Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Mülki huquq

Kirayə müqaviləsinin bağlanmasının və ödənilməli vergilərin ətraflı izahı

1. Kirayə müqaviləsi necə bağlanır?

kirayə
Kirayə müqaviləsi necə bağlanır?

Mülki Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı (fərdi yaşayış evi, mənzil) kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

Kirayə müqaviləsi ASAN Xidmət Mərkəzində notariat orqanı və ya ərazi üzrə notarius vasitəsilə rəsmiləşdirilir. Məhz bundan sonra həmin müqavilə hüquqi qüvvəyə minir.

Müqavilənin şərtləri tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilir və imzalanır.

Kirayə müqaviləsi bağlanılan zaman kirayəyə verən və kirayəçi iştirak etməlidir. Əgər onlar iştirak edə bilmirlərsə, etibarnamə üzrə nümayəndə bu prosesdə iştirak edə bilər.

Müqavilənin bağlanması üçün 35 manat dövlət rüsumu, xidmətə görə isə 5,25 manat rüsum ödənilməldir. 

Müqavilə üzrə əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.

Kirayə müqaviləsindən irəli gələn mübahisələr üzrə hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

2. Kirayə müqaviləsi üçün sənədlər

kirayə 20 2
Kirayə müqaviləsi üçün sənədlər

Kirayə müqaviləsinin bağlanması üçün aşağıdakı sənədlər tələb olunur:

Əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti;

Mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnaməsi;

Daşınmaz əmlakın kirayəyə verilməsinə ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı;

Yaşayış evində, mənzildə, bağda və bağ evində yaşayış yeri üzrə qeydiyyatda olması barədə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığı;

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış.

3. Kirayə müqaviləsi rüsumu

kirayə
Kirayə müqaviləsi rüsumu

Dövlət rüsumu 35 manat, xidmətə görə tutulan haqq – 5.25 manat təşkil edir.

4. Kirayə müqaviləsi notarius

kirayə
Kirayə müqaviləsi notarius

Yaşayış sahəsinin kirayə verilməsi müqaviləsinin bağlanması və təsdiqi üçün notariusa (ASAN Xidmət Mərkəzi və ya yerli notariusa) müraciət edilməlidir.

Habelə kirayə müqaviləsinin rəsmiləşdirilməsi üçün “mobil notariat” tətbiqindən də istifadə edə bilərsiniz.

5. Kirayə müqaviləsi forması

kirayə
Kirayə müqaviləsi forması

Kirayə müqaviləsi mənzil və ya digər yaşayış sahəsinin kirayə verilməsi zamanıkirayəçinin və kirayəyəverənin hüquq və vəzifələrini tənzimləyən əsas sənəd hesab olunur. Yazılı formada bağlanır.

Kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır.

Kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. 

Bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır:

kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır;

kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmalıdır;

üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir;

yaşayış otağı və ya adamların olması üçün nəzərdə tutulan digər otaq həmişə elə vəziyyətdə olmalıdır ki, ondan istifadə istifadəçilərin həyatına və sağlamlığına vicdanlı kirayəyə verən üçün aşkar təhlükələr törənməsi ilə bağlı olmasın.

Kirayə müqaviləsindən irəli gələn mübahisələr üzrə hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

6. Kirayə müqaviləsi nümunə

kirayə
Kirayə müqaviləsi nümunə

Kirayə müqaviləsində aşağıdakı məlumatlar öz əksini tapır:

  • Tərəflər: Kirayəyə verən (mülkiyyətçi) və kirayəçinin ad, soyad, ata adı, şəxsiyyət vəsiqəsi məlumatları və ünvanı.
  • Kirayə verilən yaşayış sahəsi: Mənzilin dəqiq ünvanı, otaq sayı, sahəsi (kv.m) və çıxarış (kupça) nömrəsi.
  • Müqavilənin müddəti: Müqavilənin qüvvəyə mindiyi tarix və bitmə müddəti.
  • Aylıq kirayə haqqı və ödəniş qaydası: Aylıq məbləğ (AZN ilə), ödənişin hər ayın neçəsinə qədər ödənilməsi və gecikmə cərimələri.
  • Kommunal xərclər: İşıq, qaz, su, internet və bina xərclərinin (iftar/tullantı) kim tərəfindən ödəniləcəyi.
  • Müqaviləyə xitam verilməsi: Tərəflərin neçə gün öncədən xəbərdar etməklə müqaviləyə necə xitam verə biləcəyi barədə müddəalar.

Müqavilə üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir.

Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.

Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir.

7. Kirayə müqaviləsinin ləğv edilməsi

kirayə
Kirayə müqaviləsinin ləğv edilməsi

Yaşayış otaqlarının kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərində müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, müqavilənin ləğvinə dair bildiriş növbəti aydan sonrakı ayın axırı üçün qüvvəyə minməklə təqvim ayının birinci iş günü verilsin.

Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir.

Kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu aşağıdakı hallarda əsaslı sayılır:

1. kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda;

2. kirayəyə verənin otaqlara özü və ya ailə üzvləri üçün mənzil kimi ehtiyacı olduqda;

3. kirayə hüquq münasibətlərinin davam etməsi nəticəsində kirayəyə verən torpaq sahəsindən iqtisadi cəhətdən sərfəli istifadə edə bilmədikdə və buna görə xeyli zərərə düşə bildikdə. Bu halda yaşayış otağının başqa şəxslərə kirayəyə verilməsi zamanı əmlak kirayəsi üçün daha yüksək haqq almaq imkanı hesaba alınmır. Kirayəyə verən həmçinin buna istinad edə bilməz ki, kirayəlik otaqlar kirayəçiyə verildikdən sonra nəzərdə tutulmuş və ya həyata keçirilmiş mənzil mülkiyyətinin təsis edilməsi ilə əlaqədar, o, həmin otaqları satmaq istəyir;

4. kirayəyə verən binanın yardımçı qeyri-yaşayış otaqlarını kirayəyə vermək məqsədilə yeni avadanlıqla təchiz edərək yol verilən şəkildə yaşayış otaqlarına çevirmək niyyətində olduqda və müqavilənin ləğvini yalnız bu otaqlar üçün məhdudlaşdırdıqda. Bu halda kirayəçi kirayə haqqının ağlabatan dərəcədə azaldılmasını tələb edə bilər. Əgər həmin otaqların yeni avadanlıqla təchiz edilməsi işlərinin başlanması uzadılırsa, kirayəçi yardımçı otaqlar barəsində kirayə hüquq münasibətlərinin müvafiq müddətə uzadılmasını tələb edə bilər.

Əgər kirayə müqaviləsi 30 ildən çox müddətə bağlanmışsa, 30 ildən sonra kirayə müqaviləsi üzrə hüquq münasibətlərinin hər bir iştirakçısı qanunla müəyyənləşdirilmiş xəbərdarlıq müddətlərini gözləməklə onun ləğvinə dair bildiriş verə bilər. Əgər müqavilə kirayəyə verənin və ya kirayəçinin bütün ömrü üçün bağlanmışdırsa, ləğvetməyə yol verilmir.

Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər.

Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər.

Kirayə münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

8. Kirayə müqaviləsi dövlət rüsumu

kirayə
Kirayə müqaviləsi dövlət rüsumu

Kirayə müqaviləsi bağlanan zaman 35 manat dövlət rüsumu, 5.25 manat isə xidmət haqqı ödənilir.

9. Kirayə vergisi necə ödənilir?

kirayə
Kirayə vergisi necə ödənilir?

Kirayəyə verilmiş əşya ilə bağlı yüklülükləri, dövlət vergilərini və yerli vergiləri, ayrı razılaşma olmadıqda, kirayəyə verən ödəməlidir. Kirayə müqaviləsi üzrə vergi ödəmək üçün kirayəçi və ya kirayəyə verən vergi uçotuna alınmalı və VÖEN açdırmalıdır.

Yaşayış sahələrinin (mənzillərin) fiziki şəxslərə kirayəyə verilməsi zamanı tətbiq olunan vergi dərəcəsi 10 faiz müəyyən edilmişdir.

Belə ki, Vergi Məcəlləsinin 124.2-ci maddəsinə əsasən kirayə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs (kirayəçi) tərəfindən ödənildikdə kirayə verən fiziki şəxs 10 faiz dərəcə ilə vergini özü ödəyir. Bunun üçün kirayə verən vergi uçotuna alınıb bəyənnamə verir.

Evini 500 manata kirayə vermiş şəxs aylıq 50 manat vergi ödəməlidir. Əgər kirayəçi (fiziki şəxs) vergi ödəyici kimi uçotda olarsa, kirayə verənə ödənilən kirayə haqqından 10 faiz dərəcə ilə vergini ödəyir və qalan məbləği də kirayə verənə ödəyir.

10. Kirayə vergisi cərimə

kirayə
Kirayə vergisi cərimə

Hər bir halda mənzil kirayə verilərkən kirayə verən və ya kirayəçi vergi uçotuna alınmalıdır.

Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinin 58.2-1-ci maddəsinə əsasən vergi orqanlarında uçota düşməməyə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

11. Kirayə müqaviləsi bağlanmaması

kirayə
Kirayə müqaviləsi bağlanmaması

Mülki Məcəlləyə əsasən daşınmaz əmlakın (mənzil, obyekt və s.) kirayə müqaviləsi yazılı formada bağlanmalıdır. Müqavilənin yazılı formada bağlanmaması həm kirayəçi, həm də ev sahibi (kirayəyə verən) üçün ciddi hüquqi, maliyyə və təhlükəsizlik riskləri yaradır.

Kirayəyə verən üçün risklər:

  • Kirayə müqaviləsi üzrə ödənişin tələb edilə bilməməsi: Kirayəçi pulu vaxtında ödəmədikdə və ya ümumiyyətlə ödəməkdən imtina etdikdə, rəsmi kirayə müqaviləsi olmadığı üçün məhkəmə vasitəsilə həmin borcu və ya dəymiş ziyanı geri tələb etmək çətinləşir.
  • Maddi ziyana görə məsuliyyət: Evə, mebellərə və ya məişət texnikasına ziyan vurularsa, kirayəçinin həmin ziyanı ödəmək öhdəliyini sübut etmək qeyri-mümkün olur.
  • Kommunal borclar: Kirayəçi işıq, qaz, su və ya internet borclarını saxlayıb mənzili tərk edərsə, bütün borclar rəsmi olaraq mülkiyyətçinin (ev sahibinin) üzərində qalır.
  • Evdən çıxarma problemi: Müqavilə olmadıqda, problemi olan və ya evi boşaltmaq istəməyən kirayəçini qanuni yolla mənzildən çıxarmaq uzun və mürəkkəb bir prosesə çevrilir.
  • Vergi və cərimə riskləri: Müqavilənin olmaması vergidən yayınma kimi qiymətləndirilə bilər və vergi orqanları bunu aşkarladıqda ev sahibinə maliyyə sanksiyaları və cərimələr tətbiq edə bilərlər.

Kirayəçi üçün risklər:

  • Evdən qəfil çıxarılma təhlükəsi: Ev sahibi heç bir xəbərdarlıq etmədən kirayəçidən evi dərhal boşaltmağı tələb edə bilər. Kirayə müqaviləsi olmadığı üçün kirayəçinin müəyyən müddət evdə qalmaq hüququ qalmır.
  • Kirayə haqqının qanunsuz artırılması: Ev sahibi istədiyi vaxt kirayə haqqını qaldıra bilər və kirayəçinin buna etiraz etmək üçün heç bir hüquqi əsası olmur.
  • Şərtlərin birtərəfli dəyişdirilməsi: Ev sahibi kommunal xərclərin ödənilməsi, evə gediş-gəliş qaydaları və ya evdə kimlərin yaşaya biləcəyi ilə bağlı şərtləri öz xeyrinə dəyişə bilər;

Kirayə münasibətlərindən irəli gələn problemlərlə qarşılaşdıqda, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

12. Kirayə müqaviləsi online

kirayə
Kirayə müqaviləsi online

Yaşayış sahəsinin (mənzilin) kirayə müqaviləsini onlayn şəkildə “Mobil Notariat” tətbiqi vasitəsilə rəsmiləşdirmək mümkündür. Belə ki, “Mobil notariat” tətbiqi “AppStore” və ya “Google Play” mobil yükləmə platformalarından yüklənilir. Həmin tətbiqdə qeydiyyat – 1)videoyazı vasitəsilə; 2)notariusdan alınan istifadəçi kodu və 3)Digital login (Sima Rəqəmsal İmza ilə, ASAN İmza ilə, Sima Token(Elektron İmza) ilə, İdentifikasiya nömrəsi ilə) vasitəsilə həyata keçirilə bilər.

Bununla da mənzillərin, evlərin(bağların) müvəqqəti istifadəyə verilməsinə (kirayə müqaviləsi) dair kirayə müqaviləsini elektron qaydada bağlayaraq rəsmiləşdirə bilərsiniz.

Kirayə münasibətlərindən meydana gələn məsələlərlə bağlı suallarınızın cavablandırılması, hüquqi məsləhət verilməsi, ərizə, şikayətlərin, iddia ərizələrinin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

13. Kirayə müqaviləsi haqqında qanun

kirayə
Kirayə müqaviləsi haqqında qanun

Kirayə müqaviləsi haqqında qanun yoxdur. Kirayə münasibətlərini tənzimləyən normalar Mülki Məcəllənin 33-cü fəslində nəzərdə tutulur və 675-699-cu maddələri əhatə edir.

Kirayə münasibətləri üzrə sizi maraqlandıran suallarınızı, problemlərinizi bizə yazaraq, hüquqi məsləhət verilməsi üçün müraciət edə bilərsiniz.

14. Kirayə müqaviləsi vergi 2026

kirayə
Kirayə müqaviləsi vergi 2026

Hal-hazırda kirayə müqaviləsi üzrə ödənilməli verginin faizi 10 faiz təşkil edir. Kirayəçi hüquqi şəxs və ya VÖEN-i olan sahibkardırsa, vergini ödəmə mənbəyində tutur və növbəti rübün 20-dən gec olmayaraq büdcəyə ödəyir.

Kirayəçi sadə fiziki şəxsdirsə, mənzil sahibi VÖEN açdırmalı, 10% vergini hesablayıb növbəti ilin mart ayının 31-dən gec olmayaraq bəyannamə təqdim etməklə ödəməlidir.

Kirayə haqqından ödəmə mənbəyində vergi tutmalı olan şəxs gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməli və ödəmə mənbəyində vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir.

Kirayə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə kirayəyə verən fiziki şəxs özü və ya onun təyin etdiyi vergi agenti vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 10 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisini dövlət büdcəsinə ödəməlidir.

15. Kirayə müqaviləsi cərimə

kirayə
Kirayə müqaviləsi cərimə

Kirayə müqaviləsi bağlanmadıqda kirayə verən olaraq buna görə barənizdə Vergi Məcəlləsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq oluna bilər. Belə ki, Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən vergi orqanında uçota düşməməyə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Habelə, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Qeyd olunan maliyyə sanksiyalarına məruz qalmamaq üçün kirayə müqaviləsi bağlamağınız və vergiləri vaxtında ödəməyiniz zəruridir.

Kirayə münasibətləri zamanı meydana gələn vergi, müqavilə və s. məsələlərlə bağlı hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

16. Kirayə müqaviləsi bağlamadan

kirayə
Kirayə müqaviləsi bağlamadan

Evi və ya mənzili kirayə müqaviləsi bağlamadan (şifahi razılıqla) kirayəyə vermək həm kirayəyə verən, həm də kirayəçi üçün müəyyən risklərin yaranmasına səbəb olur.

Əgər kirayə müqaviləsi bağlanılarsa, kirayəçi evdən çıxmadıqda, kirayə verəni maddi ziyana məruz qoyduqda, kirayəyə verən həm kirayəyə verən yaşayış sahəsindən çıxarılması, həm də dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.

Habelə kirayə müqaviləsi mövcud olduğu halda kirayəyə verən kirayəçini evdən çıxarmağa çalışarsa, yaxud kirayə haqqını əsassız artırarsa, kirayəçi də öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməkdə haqlıdır.

Məhkəməyə iddia ərizələrinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

17. Kirayə müqaviləsi vergi

kirayə
Kirayə müqaviləsi vergi

Vergi Məcəlləsinə əsasən kirayə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə kirayəyə verən 10% ilə vergini özü ödəyir. Bu, o deməkdir ki, evini 500 manata kirayə vermiş şəxs aylıq 50 manat da vergi ödəməlidir.

18. Kirayəçi kirayədə qaldığı evə qeydiyyata düşməlidir?

kirayə
Kirayəçi kirayədə qaldığı evə qeydiyyata düşməlidir?

Kirayəçi kirayə müqaviləsi bağlayaraq yeni yaşayış sahəsinə köçərsə, o həmin ünvanda müvəqqəti və ya daimi qeydiyyata/uçota düşməlidir.

Əks halda İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsinə əsasən vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir.

19. Kirayə müqaviləsi pdf

kirayə
Kirayə müqaviləsi pdf

Kirayə müqaviləsinin forması:

Kirayə müqaviləsi kirayəyə verənlə kirayəçi arasında yazılı formada bağlanır.

Xərclərin əvəzinin tələbi:

Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur.

Kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır.

Kirayə haqqı:

Kirayə müqaviləsi üzrə müəyyənləşdirilmiş kirayə haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, kirayə haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir.

Kirayə müddəti:

Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir.

Əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı müqavilənin ləğvinə dair bildiriş verə bilər.

Kirayəçinin şikayət vermək hüququ:

Əgər yaşayış otağının kirayəsi haqqında müqaviləyə uyğun olaraq hüquq münasibətlərinə xitam verilməsi kirayəçi və onun ailəsi üçün ağır nəticələrə gətirib çıxara bilərsə və buna hətta kirayəyə verənin əsaslı mənafelərini nəzərə almaqla haqq qazandırmaq mümkün olmazsa, kirayəçi müqavilənin ləğv edilməsi barədə şikayət verə bilər və kirayəyə verəndən həmin müqavilə üzrə hüquq münasibətlərini davam etdirməyi tələb edə bilər.

Kirayə münasibətlərinə xitam verilməsinin nəticələri:

Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.

Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər.

Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları 6 aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Yəni kirayəyə verən həmin məsələlərlə bağlı 6 ay ərzində iddia qaldırmalıdır.

Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır.

Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır.

Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür.

Məhkəməyə iddia ərizələrinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

Müəllif: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü – vəkil Ülkər Həmidli

İstinadlar: Mülki Məcəllə; Vergi Məcəlləsi; İnzibati Xətalar Məcəlləsi

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button