
Məhkəmə və notarius üzrə dövlət rüsumunlarının siyahısı
1. Dövlət rüsumları siyahı
Dövlət rüsumunun hesablanması üçün “Elektron məhkəmə” informasiya sistemində (e-mehkeme.gov.az) dövlət rüsumunun hesablanması kalkulyatoru yerləşdirilmişdir.
Həmin kalkulyator vasitəsilə siz qiymətləndirilən iddia tələbi (pul tələbi) üzrə dövlət rüsumunu hesablaya bilərsiniz.
Pul tələbinə dair olmayan iddialar qiymətləndirilməyən iddialar sayılır. Qiymətləndirilməyən iddia tələbi üzrə dövlət rüsumunun məbləği 100 manat təşkil edir.
Məhkəməyə ərizə və iddia ərizələrinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
2. İddia ərizəsi dövlət rüsumu
”Dövlət Rüsumu Haqqında Qanunun” 8-ci maddəsinə əsasən, iddia ərizələrinə görə nəzərdə tutulan rüsumlar
Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Dövlət rüsumunun məbləği |
8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: | |
8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda | 30 manat |
8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda | 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi |
8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda | 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi |
8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda | 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi |
8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda | 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) |
8.1.6. Fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə | 100 manat |
8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə | 100 manat |
8.3. İddia predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxsin işə qoşulması barədə ərizənin verilməsinə görə | bu Qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumu |
8.4. Müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə (arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizələr istisna olmaqla)[54] | bu Qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 10 faizi (hər bir halda 10 manatdan az olmamaqla) |
8.5. İş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə | 50 manat |
8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə | bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-cimaddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi[55] |
8.7. Məhkəmə aktının surətinin təkrarən verilməsinə görə | 10 manat və 10-cu səhifədən yuxarı hər səhifəyə görə 0,2 manat |
8.8. Arbitraja münasibətdə yardım funksiyalarının yerinə yetirilməsi ilə bağlı ərizənin verilməsinə görə | 100 manat |
8.9. Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə | 50 manat |
8.10. Arbitraj məhkəmələrinin qərarlarının ləğv edilməsi ilə bağlı ərizənin verilməsinə görə | 100 manat |
8.11. Yerli arbitraj məhkəmələrinin qərarlarının məcburi icrasının təmin edilməsi ilə bağlı ərizənin verilməsinə görə | 50 manat |
8.12. Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə[56] |
3. Apellyasiya şikayəti üçün dövlət rüsumu
Apellyasiya şikayətləri üçün dövlət rüsumu birinci instansiya məhkəməsində ödənilən dövlət rüsumunun 50%-i qədərdir.
Məsələn Xəzər rayon məhkəməsində iddia üzrə 80 manat rüsum ödəmisinizsə, apellyasiya məhkəməsi üçün 40 manat rüsum ödəməli olacaqsınız
4. Məhkəmə rüsumu ödəməkdən azad olan şəxslər
məhkəmədə verilən iddialar üzrə – şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər,qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar.
5. Notarius rüsumları
olan hərəkətlər | Dövlət rüsumunun məbləği |
10.1. Daşınmaz əmlakın (torpaq sahələri , binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər) və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi və yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün:[70] | |
10.1.1 . müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə | 25 manat[71] |
10.1.2. müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə[72] | 280 manat |
10.1.3. yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi üçün | 35 manat |
10.2. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi müqavilələrinin təsdiqi üçün: | |
10.2.1. müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə | 35 manat |
10.2.2. müqavilə üzrə əmlak digər şəxsin mülkiyyətinə keçirsə | 70 manat |
10.3. Yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin müddətsiz istifadəyə verilməsi haqqında müqavilələrin təsdiqi üçün: | |
10.3.1. müqavilə üzrə istifadə hüququ ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya keçirsə | 15 manat |
10.3.2. müqavilə üzrə istifadə hüququ digər şəxsə keçirsə | 20 manat |
10.4. Kredit müqavilələrinin təminatı kimi bağlanılan girov (ipoteka) müqavilələri üzrə: | |
10.4.1. dəyəri 2000 manatadək | 6 manat |
10.4.2. dəyəri 2000 manatdan 5000 manatadək | 25 manat |
10.4.3. dəyəri 5000 manatdan çox olduqda | 40 manat |
10.5. İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alğı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün: | |
10.5.1. Bakı şəhərində | 150 manat |
10.5.2. digər şəhər və rayonlarda | 50 manat |
10.6. Qanunvericilikdə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alğı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün: | |
10.6.1. Bakı şəhərində | 60 manat |
10.6.2. digər şəhər və rayonlarda | 25 manat |
10.7. Qiymətləndirilən başqa müqavilələrin təsdiqi üçün: | |
10.7.1. tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə | 15 manat |
10.7.2. tərəflərdən biri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi şəxsdirsə | 15 manat |
10.7.3. tərəflər digər şəxslərdirsə | 100 manat |
10.8. Əmlak bölgüsü, zaminlik, təsis və başqa qiymətləndirilməyən müqavilələrin, əvvəllər bağlanmış müqavilələrin ləğvi barədə sazişin təsdiqi üçün: | |
10.8.1. tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə | 15 manat |
10.8.2. tərəflər digər şəxslərdirsə | 30 manat |
10.9. Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün: | |
10.9.1. qanunla müəyyən edilən bütün növbəli vərəsələrə (şəhadətnamənin qanun üzrə və ya vəsiyyətnamə üzrə verilməsindən asılı olmayaraq) | 25 manat |
10.9.2. vərəsə digər şəxsdirsə | 50 manat |
10.10. Ər-arvadın birgə nikah müddətində əldə etdikləri ümumi birgə əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsi üçün | 15 manat |
10.11. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam verilməsi ilə bağlı verilən etibarnamələrin təsdiqi üçün: | |
10.11.1. etibarnamə təmsil edilənin ərinə (arvadına), uşaqlarına, valideynlərinə, babasına, nənəsinə, nəvəsinə, qardaşına, bacısınaverilərsə[73] | 15 manat |
10.11.2. etibarnamə digər şəxslərə verilərsə | 30 manat |
10.12. Nəqliyyat vasitələrindən istifadə edilməsi və başqa etibarnamələrin təsdiqi üçün: | |
10.12.1. etibarnamə təmsil edilənin ərinə (arvadına), uşaqlarına, valideynlərinə, babasına, nənəsinə, nəvəsinə, qardaşına, bacısınaverilirsə | 10 manat |
10.12.2. etibarnamə digər şəxslərə verilirsə | 15 manat |
10.13. Vərəsəlik əmlakının mühafizəsi barədə tədbir görülməsi üçün | 30 manat |
10.14. Dəniz protestlərinin tərtibi üçün | 30 manat |
10.15. Vəsiyyətnamələrin təsdiqi üçün | 15 manat |
10.16. Notariat qaydasında təsdiq edilmiş sənədlərin təkrarən verilməsi (dublikat) üçün | 6 manat |
10.17. Sənədlərdəki imzanın həqiqiliyinin, həmçinin tərcüməçinin imzasının həqiqiliyinin (hər imza üçün) təsdiqi üçün | 3 manat |
10.18. Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün | 1,5 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün ikinci səhifədən başlayaraq hər səhifəyə görə0,50 manat[74] |
10.19. İcra qeydlərinin aparılması üçün | 25 manat[75] |
10.20. Ərizələrin və ya digər sənədlərin başqasına verilməsi, habelə kağız və ya elektron daşıyıcıda olan ərizə və ya digər sənədlərin hazırlanmış elektron və kağız nüsxələri ilə eyniləşdirilməsi haqqında şəhadətnamələrin verilməsi (hazırlanmış hər səhifəyə görə) və bu Qanunun 10.1-10.19-cu maddələrində göstərilənlərdən başqa digər notariat hərəkətləri üçün[76] | 10 manat |
10.21. Müştərinin verdiyi bildiriş üzrə əvvəlcədən razılaşdırılmış vaxtda qəbulu üçün | 7,5 manat |
10.22. Bu Qanunda nəzərdə tutulmuş notariat hərəkətlərinin müştərinin qabaqcadan verdiyi bildiriş üzrə iş yerindən kənarda aparılmasına görə (1 saat üçün) | 10 manat (notariusun iş yerindən kənarda notariat hərəkətlərinin aparılmasına görə 1 saatdan əlavə sərf olunan hər saat üçün 5 manat) |
10.23. Ödəniş (qiymətli) kağızlarına dair təsdiq qeydi və imtina (protest) aktlarının rəsmiləşdirilməsi üçün | 7,5 manat |
10.24. Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsinə görə | 150 manat |
10.25. Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin müddətinin uzadılmasına görə | 7 |
Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!
Telegram kanalımıza qoşul