Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Mülki huquq

Xidmət müqaviləsi ilə işləyirəm, lakin maaşım verilmir. Nə edə bilərəm?

1. Xidmət müqaviləsi nədir?

xidmət müqaviləsi
Xidmət müqaviləsi nədir?

Xidmət müqaviləsi Mülki Məcəllə ilə tənzimlənir və sifarişçi ilə icraçı arasında qarşılıqlı razılıq əsasında xidmət haqqı müəyyənləşdirilməklə konkret xidmətlərin, işlərin görülməsi üçün bağlanır.

Xidmət müqaviləsi müqavilə azadlığı prinsipinə riayət etəklə bağlanılır və tərəflər könüllü surətdə xidmət müqaviləsini bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.

Xidmət müqaviləsinin predmetini yerinə yetiriləcək xidmətlər təşkil edir.

  • Konsaltinq, hüquqi və mühasibat xidmətləri;
  • Rabitə, internet və informasiya xidmətləri;
  • Tədris və təlim xidmətləri;
  • Təmizlik, təmir və tikinti xidmətləri;
  • Reklam və dizayn xidmətləri;
  • Audit və qiymətləndirmə kimi xidmətlər.

Xidmət müqaviləsinin 2 tərəfi olur.

Sifarişçi və icraçı.

  • Sifarişçi: Xidməti sifariş verən və müqavilə şərtlərinə uyğun olaraq xidmət haqqını ödəyən tərəfdir.
  • İcraçı: Müqavilə üzrə müəyyən edilmiş xidməti və ya fəaliyyəti göstərən tərəfdir.

Əgər xidmət müqaviləsi üzrə işlər görmüsünüz, lakin sizə xidmət haqqı ödənilmirsə, faktiki olaraq işlədiyinizi təsdiq edən sübutlarınız varsa, xidmət haqqını tələb edə bilərsiniz. Aranızda olan münasibətlər əmək münasibətləri olmadığı üçün bu halda birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xidmət haqqınızı tələb edə bilərsiniz.

Xidmət müqavilələrindən (təmir-tikinti və digər xidmətlər) irəli gələn mübahisələr üzrə hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

2. Xidmət müqaviləsi ilə podrat müqaviləsinin fərqi

Xidmət müqaviləsi Mülki Məcəlləyə əsasən icraçının sifarişçinin tapşırığı ilə müəyyən xidmətləri (fəaliyyəti) göstərməyi, sifarişçinin isə əvəzində razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürdüyü razılaşmadır.

Bu müqavilə növü konsaltinq, təmir, tədris, tibbi, rabitə və digər sahələrdə tətbiq edilir.

Podrat müqaviləsi podratçının müqavilədə nəzərdə tutulan işi icra etmək, sifarişçinin isə bunun müqabilində razılaşdırılmış muzd ödəmək öhdəliyini nəzərdə tutan müqavilədir.

“Podrat müqaviləsindən irəli gələn mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 iyul 2026-cı il tarixli Qərarına əsasən işlərin görülməsi (podrat müqaviləsi) – müəyyən nəticə əldə edilməsi məqsədilə görülən fəaliyyətdir. Onun məqsədi fəaliyyətin özü yox, ortaya çıxan nəticədir.

Həmin nəticə gözlə görünən və ya maddiləşdirilə bilən yekun bir formada olur (məsələn, daşınmaz əmlak tikilir və ya təmir olunur, daşınar əmlak yaradılır və ya təmir olunur, yol çəkilir, quyu və ya bünövrə qazılır, əmlak sökülür və ya məhv edilir, avadanlıq quraşdırılır, kompüter proqramı hazırlanır və s.).

İşlərin görülməsi zamanı icraçı görülən işin nəticəsinə zəmanət vermiş olur.

İcraçının məsuliyyəti də həmin nəticənin keyfiyyəti ilə bağlı olur. Nəzərə alınmalıdır ki, bəzi hallarda işlərin görülməsinə dair nəticə maddi formada deyil, elektron formada da təqdim edilə bilər (məsələn, podrat müqaviləsi üzrə tikinti layihəsinin və ya ərazi planının elektron şəkildə hazırlanması, proqram təminatının yazılması və s.).

Xidmətlərin göstərilməsi (xidmət müqaviləsi) isə maddiləşə bilən nəticə yaratmadan, sifarişçiyə fayda və ya kömək göstərən fəaliyyətdir. Onun məqsədini həmin fəaliyyətin özü təşkil edir (məsələn, mühafizə və ya təmizlik xidməti, hüquqi və ya mühasibatlıq xidməti, tədris xidməti və s.).

İcraçının məsuliyyəti isə podrat münasibətlərindən fərqli olaraq nəticənin keyfiyyəti ilə deyil, fəaliyyətin özünün lazımi qaydada və vicdanla icrası ilə bağlı olur.

Xidmət müqaviləsi üzrə xidmət göstərən tərəf konkret nəticənin əldə olunmasına zəmanət vermir, lakin həmin nəticəyə nail olmaq üçün peşəkar standartlara uyğun olaraq bütün zəruri, ağlabatan və mümkün vasitələrdən istifadə etməyi öhdəsinə götürür.

Bu öhdəliyin mahiyyəti maddiləşə bilən nəticənin əldə olunmasında deyil, göstərilən fəaliyyətin keyfiyyətində və peşəkar davranışın səviyyəsində ifadə olunur.

Hüquqi qiymətləndirmə “nəticənin baş verib-verməməsi” meyarı ilə deyil, “xidmət göstərən tərəfin lazımi diqqət, ehtiyat və peşəkarlıq göstərib-göstərməməsi” meyarı ilə aparılır. Xidmət müqaviləsi üzrə məsuliyyət yalnız o halda yarana bilər ki, xidmət göstərən tərəfin peşəkar standartlardan kənara çıxması, səhlənkarlıq və ya digər təqsirli davranışı sübuta yetirilsin.

Podrat müqaviləsində konkret maddi nəticənin (əşyanın, obyektin) yaradılıb təhvil verilməsi əsasdır, xidmət müqaviləsində isə əsasən fəaliyyətin özü, yəni xidmətin göstərilməsi öhdəsi götürülür.

Xidmət müqavilələri və podrat müqavilələrindən irəli gələn mübahisələr üzrə hüquqi məsləhət verilməsi, pretenziyalar, məhkəməyə ərizə, iddia ərizəsinin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

3. Xidmət müqaviləsinin forması

Xidmət müqaviləsi adətən sadə yazılı formada bağlanır. Əksər xidmət müqavilələri üçün notarial qaydada təsdiq tələbi yoxdur.

Xidmət müqavilələrinin qanunvericiliyin tələblərinə uyğun hazırlanmasına hüquqi yardım göstərilməsi üçün bizə müraciət edə bilərsiniz.

4. Xidmət müqaviləsi ilə əmək müqaviləsinin fərqi

Xidmət müqaviləsi ilə əmək müqaviləsi arasında aşağıdakı fərqlər vardır:

  1. Əmək müqaviləsi – tərəflər arasındakı münasibətlər tabeçilik prinsipinə əsaslanır. Xidmət müqaviləsi – tərəflər arasındakı münasibətlər bərabərlik prinsipinə əsaslanır.
  2. Əmək müqaviləsinin predmeti – işçinin əmək fəaliyyəti və yerinə yetirdiyi prosesin özüdür. Xidmət müqaviləsinin predmetini yerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir.
  3. Əmək müqaviləsi üzrə iş/xidmət işəgötürənin iş yerlərində və ya ərazisində həyata keçirilir. Xidmət müqaviləsi üzrə iş yeri göstərilməyə bilər.
  4. Əmək müqaviləsi üzrə iş/xidmət işəgötürənin mtarialından, istehsal vasitələrindən, alətlərindən istifadə edilməklə həyata keçirilir. Xidmət müqaviləsi üzrə mal və materiallar müqavilədə başqa hallar nəzərdə tutulmayıbsa, adətən icraçının hesabına əldə edilir.
  5. Əmək müqaviləsi üzrə işəgötürən iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə cavabdehlik daşıyır, xüsusi geyim, fərdi mühafizə vasitələri ilə təminat işəgötürənin məsuliyyətindədir. Xidmət müqaviləsi üzrə sifarişçinin belə bir öhdəliyi yoxdur.
  6. Əmək müqaviləsi üzrə işçinin məzuniyyət hüququ vardır. İşəgötürən işçinin bu hüququndan istifadə etməsinə şərait yaratmalıdır. Xidmət müqaviləsində isə icraçının məzuniyyət hüququ nəzərdə tutulmur.
  7. Əmək müqaviləsi üzrə tərəflər arasında olan münasibətlər əmək qanunvericiliyi ilə tənzimlənir. Əmək müqaviləsi müddətli və ya müddətsiz ola bilər. Xidmət müqaviləsi müəyyən müddətə və ya işlərin və ya xidmətlərin tam icrasınadək bağlana bilər.
  8. Əmək müqaviləsi üzrə əmək haqqı adətən aylıq və minimum əmək haqqından az olmamaqla (400 manat) ödənilir. Xidmət müqaviləsi üzrə ödəniş yerinə yetirilən işin və göstərilən xidmətin, çəkilən xərclərin haqqıdır və adətən avans və müqavilədə nəzərdə tutulan işlər görüldükdən və xidmətlər göstərildikdən sonra təhvil təslim aktı əsasında həyata keçirilir.
  9. Əmək müqaviləsi üzrə işçiyə iş stajı yazılır və həmin staj gələcəkdə onun pensiya alması üçün mühüm əhəmiyyət daşıyır. Xidmət müqaviləsi ilə işləyən şəxsə isə staj hesablanmır, gələcəkdə pensiya almaq hüququ yaranmır.

5. Xidməti müqavilə ilə işləyənlərin əməyinin ödənilməsi

xidmət müqaviləsi
Xidməti müqavilə ilə işləyənlərin əməyinin ödənilməsi

Əmək müqaviləsi üzrə işçilərə ödənilən haqq – əmək haqqı, xidmət müqavilələri üzrə işləyən şəxslərə ödənilən haqq – xidmət haqqı hesab olunur. Xidmət müqaviləsi üzrə xidmət haqqı sifarişçi ilə icraçı arasında qarşılıqlı razılıq əsasında müəyyən edilir və görülən xidmətlərə görə ödənilir. Mülki Məcəlləyə əsasən bağlanan mülki-hüquqi müqavilələrdə (xidmət müqavilələrində) ödənişin məbləği, forması və vaxtı tərəflər arasında razılaşdırılır.

Məbləğ sabit aylıq, saatlıq, layihə üzrə və ya təhvil-təslim aktına əsasən təyin edilə bilər. Nağd şəkildə, bank köçürməsi və ya elektron ödəniş vasitəsilə manatla (AZN) həyata keçirilir.

Xidmət müqavilələri üzrə meydana gələn mübahisələr üzrə hüquqi yardım göstərilməsi üçün bizə müraciət edə bilərsiniz.

6. Xidməti müqavilə necə bağlanır?

Xidmət müqaviləsi sifarişçi ilə icraçı arasında qarşılıqlı razılıqla sadə yazılı formada bağlanılır.

Xidmət müqaviləsi üzrə xidmət haqqını ala bilmədiyiniz halda həmin xidmət haqqının tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz.

Xidmət müqaviləsinin hazırlanması, məhkəməyə iddia ərizələrinin hazırlanması, hüquqi məsləhət verilməsi üçün bizə müraciət edə bilərsiniz.

7. Xidmət müqaviləsi vergi

Mülki-hüquqi xidmət müqavilələri vergi orqanlarında uçotda olan və olmayan fiziki şəxslər üzrə bağlanılır. 

Vergi orqanında uçotda olmayan fiziki şəxslərlə bağlanılan xidmət müqaviləsi üzrə vergi öhdəlikləri

Vergi ödəyicisi olan işəgötürən tərəfindən vergi orqanında uçotu olmayan fiziki şəxslə Mülki Məcəllənin müddəalarına uyğun olaraq mülki-hüquqi müqavilə bağlanılarkən həmin xidmətlərə görə Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən vergi dərəcələrinə uyğun gəlir vergisi hesablanır.

Vergi Məcəlləsinə əsasən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı cədvələ uyğun tutulur:

2500 manatadək14 faiz
2500 manatdan çox olduqda350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi

Vergi “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” ilə hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyan edilməli və həmin müddətədək büdcəyə ödənilməlidir.

Xidməti müqavilələr vergi ödəyicisi tərəfindən vergi orqanlarında uçotda olan fiziki şəxslə bağlanarsa, vergi öhdəlikləri

Vergi ödəyicisi tərəfindən vergi orqanlarında uçotda olan fiziki şəxslə Mülki Məcəllənin müddəalarına uyğun olaraq mülki-hüquqi müqavilə bağlanılarkən həmin xidmətlərə görə ona edilən ödənişlər ödəmə mənbəyində vergiyə cəlb olunmur. Sifarişçi ödəniş zamanı ödəmə mənbəyində vergi tutmur.

İcraçı öz vergi rejimindən (gəlir vergisi və ya sadələşdirilmiş vergi) asılı olaraq vergilərini müstəqil hesablayır, bəyan edir və ödəyir.

8. Xidməti müqavilə forması

Xidmətlərin göstərilməsi üçün xidməti müqavilə sadə yazılı formada bağlanır. Onun notarial qaydada təsdiq edilməsi məcburi deyil.

Xidməti müqaviləsinin hazırlanmasına hüquqi yardım göstərilməsi üçün bizə müraciət edə bilərsiniz.

9. Xidmət müqaviləsi

Xidmət müqaviləsi əmək münasibətlərini əvəz etmir. Daimi iş rejimi və işəgötürənin tabeliyində işləmə tələb olunursa, əmək müqaviləsi bağlanmalıdır. Xidmət müqaviləsi ilə işləyənlər əmək müqaviləsindəki məzuniyyət və bəzi sosial təminatlardan istifadə etmirlər.

Vergi Məcəlləsinə əsasən

Əmək müqaviləsi bağlanarkən, işəgötürən tərəfindən Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş qaydada işçiyə verilən aylıq əmək haqqından asılı olaraq hesablanan gəlir vergisi ödənildiyi halda, xidmət müqaviləsi bağlanarkən isə verginin ödənilməsi fiziki şəxslərdən sadələşdirilmiş vergi üzrə olan ödənişlər əsasında həyata keçirilir.

Əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə (xidmət müqavilələri) rəsmiləşdirilməsi qadağandır. Əks halda İşəgötürən inzibati, vergi və ya əmək qanunvericiliklərinə uyğun olaraq məsuliyyət daşıyır.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən

Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-

fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Cinayət Məcəlləsinin 162-1-1-ci və 162-1.2-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi cinayət məsuliyyətinə səbəb olur.

Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi —

yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər təkrar törədildikdə – üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“Xeyli sayda” işçi dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur.

Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

İşəgötürən bu halda cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.

İnzibati, cinayət məsuliyyətinə heç bir əsas olmadan cəlb edildiyiniz halda hüquqi yardım göstərilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

10. Xidmət müqaviləsi nümunə

xidmət müqaviləsi
Xidmət müqaviləsi nümunə

Xidmət müqaviləsində həmin müqavilənin tərəfləri, müqavilənin predmeti, tərəflərin (sifarişçi və icraçı) hüquq və vəzifələri, xidmət haqqı, tərəflərin məsuliyyəti, fors-major hallar, mübahisələrin həlli ilə bağlı müddəalar, tərəflərin hüquqi ünvanları və rekvizitləri öz əksini tapır.

Xidmətlərin göstərilməsinə dair xidmət müqavilələrinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

11. Xidmət müqaviləsi pdf

Hər hansı xidmətin göstərilməsi məqsədilə sifarişçi və icraçı arasında xidmət müqaviləsi imzalanır. Yəni xidmət müqaviləsinin tərəfləri sifarişçi və icraçıdır.

Xidmət müqaviləsi üzrə tərəflər razılıq əsasında müqavilənin şərtlərini, qiymətini və müddətini sərbəst şəkildə özləri müəyyən edirlər.

Xidmət müqaviləsi elə bir məzmunda tərtib edilməlidir ki, tərəflərin heç birinin hüquqlarını məhdudladırmasın və onların üzərinə əlavə öhdəliklər qoymasın.

Xidmət müqavilələrinin (mülki-hüquqi müqavilələrn) peşəkar qaydada tərtib edilməsi üçün bizə müraciət edə bilərsiniz.

12. Fiziki şəxslə xidmət müqaviləsi nümunə

Xidmət müqaviləsinin hər iki tərəfi fiziki şəxs, yaxud bir tərəfi fiziki şəxs, digər tərəfi isə hüquqi şəxs ola bilər.

Fiziki şəxslə xidmət müqaviləsində aşağıdakılar göstərilir:

Tərəflər barədə məlumatlar, müqavilənin predmeti (göstəriləcək xidmətlər), müqavilənin müddəti, xidmət haqqı və ödəniş qaydası, tərəflərin – sifarişçi və icraçının hüquq və vəzifələri, xidmətlərin təhvil-təslimi, tərəflərin məsuliyyəti, mübahisələrin həlli, yekun müddəalar, tərəflərin rekvizitlər və imzaları.

Xidmət müqaviləsinin şərtləri pozulduqda tərəflər həmin mübahisəni danışıqlar yolu ilə, bu mümkün olmazsa, məhkəmə qaydasında həll edə bilərlər.

Məhkəməyə iddia ərizələrinin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

13. Xidməti müqavilə nədir?

Xidmət müqaviləsi mülki hüquqi müqavilədir və mülki qanunvericiliklə tənzimlənir. Xidmət müqaviləsi tərəflərdən birinin digər tərəfə müəyyən xidmətin göstərilməsini, digərinin isə əvəzində ödəniş etməsini öhdəsinə götürdüyü müqavilə növüdür.

Xidmət müqaviləsində xidmət göstərən fiziki və ya hüquqi şəxs, xidmət alan isə fiziki və ya hüquqi şəxs ola bilər. Hər iki tərəf müqavilə bağlamaq hüququna malik olmalıdır.

Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

Müqavilənin şərtləri göstəriləcək xidmətin dəqiq təsvirini, tərəflərin hüquq, vəzifələrini, məsuliyyətini, ödəniş qaydası, habelə icra müddətini ehtiva edir. Müqavilə çərtləri pozulduqda tərəflər pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək hüququna malikdir.

Pretenziya, məhkəməyə iddia ərizələrinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

14. İşçi ilə xidmət müqaviləsi

Qanunvericiliyinə əsasən, faktiki əmək müqaviləsi şərtləri altında işləyən şəxslərlə xidmət müqaviləsi (mülki-hüquqi müqavilə) bağlamaq qadağandır. Yaxud da əksinə əmək müqaviləsi ilə işləməli olan işçi ilə xidmət müqaviləsinin bağlanması yolverilməzdir. Bu halda işəgötürən inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilər.

Xidmət müqaviləsi Mülki Məcəllə ilə tənzimlənir və konkret işin və ya xidmətin görülməsi üçün bağlanır, əmək müqaviləsinin əvəzi kimi istifadə edilə bilməz.

Əmək müqaviləsində müəyyən edilmiş iş vaxtı, daxili intizam qaydaları və iş yeri olur. Xidmət müqaviləsində icraçı nəticəyə və ya xidmətin göstərilməsinə cavabdehdir; iş qrafiki daha sərbəst ola bilər.

Xidmət müqaviləsi ilə işləyənlərə əmək müqaviləsindəki kimi ödənişli əmək məzuniyyəti, xəstəlik və işdənçıxma müavinəti, həmçinin bəzi sosial sığorta/təminat mexanizmləri şamil olunmur.

15. Xidməti müqavilə vergilər

xidmət müqaviləsi
Xidməti müqavilə vergilər

VÖEN-i olmayan fiziki şəxslərlə bağlanan müqavilə

Sifarişçi (hüquqi şəxs və ya fərdi sahibkar) ödəmə zamanı vergi və sosial ayırmaları özü tutur və büdcəyə ödəyir.

VÖEN-i olan fiziki şəxslərlə (fərdi sahibkar) bağlanan müqavilə

Sifarişçi ödəmə mənbəyində vergi tutmur; vergi öhdəliklərini icraçı özü yerinə yetirir.

16. Xidmət müqaviləsi mülki məcəllə

Xidmət müqavilələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 782–828-ci maddələri ilə tənzimlənir. Bu maddələr xidmət müqaviləsinin bağlanması, icrası və ləğvi qaydalarını müəyyən edir.

17. Xidmət müqaviləsinə əlavə forması

Xidmət müqaviləsinə əlavə (əlavə saziş) mövcud müqavilənin şərtlərini dəyişmək, genişləndirmək və ya xidmətlərin siyahısını/qiymətini dəqiqləşdirmək üçün tərəflər arasında bağlanan yazılı əlavə razılaşmadır. Xidmət müqaviləsinə əlavə müqavilənin ayrılmaz tərkib hissəsidir, tərəflərin qarşılıqlı razılığı ilə tərtib edilir və imzalanır.

18. Xidmət müqaviləsi üzrə vergilər

Fiziki şəxslə bağlanan xidməti (mülki-hüquqi) müqavilələr üzrə vergi və sosial öhdəliklər icraçının vergi orqanında uçotda olub-olmamasından (VÖEN-in mövcudluğundan) asılıdır.

19. Xidmət müqaviləsinə xitam verilməsi forması

Xidmət müqaviləsinə (mülki-hüquqi müqaviləyə) xitam verilməsi müqavilə şərtləri və Mülki Məcəllə əsasında həyata keçirilir. Əmək müqaviləsindən fərqli olaraq, bu müqavilələr Əmək Məcəlləsi ilə tənzimlənmir.

Sifarişçi və icraçı müqavilənin vaxtından əvvəl ləğvi barədə razılığa gəldikdə yazılı əlavə razılaşma imzalayırlar. Bu razılaşma ilə müqavilə vaxtından əvvəl ləğv oluna bilər.

Müqavilədə göstərilən müddət başa çatdıqda və uzadılmadıqda müqaviləyə xitam verilir.

Müqavilədə nəzərdə tutulan əsaslarla və ya tərəflərdən biri öhdəlikləri pozduqda qarşı tərəf yazılı bildiriş göndərərək müqavilədən imtina edə bilər. Xəbərdarlıq müddəti və cərimələr (əgər varsa) müqavilə mətnində göstərilir.

Xidmət tam göstərildikdə və haqq-hesab yekunlaşdıqda müqavilə başa çatır.

Əgər xidmət müqaviləsi üzrə sizə xidmət haqqı ödənilməzsə, və ya müqavilə şərtləri birtərəfli qaydada pozularsa, pozulmuş hüquqlarınızın bərpası üçün məhkəməyə müraciət edə bilərsiniz.

Məhkəməyə müraciət zamanı hüquqi yardım göstərilməsi, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

20. Hüquqi məsləhət

xidmət müqaviləsi
Hüquqi məsləhət

Xidmət müqaviləsi bağladığınız halda ödənişlərin gecikdirilməsi və ya xidmətin keyfiyyətsiz göstərilməsi ilə bağlı pretenziya məktublarının, məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə məhkəmədə təmsilçilik məqsədilə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

Müəllif: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü – vəkil Ülkər Həmidli

İstinadlar: Mülki Məcəllə;

İnzibati Xətalar Məcəlləsi;

Cinayət Məcəlləsi;

Əmək Məcəlləsi;

Vergi Məcəlləsi;

“Podrat müqaviləsindən irəli gələn mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 iyul 2026-cı il tarixli Qərarı.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button