Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Ailə hüququ

Atalıq hüququndan imtina etmək mümkündürmü?

1.Ailə Məcəlləsi – Valideynlərin hüquq və vəzifələri

Atalıq hüququndan imtina dedikdə, Ailə Məcəlləsinin 56-cı maddəsi, valideynlər arasında uşaqların tərbiyəsi və rifahı ilə bağlı hüquq və vəzifələrin bərabər olduğunu bildirir. Valideynlər uşaqlarına qarşı eyni məsuliyyət daşıyır və onların tərbiyəsində bərabər şəkildə iştirak etməlidirlər.

Yetkinlik yaşına çatmayan (18) valideynlər də uşaqlarının tərbiyəsi ilə məşğul ola bilər. 16 yaşına çatmayan valideynlər üçün isə qəyyum təyin edilə bilər, lakin 16 yaşını keçdikdə, bu şəxslər uşaqlarının atalığını və ya analığını müəyyən etməkdə müstəqil hərəkət edə bilərlər. 

Qeyd edək ki, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malik olmaqla yanaşı, onların sağlamlığı və inkişafı ilə bağlı məsuliyyət daşıyırlar, həmçinin, uşaqlarının təhsilini təmin etməli və onların təhsil müəssisəsini seçmə hüququna sahibdirlər.

Dövlət yalnız uşağın mənafeyi tələb etdikdə müdaxilə edə bilər. Həmçinin, valideynlər uşaqlarının hüquq və mənafelərini müdafiə etməlidirlər. Əgər valideynlər ilə uşaqlar arasında ziddiyyət yaranarsa, müvafiq orqanlar uşaqların hüquqlarını qorumaq üçün nümayəndə təyin etməlidir.

Valideynlər uşaqların tərbiyəsində istismar, qəddarlıq və biganəlikdən qaçmalıdırlar. Uşaqlardan ayrı yaşayan valideynlər onların tərbiyə və təhsilində iştirak etməli və ünsiyyət hüququna sahib olmalıdırlar. 

2.Övladlıqdan imtinaValideynlik hüquqlarından məhrumetmənin halları

Valideynlik hüquqlarından məhrumetmə üçün əsasların siyahısı Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 64-cü maddəsində qeyd olunmuşdir. Valideynlər və ya onlardan biri aşağıdakı hallarda valideynlik hüquqlarından məhrum edilə bilər:

  • Öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;
  • Alimentin ödənilməsindən qəsdən yayındıqda;
  • Heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yahər hansı sosial xidmət müəssisəsindən götürməkdən imtinaetdikdə;
  • Valideynlik hüquqlarından sui-istifadə etdikdə;
  • Uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlərtörətdikdə;
  • Xroniki alkoqol və ya narkomaniya xəstəsi olduqda;
  • Uşaqların və ya həyat yoldaşının sağlamlığına və yahəyatına qarşı qəsdən cinayət törətdikdə;
  • Uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlıcinayət törətdikdə.

3.Atalıq hüquqlarından məhrumetmə zamanı mediasiya və məhkəmə

İlkin olaraq, ailə-hüquq münasibətlərinə aid olduğu üçün valideynlik hüquqlarından məhrumetmə zamanı ilk öncə mediasiya prossesindən keçmək lazımdır. Mediasiya mərhələsindən sonra isə valideynlik hüquqlarından məhrumetmə məhkəmə tərəfindən həll edilir.

Məhkəmə, valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən (və ya onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi), prokurorun, habelə yetkinlik yaşına çatmayanların hüquqlarını müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır. Bu işə baxılarkən müvafiq icra hakimiyyəti orqanının(yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları)iştirakı təmin edilir.

Məhəmə prossesi zamanı məhkəmə valideynlik hüquqlarından məhrum olunmuş valideynlərdən (onlardan birindən) uşağa aliment tutulması məsələsini də həll edir. Əgər məhkəmə, valideynlik hüquqlarından məhrumetmə işinə prokurorun iştirakı olmadan baxarkən valideynin (onlardan birinin) hərəkətlərində cinayət əməli aşkar edərsə, bu barədə prokurora məlumat verməyə borcludur.

4.Valideynlik hüquqlarından məhrumetmənin nəticələri

Valideynlik hüquqlarından məhrum olunmuş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən övladını tərbiyə etmək, onun təhsili ilə məşğul olmaq, uşağa icazə vermək və ya ona nəyisə qadağan etmək, uşağa verilən hər hansısa təminat və ya müavinəti almaqhüququndan məhrum olurlar.

Uşağın valideynlərindən biri ilə və ya hər ikisi ilə birgə yaşamaq məsələləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə əsasən həll edilir.

Uşağın digər valideynə verilməsi mümkün olmadıqda və ya valideynlərin hər ikisi valideynlik hüquqlarından məhrum edildikdə, uşaq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) himayəsinə verilə bilər.

5.Atalıq hüquqlarından məhrum olunmuş şəxs aliment ödəməlidirmi?

Valideynlik hüquqlarından məhrum olunmuş valideyn qətiyyən aliment ödəmək öhdəliyindən azad edilmir və alimenti ödəməlidir, çünki valideynlik hüquqlarından məhrum olunmuşvalideynlər uşağın saxlanmasını təmin etmək vəzifəsindən azad edilmir. Belə ki, məhkəmə prossesi zamanı məhkəməvalideynlik hüquqlarından məhrum olunmuş valideynlərdən (onlardan birindən) uşağa aliment tutulması məsələsini də həll edir.

6.Atalıq hüquqlarından məhrum olunmuş şəxs övladın ölümündən sonra əmlakına vərəsə ola bilərmi?

Valideynlik hüquqlarından məhrum olunmuş şəxs övladının ölümündən sonra ona qalan əmlaka vərəsə ola bilməsə də, uşaq valideynlik hüquqlarından məhrum olunmuş valideynin əmlakına vərəsə olur.

7.Atalıq hüquqlarından məhrum olunmuş şəxsin uşağı övladlığa götürülə bilərmi?

Valideynlərdən birinin və ya hər ikisinin valideynlik hüquqlarından məhrum edilməsindən altı ay keçdikdən sonrauşaq övladlığa götürülə bilər.

8.Vəkil xidməti

Bu məsələlərdə hüququ konsultasiya, ərizə və iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

Hüquqşünas Gültac Əsgərova

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button