Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
İnzibati hüquq

DYP – Yol polisinin tərtib etdiyi protokoldan şikayət vermə qaydası

1. DYP-nin protokolundan şikayət vermə müddəti

İlk öncə qeyd edək ki, DYP-nin tərtib etdiyi protokoldan məhkəməyə şikayət verilə bilməz. Şikayət qərardan verilə bilər. Əgər DYP(yol polisi) barənizdə əsassız və qanunsuz olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edibsə, qərarı rəsmi qaydada əldə etdiyiniz vaxtdan 20 gün müddətində yaşadığınız yer üzrə məhkəməyə və ya DYP-nə şikayət verə bilərsiniz. Həmin müddəti üzrlü səbəbdən ötmüsünüzsə, müddətin bərpa edilməsi ilə bağlı vəsatətinizlə bu müddət hakim tərəfindən bərpa edilə bilər.

İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarıəleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır.

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir.

2. DYP – Yol polisini videoya çəkə bilərəmmi?

Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişə məruz qoyula bilməz. Bu şəxsi toxunulmazlıq hüququnun pozulmasıdır.

Lakin DYP əməkdaşının öz vəzfiə səlahiyyətlərini yerinə yetirməsi şəxsi həyata aid edilmir. Buna görə də DYP əməkdaşını videoya çəkmək olar.

2.1 DYP maşını gizlənə bilərmi?

“Yol-patrul xidməti haqqında Təlimat”ın 4.3-cü maddəsinə əsasən, Patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır.

2.2 DYP-nin saxla əmrinə tabe olmamaq xuliqanlıq sayılırmı?

Xeyr. Yol polisi əməkdaşının saxla əmrinə tabe olmamaq xuliqanlıq sayılmır. Lakin İXM-nin 327.3-cü maddəsinə uyğun olaraq polis əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə 100 manat məbləğində cərimə və 4 cərimə balı nəzərdə tutulur.

2.3 DYP sürət həddini aşdığınıza görə sizi cərimə edə bilərmi?

dyp cərimə

Xeyr. İnzibati Xətalar Məcəlləsinin 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanmış inzibati xətalara görə (yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma) nəqliyyat vasitəsini dayandırıb, inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Belə ki, yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma inzibati xətasına görə yalnız elektron qərar çıxarıla bilər. Yəni sizin sürətinizi ölçmək üçün hər hansı elektron avadanlıq olmalıdır. Buna görə əyani protokol və qərar tərtib oluna bilməz.

3. BDYPİ-nə və DİN-ə şikayət vermə qaydası

DYP-nin tərtib etdiyi protokol və ya qərardan inzibati orqanın özünə(DİN-ə) şikayət vermək üçün asanpay sisteminə və ya Daxili İşlər Nazirliyinin veb saytına daxil olaraq şikayət ünvanlaya bilərsiniz.

İnzibati orqanın özünə şikayət verməklə cavabını gözləmədən eyni zamanda məhkəməyə də şikayət ünvanlaya bilərsiniz.

4. DYP-nin protokolundan məhkəməyə şikayət rüsumu

İnzibati Xətalar Məcəlləsinin 129.5-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Yəni məhkəməyə ərizə və ya vəsatət ilə müraciət etdiyiniz zaman bu işlər üzrə dövlət rüsumu nəzərdə tutulmur.

5. Hansı məhkəməyə şikayət verə bilərəm?

İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Yəni şikayəti həm cərimənin yazıldığı yerdə, həm də yaşadığınız yer üzrə məhkəməyə verə bilərsiniz. Yaşayış yeri dedikdə qeydiyyatda olduğunuz ünvan başa düşülür.

6. DYP protokolundan məhkəməyə şikayət vermə qaydası

DYP tərəfindən tərtib olunan qərarı istənilən DYP şöbəsinə yaxınlaşaraq əldə etmək mümkündür. Qərarı əldə etdikdən sonra inzibati qərardan şikayət yazıb, qərarı qoşma hissəsinə əlavə edərək məhkəməyə təqdim etməlisiniz.

Şikayətdə mütləq faktiki və hüquqi hallar qeyd olunmalıdır. Şikayət mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlanmalıdır. Əgər şikayəti özünüz tərtib edə bilmirsinizsə, hüquqşünas və vəkillərə müraciət edə bilərsiniz.

Hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət həmin qərarı qəbul etmiş hakim vasitəsilə(yəni qərarı qəbul etmiş məhkəmə) və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə verilə bilər.

İnzibati xətalar haqqında işlərdən şikayət vermək üçün sonuncu instansiya apellyasiya instansiya məhkəməsidir. Yəni siz apellyasiya instansiya məhkəməsinin(Apellyasiya məhkəməsi) qərarından kassassiya instansiya məhkəməsinə(Ali məhkəmə) şikayət verə bilməzsiniz.

7. DYP protokoldan şikayət üçün hüquqi yardım

DYP-nin tərtib etdiyi qərardan şikayət vermək üçün bizə müraciət edə bilərsiniz.

Hüquqşünas İlkin Əzimov

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

17 Şərhlər

  1. Salam xaiş edirəm mən kameraya düşmüşəm bal yazilib cərimə olub şəkildə var ama aydiyyrtsiz orada heç bir cərimə olunasi yer yoxdu foto şəkili var boş boşuna cərimə olmuşam xaiş edirəm menim şikayetime baxasiz

  2. Salam şikayətim boş yerə kameraya düşməyim bal və cermelenmeiym.barede foto şəkili var boş yerə cərimə gəlib məne xaiş edirəm şikayetime baxilsin

  3. Salam. Cərimə olunmuşam Binəqədi rayonunda amma ne vaxt nə şəkillər cərimə ilə üst üstə düşmür. Göstərilən vaxtda man Salyan rayonunda olmuşam.
    Xahiş edirəm EQ26779771 nömrəli qərarına cəriməni ləqv edəsiniz.

  4. Salam . Dayanmayla bagli cerime gelib ve hemin masini saxladigim yerde yolda temir gedib ve yol temirle elaqedar yarı hissesi baglanilib ve mende masini temir olunan yerde saxlamisdim

  5. Salam polis iddia edir ki, xətti tapdamışam. Amma video yoxdur. TŞ ilə çox uzaqdan çəkilmiş şəkil var. Hansı ki, maşın aydın seçilmir. Video görüntü olmadığı üçün şikayət etməyin faydası olarmı ?

  6. Salam Mənim Maşınim Vaz 2106 Qeydiyat Niçanı 10-CG-710 Qirmizi Mənə Cərmə Gəlib 100 azn 2 Bal Maşnın Qeydiyyat Nişanı 10-GG-710 Qara Niva Markalı Maşındır Kimə Mürəciyət Edim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button