Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Qanunvericilik

Dövlət qulluğuna qəbul olmaq üçün vacib məlumatlar

Mündəricat

1. Dövlət qulluğu nədir?

dövlət qulluğu
Dövlət qulluğu nədir?

“Dövlət qulluğu haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən 1.1.1-ci maddəsinə əsasən dövlət qulluğu dedikdə  – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət başa düşülür. Başqa sözlə desək, dövlət qulluğu dövlət qulluqçularının dövlət orqanlarında dövlətin və cəmiyyətin idarə olunması ilə bağlı öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.

Dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı və müsahibə imtahanı mərhələlərindən keçməlisiniz.

Namizədlərin ümumi bilikləri kompüter vasitəsilə test imtahanı vasitəsilə yoxlanılır. İmtahanda ümumi 100 sual təqdim edilir:

40 sual qanunvericilik, 30 sual məntiq, 15 sual informatika, 15 sual azərbaycan dili.

Test imtahanı dövlət qulluğu vəzifələrinin növləri üzrə aşağıdakı qruplara uyğun keçirilir:

A növü –  inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:

  • AA qrupu;
  • AB qrupu;
  • AC qrupu.

B növü –  inzibati icraçı vəzifələr üzrə:

  • BA qrupu;
  • BB qrupu.

Test imtahanında iştirak edərək , imtahandan keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti beş ildir.

Namizəd test imtahanının nəticələri ilə razı olmadıqda, nəticələr Mərkəzin rəsmi internet saytında yerləşdirildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apelyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edilir. Namizəd bu qərardan məhkəməyə şikayət verə bilər.

Dövlət İmtahan Mərkəzi və məhkəmə üçün ərizə və şikayətlərin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə və ya 055 653 98 41 nömrəsi vasitəsilə (zəng/whatsapp) bizimlə əlaqə saxlaya bilərsiniz.

Müvafiq vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər.

Sertifikatı olan namizədlər vakant dövlət qulluğu vəzifələrini tutmaq üçün elan olunan müsahibələrə qatılırlar. Müsahibə mərhələsi namizədin peşə biliklərini, davranış qaydalarını və qərarvermə qabiliyyətini qiymətləndirir. Müsahibələr ümumi və daxili müsahibə olaraq təşkil olunur.

Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant vəzifəyə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar.

Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, 6 ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir.

Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə qulluğa qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir.

Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir.

Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır.

2. Dövlət qulluqçusu kimlərdir?

dövlət qulluğu
Dövlət qulluqçusu kimlərdir?

Dövlət qulluqçusu – müəyyən edilmiş qaydada dövlət məvacibi (maaş) alan, inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir.

3. Kimlər dövlət qulluqçusu ola bilməz?

dövlət qulluğu
Kimlər dövlət qulluqçusu ola bilməz?

Hər hansı şəxs dövlət qulluğuna aşağıdakı hallarda qəbul edilə bilməz:

1. onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq edilərsə;

2. məhkumluğu ödənilməmiş və ya götürülməmişsə;

3. bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda; 

4. barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa;

5. qanunvericiliklə müəyyən edilmiş başqa hallarda.

Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin qulluğa qəbul edilməsinin mümkün olub-olmaması qabaqcadan yoxlanılır. Yoxlamanın qaydası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Şəxsi (ailə) həyatın təfsilatı yoxlanmamalıdır.

4. Dövlət qulluqçusunun hüquqları

dövlət qulluğu
Dövlət qulluqçusunun hüquqları

Dövlət qulluqçusunun aşağıdakı hüquqları vardır:

1. vəzifə borcunu yerinə yetirmək üçün dövlət orqanlarından, ictimai birliklərdən, müəssisə, idarə və təşkilatlardan müəyyən edilmiş qaydada lazımi informasiya və materiallar tələb etmək və almaq;

2. dövlət qulluqçusunu vəzifəyə təyin və vəzifədən azad etmək hüququna malik olan vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların icrası üçün şərait yaradılmasını tələb etmək;

3. dövlət məvacibi almaq;

4. əlavə təhsili və qulluq vəzifələrinin yerinə yetirilməsinə münasibəti nəzərə alınmaqla qulluqda irəli çəkilmək və ya dövlət məvacibinin məbləğinin artırılması iddiasında olmaq; 

5. elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi ilə pedaqoji fəaliyyətlə məşğul olmaq;

6. əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək;

7. ilk tələbdən öz şəxsi işinin bütün materialları ilə, şəxsi işə tikilməli olan rəylər və digər sənədlərlə tanış olmaq, habelə öz izahatlarının şəxsi işə tikilməsini tələb etmək;

8. şərəf və ləyaqətinə xələl gətirən məlumatları təkzib etmək üçün xidməti araşdırma aparılmasını tələb etmək;

9. müvafiq orqanlarda və məhkəmədə öz qanuni hüquqlarını və mənafeyini müdafiə etmək;

10. həmkarlar ittifaqlarında birləşmək;

11. qulluq keçdiyi dövlət orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və ya əmrin qanuniliyi və ya dürüstlüyü dövlət qulluqçusunda şübhə doğurursa, həmin göstərişin və ya əmrin yazılı şəkildə ona verilməsini tələb etmək;

12. qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa və bu, dövlət qulluqçusu funksiyalarının icrası ilə bir araya sığmayan deyilsə, ictimai birliklərdə üzv olmaq;

13. qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və müvafiq təlim keçmək, habelə təhsil məqsədilə məzuniyyət almaq;

14. qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətlər (sosial məzuniyyətlər, özünün və ya ailə üzvlərinin müalicəsi ilə əlaqədar və yaradıcılıq məzuniyyətləri), özünün və ya ailə üzvlərinin əlilliyi ilə əlaqədar pensiyalar və müavinətlər almaq.

5. Dövlət qulluğu vəzifələri

dövlət qulluğu
Dövlət qulluğu vəzifələri

Dövlət qulluqçuları aşağıdakı vəzifələrə malikdirlər:

1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli;

2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli;

3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli;

4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli;

5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli;

6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli;

7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı;

8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli;

9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli;

10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli;

11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli;

12. etik davranış qaydalarına əməl etməlidir. 

6. Dövlət qulluqçusu nədir?

dövlət qulluğu
Dövlət qulluqçusu nədir?

Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən vətəndaşlarının qulluğa qəbul edilmək hüququ vardır.

Məhdudiyyətlər

Dövlət qulluçusunun məhdudiyyətləri aşağıdakılardır. Belə ki, dövlət qulluqçusu aşağıdakıları edə bilməz:

1. əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa;

2. elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul olmağa;

3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin nümayəndəsi olmağa; 

4. dövlət qulluğuna xitam verildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə;

5. qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə;

6. qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə;

7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə;

8. dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə.

Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz. 

Dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq aldıqdan sonra otuz gün ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində qulluq keçdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir.

7. Dövlət qulluğu maaş

dövlət qulluğu
Dövlət qulluğu maaş

Dövlət qulluqçularının əsas hüquqlarından biri də onların dövlət məvacibi almaq hüququdur. Dövlət məvacibi dövlət qulluqçusuna pul formasında nağdsız qaydada ödənilən aylıq haqqdır.

Dövlət qulluqçularının dövlət məvacibi (maaşı) aşağıdakı hissələrdən ibarətdir:

1. aylıq vəzifə maaşı;

2. ixtisas dərəcəsinə görə əlavə haqq;

3. qulluq üçün zəruri olan hallarda aylıq iş vaxtı norması 5 saatdan çox artırılanda işlədiyi hər saata görə ödənilən əlavə haqq;

4. əmək qanunvericiliyinə əsasən əmək şəraiti ilə əlaqədar dövlət qulluqçularına şamil edilən əlavələr (qulluq şəraitinin ağır və zərərliliyinə, iqlim şəraitinə və s.).

8. Dövlət qulluqçusu pensiya

dövlət qulluğu
Dövlət qulluqçusu pensiya

Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.

Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur.

Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının qulluğuna xitam verildiyi tarixə əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır.

Dövlət qulluqçusu ona təyin olunan pensiya məbləğindən haqlı olaraq nrazı olarsa, məhkəməyə müraciət etmək hüququna malikdir.

Məhkəməyə ərizələrin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

Dövlət qulluqçusu müavinət

İnzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda onlara ömürlük müavinət təyin edilir.

Aylıq müavinətin miqdarı dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə hesablanan dövlət məvacibinin 15 faizini təşkil edir.

9. Dövlət qulluğu haqqında qanun

dövlət qulluğu
Dövlət qulluğu haqqında qanun

Qanun 21 iyul 2000-ci ildə qəbul edilmiş, 2001-ci il sentyabrın 1-dən qüvvəyə minmişdir.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ölkədə dövlət qulluğu sahəsində dövlət orqanları ilə dövlət qulluqçuları arasındakı hüquqi münasibətləri və onlarla bağlı yaranan digər məsələləri tənzimləyir.

Qanun, əsasən, aşağıdakı məsələləri tənzimləyir:

  • Dövlət qulluğunun prinsipləri və vəzifələri:
  • Dövlət orqanlarının təsnifatı:
  • İnzibati və yardımçı vəzifələr:
  • Qulluğa qəbul qaydaları:
  • Qulluqçuların hüquq və vəzifələri:
  • Məhdudiyyətlər və məsuliyyət:
  • Sosial və hüquqi təminatlar:

Bu Qanun dövlət qulluqçularının statusunu müəyyən edən əsas hüquqi bazadır.

10. Dövlət qulluqçularının peşə bayramı

dövlət qulluğu
Dövlət qulluqçularının peşə bayramı

Azərbaycan Respublikası Prezidentinin Dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsi haqqında 25 may 2006-cı il Sərəncamına əsasən hər il iyunun 23-ü Azərbaycan Respublikasında Dövlət Qulluqçularının Peşə Bayramı kimi qeyd edilir.

11. Dövlət qulluğu imtahanı

dövlət qulluğu
Dövlət qulluğu imtahanı

Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.

Dövlət İmtahan Mərkəzi inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə qulluğa qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.

Test imtahanında iştirak etmək üçün dövlət rüsumunun məbləği ilə Dövlət İmtahan Mərkəzinin saytı üzərindən tanış ola bilərsiniz.

Test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər.

Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir.

Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, Dövlət İmtahan Mərkəzinin, dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanının internet saytında və mediada verilir.

Qulluğa qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir.

Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.

12. Dim dövlət qulluğu imtahan tarixləri

dövlət qulluğu
Dim dövlət qulluğu imtahan tarixləri

Dövlət qulluğu imtahanının keçirilməsi tarixləri ilə Dövlət İmtahan Mərkəzinin saytı üzərindən tanış ola bilərsiniz.

13. Dim dövlət qulluğu proqramı

dövlət qulluğu

13.1. Dövlət qulluğuna qəbulun test imtahanı mərhələsi üçün proqramlar

13.2. Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı mərhələsi üçün proqramlar

Qeyd olunan proqramla daha ətraflı Dövlət İmtahan Mərkəzinin saytı üzərindən tanış ola bilərsiniz.

14. Dövlət qulluğu haqqında qanun testlər

dövlət qulluğu
Dövlət qulluğu haqqında qanun testlər

Test tapşırıqları və test topluları ilə tanış olmaq, biliklərinizi yoxlamaq və imtahana hazırlıq prosesinizi daha səmərəli təşkil etmək üçün huquqlar.az (Huquqlar.az Forumu) saytını ziyarət edə bilərsiniz.

Saytda dövlət qulluğu imtahanına hazırlaşan şəxslər üçün müxtəlif mövzularda test materialları təqdim olunur. Bu testlər vasitəsilə özünüzü sınaya, mövcud biliklərinizi möhkəmləndirə və imtahan formatına uyğun məşq edə bilərsiniz.

15. Dim dövlət qulluğu imtahan tarixləri 2026

dövlət qulluğu
Dim dövlət qulluğu imtahan tarixləri 2026

Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət İmtahan Mərkəzi rəsmi təqviminə və elanlarına əsasən 2026-cı ildə dövlət qulluğu üzrə test imtahanlarının qrafiki və tarixləri mütəmadi olaraq yenilənir.

Yanvar – Fevral 2026: İnziabti vəzifələr üzrə test imtahanları (A və B növü) və BB vəzifə altqrupu üzrə test imtahanları keçirilib.
May 2026: Mayın 3-də növbəti test imtahanları (BA/BB və AB/AC qrupları üzrə) elektron formatda təşkil olunub.
İyun 2026: İyunun 7-də qulluğa qəbul (BB qrupu) və fəaliyyətin davam etdirilməsi üzrə test imtahanları keçirilib.
Növbəti İmtahanlar və Təqvim: Cari ilin qalan dövrü üçün nəzərdə tutulan imtahan tarixləri, qeydiyyat müddətləri və elanları birbaşa Dövlət İmtahan Mərkəzinin saytı vasiləsilə izləyə bilərsiniz.

16. Dövlət qulluğu imtahanı hansı fənnlər?

dövlət qulluğu
Dövlət qulluğu imtahanı hansı fənnlər?

Mərkəz inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə test imtahanı keçirir. Test imtahanı aşağıdakı qruplara uyğun keçirilir:

1. A növü –  inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:

AB qrupu;

AC qrupu.

2. B növü – inzibati icraçı vəzifələr üzrə:

BA qrupu;

BB qrupu.

Mərkəz inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, inzibati vəzifələr üzrə ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.

Dövlət qulluğuna qəbul imtahanında əsasən 4 istiqamət üzrə biliklər yoxlanılır:

  1. Məntiqi təfəkkür
  2. Qanunvericilik
  3. İnformasiya texnologiyaları
  4. Azərbaycan dili

Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə, test imtahanında iştirak edir. Namizəd test imtahanında iştirak edərkən, yaddaş kitabçasında əks olunan tələblərə və namizədlər barədə müəyyən edilmiş qadağalara əməl etməlidir.

Namizədin bu tələblərə və qadağalara əməl etməməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun imtahan nəticələrinin ləğv olunması barədə qərar qəbul edilir. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

Dövlət İmtahan Mərkəzi və məhkəmə üçün ərizə və şikayətlərin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

Namizəd tərəfindən bilərəkdən və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlərin və ya məlumatların təqdim edilməsi müəyyən edildikdə, namizədin test imtahanında əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Mərkəz tərəfindən sertifikatın ləğv olunması barədə müvafiq qərar qəbul edilir və 3 (üç) iş günü ərzində nəticələrinin etibarsız hesab edilməsinin səbəbləri izah olunan məlumat namizədə elektron qaydada təqdim olunur. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

Dövlət İmtahan Mərkəzi və məhkəmə üçün ərizə və şikayətlərin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

17. Dövlət qulluğu imtahanı haqqında

dövlət qulluğu
Dövlət qulluğu imtahanı haqqında

Test mərhələsi

Dövlət qulluğuna qəbul müsabiqə əsasında həayat keçirilir. Müsabiqə test imtahanından və müsahibədən mərhələlərindən ibarətdir. Test imtahanları ayda bir dəfədən az olmayaraq keçirilir.

Test imtahanında iştirak etmək üçün vətəndaşlar Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabineti vasitəsilə onlayn qeydiyyatdan keçir və Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabineti vasitəsilə ona qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş və namizədin hüquq və vəzifələrinin əks olunduğu yaddaş kitabçası göndərilir.

Test bankındakı müvafiq sahələr üzrə test tapşırıqlarının ümumi sayının 35 faizi sadə, 35 faizi orta, 30 faizi isə mürəkkəb olmalıdır. Test imtahanı proqramları Mərkəzin rəsmi internet saytında yerləşdirilir.

Test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən “Dövlət qulluğu sertifikatı” verilir. Sertifikatın qüvvədəolma müddəti beş ildir.

“Dövlət qulluğu haqqında” Qanunun 11-ci maddəsində inzibati və yardımçı vəzifələrin təsnifatı ilə tanış ola bilərsiniz.

Müsahibə mərhələsi

Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir.

Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, Dövlət İmtahan Mərkəzinin, dövlət orqanının internet saytında və mediada verilir.

Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir. Müraciətə əlavə edilməli sənədlərin siyahısı ilə Nazirlər Kabinetinin müvafiq qərarında tanış ola bilərsiniz.

18. Dövlət qulluğu daxili müsahibə

dövlət qulluğu
Dövlət qulluğu daxili müsahibə

Test imtahanını uğurla başa vuran namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanır. Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir.

Müsahibə barədə məlumat Dövlət İmtahan Mərkəzi, dövlət orqanının internet saytında və mediada verilir.

Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində dövlət orqanına müraciət edir. Müraciətə əlavə edilməli sənədlərin siyahısı aşağıdakı kimidir:

Müsabiqənin test imtahanının nəticələri haqqında məlumat Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında verilir. Test imtahanından keçmiş namizəd imtahanın nəticələri elan edildiyi gündən 10 iş günü müddətində Mərkəzin rəsmi internet saytında  dövlət qulluğu üzrə müraciət formasını doldurur.

Namizədin Forma vasitəsilə təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri həmin Formaya əlavə edilir: 

-ali təhsil haqqında sənədin surəti;

-ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış və ya əmək kitabçasının surəti.

Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.

Dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müsahibənin keçirilməsi üçün müsahibə komissiyası yaradır. Müsahibə komissiyası 3 nəfərdən ibarət tərkibdə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun 1 nümayəndəsi və 1 müstəqil ekspert daxil edilməklə yaradılır. Müsahibə komissiyası üzvünün müsahibənin nəticələri barədə xüsusi rəyi müsahibənin nəticələrinin araşdırılması üçün əsasdır.

19. Dim dövlət qulluğu imtahan vaxtları 2026

dövlət qulluğu
Dim dövlət qulluğu imtahan vaxtları 2026

2026-cı il üzrə qulluğa qəbul imtahanlarının vaxtı barədə elanlar saytda yerləşdirilir. Həmin elanla DİM-in rəsmi saytı üzərindən tanış ola bilərsiniz.

20. Dim dövlət qulluğu qeydiyyat

dövlət qulluğu
Dim dövlət qulluğu qeydiyyat

Dövlət qulluğu vəzifələri üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat elektron xidməti
Xidmətdən istifadə qaydaları

İmtahanda iştirak etmək istəyənlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri:

AB – 118 AZN

AC – 106 AZN

BA – 94 AZN

BB – 82 AZN

“Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğu vəzifələri üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidmətinə keçmək“Xidmətə keçid” linkinə keçmək lazımdır. Qeydiyyatdan keçən namizədlərin elektron poçtuna qeydiyyatdan keçmək barədə bildiriş (e-kabinetdə qeydiyyat zamanı göstərdiyiniz elektron poçt ünvanına) göndərilir. Bildirişin gəlmədiyi halda poçt yeşiyində “Spam” qovluğunu yoxlamaq lazımdır, əks halda DİM-in 1653 çağrı mərkəzinə zəng edib bildirişin gəlmədiyi barədə sorğu verə bilərsiniz.

21. Dövlət qulluğu haqqında fərman

dövlət qulluğu
Dövlət qulluğu haqqında fərman

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Fərmanı 29 dekabr 2000-ci ildə qəbul edilmişdir. Həmin Fərmanla bu link üzərindən tanış ola bilərsiniz. Fərman “Dövlət qulluğu haqqında” Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qəbul edilmişdir.

22. Dövlət qulluğu haqqında azərbaycan respublikası qanunu

dövlət qulluğu
Dövlət qulluğu haqqında azərbaycan respublikası qanunu

Həmin qanun 21 iyul 2000-ci ildə qəbul edilmiş, 1 sentyabr 2001-ci ildən qüvvəyə minmişdir. Qanun 35 maddədən ibarətdir. Həmin qanunla bu link üzərindən tanış ola bilərsiniz.

Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir.

Bu Qanunda başqa hal nəzərdə tutulmamışdırsa, bu Qanun Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə, Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavininə, katiblərinə və digər üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Azərbaycan Respublikasının Media və Yayım Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbərinə və hərbi qulluqçulara şamil olunmur.

Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir.

Bu Qanun dövlət orqanlarının tabeliyində olan hüquqi şəxslərin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

23. Dövlət qulluğu ixtisaslar

dövlət qulluğu
Dövlət qulluğu ixtisaslar

İxtisas tələbi vəzifədən asılıdır. Yəni bütün dövlət qulluğu vəzifələri üçün eyni ixtisas tələb olunmur.

Əsasən bu ixtisaslar uyğun ola bilər:

  • Hüquq
  • İqtisadiyyat
  • Maliyyə
  • Mühasibat
  • İdarəetmə
  • Dövlət və bələdiyyə idarəetməsi
  • Beynəlxalq münasibətlər
  • Politologiya
  • İnformasiya texnologiyaları
  • Kompüter elmləri
  • Filologiya və digər humanitar ixtisaslar
  • Mühəndislik ixtisasları və s.

İnzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri vəzifə iddiasında olan şəxsin həmin vəzifənin öhdəsindən gəlməsi üçün kifayət qədər səriştəsinin olmasını təmin edir.

İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin şəxsin başqa ali təhsili olduqda, o, ixtisasını dəyişdirib iddiasında olduğu inzibati vəzifənin profilini öyrənməlidir.

Yardımçı vəzifə iddiasında olan şəxsin tam orta təhsili olmalıdır.

İnzibati və yardımçı vəzifələri tutmaq üçün əlavə tələblər qanunvericiliklə və vəzifə təlimatları ilə müəyyən edilir.

24. Dövlət qulluğu vakansiya

dövlət qulluğu
Dövlət qulluğu vakansiya

Dövlət qulluğu barədə vakansiyalarla Dövlət İmtahan Mərkəzinin rəsmi saytı üzərindən tanış ola bilərsiniz.

25. Dövlət qulluğu kateqoriyalar

dövlət qulluğu
Dövlət qulluğu kateqoriyalar

Kateqoriyalar aşağıdakı kimidir:

  • 1. A növü – inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:
    • – AA qrupu;
    • – AB qrupu;
    • – AC qrupu.
  • 2. B növü – inzibati icraçı vəzifələr üzrə:
    • – BA qrupu;
    • – BB qrupu.

Test imtahanı mərhələsində namizədlərə qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar verilir. Test imtahanının məzmunu, yəni imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların növü (qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar), sahələr və çətinlik dərəcəsi üzrə konkret bölgüsü, həmçinin vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal vəzifələrin qrupundan asılı olaraq Mərkəz tərəfindən müəyyən edilir.

Test tapşırıqlarının hazırlanması üçün vəzifə qrupları üzrə proqramlar Mərkəz tərəfindən təsdiq edilir. Proqramda test imtahanında yoxlanılacaq biliklər üzrə mövzular, bacarıqlar və təqdim edilməsi mümkün olduğu halda ədəbiyyat siyahısı göstərilir. Test imtahanı proqramları Mərkəzin rəsmi internet saytında yerləşdirilir.

Namizəd imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini gətirməlidir.

Vəzifə altqrupları üzrə test imtahanından keçid balları toplanması mümkün olan ümumi bala nisbətdə aşağıdakı qaydada müəyyən olunur:

Vəzifə qrupuVəzifə altqrupuKeçid balı (faizlə)
ABAB185
AB280
AB375
AB470
ACAC180
AC275
AC370
AC465
BABA185
BA280
BA375
BA470
BBBB180
BB275
BB370
BB465

Namizəd test imtahanının nəticələri ilə razı olmadıqda, nəticələr Dövlət İmtahan mərkəzinin saytında yerləşdirildiyi gündən 3 iş günü müddətində apelyasiya komissiyasına şikayət verə bilər.

Şikayətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edilir. Namizəd namizəd həmin qərardadn da narazı qaldıqda ardan məhkəməyə şikayət verə bilər.

Məhkəməyə şikayət və ərizələrin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə və ya 055 653 98 41 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.

26. Polis dövlət qulluqçusu sayılır mı?

dövlət qulluğu
Polis dövlət qulluqçusu sayılır mı?

Polis əməşdakı “Polis haqqında” Qanuna əsasən polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən xüsusi dövlət qulluqçusudur.

27. Hərbçilər dövlət qulluqçusu sayılır?

dövlət qulluğu
Hərbçilər dövlət qulluqçusu sayılır?

Xeyr. Hərbi qulluqçular Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəli şəxslərdir. Hərbi qulluqçular silahlı qüvvələrin üzvüdür və xüsusi hərbi rütbələr daşıyan şəxslərdir.

Hərbçilərin xüsusi hüquqi statusu, hüquqları, vəzifələri və sosial təminatları Hərbi qulluqçuların statusu haqqında ayrıca qanunla tənzimlənir. “Dövlət qulluğu haqqında” Qanunun müddəaları onlara şamil edilmir.

28. Polis dövlət qulluqçusu

dövlət qulluğu
Polis dövlət qulluqçusu

Polis əməkdaşları vahid mərkəzləşdirilmiş hüquq-müha­fizə orqanına mənsub olan, dövlət qullu­ğunun xüsusi növündə çalışan və qanunla müəyyən edilmiş müəy­yən səlahiyyətləri həyata keçirən xüsusi dövlət qulluqçularıdır.

Polis əməkdaşlarının qulluq (xidmət) keçməsi polis haqqında qanunvericiliklə tənzimlənir.

29. Müəllimlər dövlət qulluqçusu

dövlət qulluğu
Müəllimlər dövlət qulluqçusu

Xeyr, Azərbaycanda dövlət təhsil müəssisələrində işləyən müəllimlər dövlət qulluqçusu sayılmırlar.

Müəllimlər dövlət qulluqçusu deyil, onlar dövlət təhsil müəssisələrində əmək müqaviləsi ilə çalışan şəxslərdir.

Sadəcə mediada müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı müzakirələr aparılır.

30. Dövlət qulluğu imtahanı 2026

dövlət qulluğu
Dövlət qulluğu imtahanı 2026

2026-cı il üzrə dövlət qulluğu imtahanı Qanuna uyğun olaraq test və müsahibə mərhələlərindən ibarət olmaqla Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunur.

Test imtahanları inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, inzibati vəzifələr üzrə ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edilir.

Müsahibə dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı tərəfindən təşkil olunur. Test imtahanında uğur qazanmış namizdələr müsahibədə iştirak hüququ qazanırlar. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.

İmtahan vaxtları, imtahan proqramları, müsahibə elanları və s. barədə daha ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin saytı üzərindən əldə edə bilərsiniz.

31. Dövlət qulluğu vakansiya 2026

dövlət qulluğu
Dövlət qulluğu vakansiya 2026

2026-cı il üçün vakansiyalar barədə elanlar da DİM- rəsmi saytında yerləşdirilir və mütəmadi olaraq yenilənir. Həmin elanla bu link üzərindən tanış ola bilərsiniz.

32. Dövlət qulluğu haqqında qanuna edilmiş son dəyişikliklər

dövlət qulluğu
Dövlət qulluğu haqqında qanuna edilmiş son dəyişikliklər

Həmin Qanuna edilmiş son dəyişikliklərlə bu link üzərindən tanış ola bilərsiniz.

33. Dövlət qulluğu haqqında qanun konspekt

dövlət qulluğu
Dövlət qulluğu haqqında qanun konspekt

Dövlət qulluğu haqqında konspektlər internet saytlarında çoxdur. Həmçinin huquqlar.az saytında da dövlət qulluğu ilə bağlı həm mövzular, həm konspektlər, həm də pdf materiallar paylaşılır.

Huquqlar.az Forumu ilə bu link üzərindən tanış ola və sizə lazım olan materialları əldə edə bilərsiniz.

34. Dövlət qulluğu haqqında qanun dəyişiklik 2026

dq34
Dövlət qulluğu haqqında qanun dəyişiklik 2026

“Dövlət qulluğu haqqında” Qanuna edilmiş ən son dəyişikliklər barədə 29 dekabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti Fərman imzalamışdır. Həmin Fərmanla bu link vasitəsilə tanış ola bilərsiniz.

35. Dövlət qulluğu haqqında qanunun tətbiqi

dq35
Dövlət qulluğu haqqında qanunun tətbiqi

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti 29 dekabr 2000-ci ildə Fərman imzalamışdır. Həmin Fərmanla bu link üzərindən tanış ola bilərsiniz.

36. Dövlət qulluğu haqqında qanun 33.1 1

dq36
Dövlət qulluğu haqqında qanun 31.1 1

Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər:

1. dövlət qulluqçusunun öz arzusu ilə;

2. dövlət orqanı ləğv edildikdə;

3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə;

4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə;

5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə;

6. dövlət qulluğundan azad edildikdə;

7. Azərbaycan Respublikasıvətəndaşlığına xitam verildikdə;

8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə;

9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə;

10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;

11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə;

12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda;

13. dövlət qulluqçusu müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırıldıqda.

37. Dövlət qulluğu haqqında qanun pdf

dq37
Dövlət qulluğu haqqında qanun pdf

Dövlət qulluğuna hazırlaşmaq istəyənlər üçün kifayət qədər materiallar internet saytlarında mövcuddur. Həmin materialları (konspekt, pdf və s.) huquqlar.az (Hüquqlar.az Forumu) saytı üzərindən də əldə edə bilərsiniz. Həmin sayt vasitəsilə mütəmadi olaraq dövlət qulluğu ilə bağlı mövzular, test toplusu, konspektlər və s. paylaşılır.

Dövlət qulluğuna hazırlaşan namizədlər öz imtahan nəticələri ilə razı olmadıqları halda Dövlət İmtahan Mərkəzinin qərarından məhkəməyə şikayət vermək hüququna malikdirlər.

İstər Dövlət İmtahan Mərkəzinə, istərsə də, məhkəməyə ərizə və şikayətlərin hazırlanması, hüquqi məsləhətlər verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə və ya 055 653 98 41 nömrəsi (zəng/whatsapp) vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.

Müəllif: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü – vəkil Ülkər Həmidli

İstinadlar: “Dövlət qulluğu haqqında” Qanun; “Polis haqqında” Qanun; “Əmək pensiyaları haqqında” Qanun

“Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması” Qaydası ;

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı;

Dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı;

Dövlət İmtahan Mərkəzinin rəsmi saytı;

“Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu” Qaydaları

Huquqlar.az (Hüquqlar.az Forumu) saytı.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button