
Azərişıq tərəfindən mənə əsassız borc yazılıb. Nə edə bilərəm?
1. Azərişıq şikayət

Azərişıq ASC tərəfindən sizə əsassız borc yazılıbsa, bununla bağlı həmin quruma şifahi və ya yazılı şəkildə şikayətinizi bildirə bilərsiniz. Şikayətinizə cavab olaraq hesablanmış borcun ödənilməsisizdən tələb olunursa, elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə rayon (şəhər) məhkəməsinə müraciət edə bilərsiniz. Məhkəməyə müraciət zamanı dövlət rüsumunu ödəməkdən azadsınız.
Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 9-cu maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə – iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar.
Elektrik enerjisindən (işıqdan) istifadəyə görə əsassız hesablanmış borcun silinməsi tələbinə dair məhkəməyə iddia ərizəsinin hazırlanması və vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
2. Azərişıq borc

“Elektrik enerjisinin istifadə Qaydaları”nın 8.2-ci maddəsinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə, habelə sabit tarifə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur.
Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya elektrik enerjisinin sayğacla müəyyənləşən dəyəri və sabit tarif barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).
İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Əgər Azərişıq ASC tərəfindən sizin adınıza əsassız borc hesablanıbsa, həmin borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib əsassız borcu sildirə bilərsiniz. Bu zaman məhkəməyə dövlət rüsumu ödənilmir.
Əgər məhkəmənin çıxardığı qətnamədən narazısınızsa, o zaman məhkəmə qətnaməsi sizə rəsmi qaydada təqdim edildiyi vaxtdan 1 ay müddətində apellyasiya şikayəti verə bilərsiniz.
Elektrik enerjisindən (işıqdan) istifadəyə görə əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsinin və apellyasiya şikayətinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
3. Azərişıq borcu öyrənmək

Elektrik enerjisindən istifadəyə görə borcunuzu öyrənmək üçün azerishiq.az saytına daxil olursunuz, “elektrik borcunu öyrən” xanasına vurub, telefon nömrəsi və ya abonent kodu vasitəsilə elektrik borcunuzu öyrənirsiniz.
Elektrik enerjisindən (işıqdan) istifadəyə görə əsassız hesablanmış borcun silinməsi tələbinə dair məhkəməyə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
4. Azərişıq abonent kodu öyrənmək

İlkin olaraq onu qeyd edək ki, köhnə işıq qəbzlərinin üzərində “abonent kodu” açıq şəkildə göstərilir.
Azərişıq ASC-nin 199 qaynar xətti ilə əlaqə saxlayaraq da şəxsiyyət vəsiqəsi məlumatlarınızı bildirərək abonent kodunu öyrənə bilərsiniz.
Habelə, Asan Kommunal mərkəzinə və ya Azərişıq ASC-nin xidmət mərkəzlərinə müraciət edə, yaxud da müvafiq poçt şöbəsinə yaxınlaşa bilərsiniz.
5. Azərişıq ödəniş tarixçəsi

Elektrik enerjisi ilə bağlı ödəniş tarixçənizi öyrənmək üçün azerishiq.az saytına daxil olursunuz, yeni açılan pəncərədən “Elektron işıq portalı” xanasını seçirsiniz, sonrakı açılan pəncərədən “abonentin geniş tarixçəsinin verilməsi” xanasına daxil olursunuz, sistem üzərindən tələb olunan məlumatları təqdim edib, ödəniş tarixçəniz barədə məlumat ala bilərsiniz.
6. Telefon nömrəsi ilə işıq borcunu öyrənmək

Bunun üçün azerishiq.az saytına daxil olursunuz, açılmış pəncərədə “elektrik borcunu öyrən” bölməsini seçib, görünən xanaya telefon nömrənizi daxil edirsiniz və işıq borcunuzu öyrənirsiniz.
Əgər hesablanmış borc əsassızdırsa, işıqdan istifadəyə görə sizin adınıza hesablanmış əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz. Məhkəməyə müraciət üçün dövlət rüsumu ödəməkdən azadsınız.
Məhkəməyə iddia ərizənizi yazılı şəkildə sübutlarla birgə təqdim etməlisiniz. İddia ərizəsi özünüz və ya etibarnamə üzrə nümayəndəniz tərəfindən imzalanıb elektron qaydada, yaxud da şəxsən (və ya poçtla) məhkəməyə təqdim edilə bilər.
Məhkəmə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhət verilməsi və ya vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
7. İşıq borcunu öyrənmə

Elektrik enerjisindən istifadəyə görə borcunuzu azerishiq.az saytı üzərindən onlayn qaydada, Asan Kommunal Mərkəzinə, Azərişıq ASC-nin xidmət mərkəzlərinə, yaxud da müvafiq poçt şöbəsinə yaxınlaşaraq öyrənə bilərsiniz.
8. İşıq borcunu ödəmə

Elektrik enerjisindən istifadəyə görə borcunuzu bank mobil tətbiqləri, internet, e-manat, milliön ödəniş terminalları vasitəsilə, habelə müvafiq poçt şöbəsinə yaxınlaşaraq ödəyə bilərsiniz.
9. İşıq borcunu online öyrənmə

Elektrik enerjisindən istifadəyə görə borcunuzu öyrənmək üçün azerishiq.az saytına daxil olursunuz, açılan pəncərədə “elektrik borcunu öyrən” xanasını seçirsiniz, abonent kodu və ya telefon nömrəsi vasitəsilə onlayn qaydada borcunuzu öyrənirsiniz.
Əgər hesablanmış borc əsassız olarsa, bu barədə şikayətinizi Azərişıq ASC-yə və ya Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə bildirə bilərsiniz. Şikayətinizə müsbət cavab verilmədikdə, əsassız hesablanmış borcun silinməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərsiniz.
İddia ərizəsini cavabdehin olduğu yer üzrə məhkəməyə elektron məhkəmə informasiya sistemi üzərindən yaratdığınız elektron kabinet vasitəsilə, yaxud da şəxsən və ya poçt vasitəsilə təqdim edə bilərsiniz.
Məhkəməyə müraciət zamanı dövlət rüsumu ödəməkdən azadsınız. İddia ərizəsi və sübutları (abonent saldosu və s.) məhkəməyə təqdim etdikdən sonra iddia ərizəniz həmin gün qeydiyyata alınır və təxminən 1 ay sonraya məhkəmənin ilk hazırlıq iclası təyin edilir. Əgər çıxarılmış məhkəmə qətnaməsindən razı olmasanız, həmin qətnamə rəsmi qaydada sizə təqdim edildiyi vaxtdan 1 ay müddətində apellyasiy məhkəməsinə apellyasiya şikayəti verə bilərsiniz.
Məhkəməyə iddia ərizəsinin, apellyasiya şikayətinin hazırlanması, hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
Habelə, Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla məhkəmə üçün iddia ərizənizi özünüz də hazır edə bilərsiniz.
10. Elektrik borcu öyrənmək

Elektrik borcunuzu azerishiq.az saytına daxil olaraq “elektrik borcunu öyrən” xanasına seçərək, telefon nömrəsi və ya abonent kodu vasitəsilə onlayn qaydada öyrənə bilərsiniz. Habelə, Azərişıq ASC-nin 199 çağrı mərkəzi ilə əlaqə saxlaya, Asan Kommunal mərkəzinə, müvafiq poçt şöbəsinə yaxınlaşa bilərsiniz.
Elektrik enerjisindən istifadəyə görə əsassız və qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair məhkəməyə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
11. İşıq pulu ödəmək

Elektrik enerjisindən istifadəyə görə haqqı (işıq pulunu) internet vasitəsilə, mobil tətbiqlər üzərindən, habelə Asan Kommunal mərkəzinə, müvafiq poçt şöbəsinə yaxınlaşaraq da ödəyə bilərsiniz.
12. Azərişıq balans yoxlamaq

Bunun üçün azerishiq.az saytı üzərindən onlayn qaydada, Asan Kommunal Mərkəzinə, Azərişıq ASC-nin xidmət mərkəzlərinə, yaxud da müvafiq poçt şöbəsinə yaxınlaşa bilərsiniz.
13. Azər işıq

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin əsas missiyası Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini istehsalçılardan satın almaqla istehlakçıları fasiləsiz, keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz etməkdən, yeni texnologiyalar tətbiq olunmaqla paylayıcı şəbəkələrin maddi-texniki bazasını müasirləşdirməkdən, habelə bu sahənin inkişafı ilə bağlı digər zəruri tədbirləri həyata keçirməkdən ibarətdir.
14. İşıq pulu necə hesablanır?

İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını və sabit tarifi enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir.
Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya elektrik enerjisinin sayğacla müəyyənləşən dəyəri və sabit tarif barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Elektrik enerjisinin ölkədaxili tariflərinə dair Tarif (qiymət) Şurasının ən son qərarı ilə buradan tanış ola bilərsiniz
Tariflər:
Elektrik enerjisinin təchizatı
aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün – 8,4 manat
aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün – 10,0 manat
Sabit tarif:
Əhali və 1 fazlı təchizat sxemi üzrə qeyri-əhali – 1,0 manat/ay
3 fazlı təchizat sxemi üzrə qeyri-əhali – 3,0 manat/ay
15. Azərişıq borc ödəmə

Azərişıq ASC tərəfindən qanuni olaraq hesablanmış borcunuzu internet, bank mobil tətbiqləri, e-manat , milliön ödəmə terminalları vasitəsilə, habelə ASAN Xidmət, ASAN Kommunal mərkəzlərinə, ərazi üzrə müvafiq poçt şöbəsinə yaxınlaşaraq ödəyə bilərsiniz.
Azərişıq ASC tərəfindən sizə əsassız olaraq borc hesablana bilər və həmin məbləğ sizdən tələb oluna bilər. Bu halda siz də həmin borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia qaldıra bilərsiniz və əsassız hesablanmış borcun silinməsini tələb edə bilərsiniz.
Məhkəməyə iddia ərizəsinin yazılması üçün bizə müraciət edə bilərsiniz.
16. Obyektlərdə işıq pulu

Obyektlər qeyri əhali qrupuna aid edilir. Obyektlərdə elektrik enerjisindən istifadəyə görə enerji sərfiyyatını və istifadə edilmiş elektrik enerjisinin dəyərini öyrənmək üçün azerishiq.az saytına daxil olursunuz, “elektrik borcunu öyrən” xanasına vurub, telefon nömrəsi və ya abonent kodunu qeyd edirsiniz. Bunun vasitəsilə elektrik enerjisindən istifadə zamanı meydana gələn sərfiyyat və borcu öyrənə bilərsiniz.
Əgər obyektdə elektrik enerjisindən istifadə zamanı əsassız olaraq artıq borc hesablanıbsa, hesablanmış borcun silinməsi üçün məhkəmədə iddia qaldırmaq olar. Bu zaman obyektin sahibi iddiaçı olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsassız hesablanan borcun silinməsini tələb edə bilər. Bu halda məhkəməyə dövlət rüsumu ödənilmir.
Məhkəməyə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
Habelə, Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla məhkəmə üçün iddia ərizənizi özünüz də hazır edə bilərsiniz.
17. Azərişıq borc ödəmək

Azərişıq ASC tərəfindən hesablanmış borcunuzu internet üzərindən, bank mobil tətbiqləri, e-manat , milliön ödəmə terminalları vasitəsilə, habelə ASAN Xidmət, ASAN Kommunal mərkəzlərinə, ərazi üzrə müvafiq poçt şöbəsinə yaxınlaşaraq ödəmək mümkündür.
Əgər hesablanmış borcun məbləğindən narazısınızsa, iddia ərizəsi ilə rayon (şəhər) məhkəməsinə müraciət edərək əsassız və qanunsuz hesablanmış borcun silinməsini tələb edə bilərsiniz.
Əgər məhkəmə qətnaməsinən narazı qalsanız, apellyasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət edə bilərsiniz. Məhkəməyə müraciət zamanı dövlət rüsumu ödənilmir.
İddia ərizəsinin, apellyasiya şikayətinin hazırlanması, habelə hüquqi məsləhətin verilməsi, vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
18. Qeyri əhali işıq pulu

Elektrik enerjisinin istifadə qaydalarına uyğun olaraq hər bir elektrik enerji istehlakçısı tərəfindən sərf edilən elektrik enerjisinin hesabatı onun uçot nöqtəsində quraşdırılmış hesabat sayğacı ilə aparılmalıdır. Sayğac ayda bir dəfə, zəruri hallarda isə bir neçə dəfə oxuna bilər. Sayğac quraşdırılan zaman üzərində olan göstərici qeyd edilir, həmin göstərici sayğacın ilk göstəricisi və yaxud bazis göstərici adlanır.
Tarif Şuranın qərarı ilə qeyri-əhali qrupu üzrə elektrik enerjisinin pərakəndə satış tarifi 9 qəpik səviyyəsində təsdiq edilmişdir.
Tarif (qiymət) Şurası elektrik enerjisi üzrə aylıq sabit tarif əhali və 1 fazalı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə 1 manat, 3 fazalı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə 3 manat müəyyənləşdirib.
Təbii qaz üzrə aylıq sabit tarif isə əhali və məişət qaz qurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə 1 manat, sənaye qaz qurğusu ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə 3 manat müəyyənləşdirilib.
19. İşıq pulu ödəmə

İstehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını və sabit tarifi enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra 1 ay müddətində ödəməlidir. Həmin müddət ərzində ödəməsə, elektrik enerji təchizatı dayandırıla bilər.
Əgər qanunsuz və əsassız olaraq elektrik enerjisindən istifadəyə görə haqq (borc) hesablanıbsa, siz də həmin borcun silinməsi üçün məhkəmədə iddia qaldırmaqda haqlısınız.
Məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın


