Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Mülki huquq

Restoran, mağaza açmaq üçün hansı sənədlər lazımdır?

1. İctimai iaşə obyekti açmaq üçün nə etmək lazımdır?

İctimai iaşə fəaliyyəti – xidmət göstərilən obyektin ərazisində və ya səyyar qaydada istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının alıcıya təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir.

İctimai iaşə müəssisələrinə qida məhsullarının istehsalı, satışı və istehlakının təşkili üzrə fəaliyyət göstərən müəssisələr aid edilir. Bu müəssisələrə restoran, kafe, yeməkxana və s. daxil olmaqla müxtəlif növlər üzrə təsnifləşdirilir. 

Müəssisənin fəaliyyəti zamanı baş verən bütün əməliyyatlar ilkin sənədlər ilə sənədləşdirilməlidir.

Həmin müəssisələrin (restoran, kafe və ya digər obyektlərin) qanunvericiliyə uyğun bütün sənədləşmə işlərinin həyata keçirilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

2. Obyekt açmaq üçün nə etməli?

Obyekt açmağı planlaşdırırsınız?

Fəaliyyətə başlamazdan əvvəl hüquqi sənədlərin düzgün hazırlanması və qeydiyyat prosesinin vaxtında tamamlanması vacibdir.

VÖEN, qeydiyyat, icarə müqaviləsi, icazələr və digər hüquqi məsələlər üzrə hüquqi dəstək üçün bizə müraciət edə bilərsiniz.

Obyektinizi hüquqi baxımdan düzgün və etibarlı şəkildə fəaliyyətə başladaq.

Obyekt ( restoran, kafe, mağaza və s.) açmaq üçün bir neçə addımlar atmaq lazımdır.

Qeydiyyat

Belə ki, ilkin olaraq həyata keçiriləcək sahibkarlıq fəaliyyəti rəsmi qeydiyyata alınmalıdır. Bu zaman hüquqi şəxs və ya fərdi sahibkar kimi dövlət qeydiyyatından keçmək lazımdır.

VÖEN

Bu fəaliyyətlə məşğul olmaq üçün sahibkar Dövlət Vergi Xidmətində qeydiyyatdan keçməli və VÖEN əldə etməli, vergi rejimi (sadələşdirilmiş vergi ödəyicisi və ya digər) seçilməli və kassa aparatı qeydiyyata alınmalıdır.

Obyekt üçün çıxarış və ya icarə müqaviləsi

Obyekt sahibkara məxsusdursa, mülkiyyət hüququnu təsdiq edən sənəd – çıxarış təqdim edilməlidir. Obyekt icarəyə götürüldükdə notarial qaydada təsdiq edilmiş icarə müqaviləsi tələb olunur. Obyektin təyinatı qeyri-yaşayış sahəsi olmalıdır.

Sanitariya-gigiyena, yanğın təhlükəsizliyi barədə rəy

Qida məhsulları istehsalı və satışı, restoran və kafe biznesləri üçün zəruridir. Fəaliyyət növündən asılı olaraq sanitariya və gigiyena normalarına uyğunluq barədə rəy, habelə yanğın təhlükəsizliyi yoxlanılaraq bu barədə müvafiq rəy əldə edilməlidir.

Kommunal müqavilələr

Elektrik, qaz və su təchizatı ilə bağlı sahibkarın adına kommunal müqavilələr olmalıdır.

Kassa aparatı və POS terminal

Nağd satış üçün kassa aparatı, kartla ödəniş üçün POS terminal (bank vasitəsilə) əldə edilməlidir.

POS terminallar kartla nağdsız ödənişlərin qəbul olunmasını təmin edən innovativ cihazlardır.

İşçilərin rəsmiləşdirilməsi

Obyektdə fəaliyyət göstərəcək işçilər tibbi müayinədən keçməli, tibbi rəy alınmalı və işçilərlə əmək müqaviləsi bağlanmalıdır.

Reklam və ad seçimi

Obyektə ad seçilir. Reklam üçün müvafiq icazələr alınır.

Əlavə icazə və lisenziyalar

Bəzi sahələrdə (məsələn, tibbi xidmətlər, təhlükəsizlik xidməti, dərman satışı və s.) xüsusi lisenziya tələb olunur. Lisenziyanın alınması üçün müvafiq dövlət qurumlarına müraciət edilməlidir.

3. Restoran açmaq üçün nə lazımdır?

Restoran açmaq üçün ilkin olaraq sahibkarlıq fəaliyyəti (ictimai iaşə – restoran fəaliyyəti) rəsmi qeydiyyata alınmalıdır. Bunun üçün hüquqi şəxs və ya fərdi sahibkar kimi dövlət qeydiyyatından keçmək lazımdır. Qeydiyyat aparılması üçün ASAN Xidmət Mərkəzinə müraciət etmək olar.

Bu fəaliyyətlə məşğul olmaq üçün sahibkar Dövlət Vergi Xidmətində qeydiyyatdan keçməlidir və vergi ödəyicisi olaraq VÖEN əldə etməlidir, vergi rejimi (sadələşdirilmiş və ya ƏDV) seçilməlidir.

Obyekt sahibkara məxsusdursa, mülkiyyət hüququnu təsdiq edən sənəd – çıxarış olmalıdır. Obyekt icarəyə götürüldükdə notarial qaydada təsdiq edilmiş icarə müqaviləsi tələb edilir. Restoranın fəaliyyət göstərəcəyi obyektin təyinatı qeyri-yaşayış sahəsi olmalıdır. Obyektdə mətbəx üçün ayrıca sahə olmalıdır. Havalandırma sistemi, kanalizasiya və su təminatı sistemi quraşdırılmalıdır.

Qida təhlükəsizliyi icazəsi alınmalıdır. Belə ki, sanitar norma və qaydalara uyğunluq barədə rəy əldə edilməlidir.

Yanğın təhlükəsizliyi yoxlanılmalıdır və yanğın təhlükəsizliyi barədə rəy alınmalıdır.

Kassa aparatı və POS terminal qurşadırılmalıdır.

İşçilər tibbi müayinədən keçirilməli, bu barədə tibbi rəy əldə edilməli və onlarla əmək müqaviləsi bağlanmalıdır.

Sadəcə “yemək bişirmək” kifayət deyil . Bu fəaliyyətdə əsas uğur yer+konsept+xidmət+idarəetmədir.

Restoran biznesinə başlamaq istəyirsinizsə, bütün sənədləşmə prosesinin həyata keçirilməsinə hüquqi dəstək göstərilməsi (hüquqi məsləhət verilməsi, vəkil xidməti) üçün bizə müraciət edə bilərsiniz.

4. Kafe açmaq üçün nə lazımdır?

Kafe açmaq üçün ilk addım bu biznesi rəsmi etməkdir. Yəni kafe açmaq üçün fərdi sahibkar və ya hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmək lazımdır. Dövlət Vergi Xidmətində qeydiyyatdan keçmək və VÖEN əldə etmək lazımdır. İstər fərdi sahibkar, istərsə də hüquqi şəxs olaraq fəaliyyət göstərmək mümkündür.

Kafe açmaq üçün sənədləşmə prosesinin qanunvericiliyə uyğun həyata keçirilməsinə hüquqi dəstək göstərilməsi, lazımi icazə və lisenziyaların əldə edilməsi üçün (ehtiyac olduğu halda) bizə müraciət edə bilərsiniz.

5. Kafe açmaq üçün lazım olan sənədlər

Kafe açmaq üçün tələb olunan sənədlər:

  1. VÖEN; (dövlət reyestrindən çıxarış)
  2. Obyektin çıxarışı və ya icarə müqaviləsi;
  3. Sanitariya və gigiyena qaydalarına uyğunluq barədə rəy;
  4. Yanğın təhlükəsizliyi barədə rəy;
  5. Kommunal ödənişlərlə bağlı müqavilələr;
  6. Əmək müqaviləsi;
  7. Fəaliyyətdən asılı olaraq icazə və lisenziyalar.

Kafe açdıqda qeyd olunan sənədlərin əldə edilməsinə hüquqi dəstək göstərilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

6. Mağaza açmaq üçün nə etməli?

Əvvəlcə fəaliyyət forması seçilməlidir (fərdi sahibkar və ya hüquqi şəxs (MMC və s.)). Daha sonra Dövlət Vergi Xidmətində vergi uçotuna alınmalı və VÖEN əldə edilməlidir. Online kassa aparatı və POS terminal əldə edilməlidir.

Mağaza açarkən məkan seçimi də vacib məqamlardan biridir. Yaşayış binalarının bir-birinə yaxın olması, insanı axını olan yerlər (məhlə, yol kənar, yeni tikililər və s) – bunlar vacib faktorlardır.

Mağaza açacağınız yer xüsusi mülkiyyətdədirsə, çıxarış tələb olunur, icarədirsə, icarə müqaviləsi lazım olur.

Mağazada satılacaq məhsullardan asılı olaraq sanitariya-gigiyena tələblərinə riayət olunmalıdır. Təmizlik və gigiyena tələbləri gözlənilməlidir. Ərzaq məhsullarının satışı üçün soyuducu sistemi quraşdırılmalıdır. Məhsulların saxlanma qaydalarına riayət edilməlidir. Yanğın təhlükəsizliyi qaydalarına riayət edilməlidir. İşçi heyəti ilə əmək müqaviləsi bağlanılmalıdır.

7. Mağaza açmaq üçün lazım olan sənədlər

Mağaza açmaq üçün tələb olunan sənədlər:

  1. VÖEN; (dövlət reyestrindən çıxarış)
  2. Mağazanın yerləşdiyi yerin çıxarışı və ya icarə müqaviləsi;
  3. Sanitariya və gigiyena qaydalarına uyğunluq barədə rəy;
  4. Yanğın təhlükəsizliyi barədə rəy;
  5. Kommunal ödənişlərlə bağlı müqavilələr;
  6. İşçilərlər əmək müqaviləsi;
  7. Fəaliyyətdən asılı olaraq icazə və lisenziyalar.

Mağaza açdıqda qeyd olunan sənədlərin əldə edilməsinə hüquqi dəstək göstərilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

8. Ərzaq mağazası açmaq

Ərzaq mağazası açmaq üçün əvvəlcə fəaliyyət forması seçilməlidir (fərdi sahibkar və ya hüquqi şəxs (MMC və s.)). Daha sonra Dövlət Vergi Xidmətində vergi uçotuna alınmalı və VÖEN əldə edilməlidir. Online kassa aparatı və POS terminal əldə edilməlidir.

Mağaza açarkən məkan seçimi də vacib önəmlidir. Yaşayış binalarının bir-birinə yaxın olması, insanı axını olan yerlər (məhlə, yol kənar, yeni tikililər və s) – bunlar vacib faktorlardır.

Mağaza açacağınız yer xüsusi mülkiyyətdədirsə, çıxarış tələb olunur, icarədirsə, icarə müqaviləsi lazım olur.

Mağazada satılacaq məhsullardan asılı olaraq sanitariya-gigiyena tələblərinə riayət olunmalıdır. Təmizlik və gigiyena tələbləri gözlənilməlidir. Ərzaq məhsullarının satışı üçün soyuducu sistemi quraşdırılmalıdır. Məhsulların saxlanma qaydalarına riayət edilməlidir. Yanğın təhlükəsizliyi qaydalarına riayət edilməlidir. İşçi heyəti ilə əmək müqaviləsi bağlanılmalıdır.

9. Geyim mağazası açmaq

Geyim mağazası açmaq yaxşı ideyadır, amma burada əsas fərq — düzgün stil seçimi və satış strategiyasıdır. Sadəcə mağaza açmaq kifayət etmir, düzgün plan da qurmaq lazımdır.

Əvvəlcə konsepsiyanı müyyən etməlisiniz: Qadın, kişi yoxsa uşaq geyim mağazası açmaq istəyirsiniz.

Bu fəaliyyətlə (bizneslə) məşğul olmaq üçün sahibkarlıq fəaliyyəti rəsmi qeydiyyata alınmalıdır. Bu zaman hüquqi şəxs və ya fərdi sahibkar kimi dövlət qeydiyyatından keçmək lazımdır. Bu fəaliyyətlə məşğul olmaq üçün sahibkar Dövlət Vergi Xidmətində qeydiyyatdan keçməli və VÖEN əldə etməli, vergi rejimi (sadələşdirilmiş vergi ödəyicisi və ya digər) seçilməli və kassa aparatı qeydiyyata alınmalıdır. Online kassa aparatı və POS terminal quraşdırılmalıdır.

Məkan seçimi: Geyim mağazası ticarət mərkəzində, yol kənarında yaşayış binalarının birinci mərtəbəsində təşkil edilə bilər. Geyim mağazasının yerləşdiyi yer yer xüsusi mülkiyyətdədirsə, çıxarış tələb olunur, icarədirsə, icarə müqaviləsi lazım olur. Obyektin təyinatı qeyri-yaşayış sahəsi olmalıdır. Mağazaya işçi heyəti cəlb ediləcəksə, onlarla əmək müqaviləsi bağlanmalıdır.

Malların təchizatı (haradan məhsul gətiriləcəyi), avadanlıqlar və dizayn müəyyən edilməlidir. Mağazada interyer satışa təsir göstərə bilər. Mağazanın reklamının təşkil edilməsi də vacib məqamlardan biridir.

Geyim mağazası açmaq üçün bütün sənədləşmə işlərinin həyata keçirilməsinə hüquqi yardım göstərilməsi üçün bizə müraciət edə bilərsiniz.

10. Kitab mağazası açmaq

Kitab mağazası açmaq maraqlı və mədəni baxımdan dəyərli biznesdir. Kitab mağazası açmazdan əvvəl konsepsiya müəyyən etməlisiniz: Ümumi kitab mağazası, təhsil/imtahan kitabları, uşaq kitabları, yalnız bəddi ədəbiyyat və s. kitabların satışını həyata keçirəcəksiniz.

Kitab mağazası açarkən əvvəlcə biznesiniz qeydiyyata alınmalıdır. Kitab mağazasının adı seçilməli və VÖEN əldə etməlisiniz.

Kitab təchizatı üçün əsas mənbələr : yerli nəşrlər, xarici ölkələrdən sifariş və s. Populyar kateqoriyalar: şəxsi inkişaf, bestseller romanlar, uşaq kitabları, tədris və test kitabları.

Kitab mağazasında atmosfer hər şeydir. Mağazada rahat oturacaqlar, yumuşaq işıqlandırma və səliqəli rəflər daxili dizaynı daha cəlbedici edəcək.

Əgər mağazanın yerləşdiyi yer xüsusi mülkiyyətdədirsə, mülkiyyəti təsdiq edən sənədin çıxarışın olması kifayət edir. Həmin yer icarəyə götürüldükdə notarial qaydada təsdiq edilmiş icarə müqaviləsi zəruridir.

Kitab mağazasına işçi cəlb edildikdə onlarla əmək müqaviləsi bağlanmalıdır.

Mağazaya reklam yerləşdirilməsi üçün müvafiq qurumdan icazə əldə edilməlidir. Habelə, müxtəlif sosial şəbəkələr (instaqram və s) üzərindən mağazanın reklamı həyata keçirilə bilər.

Kitab mağazası açmaq üçün bütün sənədləşmə prosedurunun həyata keçirilməsinə hüquqi dəstək göstərilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

11. Şirniyyat mağazası açmaq

Şirniyyat mağazası açmaq yaxşı gəlir verə bilər, amma burada əsas məsələ dad+görünüş+gigiyena+düzgün yerdir. Konsepsiyanı seçin: sadəcə şirniyyat satışı (tort, pirojna, bulkalar), tort sifarişləri (ad günü, toy və s) desert+ kafe formatı.

Şirniyyat mağazası açarkən əvvəlcə biznesiniz qeydiyyata alınmalıdır. Şirniyyat mağazasının adı seçilməli və VÖEN əldə etməlisiniz.

Şirniyyat mağazası açan zaman məkan seçimi vacibdir (İnsan axını olan küçə olması məsləhətdir)

Şirniyyat mağazasında satılacaq məhsullardan asılı olaraq sanitariya-gigiyena tələblərinə riayət olunmalıdır. Təmizlik və gigiyena tələbləri gözlənilməlidir. Sanitariya-gigiyena normalarına riayət olunması barədə rəy, yanğın təhlükəsizliyi barədə rəy, şirniyyat məhsullarının saxlanma qaydalarına riayət edilməlidir. Yanğın təhlükəsizliyi qaydalarına riayət edilməlidir. İşçi heyəti ilə əmək müqaviləsi bağlanılmalıdır.

Əgər mağazanın yerləşdiyi yer xüsusi mülkiyyətdədirsə, mülkiyyəti təsdiq edən sənədin çıxarışın olması kifayət edir. Həmin yer icarəyə götürüldükdə notarial qaydada təsdiq edilmiş icarə müqaviləsi zəruridir.

Şirniyyat mağazasına reklam yerləşdirilməsi üçün müvafiq qurumdan icazə əldə edilməlidir. Habelə, müxtəlif sosial şəbəkələr (instaqram və s) üzərindən mağazanın reklamı həyata keçirilə bilər.

Şirniyyat mağazası açmaq üçün bütün sənədləşmə prosedurunun həyata keçirilməsinə hüquqi dəstək göstərilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

12. Paltar mağazası açmaq

Paltar mağazası açmaq yaxşı qazanc verə bilər, amma bu sahədə əsas məsələ düzgün məhsul seçimi +yer + satış bacarığıdır.

Əvvəlcə konsepsiyanı müyyən etməlisiniz: Qadın, kişi yoxsa uşaq geyim mağazası açmaq istəyirsiniz.

Bu fəaliyyətlə (bizneslə) məşğul olmaq üçün sahibkarlıq fəaliyyəti rəsmi qeydiyyata alınmalıdır. Bu zaman hüquqi şəxs və ya fərdi sahibkar kimi dövlət qeydiyyatından keçmək lazımdır. Bu fəaliyyətlə məşğul olmaq üçün sahibkar Dövlət Vergi Xidmətində qeydiyyatdan keçməli və VÖEN əldə etməli, vergi rejimi (sadələşdirilmiş vergi ödəyicisi və ya digər) seçilməli və kassa aparatı qeydiyyata alınmalıdır. Online kassa aparatı və POS terminal quraşdırılmalıdır.

Məkan seçimi: İnsan axını olan küçə, ticarət mərkəzi.

Paltar mağazasının yerləşdiyi yer xüsusi mülkiyyətdədirsə, çıxarış tələb olunur, icarədirsə, icarə müqaviləsi lazım olur. Obyektin təyinatı qeyri-yaşayış sahəsi olmalıdır. Mağazaya işçi heyəti cəlb ediləcəksə, onlarla əmək müqaviləsi bağlanmalıdır.

Malların təchizat (haradan məhsul gətiriləcək), avadanlıqlar və dizayn müəyyən edilməlidir. Mağazanın reklamının təşkil edilməsi də vacib məqamlardan biridir. Bunun üçün sosial şəbəkələr (instqram və s) üzərindən reklam çəkilişləri həyata keçirə bilərsiniz.

Paltar mağazası açmaq üçün bütün sənədləşmə işlərinin həyata keçirilməsinə hüquqi yardım göstərilməsi üçün bizə müraciət edə bilərsiniz.

13. Yanacaq doldurma məntəqəsi açmaq

Yanacaq doldurma məntəqəsi açmaq adi mağaza biznesindən daha mürəkkəbdir. Bu sahə lisenziyalıdır, ciddi təhlükəsizlik və ekoloji tələblər var və başlanğıc kapitalı yüksək olur.

Əvvəlcə bu biznesin qeydiyyatı aparılmalıdır. Belə ki, ilkin olaraq həyata keçiriləcək bu sahibkarlıq fəaliyyəti rəsmi qeydiyyata alınmalıdır. Bu zaman hüquqi şəxs və ya fərdi sahibkar kimi dövlət qeydiyyatından keçmək lazımdır.

Bu fəaliyyətlə məşğul olmaq üçün sahibkar Dövlət Vergi Xidmətində qeydiyyatdan keçməli və VÖEN əldə etməli, vergi rejimi (sadələşdirilmiş vergi ödəyicisi və ya digər) seçilməli və kassa aparatı qeydiyyata alınmalıdır.

Yanacaq doldurma məntəqəsinin yerləşdiyi yer sahibkara məxsusdursa, mülkiyyət hüququnu təsdiq edən sənəd – çıxarış təqdim edilməlidir. Həmin yer icarəyə götürüldükdə notarial qaydada təsdiq edilmiş icarə müqaviləsi tələb olunur. Yanacaq doldurma məntəqəsinin yerləşdiyi yerin təyinatı qeyri-yaşayış sahəsi olmalıdır.

Bu fəaliyyətin həyata keçirilməsi məqsədilə lisenziya almaq üçün müraciət edilməlidir.

Torpaq və yer seçimi: magistral yol kənarı və ya intensiv hərəkətli ərazidə yerləşməsi məsləhətlidir.

Yanğın təhlükəsizliyi barədə rəy, ekoloji icazələr tələb olunur.

İşçilərlə əmək müqaviləsi bağlanmalıdır. Reklam lövhələrinin quraşdırılması üçün müvafiq qurumdan icazə alınmalıdır.

Əlavə gəlir mənbəyi olaraq mini market, kafe və ya avtoyuma yerləşdirilə bilər.

Yanacaq doldurma məntəqəsi açmaq üçün bütün sənədləşmə prosedurunun həyata keçirilməsi, lazımi icazə və lisenziyaların alınması üçün bizə müraciət edə bilərsiniz.

14. Təmizlik şirkəti açmaq üçün nə lazımdır?

Təmizlik şirkəti açmaq yaxşı biznesdir – aşağı riskli və nisbətən az kapital tələb edən biznesdir.

Əvvəlcə xidmət növünü seçin: ev təmizliyi, ofis və obyekt təmizliyi, təmir sonrası təmizlik, paltar təmizliyi, xalça/yuma təmizliyi.

Bu fəaliyyətlə (bizneslə) məşğul olmaq üçün sahibkarlıq fəaliyyəti rəsmi qeydiyyata alınmalıdır. Bu zaman hüquqi şəxs və ya fərdi sahibkar kimi dövlət qeydiyyatından keçmək lazımdır.

Bu fəaliyyətlə məşğul olmaq üçün sahibkar Dövlət Vergi Xidmətində qeydiyyatdan keçməli və VÖEN əldə etməli, vergi rejimi (sadələşdirilmiş vergi ödəyicisi və ya digər) seçilməli və kassa aparatı qeydiyyata alınmalıdır. Fəaliyyət növü olaraq təmizlik xidməti seçin.

Təmizlik şirkətinin yerləşdiyi yer xüsusi mülkiyyətdədirsə, çıxarış tələb olunur, icarədirsə, icarə müqaviləsi lazım olur. Obyektin təyinatı qeyri-yaşayış sahəsi olmalıdır. İşçilərlə əmək müqaviləsi bağlanmalıdır.

Təmizlik şirkətinin reklamının təşkil edilməsi də vacib məqamlardan biridir. Bunun üçün sosial şəbəkələr (instqram və s) üzərindən reklam çəkilişləri həyata keçirə bilərsiniz.

Avadanlıqlar (tozsoran, kimyəvi təmizləyici vasitələr, şüşə silən alətlər və s) təşkil edilməlidir.

Təmizlik şirkəti açmaq üçün bütün sənədləşmə işlərinin həyata keçirilməsinə hüquqi yardım göstərilməsi üçün bizə müraciət edə bilərsiniz.

15. Təhsil mərkəzi açmaq

Təhsil mərkəzi açmaq yaxşı potensialı olan biznesdir. amma burada əsas məsələ peşəkar müəllim+düzgün proqram+etibardır.

Təhsil mərkəzi açarkən istiqamət müəyyənləşdirmək lazımdır: abituriyent hazırlığı, məktəb fənləri (riyaziyyat, ingilis dili və s), dil kursları, komputer/proqramlaşdırma kursları və s.

Belə ki, ilkin olaraq həyata keçiriləcək sahibkarlıq fəaliyyəti rəsmi qeydiyyata alınmalıdır. Bu zaman hüquqi şəxs və ya fərdi sahibkar kimi dövlət qeydiyyatından keçmək lazımdır.

Bu fəaliyyətlə məşğul olmaq üçün sahibkar Dövlət Vergi Xidmətində qeydiyyatdan keçməli və VÖEN əldə etməli, vergi rejimi (sadələşdirilmiş vergi ödəyicisi və ya digər) seçilməli və kassa aparatı qeydiyyata alınmalıdır. Fəaliyyət növü olaraq təhsil xidməti seçilməlidir. Təhsil xidmətinin həyata keçirilməsi üçün lisenziya tələbi mövcuddur.

Məkan seçimi: məktəblərə yaxın ərazi, sakit və rahat yer, sinif otaqları üçün uyğun plan. Avadanlıqlar (stul, stol, lövhə, proyektor və s) təşkil edilməlidir.

Müəllim seçilməli, müəllim və digər işçi heyəti ilə əmək müqaviləsi bağlanmalıdır. Bunun üçün sosial şəbəkələr (instqram və s) üzərindən reklam çəkilişləri həyata keçirə bilərsiniz.

Təhsil mərkəzi açmaq üçün bütün sənədləşmə işlərinin həyata keçirilməsinə hüquqi yardım göstərilməsi üçün bizə müraciət edə bilərsiniz.

16. Biznesə başlamaq

  1. Fəaliyyət növünü müəyyən edin — restoran, mağaza, xidmət, onlayn satış və s.
  2. Biznes plan hazırlayın — nə satacaqsınız, kimə satacaqsınız, ilkin xərc və aylıq xərclər nə olacaq.
  3. Hüquqi forma seçin — fərdi sahibkar və ya MMC.
  4. Dövlət qeydiyyatından keçin — VÖEN alın.
  5. Obyekt seçin — icarə müqaviləsi və ya mülkiyyət sənədi olsun.
  6. Bank hesabı açın və lazım olarsa elektron imza əldə edin.
  7. Kassa aparatı və vergi uçotu məsələlərini həll edin.
  8. Əgər restoran, kafe, ərzaq mağazasıdırsa, əlavə olaraq sanitariya, qida təhlükəsizliyi və yanğın təhlükəsizliyi tələblərinə baxın.
  9. İşçi götürəcəksinizsə, əmək müqavilələri və sosial sığorta qeydiyyatı edin.
  10. Açılışdan əvvəl xərc, gəlir və ehtiyat kapitalı planı hazırlayın — bu, ilk aylarda çox vacib olur.

Biznesə başlayırsınız?

Restoran, mağaza və ya digər fəaliyyət sahəsi üzrə işə başlamazdan əvvəl hüquqi sənədlərin düzgün hazırlanması vacibdir.

Qeydiyyat, VÖEN, icarə müqaviləsi, icazələr və digər hüquqi məsələlər üzrə hüquqi dəstək göstərilməsi üçün bizə müraciət edə bilərsiniz.

Biznesinizin başlanğıcını daha düzgün və təhlükəsiz qurmağa kömək edək.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button