
Mənzildə qeydiyyatda olanları çıxarmaq üçün qanuni həll yolları
1. Evdən qeydiyyatdan çıxarmaq
Mənzildə olanları qeydiyyatdan çıxarmaq üçün Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən şəxs yaşadığı yer üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır:
- yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;
- başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;
- ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında;
- öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında;
- yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;
- qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
2. Yaşayış yerindən qeydiyyatdan çıxmaq
Şəxsin mənzilində formal olaraq qeydiyyatda olan, lakin faktiki yaşamayan və mənzildən istifadə hüququ olmayan şəxslərin mənzildən çıxarılması üçün şəxs ərazi üzrə Polis İdarəsinə inzibati qaydada müraciət edə bilər. Bu məsələ Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.
3. Qeydiyyatdan çıxmaq üçün nə lazımdır?
Yalnız həmi polis idarəsindən imtina məktubu aldıqdan sonra şəxs məhkəməyə müraciət edərək bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin polis orqanın üzərinə qoya bilər.
Məhkəməyə ərizənin hazırlanması üçün bizə müraciət edə bilər və ya Erizem.az Hüquq Platformasından ərizənizi özünüz yaza bilərsiniz.
4. Qeydiyyatdan çıxarılma zamanı kompensasiya(təzminat)
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir.
Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
Yəni sözügedən maddələrədən göründüyü kimi, kupçası (çıxarışı) olan şəxs qeydiyyatda olan ailə üzvlərini yəni, həyat yoldaşını (əgər əmlak evlilik dövrü ərzində alınmayıbsa, yəni birgə mülkiyyət deyilsə), valdeynlərini və övladlarını ona məxsus mənzildən qeydiyyatdan çıxartmaq istədiyi təqdirdə həmin şəxslərə kompensasiya ödəməlidir.
5. Mənzildən qeydiyyatdan çıxarma zamanı kompensasiya məbləği
Kompensasiyanın məbləği hər işin halına görə individual olaraq müəyyən edilir, lakin son zamanlar məhkəmələr əsas kimi eyni şəraitli evdə 3 illik kirayə pulunun kompensasiya kimi müəyyən edir.
Misal üçün: Şəxs Nizami rayonunda yerləşən 3 otaqlı mənzildən qeydiyyatdan çıxarılır. Tutaq ki həmin 3 otaqlı evin kirayə haqqı aya 300 manatdır. Bu halda 3 ili yəni 36 ayı 500 manatdan hesablayaraq 18 000 manat məblğində kompensasiya müəyyən edilə bilər 36*500=18 000.
Bu hesablama şərtidi, yuxarıda qeyd etdiyim kimi məhkəmənin hər işə fərdi yanaşması ola bilər.
6. Evimi satıram qeydiyyatda olanların razılığın almalıyam?
Bəli. Əgər yaşayış evinizi, mənzilinizi satırsınızsa və ya bağışlayırsınızsa, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrəqeydiyyatda olan şəxslər barəsində elektron arayış əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır.
Belə ki, siz evinizi satarkən və ya bağışlayarkən həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığı alınmalıdır.
7. Hər hansı bir evdə qeydiyyatda olduğuma görə mənə pul düşürmü?
Xeyr. Başqasının evində qeydiyyatda olmağınız,həmin evdən pay və ya kompensasiya almağınız üçün əsas deyil. Belə ki, əgər siz başqa şəxsin evində qeydiyyatdasınızsa, həmin evdən pay və ya pul kompensasiyası tələb etmək hüququnuz yoxdur. Evin mülkiyyətçisi istədiyi vaxt heç bir kompensasiya ödəmədən sizi qeydiyyatdan çıxara bilər.
Lakin evin mülkiyyətçisinin ailə üzvləri, yəni həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri həmin yaşayış sahəsindən ya mülkiyyətçi ilə bağlanan notariat qaydasında təsdiqlənən yazılı razılaşma əsasında, ya da belə bir razılaşma olmadıqda mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə qeydiyyatdan çıxarıla bilər.
8. Qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsi
Məhkəməyə ərizənin hazırlanması üçün bizə müraciət edə bilər və ya Erizem.az Hüquq Platformasından ərizənizi özünüz hazırlaya bilərsiniz.
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın