Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
İnzibati hüquq

Azyaşlı uşağın pravasız maşın sürməyinə görə məsuliyyəti nədir?

1. Pravasız maşın sürməyin cəriməsi 2025

Pravasız(Sürücülük vəsiqəsi olmadan) maşın sürməyə görə İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə 200 manat məbləğində cərimə nəzərdə tutulur. 

İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə nəqliyyat vasitəsinin sahibi 60 manat məbləğində cərimə edilir. 

Sürücülük hüququ olan nəqliyyat vasitəsinin sahibi və ya etibarnaməsi olan şəxs nəqliyyat vasitəsinin yanında olarsa avtomobil cərimə meydançasına yerləşdirilə bilməz.

2. Uşağın pravasız maşın sürməyinə görə cərimə 2025

Həmin inzibati xətanı törədərkən İnzibati Xətalar Məcəlləsinə əsasən, 16 yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar.

16 yaşına çatmamış şəxs inzibati məsuliyyətə cəlb edilə bilmədiyi üçün yaşı 16-dan az olan şəxsin sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməsinə görə həmin şəxs cərimə edilə bilməz.

Yalnız nəqliyyat vasitəsinin sahibi 60 manat məbləğində cərimə ediləcək.

Lakin 16 yaşı tamam olmuş istənilən şəxs cərimə oluna bilər.

3. Etibarnaməsiz maşın sürməyin cəriməsi 2025

Belə ki, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.

Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

17 Şərhlər

  1. Sizdən bir söz soruşacağdım elə bilinki mənim maşınım var maşın mənim adımadı amma pravam yoxdu onun cərməsi nə qədərdi maşın mənim adımadı amma pravam yox xaiş edirəm cavab verərdizda

    1. Salam Masinim var öz adimda her bir senedi Texas motor sigorta. Pravam yoxdu Yol patrol emekdasi Meni saxlayib ..Ne qeder cerime yaza biler .ve masini cerime meydancasina apa bilermi..deyekki cerime yazri Men hamisi yerine suruculuk vesiqesi olan birin cagirib gede bilerem

      1. Salam. Əgər nəqliyyat vasitəsini idarə etmək hüququnuz yoxdursa, İnzibati Xətalar Məcəlləsinin 96.1.1.-ci və 97.1-ci maddələrinə əsasən bəli duracağa aparıla bilər. Həmin nəqliyyat vasitəsinin sürücülük vəsiqəsi olmadan idarə edilməsinə görə 200 manat cərimə nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button
Hüquqi yardıma ehtiyyacın var?