Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
DigərQanunvericilik

Subsidiya almağın ətraflı və addım-addım izahı

1. Kənd təsərrüfatı ilə məşğul olan şəxslər dövlətdən hansı yardımları ala bilərlər?

subsidiya
Kənd təsərrüfatı ilə məşğul olan şəxslər dövlətdən hansı yardımları ala bilərlər?

Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olan fiziki və hüquqi şəxslər dövlətdən subsidiyalar, güzəştli kreditlər, texnika və damazlıq heyvan alışına dəstək, aqrar sığorta güzəştləri və vergi azadolmaları şəklində müxtəlif yardımlar ala bilərlər.

Subsidiya nədir ?

“Kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılması” Qaydasına əsasən subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti;

“Subsidiya” informasiya sistemi kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “Elektron kənd təsərrüfatı” informasiya sisteminin altsistemidir.

Aqrar Subsidiya Şurası aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərar qəbul edən kollegial orqandır.

Fermer kimdir?

Fermer – kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan (bitkiçilik və heyvandarlıq sahələri üzrə) fiziki və ya hüquqi şəxsdir.

Subsidiyaların verilməsini kim həyata keçirir?

Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Kənd Təsərrüfatı Nazirliyinin dövlət aqrar inkişaf mərkəzlərinin bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir.

Subsidiyaların verilməsi ilə bağlı qaydalar barədə ətraflı hüquqi məsləhət verilməsi, müvafiq ərizələrin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

2. Fermerler subsidiyadan necə yararlana bilərlər?

Subsidiyaların aşağıdakı növləri vardır:

Əkin subsidiyası – fermerlərə əkin, çoxillik əkmə altında olan kənd təsərrüfatı yerlərində həmin yerlərin təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiya;

Məhsul subsidiyası – tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə əkin subsidiyasına əlavə olaraq verilən subsidiya;

Toxum subsidiyası – ölkədə istehsal edilən, sertifikatlı 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin satışına görə verilən subsidiya;

Heyvan subsidiyası – yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma və ya embrion köçürməsi yolu ilə alınan hər bir sağlam buzova görə verilən subsidiya;

Arı subsidiyası – hər arı ailəsinə (pətəyə) görə verilən subsidiya;

Barama subsidiyası – ölkədə istehsal edilib tədarükçülərə təhvil verilən yaş baramanın hər kiloqramına görə verilən subsidiya.

Subsidiyaların verilməsi üçün necə müraciət etmək lazımdır? Addım-addım izah.

1.Fermerlər dövlət subsidiyalarından Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən qeydiyyatdan keçmək və təsərrüfat məlumatlarını elektron qaydada bəyan etməklə yararlana bilərlər. Proses Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən icra olunur və ödənişlər xüsusi Fermer Kartı vasitəsilə həyata keçirilir.

2.Fermerlər birbaşa eagro.az portalı üzərindən şəxsi kabinet yaratmalıdırlar. Qeydiyyat üçün “Digital Login” (ASAN İmza, SİMA və ya MyGov ID) tələb olunur.

3.EKTİS-ə daxil edilən məlumatlar əsasında elektron bəyannamə formalaşır və fermerin şəxsi kabinetində “Subsidiyalar” bölməsində əks olunur. Subsidiya üçün tələb olunan məlumatlar sistemə daxil edildikdən sonra fermer öz müraciətini təsdiq edir.

4.Fermer tərəfindən təsdiq edilən elektron bəyannamə real vaxt rejimində DAİM-ə (Dövlət Aqrar İnkişaf Mərkəzi) daxil olur və DAİM tərəfindən 3 gün müddətində təsdiq edilir.

5.Subsidiya üçün müraciətlər qəbul edildikdən sonra onlar “ödənişə hazırdır” statusuna keçir və 15 iş günü müddətində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən müvəkkil banka ödəniş tapşırıqları göndərilərək “ödənişə hazırdır” statusunda olan müraciətlər üzrə müvafiq subsidiyasının məbləği fermerlərin kart hesablarına köçürülür və bu barədə onlara bank tərəfindən SMS vasitəsilə məlumatlar göndərilir.

Fermerin EKTİS-ə yanlış məlumat daxil etməsi subsidiya ödənişi aparıldıqdan sonra müəyyən edilərsə, İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsi tətbiq edilir. 

Belə ki, fermer tərəfindən “Elektron kənd təsərrüfatı” informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə – xəbərdarlıq edilir və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.

Fermer Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın tələblərini pozduqda, habelə subsidiya üçün müraciət etmədikdə ona subsidiya ödənilmir və təqvim ili ərzində büdcədən ayrılan subsidiya məbləği büdcəyə geri qaytarılır.

Fermer göstərilən xidmətlə bağlı onu razı salmayan istənilən məsələ ilə bağlı inzibati qaydada poçt rabitəsi vasitəsilə, elektron üsulla və ya şəxsən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dövlət aqrar inkişaf mərkəzlərinə (DAİM), DAİM-in qərarlarından Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA) şikayət verə bilər. Şikayət kağız üzərində və ya EKTİS-də elektron kabinet vasitəsilə tərtib oluna bilər. İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır və şikayətə həmin Qanunun 78-ci maddəsinin tələblərinə uyğun olaraq 1 ay müddətinə baxılır.

Bu prosesin həyata keçirilməsi zamanı hüquqi məsləhət verilməsi, müvafiq ərizə, şikayətlərin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

3. Subsidiya nədir?

Subsidiya dövlət büdəsindən hüquqi və fiziki şəxslərə qarşılıqsız və geri qaytarılmayan maliyyə vəsaitinin verilməsidir.

Subsidiya ilə bağlı qaydaların ətraflı izahı üçün hüquqi məsləhət verilməsi, habelə müvafiq ərizələrin, şikayətlərin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

4. Subsidiya üçün qeydiyyat

Subsidiyalardan yararlanmaq üçün kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və EKTİS-də (Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi) qeydiyyata alınan fiziki və ya hüquqi şəxslər müraciət edə bilərlər.

Fermerlər istifadələrində olan torpaq sahəsinə dair sənədləri və həyata keçirdikləri təsərrüfat fəaliyyəti barədə məlumatları www.eagro.az saytı vasitəsilə müstəqil olaraq və ya rayon (şəhər) Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM), regional “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə həyata keçirə bilərlər.

EKTİS portalına (eagro.az) keçid edin və daxil ol düyməsini sıxın. Sistemə ASAN İmza, SİMA rəqəmsal imza və ya FİN kod (myGov/e-gov hesabı) vasitəsilə daxil olaraq şəxsi kabinet yaradın.

Əgər qeydiyyatla bağlı çətinlik meydana gələrsə, Kənd Təsərrüfatı Nazirliyinin yerli bölməsinə (Dövlət Aqrar İnkişaf Mərkəzlərinə) yaxınlaşaraq ödənişsiz qeydiyyatdan keçə bilərsiniz. Habelə regionlardakı ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən müvafiq xidmət pəncərələrinə müraciət edərək sənədlərinizi sistemə daxil etdirə bilərsiniz.

5. Əkin subsidiya

subsidiya
Əkin subsidiya

Kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaq sahələrində aparılan əkinlərə görə subsidiya verilir.

Əkin subsidiyasına kimlər, necə müraciət edə bilər?

Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və EKTİS-də qeydiyyata alınan fiziki və ya hüquqi şəxslər müraciət edə bilərlər.

Fermerlər istifadələrində olan torpaq sahəsinə dair sənədləri və həyata keçirdikləri əkin barədə məlumatları www.eagro.az saytı vasitəsilə müstəqil olaraq və ya rayon (şəhər) Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM), regional “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

Aqrar Subsidiya Şurası hər il yanvarın 15-dək əkin subsidiyalarının tətbiqi üçün regionlar üzrə bitkilərin siyahısını və onlara tətbiq edilən əkin əmsallarını təsdiq edir.

Əkin subsidiyası aşağıdakı kimi hesablanır:

Baza məbləği X əkin əmsalı = əkin subsidiyası

  • bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 (iki yüz) manat müəyyən edilmişdir.
  • əkin əmsalı – regionlar və bitkilər, vahid əkin sahələri, habelə əkin sahəsinin (sahələrinin) həcmi üzrə istehsalın dəstəklənməsi dərəcəsi nəzərə alınmaqla hər il Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilir.

Əkin subsidiyasına müraciət üçün tələb olunan sənədlər:

  1. Proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr, habelə dincə qoyulmuş torpaqlar barədə elektron bəyannaməni (müraciəti);
  2. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2027-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı);
  3. Kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin nəticələrinə dair sənədləri;
  4. Əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsal vasitələrinin həcmi barədə məlumatı və satınalınmasına dair sənədləri, sığortalanmalı olan bitkilərə münasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsini;
  5. Kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini tənzimləyən sənədləri.


Subsidiya üçün müraciətlərin vaxtı nə vaxtdır?

Fermerlər tərəfindən payızlıq əkinlər üzrə məlumatların EKTİS vasitəsilə bəyan edilməsi və subsidiya müraciətləri üçün nəzərdə tutulan müddət sentyabrın 1-dən başlayaraq dekabr ayının son iş gününədək, yazlıq əkinlər üzrə fevralın 1-dən başlayaraq iyun ayının 1-dək,  təkrar əkinlər üzrə iyunun 1-dən avqustun 1-dək müəyyən edilmişdir. Yeni əkilən və mövcud meyvə bağları və digər çoxillik bitkilər hər il payızlıq və ya yazlıq əkin bəyan dövrlərində bəyan edilir.

Fermer kartı nə vaxt verilir?

Fermerin bəyan etdiyi əkinlərə görə keçirilən monitorinqlərin nəticəsinə əsasən subsidiya hesablandıqdan sonra fermer kart hesabının açılması üçün Agentlik tərəfindən müvəkkil banka sifariş göndərilir və fermer müvəkkil bankın filialına müraciət etməklə fermer kartını əldə edir.

Əkin subsidiyası fermer kart hesabına bağlı nağd və nağdsız hesablarına ödənilir.

Əkin subsidiyasının 25 faizindən nağdlaşdırılaraq, 75 faizindən isə əkin üçün kənd təsərrüfatı istehsal vasitələrinin (mineral gübrə, biohumus, sertifikatlı toxum, ting və pestisid) satın alınması, torpaqların aqrokimyəvi analizinin aparılması, aqrotexniki xidmətlərdən istifadə edilməsi, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınması, habelə qurulması üçün istifadə olunur.

Toxum subsidiyası nədir?

Ölkədə istehsal edilən, sertifikatlı 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin satışına görə verilən subsidiyadır.

Məsuliyyət

Fermerlərin hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə etməməyə görə inzibati məsuliyyətə cəlb edilmiş fermerlərə növbəti 2 (iki) il müddətinə subsidiya ödənilmir.

6. Heyvandarlıq subsidiya

subsidiya
Heyvandarlıq subsidiya

Heyvan subsidiyası – yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma və ya embrion köçürməsi yolu ilə alınan hər bir sağlam buzova görə verilən subsidiyadır.

Subsidiyanın verilməsi qaydaları ilə bağlı hüquqi məsləhət verilməsi, müvafiq ərizələrin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

Heyvan subsidiyası almaq üçün fermer aşağıdakı addımları yerinə yetirməlidir:

1. “Elektron kənd təsərrüfatı” informasiya sistemində (EKTİS) qeydiyyatdan keçib fermer statusunun alınması. Heyvandarlıq təsərrüfatına malik olan istənilən fiziki və ya hüquqi şəxs təsərrüfatı barədə məlumatları “Elektron kənd təsərrüfatı” informasiya sisteminə (EKTİS) daxil edərək qeydiyyatdan keçir və fermer statusu alır. Fermer EKTİS-də birbaşa olaraq “www.eagro.az” saytı vasitəsilə özü qeydiyyatdan keçə və ya xidmət yerinə şəxsiyyət vəsiqəsi, (şəxsiyyət vəsiqəsi üzərində olmadıqda fərdi identifikasiya nömrəsi (FİN kod) və ya şəxsiyyət vəsiqəsinin fotoşəkli, yaxud Elektron Hökumət İnformasiya Sistemində (“mygov” mobil tətbiqi) mövcud olan şəxsiyyət vəsiqəsi məlumatları əsasında), mobil telefonu ilə gələrək “ASAN Digital Login” vasitəsilə qeydiyyatdan keçə bilər. 

2. EKTİS-də qeydiyyatdan keçib süni mayalanma mütəxəssisi (SMM) statusunun alınması. SMM kimi fəaliyyət göstərmək istəyən şəxs Kənd Təsərrüfatı Nazirliyinin Respublika Süni Mayalanma Mərkəzində təlim keçdikdən sonra müvafiq iltizam imzalamaqla EKTİS-də qeydiyyatdan keçərək SMM statusunu əldə edir. Bu Reqlamentə uyğun öhdəliklərini yerinə yetirməyən və Respublika Süni Mayalanma Mərkəzində dövri təlimlərdən keçməyən SMM-in EKTİS-də fəaliyyəti dondurulur.

3. Heyvanın süni mayalandırılması. Fermer heyvanı süni mayalandırmaq məqsədilə EKTİS-də qeydiyyata alınan SMM-i və mayalandırmaq istədiyi tarixi seçərək müraciət edir. Fermer ona ən yaxın SMM barədə məlumatı EKTİS-də şəxsi kabineti vasitəsilə, habelə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dövlət aqrar inkişaf mərkəzlərinə (DAİM) və ya “Çağrı” mərkəzinə (1652) müraciət etməklə əldə edə bilər. Müraciət SMM tərəfindən təsdiq olunduqdan sonra fermer tərəfindən ünvanın, gəliş vaxtının, habelə digər şərtlərin dəqiqləşdirilməsi məqsədilə SMM ilə əlaqə saxlanılır. SMM fermer ilə qarşılıqlı razılaşma əsasında ödənişli qaydada heyvanı süni mayalandırdıqdan sonra identikləşdirir və bununla bağlı məlumatları süni mayalanmanın aparıldığı tarixdən 30 gün müddətində EKTİS-ə daxil edir. 

4. Süni mayalanma nəticəsində doğulan buzov və balaq (camış balası) barədə məlumatların EKTİS-ə daxil edilməsi. Fermer süni mayalanma nəticəsində doğulan buzov və balaq (camış balası) (inəklərdə mayalanmadan təqribən 300 gün, camışlarda mayalanmadan təqribən 325 gün sonra ) barədə həmin gün ərzində SMM-ə məlumat verir. Buzov və balaq (camış balası) doğulduqdan 10 gün sonra 15 gün müddətində SMM tərəfindən həmin buzovun və balağın (camış balasının) identikləşdirilməsi həyata keçirilir, buzov və balaq (camış balası) ilə bağlı məlumatlar, eləcə də buzovun və balağın (camış balasının) şəkli EKTİS-ə daxil edilir və bu barədə bildiriş EKTİS vasitəsilə HSBXM-in müvafiq rayon (şəhər) idarəsinə göndərilir.

5. Yeni doğulmuş buzovun və balağın (camış balasının) sağlamlığının yoxlanılması. Yeni doğulmuş buzovun və balağın (camış balasının) sağlamlığının yoxlanmasını həyata keçirəcək HSBXM-in müvafiq rayon (şəhər) idarəsinin baytar həkimləri və ya HSBXM tərəfindən müəyyən edilən özəl baytarlıq xidmətlərini həyata keçirən hüquqi şəxslər və ya fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər müvafiq iltizam imzalayaraq (SMM tərəfindən müvafiq məlumatlar EKTİS-ə daxil edildikdən sonra) 5 gün müddətində buzovun və balağın (camış balasının) sağlamlığını yoxlayır və bu barədə məlumatı EKTİS-ə daxil edir. Baytarlıq subyekti sözügedən məlumatı tələb olunan müddətdə EKTİS-ə daxil etmirsə və ya fermer verilmiş məlumatlar ilə razı deyilsə, 3 gün müddətində DAİM-i məlumatlandırmalıdır. DAİM 5 gün müddətində əlavə mütəxəssis cəlb etməklə buzovun və balağın sağlamlığının yenidən yoxlanılmasını təmin etməli və bu barədə məlumatı EKTİS-ə daxil etməlidir. Buzovun və balağın sağlamlığının yoxlanılması EKTİS-ə daxil edilən məlumatların və görüntülərin üzləşdirilməsi, yerində baxış, yerində baxış mümkün olmadıqda buzov və ya balaq sahibi ilə görüntülü telefon əlaqəsi saxlanılmaqla həyata keçirilir.

6. Subsidiyanın hesablanması. EKTİS-ə daxil edilən məlumatlar əsasında elektron bəyannamə formalaşır və fermerin şəxsi kabinetində “Subsidiyalar” bölməsində əks olunur. Fermer şəxsi kabinetində əks olunan elektron bəyannamədəki məlumatlarla razılaşırsa, subsidiyaya müraciətini təsdiq edir. Hər bir sağlam buzova görə 100 manat məbləğində subsidiya hesablanır. 

 7. Monitorinqin aparılması və müraciətin təsdiq edilməsi. Fermerin müraciətini təsdiq etməsindən sonra DAİM tərəfindən 10 gün müddətində məlumatlar sistem üzərindən təhlil edilərək düzgünlüyü yoxlanılır və müraciət təsdiqlənir. Baytarlıq subyektinin məlumatından şikayət edilərsə və DAİM tərəfindən əlavə mütəxəssis cəlb edilməklə heyvanın sağlam olduğu müəyyən edilərsə, DAİM yerində müşahidəni həyata keçirməyərək subsidiyaya müraciəti təsdiq edir. 

8. Subsidiyanın ödənilməsi. Heyvan subsidiyasına müraciətlər qəbul edildikdən sonra onlar “müraciət təsdiqlənib” statusuna keçir və 15 iş günü müddətində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən müvəkkil banka ödəniş tapşırıqları göndərilərək “müraciət təsdiqlənib” statusunda olan müraciətlər üzrə heyvan subsidiyasının məbləği fermerlərin kart hesablarına köçürülür və bu barədə fermerlərə bank tərəfindən SMS vasitəsilə məlumatlar göndərilir. 

7. Aqrar subsidiya şurası 2027

Aqrar Subsidiya Şurası – aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərar qəbul edən kollegial orqandır.

Aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərarları qəbul edən Şura yaradılır. Şura Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (1 nəfər), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (1 nəfər) və yerli fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələri daxil olmaqla 7 üzvdən ibarətdir. Şuraya rəhbərliyi Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri həyata keçirir.

 Şura hər il yanvarın 15-dək aşağıdakılar barədə qərarlar qəbul edir və bu barədə ictimaiyyəti məlumatlandırır:

1. əkin subsidiyasının tətbiqi üçün regionlar üzrə bitkilərin siyahısının və onlara tətbiq edilən əkin əmsallarının təsdiqi;

2. məhsul subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısının və onlara tətbiq edilən əmsalların təsdiqi;

3. toxum subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısının və onlara tətbiq edilən əmsalların və kvotaların təsdiqi;

4. subsidiyaların tətbiqi mexanizminin təkmilləşdirilməsi ilə bağlı verilən təkliflərin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilməsi.

Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir.

Aqrar Subsidiya Şurasının 2026-cı il üçün qərarına əsasən, fermerlərə əkin subsidiyası hər hektara görə hesablanır.

Çəltik (əsas əkin) 380 AZN

Çəltik (təkrar əkin) 120 AZN

Qarğıdalı 100–270 AZN

Darı 230–290 AZN

Buğda 200–400 AZN

Arpa 200–400 AZN

Noxud 200–400 AZN

Lobya 200–400 AZN

Mərci 200–400 AZN

Yer fındığı 220–280 AZN

Zəfəran 440 AZN

Günəbaxan 120–180 AZN

Kartof 300–360 AZN

Tərəvəz bitkiləri 250–310 AZN

Bostan bitkiləri 220–280 AZN

Yonca 100–160 AZN

Digər bitkilər 130–190 AZN

Moruq (digər rayonlar) 3 200 AZN

Moruq (azad edilmiş ərazilər) 13 500 AZN

Qarağat 3 200 AZN

Böyürtkən (digər rayonlar) 3 200 AZN

Böyürtkən (azad edilmiş ərazilər və Naxçıvan) 10 400 AZN

Qaragilə (digər rayonlar) 20 000 AZN

Qaragilə (azad edilmiş ərazilər və Naxçıvan) 25 000 AZN

Qaragilə (Lənkəran-Astara üzrə xüsusi şərtlərlə) 12 000 AZN

Məbləğlər əkin sahəsinin hər hektarına hesablanır.

Subsidiya məbləği suvarma sistemindən, ərazidən və əkin növündən asılı olaraq dəyişir.

8. Subsidiya haqqında qanun

Subsidiya ilə bağlı məsələlər xüsusilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydası ilə tənzimlənir.

Bu Qayda kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmini və şərtlərini müəyyən edir.

9. Subsidiya kalkulyatoru

Fermerlər subsidiya kalkulyatoru vasitəsilə subsidiyanı hesablaya bilərlər.

Elektron şəxsi kabinetində subsidiya üçün müraciət dolduran hər bir fermer ona düşəcək subsidiyanı müraciəti təsdiqləmədən əvvəl kabinetdəki kalkulyatorla hesablaya bilər.

10. Subsidiya 2027

Aqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixrac yönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib.

Dəyişikliklərə əsasən əsasən müəyyən edilmiş meyarlara cavab verən fermerlər əkin subsidiyasının 30 faizini əvvəlcədən əldə edə biləcəklər. Avans mexanizmi 5-100 hektar əkin sahəsi olan, siyahısı müəyyən edilən yazlıq və payızlıq birillik bitkilər becərən və fermer reytinqi 30-dan yüksək olan təsərrüfatlara şamil ediləcək. Avans subsidiyası üçün müraciət edən fermerlərin sahələri EKTİS-də bəyan ediləcək, sahənin əkinə hazırlığının monitorinqində rəqəmsal və süni intellekt həllərindən istifadə olunacaq.

Belə ki, 2027-ci il üçün dördüncü nəsil şüşə örtüklü istixanalarda zəfəran, tərəvəz, meyvə və ya giləmeyvə becərildiyi halda, hər hektara 5 000 manat subsidiya ödənilməsi nəzərdə tutulur. 

Yüksək keyfiyyətli polikarbonat örtüklü istixanalar üçün bu məbləğ 3 000 manat, yüksək keyfiyyətli polietilen örtüklü istixanalar üçün 2 500 manat, digər polietilen örtüklü istixanalar üçün isə 500 manat təşkil edir.

Subsidiyalarla bağlı yeni mexanizmlərlə bu linkə keçid edərək ətraflı tanış ola bilərsiniz.

Subsidiyalarla bağlı qaydalara dair hüquqi məsləhət verilməsi üçün bizə müraciət edə bilərsiniz.

11. Subsidiya üçün müraciət

subsidiya
Subsidiya üçün müraciət

Kənd təsərrüfatı subsidiyalarına müraciət elektron kənd təsərrüfatı informasiya sistemi (EKTİS) üzərindən elektron qaydada aparılır.

Subsidiyanın verilməsi ilə bağlı müraciət prosesinə dair məsələlərlə bağlı suallarınızı cavablandırılması, hüquqi məsləhət verilməsi üçün bizə müraciət edə bilərsiniz.

12. Dotasiya nədir?

“Büdcə sistemi haqqında” Qanuna əsasən dotasiya – dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, müəssisələrə, təşkilatlara və yerli büdcələrə (aşağıda büdcələrə) onların gəlir və xərclərini tənzimləmək məqsədi ilə əvəzsiz verilən və geri qaytarılmayan pul vəsaitidir.

Başqa sözlə desək, dotasiya xərclərlə gəlirləri arasındakı fərqi (maliyyə kəsirini) örtmək üçün verilən

13. Subvensiya nədir?

Subvensiya – məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə (aşağı büdcələrə) verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaitdir.

Başqa sözlə desək, subvensiya aşağı büdcələrə və ya hüquqi şəxslərə konkret bir məqsədin (layihənin) həyata keçirilməsini maliyyələşdirmək üçün dövlət büdcəsindən ayrılan və müəyyən edilmiş müddət ərzində istifadə olunmayan hissəsi geri qaytarılan əvəzsiz pul vəsaiti. Yəni bu yardım müəyyən layihənin, proqramın, məqsədin həayata keçirilməsi üçün istifadə olunur.

14. Dotasiya subsidiya subvensiya

Dotasiya, subsidiya, subvensiya dövlət büdcəsindən əvəzsiz qaydada verilən pul vəsaitidir.

Subvensiya yalnız pul formasında olur, subvensiya həm material, həm də pul formasına ifadə olunur.

Dotasiya və subsidiyanın geri qaytarılması nəzərdə tutulmur. Lakin subvensiya müəyyən layihə və ya proqram üçün verilirsə, həmin layihə və ya proqram həyata keçirilmədikdə subvensiya geri qaytarılır.

Vətəndaşlara yalnız dotasiya və subsidiya ayrıla bilər. Subvensiyaların ayrılmasına rast gəlinmir.

Subsidiya, dotasiya, subvensiya verilməsi qaydaları ilə bağlı ətraflı hüquqi məsləhət almaq üçün bizə müraciət edə bilərsiniz.

15. Subsidiya almaq üçün qeydiyyat

“Elektron kənd təsərrüfatı” informasiya sisteminin (EKTİS) ““Toxum” “Subsidiya informasiya sistemi” altsistemində birbaşa olaraq “www.eagro.az” saytı vasitəsilə özü qeydiyyatdan keçə və ya xidmət yerinə şəxsiyyət vəsiqəsi (şəxsiyyət vəsiqəsi üzərində olmadıqda fərdi identifikasiya nömrəsi (FİN kod) və ya şəxsiyyət vəsiqəsinin fotoşəkli, yaxud Elektron Hökumət İnformasiya Sistemində (“mygov” mobil tətbiqi) mövcud olan şəxsiyyət vəsiqəsi məlumatları əsasında) və mobil telefonu ilə gələrək “Digital Login” sistemi, Asan imza və ya sima imza vasitəsilə qeydiyyatdan keçə bilər.

16. Subsidiya kalkulyatoru 2027

Fermerlər onlara verilən subsidiya məbləğini 2019-cu ildən onların istifadəsinə verilən kalkulyator vasitəsilə öyrənə bilirlər.

17. Agro gov az subsidiya

subsidiya
Agro gov az subsidiya

Kənd Təsərrüfatı Nazirliyi (KTN) və Aqrar Subsidiya Şurasının müəyyən etdiyi qaydalara əsasən, hər il üzrə subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə verilir.

Subsidiya İnformasiya Sistemində qeydiyyatdan keçməyən fermerə subsidiya verilmir. Subsidiya almaq hüququ başqa şəxsə ötürülmür.

Heyvan subsidiyası hər bir sağlam buzova görə 100 (yüz) manat məbləğində müəyyən edilir.

Əkin subsidiyası 200 manat baza məbləğinin bitki növü, suvarma sistemi və region üzrə müəyyən edilmiş əmsallara vurulması ilə hesablanır. Buna görə də konkret məbləğ əkilən bitkidən və şəraitdən asılı olaraq fərqlənir. Məbləğin 25%-i nağd, 75%-i isə təyinatlı (gübrə, toxum və s.) vasitələrin alışı üçün kart hesabına köçürülür

18. Subsidiya bəyənnaməsi

Subsidiya bəyannaməsi (elektron bəyan) fermerlərin dövlətdən aqrar subsidiya almaq üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etdikləri rəsmi məlumat və müraciət formasıdır.

19. E agro subsidiya

Eagro.az (Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi) saytı üzərindən fermerlər qeydiyyatdan keçməklə müvafiq subsidiyaların verilməsi üçün müraciət edə bilərlər.

İlkin sənəd qəbulundan sonra hesablanmış subsidiya məbləğləri barədə məlumatı özündə əks etdirən elektron bəyannamə-ərizələr fermerlərin şəxsi kabinetlərinə göndərilir. Bununla bağlı fermerlərin mobil nömrələrinə müvafiq SMS göndərilir və onlar şəxsi kabinetə bildiriş göndərilməsi ilə bağlı məlumatlandırılırlar.

20. Subsidiya 2027 nə vaxt veriləcək?

subsidiya

2027-ci il üzrə əkin subsidiyalarının mərhələli şəkildə verilməsi nəzərdə tutulub: Avans subsidiyası çərçivəsində gözlənilən əkin subsidiyasının 30 faizi fermerə əvvəlcədən ödəniləcək. Əkin faktı təsdiq edildikdən və subsidiyanın ödənilməsi üçün nəzərdə tutulan digər müvafiq prosedurlar tamamlandıqdan sonra subsidiyanın qalan 70 faizlik hissəsi növbəti il fermerin hesabına köçürüləcək.

Avans subsidiyası aşağıdakı meyarlara cavab verən kənd təsərrüfatı istehsalçılarına şamil edilir:

  • Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilmiş siyahıya daxil olan (Çəltik, Qarğıdalı, Darı, Sorqo, Digər dənli və dənli paxlalılar (buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci və s.), Günəbaxan, Kartof, Tərəvəz, Bostan bitkiləri) yazlıq və payızlıq birillik bitkiləri becərən istehsalçılar;
  • EKTİS-də fermer reytinqi 30 baldan yüksək olan şəxslər;
  • Ümumi əkin sahəsi 5 hektardan 100 hektaradək olub çıxarışı olan fermerlər;
  • Torpaq sahəsi üzrə yalnız bir əkin bəyanı təqdim edən fermerlər.

Bununla bağlı yeniliklərdən xəbərdar olmaq üçün bu linkə keçid edə bilərsiniz.

21. Subsidiya yoxlamaq

Kənd təsərrüfatı subsidiyalarını yoxlamaq və şəxsi kabinetinizə daxil olmaq üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) portalından istifadə etməlisiniz.

Subsidiyanı necə yoxlamaq olar: EKTİS (eagro.az) portalına daxil olun. Şəxsi kabinetinizə (fermer hesabınıza) giriş edin. Kabinetdə yerləşən Subsidiya İnformasiya Sistemi və ya kalkulyator bölməsi vasitəsilə əkin, məhsul, toxum, heyvan, arı və barama subsidiyalarının statusunu və hesablanmış məbləği yoxlaya bilərsiniz.

Alternativ olaraq, sənədlərinizin EKTİS-ə daxil edilməsi üçün ASAN xidmət mərkəzlərinə də müraciət edə bilərsiniz. Xidmət haqqı 2 manat təşkil edir.

22. Ektis qeydiyyat

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi” (EKTİS) – Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əsas fəaliyyət prinsiplərini (fermerlərə yaxınlığı, şəffaf və səmərəli idarəetməni və innovasiyanın tətbiqini) özündə ehtiva edən, daxili və xarici sistemlər ilə inteqrasiya imkanlarını geniş əhatə edən və kənd təsərrüfatı zəncirinin qurulmasına zəmin yaradan vahid bir sistemdir.

“Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemi ilə tanış olmaq üçün  bu linkə keçid edə bilərsiniz.

23. Hüquqi məsləhət

subsidiya
Hüquqi məsləhət

Subsidiyaların verilməsi prosesi ilə bağlı suallarınızı cavablandırılması, hüquqi məsləhət verilməsi, müvafiq ərizələrin, şikayətlərin, müraciətlərin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

Müəllif: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü – vəkil Ülkər Həmidli

İstinadlar: İnzibati Xətalar Məcəlləsi;

“Büdcə sistemi haqqında” Qanun;

“İnzibati icraat haqqında” Qanun;

“Kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılması” Qaydası;

Kənd təsərrüfatı Nazirliyinin saytı;

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button