Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Mülki huquq

Bağışlama zamanı əmlakdan başqasına pay düşürmü?

1. Əmlakı kimə bağışlamaq olar?

bağışlama
Əmlakı kimə bağışlamaq olar?

Qanunvericiliyinə görə mülkiyyətinizdə olan əmlakı istənilən fiziki və ya hüquqi şəxsə, o cümlədən qohumunuza və ya kənar (tanış, dost) şəxslərə bağışlaya bilərsiniz. Qanunvericilikdə hər hansı şəxsin əmlakını yalnız qohumlarına bağışlaması ilə bağlı məhdudiyyət yoxdur; istənilən kənar şəxsə də əmlak bağışlana bilər.

Mülki Məcəllənin 666-cı maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.

Bağışlanan əmlakdan başqa şəxslərə pay düşmür. Belə ki, əgər həmin əmlak bağışlayan şəxsin mülkiyyətindədirsə, başqa şəxslər ondan pay tələb edə bilməz.

Əgər əmlak ər-arvadın birgə nikah dövründə əldə olunubsa və ya paylı mülkiyyətə daxildirsə, digər tərəfin və evdə qeydiyyatda olan yetkin şəxslərin notariat qaydasında razılığı tələb olunur.

Mülkiyyətçi vəfat etdikdə və bağışlama baş tutmadıqda onun birinci dərəcə vərəsələrinə vəsiyyətnamə yoxdursa, qanun üzrə vərəsəlik qaydasında həmin əmlakdan bərabər pay düşür.

Bağışlama müqaviləsindən irəli gələn mübahisələr üzrə hüquqi məsləhətin verilməsi, habelə vəkil xidməti üçün  bizə müraciət edə bilərsiniz.

Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

Sahiblik hüququ – əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

İstifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

Sərəncam hüququ – əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

2. Bağışlama müqaviləsi mülki məcəllə

bağışlama
Bağışlama müqaviləsi mülki məcəllə

Bağışlama ilə bağlı müddəalar Mülki Məcəllənin 666-674-cü maddələrində nəzərdə tutulmuşdur.

Mülki Məcəllənin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. 

Daşınmaz əmlakın bağışlama müqaviləsi notarial qaydada təsdiq edildikdən sonra hüquqi qüvvəyə malik olur. Bağışlama müqaviləsinin notarial qaydada təsdiq edilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

  1. Əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd
  2. Əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Хidmətinin vеrdiyi arayış
  3. Mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnaməsi
  4. Daşınmaz əmlakın bağışlanmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı
  5. Yaşayış evində, mənzildə, bağda və bağ evində yaşayış yeri üzrə qeydiyyatda olması barədə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığı.
  6. Tərəflər arasında qohumluq münasibətlərini təsdiq edən sənədlər (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının vеrdiyi sənədlər) və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi.  

Bağışlama müqaviləsindən irəli gələn münasibətlər üzrə hüquqi məsləhətin verilməsi, habelə vəkil xidməti üçün  bizə müraciət edə bilərsiniz.

3. Bağışlama müqaviləsi rüsum

bağışlama
Bağışlama müqaviləsi rüsum

Bağışlama müqaviləsi notarial qaydada təsdiq edildikdə tələb olunan dövlət rüsumunun məbləği aşağıdakı kimidir:

Müqаvilə üzrə əmlаk ərə (аrvаdа), uşаqlаrа, vаlidеynlərə, bаbаyа, nənəyə, nəvəyə, qаrdаşа, bаcıyа kеçirsə – dövlət rüsumu 25 mаnаt, хidmətə görə tutulаn hаqq – 3, 75 mаnаt

Müqаvilə üzrə əmlаk bаşqа şəхslərə kеçirsə:

Bаkı şəhərində – dövlət rüsumu 280 mаnаt, хidmətə görə tutulаn hаqq 42 mаnаt

Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda dövlət rüsumu 196 mаnаt, хidmətə görə tutulаn hаqq 29,40 mаnаt

Digər şəhər və rаyоnlаrdа – dövlət rüsumu 140 mаnаt, хidmətə görə tutulаn hаqq 21 mаnаt.

4. Daşınmaz əmlakın bağışlanması qaydaları

bağışlama
Daşınmaz əmlakın bağışlanması qaydaları

Daşınmaz əmlakın bağışlanması dedikdə, mülkiyyətçinin özünə məxsus daşınmaz əmlakı (mənzil, ev, torpaq sahəsi və s.) əvəzsiz olaraq başqa şəxsə verməsi başa düşülür.

Əsas qaydalar bunlardan ibarətdir:

Bağışlayan şəxs mülkiyyətçi olmalıdır.

  • Əmlakı bağışlayan şəxs həmin daşınmaz əmlakın qanuni sahibi olmalıdır.
  • Mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmalıdır.
  • Əmlaka dair çıxarış (kupça) olmalıdır.

Bağışlama müqaviləsi notariat qaydasında təsdiq edilməlidir.

  • Daşınmaz əmlakın bağışlanması haqqında müqavilə yazılı formada bağlanır.
  • Müqavilə notarius tərəfindən təsdiqlənir.
  • Notarius tərəflərin şəxsiyyətini, hüquq qabiliyyətini və əmlaka dair sənədləri yoxlayır.

Dövlət qeydiyyatı aparılmalıdır.

  • Bağışlama müqaviləsi imzalandıqdan sonra mülkiyyət hüququ yeni sahibin adına dövlət reyestrində qeydiyyata alınır.
  • Qeydiyyatdan sonra bağışlanan şəxs əmlakın yeni mülkiyyətçisi olur.

Tərəflərin razılığı olmalıdır.

  • Bağışlama könüllü olmalıdır.
  • Bağışlayan şəxs əmlakı heç bir ödəniş almadan verməlidir.
  • Qarşı tərəf də bağışlanan əmlakı qəbul etməlidir.

Əmlak üzərində həbs varsa, ipoteka və ya digər yüklülüyü varsa, mülkiyyət hüququ ilə bağlı məhkəmə mübahisəsi gedirsə, bağışlayan şəxsin həmin əmlaka sərəncam vermək hüququ yoxdursa, bağışlama həyata keçirilmir.

Əgər daşınmaz əmlak nikah dövründə əldə olunubsa və ər-arvadın ümumi mülkiyyətidirsə, digər həyat yoldaşının razılığı tələb olunur. Razılıq olmadan bağışlanmış əmlak digər tərəfdən mübahisələndirilə bilər.

Bağışlanan əmlaka dair müqavilə aldadılma, hədə və ya məcbur etmə ilə bağlanıbsa, bağışlayan şəxs müqavilə bağlayarkən öz hərəkətlərinin mənasını başa düşə bilməyibsə, müqavilə qanunun tələblərinə zidd bağlanıbsa, əmlak başqa şəxsin hüquqlarını pozmaqla bağışlanıbsa həmin müqavilə mübahisələndirilə bilər. Bunun üçün bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək olar.

Məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

5. Evin bağışlanması rüsumu

bağışlama
Evin bağışlanması rüsumu

Evin (daşınmaz əmlakın) bağışlanması zamanı ödənilən rüsum məbləği bağışlanan şəxsin kim olmasından asılıdır.

Dövlət rüsumu haqqında Qanuna əsasən:

Yaxın qohuma bağışlama olduqda:

  • ər-arvada
  • uşağa
  • valideynə
  • babaya, nənəyə
  • nəvəyə
  • qardaşa, bacıya

Dövlət rüsumunun məbləği:

  • Dövlət rüsumu: 25 manat
  • Xidmət haqqı: 3,75 manat

Digər şəxsə bağışlama olduqda:

Bakı şəhərində:

  • Dövlət rüsumu: 280 manat
  • Xidmət haqqı: 42 manat

Sumqayıt, Gəncə və Abşeron rayonunda:

  • Dövlət rüsumu: 196 manat
  • Xidmət haqqı: 29,40 manat

Digər rayonlarda:

  • Dövlət rüsumu: 140 manat
  • Xidmət haqqı: 21 manat

6. Bağışlama müqaviləsinin etibarsız hesab edilməsi

bağışlama
Bağışlama müqaviləsinin etibarsız hesab edilməsi

Bağışlama müqaviləsi məhkəmə qaydasında etibarsız hesab edilə bilər. Lakin bunun üçün səbəblər olmalı və sübut edilməlidir.

Bağışlama müqaviləsi aldatma, hədə-qorxu, zor tətbiqi və ya bağışlayan şəxsin ağır vəziyyətindən sui-istifadə edilməklə bağlanıbsa; bağışlayan şəxs müqavilənin rəsmiləşdirildiyi an xəstəlik və ya başqa səbəbdən öz hərəkətlərinin mənasını başa düşməyibsə, tərəflərin həqiqi iradəsi olmadan, başqa məqsədlər üçün formal şəkildə bağlanıbsa, bağışlama müqaviləsi etibarsız hesab edilə bilər.

Bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

7. Bağışlama müqaviləsi konstitusiya məhkəməsinin qərarı

bağışlama
Bağışlama müqaviləsi konstitusiya məhkəməsinin qərarı

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarına əsasən bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirilir:

• bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir;

• hədiyyə alanın əmlakı artır;

• hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir;

• hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur;

• hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur.

Həmin Qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 670.1-ci maddəsinə uyğun olaraq bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.3-cü maddəsinə müvafiq olaraq hədiyyə verənin və onun vərəsələrinin hədiyyə alanın bağışlama müqaviləsi üzrə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı iddia vermələrinin, həmçinin hədiyyə verənin ölümündən sonra belə öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edildiyi halda, onun icrasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tələb edilməsinin mümkünlüyü bağlanmış bağışlama müqaviləsindən irəli gəlir.

MM-in 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər.

Beləliklə, hədiyyə alan öhdəliklə şərtləndirilən bağışlama müqaviləsini bağlamışsa və sonradan onun icrasından imtina etməmişsə, müqavilənin tam və lazımınca icrasına görə məsuliyyət daşıyır. Belə öhdəliyin icra edilməməsi və lazımınca icra edilməməsi hədiyyə verənə, onun vərəsələrinə, eləcə də müvafiq icra hakimiyyəti orqanına (ictimai mənafe tələb etdikdə) iddia qaldırmaqla pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir.

Bunun üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək olar.

Bununla yanaşı nəzərə alınmalıdır ki, bağışlama müqaviləsi şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməklə bağlandıqda müqavilə üzrə hədiyyə alan üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Bu səbəbdən də hədiyyə verənin və ya onun vərəsələrinin, müvafiq icra hakimiyyəti orqanının öhdəliyin icrasına dair iddiaları MM-in 670.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada irəli sürməsi və ya həmin Məcəllənin 673.1-ci maddəsi ilə müəyyən edilən hallarda bağışlama müqaviləsindən imtina edilməsi hədiyyə alanın hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.

Məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhətin verilməsi, habelə vəkil xidməti üçün  bizə müraciət edə bilərsiniz.

8. Evi kimə bağışlamaq olar?

bağışlama
Evi kimə bağışlamaq olar?

Mülkiyyətçi öz mülkiyyətində olan evi istədiyi şəxsə bağışlaya bilər. Bağışlama müqaviləsi əvəzsiz əqd sayılır və daşınmaz əmlakın bağışlanması notariat qaydasında rəsmiləşdirilir.

Mülkiyyətçi evi bağışlaya bilər:

  • övladına
  • həyat yoldaşına
  • valideyninə
  • qardaşına və ya bacısına
  • qohum olmayan istənilən şəxsə

Yəni bağışlama üçün həmin şəxsin mütləq qohum olması tələb olunmur.

  • Ev həqiqətən bağışlayan şəxsin mülkiyyətində olmalıdır.
  • Əmlak üzərində həbs, ipoteka və ya digər məhdudiyyətlər olmamalıdır.
  • Əgər ev ər-arvadın ümumi mülkiyyətidirsə, digər həyat yoldaşının razılığı tələb oluna bilər.
  • Bağışlayan şəxs fəaliyyət qabiliyyətli olmalıdır.
  • Bağışlanan şəxs də hədiyyəni qəbul etməlidir.
  • Əgər mülkiyyətçi evi bağışlamaq istəyirsə, həmin evdə qeydiyyatda olan ailə üzvlərinin də razılığını almalıdır.

Bağışlama müqaviləsindən irəli gələn münasibətlər üzrə hüquqi məsləhətin verilməsi, habelə vəkil xidməti üçün  bizə müraciət edə bilərsiniz.

9. Daşınmaz əmlakın bağışlanması rüsumu

bağışlama
Daşınmaz əmlakın bağışlanması rüsumu

Daşınmaz əmlak (torpaq, mənzil və s) bağışlanan zaman aşağıdakı rüsumlar ödənilir:

Müqаvilə üzrə əmlаk qohuma – ərə (аrvаdа), uşаqlаrа, vаlidеynlərə, bаbаyа, nənəyə, nəvəyə, qаrdаşа, bаcıyа kеçirsə – dövlət rüsumu 25 mаnаt, хidmət hаqqı – 3, 75 mаnаt təşkil edir.

Müqаvilə üzrə əmlаk qohum olmayan bаşqа şəхslərə kеçirsə, Bаkı şəhərində – dövlət rüsumu 280 mаnаt, xidmət haqqı 42 mаnаt, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda dövlət rüsumu 196 mаnаt, xidmət haqqı – 29,40 mаnаt təşkil edir, digər şəhər və rаyоnlаrdа – dövlət rüsumu 140 mаnаt, xidmət haqqı – 21 mаnаt təşkil edir.

10. Bağışlama müqaviləsi nümunə

bağışlama
Bağışlama müqaviləsi nümunə

Bağışlama müqaviləsi şəxsin öz əmlakını əvəzsiz (qarşılıqsız) digər şəxsə verməsidir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır.

Bağışlama müqaviləsində iki tərəf iştirak edir: Hədiyyə vеrən və yа nоtаriаt qаydаsındа təsdiq еdilmiş еtibаrnаmə əsаsındа оnun nümаyəndəsi, hədiyyə аlаn və yа nоtаriаt qаydаsındа təsdiq еdilmiş еtibаrnаmə əsаsındа оnun nümаyəndəsi.

Fəaliyyət qabiliyyəti olan şəxslər sərbəst şəkildə öz əmlaklarını və ya əmlak hüquqlarını başqa şəxsə bağışlaya bilər. Lakin bağışlanan əmlakın ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmaması istisna təşkil edir.

Daşınmaz əmlak bağışlandığı halda bağışlama müqaviləsi notarial qaydada təsdiq edilməlidir. Daşınmaz əşyalar və ya həmin əşyalara hüquqlar, həmçinin rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşyalar bağışlandığı hallarda, müqavilə notariat qaydasında təsdiqlənməlidir.

Daşınar əşyalar hədiyyə verən tərəfindən hədiyyə alana verildikdə bağışlama etibarlı sayılır.

11. Daşınmaz əmlakın addan ada keçirilməsi

bagislama 12
Daşınmaz əmlakın addan ada keçirilməsi

Daşınmaz əmlakın addan ada keçirilməsi (alqı-satqı, bağışlama yolu ilə) notariat qaydasında həyata keçirilir və dövlət qeydiyyatından keçirilir.

Əgər əmlak yaxın qohumların (ər, arvad, uşaqlar, valideynlər, babalar, nənələr, nəvələr, qardaşlar, bacılar) adına keçirilirsə – dövlət rüsumu: 25 AZN, Xidmət haqqı: 3.75 AZN

Əgər əmlak digər (kənar) şəxslərin mülkiyyətinə keçirsə, Bakı şəhərində: 280 AZN dövlət rüsumu + 42 AZN xidmət haqqı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda, 196 AZN dövlət rüsumu + 29.40 AZN xidmət haqqı, digər şəhər və rayonlarda: 140 AZN dövlət rüsumu + 21 AZN xidmət haqqı.

12. Avtomobilin bağışlanması

bağışlama
Avtomobilin bağışlanması

Avtomobilin yaxın qohuma və ya digər şəxsə bağışlanması üçün notariusa müraciət edib bağışlanma müqaviləsi bağlamalısınız. Bunun üçün aşağıdakı sənədlər tələb olunur:

1. Avtomobilin qeydiyyat şəhadətnaməsi;

2. Müayinə sənədi (avtomobilin üzərində həbs, girov olub-olmaması, axtarışda olub-olmamasına barədə) – həmin sənədi Baş Dövlət Yol Polisi İdarəsindən əldə etmək olar;

3. Əgər nikahınız varsa, nikah şəhadətnaməsi və həyat yoldaşınızın razılıq sənədi;

4. Avtomobil sığortalı şəhadətnaməsi;

5. Hədiyyə verən və hədiyyə alanın doğum haqqında şəhadətnaməsi;

6. Şəxsiyyət vəsiqələri.

Müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə – dövlət rüsumu 35 manat;

Müqavilə üzrə əmlak digər şəxsin mülkiyyətinə keçirsə – dövlət rüsumu 70 manat təşkil edir.

13. Bağışlama müqaviləsinin ləğvi

bağışlama
Bağışlama müqaviləsinin ləğvi

Mülki Məcəllənin 674.1-ci maddəsinə əsasən aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir:

1. bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda;

2. hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı (iflas/müflisləşmə) başlandıqda.

Hədiyyə verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, əgər ayrı şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü ilə xitam verilir.

14. Bağışlanmış əmlakın satılması

bağışlama
Bağışlanmış əmlakın satılması

Bağışlanmış əmlakın satılması mümkündür. Əmlakı qəbul edən şəxs (hədiyyə alan) mülkiyyət hüququnu əldə etdikdən sonra həmin əmlak üzərində mülkiyyətçi kimi sərəncam verə bilər. Ona bağışlanan əmlakı istədiyi şəxsə sata bilər.

Bağışlama müqaviləsindən irəli gələn münasibətlər üzrə hüquqi məsləhətin verilməsi, habelə vəkil xidməti üçün  bizə müraciət edə bilərsiniz.

15. Evi addan ada keçirmək rüsumu

bağışlama
Evi addan ada keçirmək rüsumu

Evi addan ada alqı-satqı və ya bağışlama yolu ilə keçirmək mümkündür. Bu prosesin həyata keçirilməsi üçün notariat orqanına müraciət etməlisiniz. Həmin rüsumlar “Dövlət rüsumu haqqında” Qanunda öz əksini tapmışdır.

Evin addan ada keçirilməsi ilə bağlı məsələlər üzrə hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün vəkil xidməti üçün  bizə müraciət edə bilərsiniz.

16. Torpaq sahəsinin bağışlanması rüsumu

bağışlama
Torpaq sahəsinin bağışlanması rüsumu

Şəxs öz torpaq sahəsini heç bir şəxsin razılığı olmadan istədiyi şəxsə bağışlaya bilər. O şərtlə ki, həmin əmlak birgə nikah dövründə əldə edilməsin və miras əmlaka daxil olmasın.

Əgər torpaq sahəsi bir övlada bağışlanıbsa, digər övladlar pay tələb edə bilməzlər. Həmçinin bağışlanmış əmlak artıq başqasının mülkiyyətinə keçdiyi üçün vərəsəlik münasibətləri zamanı miras əmlakın da tərkibinə daxil edilmir. Dövlət rüsumunun məbləği yaxın qohuma 25 manat, digər şəxslərə görə məbləğ şəhər və rayonlar üzrə dəyişir.

Bağışlama və vərəsəlik münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün  bizə müraciət edə bilərsiniz.

17. Daşınmaz əmlakın bağışlanması

bağışlama
Daşınmaz əmlakın bağışlanması

Daşınmaz əmlakın yaxın qohuma bağışlanması notariat orqanına müraciət etməlisiniz. Bunun üçün dövlət rüsumu 25 manat, xidmət haqqı 4 manat təşkil edir. Əgər əmlak birgə nikah dövründə əldə edilibsə, digər şəxsin razılığı, habelə həmin əmlakda qeydiyyatda olan ailə üzvlərinin razılığı tələb olunur.

Bu zaman aşağıdakı sənədlər tələb olunur:

  1. Daşınmaz əmlak birgə nikah dövründə əldə edilmişdirsə, onun bağışlanmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı
  2. Əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd
  3. Mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnamə
  4. Tərəflərin şəxsiyyətini təsdiq edən sənədlər
  5. Yaşayış evində, mənzildə və ya bağ evində yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvlərinin dairəsi barədə mənzilistismar sahələrinin arayışı və yetkinlik yaşına çatmış ailə üzvlərinin yazılı razılığı
  6. Əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə arayış
  7. Tərəflər arasında qohumluq münasibətlərini təsdiq edən sənədlər və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi
  8. Müqavilə nümayəndə vasitəsi ilə bağlandıqda əlavə olaraq onun şəxsiyyətini təsdiq edən sənəd və səlahiyyətlərinə dair notariat qaydasında təsdiq edilmiş etibarnamə
  9. Dövlət rüsumunun və xidmət haqqın ödənilməsi barədə sənəd.

18. Bağışlanmış əmlakın qaytarılması

bağışlama
Bağışlanmış əmlakın qaytarılması

Mülki Məcəllənin 669-cu maddəsinə əsasən nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər.

Həmin Məcəllənin 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər:

1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə;

2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda;

3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.

Bağışlamaqdan imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən 1 il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər.

Yəni bağışlanmış əmlakın geri qaytarılması (bağışlamaqdan imtina edilməsi) üçün müəyyən olunmuş müddət 1 ildir.

Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.

Bağışlama müqaviləsindən irəli gələn mübahisələr üzrə hüquqi dəstək göstərilməsi, habelə vəkil xidməti üçün  bizə müraciət edə bilərsiniz.

19. Bağışlanma hansı hallarda ləğv edilə bilər?

bağışlama
Bağışlanma hansı hallarda ləğv edilə bilər?

Bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda, hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı (müflisləşmə) başlandıqda bağışlanma ləğv edilir.Belə ki, hədiyyə verən şəxs iflas etdikdə və onun əmlakı barəsində müsabiqə icraatı (borcların ödənilməsi üçün əmlakın siyahıya alınması və satılması prosesi) başlandıqda, bağışlanma ləğv edilir.

20. Hüquqi məsləhət

bağışlama
Hüquqi məsləhət

Bağışlama müqaviləsindən irəli gələn mübahisələr üzrə məhkəməyə ərizə, iddia ərizələrinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün  bizə müraciət edə bilərsiniz.

Müəllif: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü – vəkil Ülkər Həmidli

İstinadlar: Mülki Məcəllə;

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarı;

“Dövlət rüsumu haqqında” Qanun.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button