Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
İnzibati hüquq

Xarici diplomların tanınması üçün müraciət qaydası

1. Xarici diplomların tanınması qaydaları

Ali Məhkəmə xarici diplomların tanınması üzrə vahid məhkəmə təcrübəsini müəyyən edib.

Azərbaycan Respublikası Ali Məhkəməsi, xaricdə alınan bakalavriat təhsilinin Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə bağlı mühüm bir qərar qəbul edib. Qərarda aşağıdakı əsas məqamlar qeyd edilib:

1.1 Xarici diplomların tanınması yeni qaydalar

Qiyabi Təhsilin Uyğunluğu: Xaricdə alınan bakalavriat təhsilinin, Azərbaycan Respublikasının müvafiq təhsil standartlarına uyğunluğu müəyyən edilməlidir. Təhsil alınan ölkədəki tədris müddəti, tədrisin yükü və yerinə yetirilməsi qaydası nəzərə alınmalıdır.

Təhsil Forması və Tələblər: Qiyabi və distant təhsil formaları arasında fərqlər var. Xaricdə alınan qiyabi təhsilin Azərbaycanda tanınması üçün ölkəmizdəki müvafiq tələblərə uyğun olması vacibdir.

Tədris Yükü və Auditoriya Dərsləri: Azərbaycan Respublikasında qiyabi təhsil müvafiq tədris yükünün yerinə yetirilməsi və müəyyən müddətlərdə auditoriya dərslərində iştirak tələb edir. Xaricdə alınan təhsil, bu əsas standartlara uyğun olmalıdır.

Distant Təhsil Texnologiyaları: Xaricdə distant təhsil texnologiyalarından istifadə olunsa da, bu, Azərbaycan Respublikasının qiyabi bakalavriat təhsili üçün müəyyən edilmiş əsas prinsiplərə uyğunluq baxımından qiymətləndirilməlidir.

Xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə oluna bilər və təhsilin alındığı ölkədə bu, yolverilən hesab edilə bilər. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olub-olmadığı ilə bağlı məsələdir.

Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir.

2. Diplom təsdiqi üçün sənədlər

Bakalavr diplomu xarici ali təhsil müəssisəsi tərəfindən verildikdə, ilk öncə həmin diplom üzrə kvalifikasiyanın tanınması üçün müraciət olunmalıdır.

Tanınma üçün tələb olunan sənədlər elektron ərizə vasitəsilə müraciətçinin şəxsi kabinetinə əlavə olunmalıdır. Elektron poçt, məktub və ya fiziki qaydada təqdim olunan sənədlər icraata götürülmür. 

Həm bakalavriat, həm də magistratura  üzrə diplomların tanınması üçün müraciət zamanı tələb olunan sənədləri təqdim edirik:

Bakalavriat:

  • ali təhsil haqqında sənəd (diplom) və ona aid apostilin əsli;
  • ali təhsil haqqında sənədə əlavə (transkript) və ona aid apostilin əsli;
  • ali təhsil haqqında sənəd (diplomun) və ona aid apostilin notariat qaydada təsdiq olunmuş Azərbaycan dilinə tərcüməsi;
  • ali təhsil haqqında sənədə əlavə (transkript) və ona aid apostilin notariat qaydada təsdiq olunmuş Azərbaycan dilində tərcüməsi;
  • şəxsiyyət vəsiqəsinin elektron surəti [skan] (xarici ölkə vətəndaşları – daimi/müvəqqəti yaşama icazəsi);
  • ümumvətəndaş (xarici) pasportunun elektron surəti [skan] (şəkil olan və sərhədkeçməni bildirən bütün möhürlü səhifələri);
  • hərbi biletin və ya hərbi xidmətin qeydiyyatı haqqında arayışın elektron surəti [skan].
  • Bununla yanaşı  təhsil müəssisəsinə k öçürülmə olduğu halda – tədris müddətində müəssisələrarası/müəssisədaxili köçürülməya dair rəsmi arayışın elektron surəti [skan] tələb olunur.

Bununla yanaşı  təhsil müəssisəsinə köçürülmə olduğu halda – tədris müddətində müəssisələrarası/müəssisədaxili köçürülməya dair rəsmi arayışın elektron surəti(skan) tələb olunur.

Bakalavriat səviyyəsinə orta ixtisas təhsili haqqında diplom əsasında qəbul olunduğunuz halda – həmin diplomun elektron surəti(skan) tələb olunur.

Magistratura:

  • ali təhsil haqqında sənəd (diplom) və ona aid apostilin əsli;
  • ali təhsil haqqında sənədə əlavə (transkript) və ona aid apostilin əsli;
  • ali təhsil haqqında sənəd (diplomun) və ona aid apostilin notariat qaydada təsdiq olunmuş Azərbaycan dilinə tərcüməsi;
  • ali təhsil haqqında sənədə əlavə (transkript) və ona aid apostilin notariat qaydada təsdiq olunmuş Azərbaycan dilində tərcüməsi;
  • bakalavriat səviyyəsi üzrə ali təhsil haqqında sənədin (diplom) elektron surəti [skan];
  • şəxsiyyət vəsiqəsinin elektron surəti [skan] (xarici ölkə vətəndaşları – daimi/müvəqqəti yaşama icazəsi);
  • ümumvətəndaş (xarici) pasportunun elektron surəti [skan] (şəkil olan və sərhədkeçməni bildirən bütün möhürlü səhifələri);
  • hərbi biletin və ya hərbi xidmətin qeydiyyatı haqqında arayışın elektron surəti [skan].

Təhsil haqqında sənəd (diplom) və ona əlavə (transkript) tanınma üçün müraciət olunmadan verildiyi ölkədə leqallaşdırılmalıdır.

Tələb olunan hər bir sənəd, həcmi 5 MB-dan çox olmamaq şərti ilə PDF formatında yüklənilməlidir.

Qeyd edək ki, tələb olunan hər bir sənəd səhifələri rəngli və oxunaqlı şəkildə yüklənilməlidir.

3. Diplom yoxlamaq

Bu xidmət Ali və Orta-ixtisas təhsil pillələri üzrə təhsilini bitirən və təhsil sənədini alan tələbələrin myGov.az portalı üzərindən bitirdikləri təhsil barədə arayışın alınmasına,eləcə də dövlət qurumları tərəfindən təhsil sənədinin həqiqiliyinini onlayn yoxlamasına kömək edir.

4. Xarici diplomların tanınması – hüquqi yardım

Xarici diplomların tanınması zamanı Təhsil Nazirliyinə və məhkəməyə iddia ərizələrinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!

Telegram kanalımıza qoşul

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button