Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
İnzibati hüquq

Dayanma durma qaydalarının pozulmasına görə cərimələr

1.Dayanma durma qaydaları

Bəzən sürücülər “dayanma durma”“məcburi dayanma” anlayışlarını eyni olduğunu zənn edirlər, lakin bu terminlər arasında mühüm fərqlər var.

1.1 Dayanma durma nədir?

Dayanma durma

Belə ki:

  • Dayanma – nəqliyyat vasitəsinin qısa müddətlik hərəkətsiz qalmasıdır. Buraya sərnişinlərin minib-düşməsi, yüklərin yığılması və ya boşaldılması daxildir.
  • Durma – avtomobilin uzun müddət hərəkətsiz qalmasıdır. Əsas fərq ondadır ki, dayanma məqsədli və qısa olur, durma isə daha uzunmüddətli və müxtəlif səbəblərə görə baş verir.
  • Məcburi dayanma – avtomobilin texniki nasazlığı, sürücünün və ya sərnişinin sağlamlıq problemləri və ya yolda gözlənilməz maneə səbəbilə dayandırılmasıdır.

2.Nəqliyyat vasitəsi dayanma durma qaydalarının pozulmasına görə cərimə meydançasına aparıla bilərmi?

Dayanma və durma qaydalarını pozan şəxs nəqliyyat vasitəsinin yanında olmadıqda və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdıqda (tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olma), nəqliyyat vasitəsi müvəqqəti olaraq  Daxili İşlər Nazirliyinin ən yaxın mühafizə olunan duracağına aparılır və orada saxlanılır.

Nəqliyyat vasitəsi dayanma və durma qaydalarının pozulmasına görə duracağa gətirilmişdirsə, nəqliyyat vasitəsinin sahibi və ya inzibati xətanı törətmiş şəxs inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqı həmin yerdə plastik kart, internet və ya ödəmə terminalı vasitəsilə ödəyə bilər. Bu halda sürücüyə müvafiq inzibati xəta haqqında protokolun, inzibati tənbeh tətbiq etmə haqqında qərarın surəti verilir və saxlanılmış nəqliyyat vasitəsi dərhal sahibinə qaytarılır.

3. Dayanma durma cəriməsi

3.1 346.1 dayanma durma

Digər hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə şəxslər 20 manat məbləğində cərimə edilir.

4. Avtobus dayanacağında digər nəqliyyat vasitələrinin dayanması və durmasına görə cərimə

Avtobusların (trolleybusların, tramvayların) dayanacağında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə şəxslər 40 manat məbləğində cərimə edilir.

5. Digər nəqliyyat vasitələrinin velosiped yollarında dayanmasına və ya durmasına görə cərimə

Velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin velosiped yollarında dayanmasına və ya durmasına görə sürücülər 100 manat məbləğində cərimə edilir.

6. Digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə cərimə

Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə sürücülər 80 manat məbləğində cərimə edilir.

7. Avtobsular üçün hərəkət zolağı olan yollarda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə cərimə

5.10.3 yol nişanları ilə işarələnmiş, avtobuslar, trolleybuslar və tramvaylar üçün hərəkət zolağı olan yollarda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə sürücülər 100 manat məbləğində cərimə edilir.

8. Nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə cərimə

Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə sürücülər 60 manat məbləğində cərimə edilir.

9. Şəxs dayanma və durma qaydalarının pozmağa fasiləsiz davam edirsə, gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilərmi?

Şəxs dayanma və durma qaydalarını pozmağa fasiləsiz davam edirsə, həmin inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.

10. Vəkil məsləhəti

İnzibati işlərə dair konsultasiya, hüquqi yardım almaq üçün bizə müraciət edə bilərsiniz.

Hüquqşünas Gültac Əsgərova

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button