
Həbs edilən işçinin əmək müqaviləsinə necə xitam verilməlidir?
1. Əmək məcəlləsi – Qanuni əsaslar
Əmək Məcəlləsinin 74-cü maddəsində tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları müəyyən olunmuşdur.
Bu əsaslardan biri də, “ç” bəndində müəyyən olunmuş “işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə;” əsasıdır.
Həmin bəndə əsasən, işçi həbs edildikdə yalnız azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə əmək müqaviləsinə xitam verilə bilər. Lakin, məhkəmə prosesi bir neçə ay davam edə bildiyi üçün həbs qətimkan tədbiri verilmə barədə qərara əsasən işçinin əmək müqaviləsinə xitam verilə bilməz.
Qətimkan tədbiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən şübhəli, yaxud təqsirləndirilən şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla onun qanuna zidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etmək məqsədi ilə seçilən prosessual məcburiyyət tədbiridir.

Kitabı sifariş etmək üçün whatsappa keçid edin.
2. Qətimkan tədbirlərinin növləri
Qətimkan tədbirlərinin aşağıdakı növləri var:
- 1. həbs;
- 2. ev dustaqlığı;
- 3. girov;
- 4. başqa yerə getməmək barədə iltizam;
- 5. şəxsi zaminlik;
- 6. təşkilatın zaminliyi;
- 7. polisin nəzarəti altına vermə;
- 8. yetkinlik yaşına çatmayanı nəzarət altına vermə;
- 9. komandanlığın müşahidəsi altına vermə.
- 10. Vəzifədən kənarlaşdırma.
3. Həbs qətimkan tədbirinin seçilmə qaydası
İbtidai istintaq zamanı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyat keçirən prokurorun təqdimatı əsasında məhkəmə tərəfindən seçilir.
Yəni, cinayət işi üzrə istintaqı aparan müstəntiq təqsirləndirilənşəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsini zəruri hesab etdikdə bu barədə əsaslandırılmış vəsatətlə prokurora müraciət edir.
Prokuror vəsatətin əsaslılığını yoxlayır, təqsirləndirilən şəxsin barəsində həbslə bağlı olmayan, digər qətimkan tədbiri seçilməklə də məqsədə nail olunmasının mümkün olduğunu hesab etdikdə, müstəntiqin vəsatətinin təmin edilməməsi barədə qərar qəbul edir.
Prokuror şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinizəruri hesab etdikdə, bu barədə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət edir.
Həbsdə saxlama müddətinin uzadılması zamanı da eyni qayda tətbiq edilir.
“Azadlıqdan məhrumetmə” cəzadır, məhkəmənin hökmü ilə verilir. Şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərar qəbul edilibsə, bununla o, cinayətkar hesab edilmir. O, hələkitəqsirləndirilən şəxsdir. İstintaq tərəfindən şəxsin hər hansı cinayət əməlində təqsirli bilinməsi onun cinayətkar olması mənasına gəlmir. O, istintaq tərəfindən təqsirləndirilir. Məhkəmənin hökmü ilə o, cinayətdə təqsirli sayıla da bilər, bəraət ala da bilər.
Konstitusiyamızın 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsindətəqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
Göründüyü kimi, qətimkan tədbiri bir tədbir, azadlıqdan məhrumetmə isə bir cəzadır.
Əmək Məcəlləsinin 74-cü maddəsinin “ç” bəndində “müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə;” əsası müəyyən olunmuşdur.
Göründüyü kimi, həbs qətimkan tədbirinin seçilməsi işçinin təqsirli bilinərək müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə minməsi deyil. Bu, işçinin təqsirinin sübuta yetirilməsi üçün müəyyən olunmuş müddətdir. Bu müddətdə, işçi təqsirsiz hesab edilərək sərbəst buraxıla və ya təqsirli bilinərək müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilə bilər.
Müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, bu halda, işçi müəyyən olunmuş əsasla işdən çıxarıla bilər. Bu, məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra mümkündür.
4. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək nə edilə bilər?
Bu halda, məhkəmənin hökmü qanuni qüvvəyə minəndək işçi məcburi işburaxma kimi rəsmiləşdirilərək həbs qətimkan tədbiri seçilmə barədə qərara əsasən işdə olmama kimi rəsmiləşdiriləcəkvə ona əmək haqqı hesablanmayacaqdır. Məhkəmə qərarına əsasən, işçi bəraət alarsa işçinə bərpa ediləcək və Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ona dəymiş maddi və mənəvi zərərin əvəzinin tələb etmək hüququna malikdir. Burda işəgötürənin rolu olmadığı üçün zərərin əvəzi işəgötürən tərəfindən ödənilməyəcəkdir. Əgər işçi, işəgötürənin tələbi üzərinə bir neçə ay həbsdə olub bəraət qazansa idi bu halda dəymiş zərərin əvəzi işəgötürən tərəfindən ödənilməli idi.
Məhkəmə tərəfindən işçinin təqsirli bilinməsi sübuta yetirilərsə bu halda məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəkdir.
İşçinin həbsdə olduğu müddətdə işləməmə səbəbi Vahid muzdlu hesabatda 2 nömrəli hissədə işçinin işləmədiyi iş günlərinin səbəbində işçi barəsində məhkəmə hökmünün qanuni qüvvəyə minməsinədək müəyyən müddətə azadlıqdan məhrum edilməsi seçilməlidir.





Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın



İşçiyə verilən hökmə apelyasiya ilə xitam verilirsə və məhkumluq yoxdursa işçi 74.1.ç ilə işdən çıxarila bilərmi və necə
Salam. Apellyasiyanın çıxardığı qərarda hökmün ləğv edilməsi əsaslarına baxmaq lazımdır.
İşci əsas və ona tətbiq edilən əlavə cəza 46.2 ilə cəzalanırsa və apelyasiya əsas cəzaya xitam verirsə məhkumluq olmadığı halda Əmək.məc.74.1.ç maddəsilə əmək müqaviləsinə xitam vermək olarmı
Salam. Cinayət əməlini törətdiyi sübuta yetirilməyibsə, məhkumluğu da yaranmayıbsa, başqa əsaslar da yoxdursa, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə əmək müqaviləsinə xitam verilmir.
İşçi tutulur iş verili 320.1 və 178.3 maddəsinə 46.2 tətbiq etməklə.Yəni əsas cəza və ona birbaşa bağli əlavə cəza .birinci ins. Məhk. 320.1 ə 75.1.1 ilə xitam verir .Hökm qüvvəyə minməmiş Apelyasiyaya verilir.qərar çixir işə xitam verilir .Əsas cəza 178.3 düşurlsə 46.2 qalirmi. Rəsmi məhkumluq yoxdur.işçiyə hər bir halda 74.1.ç tətbiq etmək olarmı.
Salam. Hökm tam ləğv edilməlidir.
Apelyasiya məhkəməsi Hoküm çixarir ki 178.3.2 hissəsində işə xitam verilsin.Hökmun qalan hissəsi dəyişməz qalsın.
Əsas cəza 178.3.2 düşərsə
ona bağli əlavə cəza 46.2 qala bilərmi.
320.1 ə isə birinci inst.məh. xitam verilib.
Hokmün qalan hissəsi hansıdır