Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Ailə hüququ

Ad, soyad və ata adının dəyişdirilməsinin hüquqi yolları

1. Adımı necə dəyişə bilərəm?

Adimi necə dəyisə bilərəmm 1

“Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 12 may 2011-ci il tarixli Nazirlər Kabinetinin Qərarına əsasən18 yaşı tamam olmuş Azərbaycan vətəndaşı adının, soyadının və ata adının dəyişdirilməsi üçün qeydiyyat şöbəsi (ASAN Xidmət) və ya konsulluq idarəsinə müraciət edə bilər.

18 yaşı tamam olmamış şəxslərin adının dəyişdirilməsi isə onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir.

2. Soyad dəyişmək

Soyad dəyismək

Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

“Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 12 may 2011-ci il tarixli Nazirlər Kabinetinin Qərarına əsasən18 yaşı tamam olmuş Azərbaycan vətəndaşı adının, soyadının və ata adının dəyişdirilməsi üçün müvafiq qeydiyyat şöbəsi və ya konsulluq idarəsinə müraciət edə bilər.

Uşaq 18 yaşına çatana qədər onun soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən uşağın mənafeyi nəzərə alınaraq icazə verilir. Belə ki, bu zaman 10 yaşına çatmış uşağın fikri soruşulur və nəzərə alınır.

Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir.

Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir.

3. Asan xidmət soyadın dəyişdirilməsi

Asan xidmət soyadin dəyisdirilməsi

Azərbaycan Respublikası vətəndaşları öz adını, ata adını və soyadını 18 yaşına çatdıqdan sonra dəyişdirə bilərlər.

“Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 12 may 2011-ci il tarixli Nazirlər Kabinetinin Qərarına əsasən 18 yaşı tamam olmuş Azərbaycan vətəndaşı adının, soyadının və ata adının dəyişdirilməsi üçün müvafiq qeydiyyat şöbəsi (ASAN Xidmət) və ya konsulluq idarəsinə müraciət edə bilər.

ASAN Xidmətin qeydiyyat şöbələri tərəfindən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması üçün tələb olunan rüsum 15 manat təşkil edir.

Bu proses zamanı iştirak etməli olan şəxslər uşaq 18 yaşına çatanadək onun valideynləri; ərizə verən şəxsin özü və ya notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslərdir.

Adın, ata adının və soyadın dəyişdirilməsi üçün ASAN Xidmətə müraciət edən zaman ərizəyə əlavə edilməli olan zəruri sənədlər bunlardır:

  1. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə;
  2. Ərizə verən şəxsin doğumu haqqında şəhadətnamə;
  3. Ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;
  4. Ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;
  5. Ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr;
  6. Şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
  7. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;
  8. Ərizə verən şəxsin 3x4sm ölçüdə 2 ədəd fotoşəkili;
  9. Dövlət rüsumunun ödənilməsi barədə sənəd.

4. Soyad sonluğunun dəyişdirilməsi

Soyad sonlugunun dəyisdirilməsi

“Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 12 may 2011-ci il tarixli Nazirlər Kabinetinin Qərarına əsasənAzərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir.

Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir.

Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın seçdiyi yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə verilir. Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra 1 dəfə dəyişiklik edildikdən sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.

5. Azərbaycanda ikili soyad

Azərbaycanda ikili soyad

Ailə Məcəlləsinin 30-cu maddəsinə əsasən ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər.

İkili soyad dedikdə, ər-arvadın öz soyadını qarşı tərəfin soyadı ilə birləşdirməsi nəzərdə tutulur. Lakin nikaha daxil olanların biri və ya hər ikisi qoşa soyada malik olduqda soyadların birləşdirilməsinə yol verilmir.

6. Nigahdan sonra soyad

nigahdan sonra soyad

Ailə Məcəlləsinin 30-cu maddəsində ər-arvadın soyad seçmək hüququ təsbit edilmişdir. Bu maddədə qeyd edilir ki, ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər.

Nikaha daxil olanların biri və ya hər ikisinin soyadı qoşa olduqda soyadların birləşdirilməsinə yol verilmir.

Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadını dəyişdirməsinə səbəb olmur.

Nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir.

7. Nigahdan sonra soyadın dəyişdirilməsi

Nigahdan sonra soyadin dəyisdirilməsi

Belə ki, ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər. Nikaha daxil olanların biri və ya hər ikisinin soyadı qoşadırsa, soyadların birləşdirilməsinə yol verilmir.

Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadını dəyişdirməsinə səbəb olmur.

8. Uşağın ata adının dəyişdirilməsi

Usagin ata adinin dəyisdirilməsii

Azərbaycan Respublikası vətəndaşlarının ad və soyadla yanaşı, ata adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

“Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 12 may 2011-ci il tarixli Nazirlər Kabinetinin Qərarına əsasən18 yaşı tamam olmuş Azərbaycan vətəndaşı adının, soyadının və ata adının dəyişdirilməsi üçün müvafiq qeydiyyat şöbəsi və ya konsulluq idarəsinə müraciət edə bilər.

Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir.

Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Yəni atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun ata adı dəyişdirilir.

9. Adın, soyadın və ata adının dəyişdirilməsi ilə bağlı hara müraciət edilməlidir?

Adin soyadin və ata adinin dəyisdirilməsi ilə bagli hara muraciət edilməlidir

“Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 12 may 2011-ci il tarixli Nazirlər Kabinetinin Qərarına əsasən18 yaşı tamam olmuş Azərbaycan vətəndaşı adının, soyadının və ata adının dəyişdirilməsi üçün qeydiyyat şöbəsi (ASAN Xidmət qeydiyyat şöbələri) və ya konsulluq idarəsinə (xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı) müraciət edə bilər.

Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə müəyyən hallarda yol verilir. Həmin hallar aşağıdakılardır:

  1. ər-arvaddan birinin soyadını dəyişdirməsi;
  2. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilməsi; (yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar)
  3. Hər iki valideynin soyadı dəyişdirildikdə isə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilməsi (soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir.);
  4. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilməsi;
  5. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə yetkinlik yaşına çatmayan və yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilməsi(Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur.);
  6. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilməsi.

Adın, ata adının və soyadın dəyişdirilməsi üçün şəxs ərizə ilə müraciət etməlidir. Ərizə iki nüsxədə təqdim olunur. Nüsxələrdən birinin üzərində ərizənin qəbul edilməsinə dair qeyd aparılır və o, ərizə verən şəxsə qaytarılır.

Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:

  • ərizə verən şəxsin soyadı, adı, atasının adı;
  • adını, ata adını və ya soyadını dəyişdirmək istəyi;
  • daşımaq istədiyi ad, ata adı və soyad;
  • doğulduğu tarix və yer;
  • milliyyəti və vətəndaşlığı;
  • yaşayış və iş yeri, vəzifəsi;
  • hərbi qeydiyyat yeri;
  •  əvvəllər ad, ata adı və soyad dəyişdirilibsə, nə vaxt və harada;
  • ərizə verənədək bağladığı nikahlar və onların pozulması haqqında məlumat (kimlə nikah bağlanıb və ya pozulub, nə vaxt və harada);
  • övladları(soyadı, adı, atasının adı, doğulduğu tarix və yer);
  • xarici ölkələrdən deportasiya olunmuşdursa, hansı ölkədən, nə vaxt;
  • şəxsiyyətini təsdiq edən sənəd (seriyası, nömrəsi və verilmə tarixi).

10. Adın, soyadın və ata adının dəyişdirilməsi üçün lazım olan sənədlər

Adin soyadin və ata adinin dəyisdirilməsi ucun lazim olan sənədlər

Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

  1. ərizə verən şəxsin doğum haqqında şəhadətnaməsi;
  2. ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;
  3. ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;
  4. ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr;
  5. şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
  6. ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;
  7.  ərizə verən şəxsin 3×4 sm ölçüdə 2 ədəd fotoşəkli;
  8.  dövlət rüsumunun ödənilməsinə dair sənəd.

11. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı

vətəndasliq vəziyyəti aktlarinin dovlət qeydiyyati

“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli Qərarına əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, bir qayda olaraq, Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyinin yerləşdiyi binada (otaqda) həyata keçirilir.

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı – şəxsin hüquqi statusunu təsdiq edən mühüm həyat hadisələrinin (doğum, ölüm, nikah, boşanma, atalıq müəyyən olunması, ad, soyad və ata adının dəyişdirilməsi və s.) dövlət tərəfindən rəsmi şəkildə qeydə alınması prosesidir.

Dövlət qeydiyyatına alınan həyat hadisələri bunlardır:

  1. Doğumun qeydə alınması;
  2. Nikahın qeydə alınması;
  3. Övladlığa götürmənin qeydə alınması;
  4. Nikahın pozulmasının qeydə alınması;
  5. Atalığın müəyyən edilməsinin qeydə alınması;
  6. Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması;
  7. Ölümün qeydə alınması;

12. Məhkəməyə müraciət qaydaları

məhkəməyə muraciət qaydalari

“Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 12 may 2011-ci il tarixli Nazirlər Kabinetinin Qərarına əsasənadın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq idarəsi bundan imtina edilməsi barədə qərar çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə müraciət edən şəxsə qaytarır.

Bu zaman imtina almış şəxs inzibati məhkəməyə müraciət edərək ad, soyad və ya ata adının dəyişdirilməsini tələb edə bilər.

Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün şəxs xüsusi icraat qaydasında rayon məhkəməsinə müraciət etməlidir. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır.

Aşağıdakı hallarda isə istənilən şəxsin ad, ata adı və soyadının dəyişdirilməsinə yol verilmir:

  • ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə;
  • ərizə vermiş şəxsin götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda;
  • müraciət etmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə.

13. Məhkəmə rüsumu

Məhkəmə rusumu

“Dövlət rüsumu haqqında” Qanuna əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə ərizəçi 100 manat dövlət rüsumu ödəməlidir.

Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsinin imtina barədə qərarından inzibati məhkəməyə müraciət edən zaman məhkəməyə dövlət rüsumu ödənilmir.

Adın, ata adının və soyadın dəyişdirilməsi zamanı üzləşdiyiniz problemlərin həlli üçün bizə müraciət edə bilərsiniz.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button