiz dron istifadə etməyin məsuliyyəti
İnzibati Xətalar Məcəlləsinin 592-1 ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçan aparatların əldə edilməsi və ya satılmasına görə məsafədən idarə edilən pilotsuz uçan aparatlar müsadirə edilməklə 150 manatdan 300 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Cinayət Məcəlləsinin 156.2.2-ci maddəsinə əsasən şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
4. Dron idxalı üçün hüquqi yardım
Ölkəyə dron gətirmək və ya əldə edilən dronu istifadə etmək üçün hüquqi yardım göstərilməsi üçün bizə müraciət edə bilərsiniz.
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın