
Azərsu tərəfindən mənə əsassız borc yazılıb. Nə edə bilərəm?
1. Azərsu tərəfindən yazılan borcu necə sildirim?

Əgər Azərsu (indiki adı ADSEA) ASC tərəfindən sizə qanuni və hüquqi əsas olmadan borc hesablanıbsa, bununla bağlı həmin quruma şikayətinizi bildirə bilərsiniz. Əksinə şikayətinizə cavab olaraq sizdən hesablanmış borc ödənilməsi tələb olunarsa, sudan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə rayon (şəhər) məhkəməsinə müraciət edib həmin borcu sildirə bilərsiniz. Belə ki, bunun üçün məhkəməyə müraciət etmək lazımdır. Məhkəməyə müraciət üçün dövlət rüsumu ödəmirsiniz.
“Dövlət rüsumu haqqında” Qanunun 9-cu maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə – iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar.
Sudan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi tələbinə dair məhkəməyə iddia ərizəsinin hazırlanması və vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
2. Azərsu borc

“Su təchizatı və tullantı suları haqqında” Qanunun 5-ci maddəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir.
Həmin Qanunun 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir.
Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Sudan istifadə nəticəsində sizə artıq borc yazılıbsa, həmin borcun silinməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz. Bu zaman məhkəməyə dövlət rüsumu ödəmirsiniz.
Əgər məhkəmənin çıxardığı qətnamədən narazı qalsanız, o zaman məhkəmə qətnaməsi sizə rəsmi qaydada təqdim edildiyi vaxtdan 1 ay müddətində apellyasiya şikayəti verə bilərsiniz.
Sudan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsinin və ya apellyasiya şikayətinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
3. Azərsu borc öyrənmə

Su borcunuzu e-gov.az saytına daxil olub, “Azərsu” bölməsini seçib, abonent kodunuzu sistemə daxil edib öyrənə bilərsiniz.
Azərsu ASC-nin 012-955 qaynar xətti ilə əlaqə saxlayıb, yaxud ASAN Xidmət, ASAN Kommunal Mərkəzləri və ya ərazi üzrə poçt şöbəsinə yaxınlaşıb öyrənə bilərsiniz.
Əgər istifadə etdiyiniz suyun dəyərindən artıq dəyər hesablanıbsa, siz həmin artıq hesablanmış məbləği sildirə bilərsiniz. Belə ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz.
Məhkəməyə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
4. Azərsu abonent kodu öyrənmək

Abonent kodunu Azərsu ASC-nin 955 qaynar xətti ilə əlaqə saxlayaraq, ASAN Kommunal, Azərsu ASC-nin xidmət mərkəzlərinə və ya müvafiq poçt şöbəsinə yaxınlaşmaqla öyrənə bilərsiniz.
5. Azərsu ödəniş

İstifadə olunan suyun və axıdılan tullantı sularının dəyəri bank, poçt, internet və ya POS-terminal vasitəsilə ödənilir.
İstehlakçı Müəssisə tərəfindən satılmış suyun və göstərilmiş xidmətlərin haqqını 1 ay müddətində bank, poçt, internet və ya POS-terminallar vasitəsilə ödəyir.
6. Azər su borcu

Sizin adınıza hər hansı hüquqi və faktiki əsas olmadan borc məbləği hesablanarsa, bunun üçün Azərsu ASC-yə və ya həmin qurumun müvafiq xidmət mərkəzlərinə ərizə ilə müraciət edə bilərsiniz. Ərizənizdə borcun əsassız hesablandığını qeyd edə, yenidən hesablanmasını və əsassız hesablanmış borcun silinməsini tələb edə bilərsiniz.
Əgər borc silinməsə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayətlə və ya məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərsiniz.
Məhkəməyə iddia ərizənizi yazılı şəkildə sübutlarla birgə təqdim etməlisiniz. İddia ərizəsini özünüz və ya etibarnamə üzrə nümayəndəniz imzalaya bilər. İddia ərizəsini imzaladıqdan sonra elektron qaydada, yaxud da şəxsən (və ya poçtla) məhkəməyə təqdim edin.
Məhkəmə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhət verilməsi və ya vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
7. Azərsu borcunu öyrənmək

Su borcunun öyrənilməsi üçün e-gov.az saytna daxil olaraq elektron xidmətlər bölməsi üzərindən Azərsu ASC seçirsiniz, əhali və ya qeyri əhali xanasını seçib, abonent kodunuzu yazırsınız borcunuzu öyrənirsiniz.
Bununla yanaşı Azərsu ASC-nin 955 qaynar xətti ilə əlaqə saxlamaqla, ASAN Kommunal Mərkəzinə, yaxud müvafiq poçt şöbəsinə yaxınlaşmaqla borcunuzu öyrənə bilərsiniz.
8. Azərsu ödəniş tarixçəsi

Azərsu ödəniş tarixçəsi barədə məlumat əldə etmək üçün azərsu elektron xidmət pəncərəsinə daxil olub, ödəniş tarixçəniz barədə məlumatın verilməsi bölməsini seçərək, abonent kodunuzu daxil edərək ödəniş tarixçənizi öyrənə bilərsiniz.
9. Azərsu balans yoxlamaq

Sudan istifadəyə görə ümumi balansınızı (borcunuzu) sms vasitəsilə, e-gov.az saytı üzərindən, bank mobil tətbiqləri vasitəsilə, 955 çağrı mərkəzi ilə əlaqə saxlayaraq, yaxud da müvafiq poçt şöbəsinə yaxınlaşıb öyrənə bilərsiniz.
10. Su borcunu ödəmək

Siz sudan istifadəyə görə yaranmış borcunuzu internet, bank, poçt və ya POS terminal vasitəsilə ödəyə bilərsiniz.
Əgər sizə artıq borc hesablanıbsa və bu barədə sizə heç bir rəsmi bildiriş göndərilməyibsə, bu barədə Azərsu ASC-yə ərizə ilə müraciət edib, faktiki ümumi borc barədə məlumat ala bilərsiniz. Daha sonra adınıza hesablanmış əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz. Məhkəməyə müraciət üçün dövlət rüsumu ödəməkdən azadsınız.
Məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhət verilməsi və ya vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
Habelə, Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla məhkəmə üçün iddia ərizənizi özünüz hazır edə bilərsiniz.
11. Su borcunun internet vasitəsilə öyrənilməsi

Sudan istifadəyə görə borcunuzu internet vasitəsilə öyrənmək üçün e-gov.az satına daxil olun, elektron xidmətlər bölməsindən “kommunal ödənişlər xanasını, daha sonra Azərsu ASC xanasını seçin, abonent kodunuzu daxil edib borc barədə məlumat ala bilərsiniz.
Habelə, bank mobil tətbiqləri üzərindən də ödəniş edərkən abonent kodunuzu daxil edirsiniz və faktiki borc məbləği ekranda görünür.
12. Telefon nömrəsi ilə su borcunu öyrənmək

Su borcunu birbaşa telefon nömrəsi ilə yoxlamaq olmur. Sudan istifadəyə görə borcunuzu abonent kodu və ya şəxsiyyət vəsiqəsi məlumatlarınız əsasında yoxlaya bilərsiniz.
Azərsu ASC-nin 955 çqaynar xəttinə zəng edib abonent kodunuzu və ya ad, soyad, ata adı məlumatlarınızı deyərək borcunuzu öyrənə bilərsiniz.
Habelə, ASAN Kommunal, ASAN Xidmət Mərkəzinə və ya Azərsu ASC-nin xidmət mərkəzlərinə yaxınlaşıb borcunuz barədə məlumat ala bilərsiniz.
13. Azərsu borc ödəmə

Sudan istifadəyə görə borcunuzu internet, onlayn qaydada müxtəlif bank tətbiqləri (bir bank, ABB və s.) vasitəsilə, milliön və ya e-manat ödəmə terminalları vasitəsilə, habelə istənilən poçt şöbəsinə yaxınlaşaraq abonent kodunuzu və ya ad, soyad, ata adı məlumatlarınızı təqdim edərək ödəyə bilərsiniz.
14. Su borcunu öyrənmək

Sudan istifadəyə görə yaranmış borcunuzu internet üzərindən e-gov.az saytı üzərindən onlayn qaydada öyrənə bilərsiniz. Habelə Azərsu ASC-nin 955 qaynar xətti ilə əlaqə saxlayaraq da öyrənə bilərsiniz.
Su borcunuzu ödəyərkən əsassız olaraq sizə borc hesablandığı müəyyən etsəniz, bununla bağlı Azərsu ASC-yə şifahi və ya yazılı şəkildə şikayətinizi bildirə və hesablanmış borcun yenidən hesablanmasını, artıq hesablanmış borcun silinməsini tələb edə bilərsiniz.
Əgər həmin qurum tərəfindən sizə müsbət cavab verilməzsə və əskinə borcun ödənilməsi tələb olunsa, siz də əsassız hesablanmış borcun silinməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edib iddia qaldıra bilərsiniz.
İddia ərizəsinin hazırlanması və vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
Habelə, Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla məhkəmə üçün iddia ərizənizi özünüz hazır edə bilərsiniz.
15. Su abonent kodu öyrənmək

Abonent kodunuzu ərazi üzrə Azərsu ASC-nin 955 qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz. Habelə,müvafiq poçt şöbəsinə, Asan Kommunal Mərkəzinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsi məlumatlarınızı təqdim etməklə öyrənə bilərsiniz.
16. Su pulu ödəmək

Sudan istifadəyə görə borcunuzu internet, poçt, bank və ya POS terminallar vasitəsilə ödəyə bilərsiniz.
Əsassız hesablanmış borcun silinməsi üçün isə ilkin olaraq Azərsu ASC-yə rəsmi qaydada müraciətinizi bildirə bilərsiniz. Müraciətinizə cavab olaraq hesablanmış borcun ödənilməsi sizdən tələb olunarsa, həmin borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə rayon (şəhər) məhkəməsinə müraciət edə bilərsiniz. Məhkəməyə iddia ərizəsi yazılı şəkildə təqdim edilməlidir.
İddia ərizəsi məhkəməyə təqdim edildikdə dövlət rüsumu ödəmirsiniz. Çünki dövlət rüsumunu ödəməkdən azadsınız. Məhkəməyə iddia ərizəsi təqdim edildikdən təxminən 1 ay sonra ilk məhkəmə hazırlıq iclası təyin edilir. 2-3 iclasa məhkəmə yekunlaşa bilər. Məhkəmənin sizin xeyrinizə qəbul etdiyi qətnamə əsassız hesablanmış borcun silinməsi üçün əsasdır və icra olunmalıdır.
Məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhət verilməsi və ya vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
17. Su pulu necə hesablanır?

“Sudan istifadə qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarının 7.1-ci bəndinə əsasən suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.
Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir.
Suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır.
Sizin adınıza hesablanmış su borcu ilə razılaşmasanız, bu halda məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, borcun silinməsini tələb edə bilərsiniz. Məhkəmə sizin təqdim etdiyiniz sübutlar əsasında borcun əsassız olduğunu müəyyən edərsə, o zaman borc silinir.
İddia ərizəsinin hazırlanması və hüquqi məsləhət verilməsi üçün bizə müraciət edə bilərsiniz.
18. Azərsu asc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 mart 2023-cü il 2074 nömrəli fərmanı ilə su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından səmərəli istifadə etmək, torpaqların meliorasiyası və irriqasiyası işlərinin təşkilini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.
“Azərsu” və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar cəmiyyətləri əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.
Hal-hazırda Agentliyin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti və Agentliyin tabeliyində Regional Su Meliorasiya Xidməti PHŞ, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu PHŞ, Tikilməkdə Olan Obyektlərin Müdriyyəti PHŞ, Su və Meliorasiya Komplekslərinin Layihələndirilməsi İnstitutu PHŞ fəaliyyət göstərir.
19. Azərsu sayğac kodu

Azərsu sayğac kodunu öyrənmək məqsədilə müvafiq poçt şöbəsinə yaxınlaşa, yaxud da Azərsu ASC-nin 955 qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz.
20. Konsultasiya

Sudan istifadəyə görə sizin adınıza hesablanmış əsassız borcun ödənilməsi sizdən tələb olunarsa, siz də həmin borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlısınız. Məhkəməyə müraciət zamanı dövlət rüsumu ödəmirsiniz.
Sudan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi tələbinə dair məhkəməyə iddia ərizəsinin hazırlanması və ya vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın


