
Pensiya və müavinətin fərqi ilə bağlı bilməli olduğunuz vacib məqamlar nədir?
1. Pensiya və sosial müavinətin fərqi nədir?

Pensiya – məcburi dövlət sosial sığorta hesabına formalaşır. Pensiyanın təyin edilməsi üçün şəxsin müəyyən edilmiş sosial sığorta stajı olmalıdır. (Məsələn, yaşa görə pensiya təyini üçün azı 25 il sosial sığorta stajı (istisnalar vardır) və ya 40.000 manatadək pensiya kapitalı olmalıdır. Bir sözlə şəxsə pensiya təyin edilməsi üçün onun sosial sığorta stajı və ya pensiya kapitalı olmalıdır.
Pensiyanın 3 növü fərqləndirilir: yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya.
Sosial müavinət – birbaşa dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Sosial müavinətin təyin edilməsi üçün sosial sığorta stajı və ya pensiya kapitalının olması tələb edilmir. Pensiya hüququ olmayan şəxslərə sosial müavinət təyin oluna bilər. Habelə, heç vaxt işləməyən şəxs sosial müavinət almaq hüququna malikdir.
Sosial müavinətin bir neçə növü fərqləndirilir:
Aylıq müavinətlər:
1. dövlət qulluqçularına ömürlük müavinət;
2. yaşa görə müavinət;
3. ailə başçısını itirməyə görə müavinət;
4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət;
5. 3 yaşınadək uşağa qulluğa görə müavinət;
6. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət;
7. valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət;
8. 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət;
9. vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət;
10. beşdən çox uşağı olan qadınlara müavinət;
11. övladlığa götürülən uşağa, o cümlədən əlilliyi olan uşağa görə müavinət;
12. himayədar ailəyə verilmiş uşağın, o cümlədən əlilliyi olan uşağın tərbiyə edilməsinə görə müavinət.
Birdəfəlik müavinətlər:
1. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət;
2. uşağın anadan olmasına görə müavinət:
3. dəfn üçün müavinət;
4. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət;
5. himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət.
Əgər şəxsin pensiya yaşı (65 yaş) tamam olduqda nə 25 il sığorta stajı, nə də tələb olunan minimum pensiya kapitalı (46 080 AZN) yoxdursa, ona əmək pensiyası yox, yaşa görə sosial müavinət (hazırda 220 AZN) təyin edilir
Sizə sosial müavinət və ya pensiya təyin edilməsindən imtina edildikdə, məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
2. Sosial pensiya nədir?
Sosial pensiya (yaşa görə sosial müavinət) əmək pensiyası hüququ olmayan şəxslərə dövlət tərəfindən hər ay verilən puldur.
3. Sosial pensiya kimlərə verilir?
65 yaşına çatmış qadınlar və kişilər;
Əmək pensiyası almaq hüququ olmayanlar (heç bir yerdə işləməyən və rəsmi gəlir yeri olmayan şəxslər, işləsə də pensiya hüququ yaranmayan şəxslər).
4. Sosial pensiya nə qədərdir?
2026-cı il üzrə sosial pensiyanın məbləği 220 manat təşkil edir.
5. Sosial müavinət alanların siyahısı
“Sosial müavinətlər haqqında” Qanuna əsasən sosial müavinətlər qanunvericilikdə müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir.
Əmək qabiliyyəti olmayan şəxslər – əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları.
6. Sosial müavinətin məbləği
- Dövlət qulluqçularına ömürlük sosial müavinət – Aylıq müavinətin miqdarı dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə dövlət məvacibinin 15 faizini təşkil edir
- yaşa görə aylıq sosial müavinət – 220 manat
- əlilliyə görə müavinət – orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 300 manat; orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 250 manat; orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 180 manat
- ailə başçısını itirməyə görə sosial müavinət – 140 manat
- 3 yaşınadək uşağa qulluğa görə aylıq sosial müavinət – bir yaş yarımadək uşağa qulluğa görə – 44 manat, uşağın bir yaş yarımdan üç yaşınadək qulluğa görə isə – 28 manat
- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına aylıq sosial müavinət – 140 manat;
- Valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) aylıq sosial müavinət – 140 manat;
- bir yaşınadək uşağı olan aztəminatlı ailələrə aylıq sosial müavinət – 140 manat;
- beşdən çox uşağı olan qadınlara aylıq sosial müavinət – 140 manat;
- övladlığa götürülən uşağa, o cümlədən əlilliyi olan uşağa görə aylıq sosial müavinət – Valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı övladlığa götürən şəxsə – hər uşaq üçün 240 manat; Əlilliyi olan uşağı övladlığa götürən şəxsə – hər uşaq üçün 600 manat;
- himayədar ailəyə verilmiş uşağın, o cümlədən əlilliyi olan uşağın tərbiyə edilməsinə görə aylıq sosial müavinət – 0-6 yaş arası uşağa görə 355 manat; 7-13 yaş arası uşağa görə 375 manat; 14-18 yaş arası uşağa görə 395 manat; 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlara münasibətdə:0-6 yaş arası uşağa görə 500 manat;7-13 yaş arası uşağa görə 600 manat;14-18 yaş arası uşağa görə 650 manat.
7. Pensiya almaq üçün müraciət

Əmək pensiyası — vətəndaşların qanunla müəyyən edilmiş yaşa çatdıqda, əlillik statusu aldıqda və ya ailə başçısını itirdikdə itirilmiş əməkhaqlarının (gəlirlərinin) kompensasiya edilməsi məqsədilə fərdi hesaba yığılmış pensiya kapitalı əsasında ömürlük və ya müddətli dövr üçün təyin olunan aylıq pul ödənişidir.
Pensiya təyini üçün DOST mərkəzinə və ya yaşayış yeriniz üzrə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) müraciət edə bilərsiniz.
Əmək pensiyası üçün müraciət edirsinizsə, lazım olduqda əmək kitabçası və iş stajını təsdiqləyən sənədlər təqdim edilməlidir.
Sizə pensiya təyin edilməsindən imtina edildikdə, inzibati orqana ərizə, məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
8. Pensiya ilə bağlı suallar
| Yaşa görə əmək pensiyası üçün tələblər | • Kişilər və qadınlar üçün pensiya yaşı 65-dir. • Pensiya hüququ üçün azı 25 il sığorta stajı tələb olunur. | • Minimum pensiya məbləği: 320 AZN. • Sığorta stajı olmadıqda, fərdi hesabda tələb olunan minimum pensiya kapitalı: 46 080 AZN. |
| Əlilliyə görə əmək pensiyası üçün tələblər | • Müvafiq dövlət orqanı tərəfindən şəxsə əlillik statusunun (orqanizmin funksiyalarının pozulması faizinin) müəyyən edilməsi. • Əlilliyin müəyyən edildiyi tarixə sığorta stajının olması. | • Qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən az olmamaqla fərdi hesabda qeydə alınmış pensiya kapitalına əsasən hesablanır. |
| Ailə başçısını itirməyə görə əmək pensiyası üçün tələblər | • Vəfat etmiş ailə başçısının öhdəsində olan (əmək qabiliyyəti olmayan) ailə üzvlərinin hüququ yaranır. • Vəfat etmiş şəxsin müvafiq sığorta stajının olması lazımdır. | • Pensiya məbləği vəfat edən şəxsin pensiya kapitalı əsasında hesablanaraq, əmək qabiliyyəti olmayan ailə üzvləri arasında bərabər bölünür. |
Pensiya ilə bağlı məsələlər üzrə hüquqi məsləhət verilməsi, ərizə, şikayət, iddia ərizələrinin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
9. Pensiya yaşı cədvəli
| Dövr | Kişilər üzrə pensiya yaşı | Qadınlar üzrə pensiya yaşı |
| 1 iyul 2017 – 30 iyun 2018 | 63 il 6 ay | 60 il 6 ay |
| 1 iyul 2018 – 30 iyun 2019 | 64 il | 61 il |
| 1 iyul 2019 – 30 iyun 2020 | 64 il 6 ay | 61 il 6 ay |
| 1 iyul 2020 – 30 iyun 2021 | 65 il | 62 il |
| 1 iyul 2021 – 30 iyun 2022 | 65 il | 62 il 6 ay |
| 1 iyul 2022 – 30 iyun 2023 | 65 il | 63 il |
| 1 iyul 2023 – 30 iyun 2024 | 65 il | 63 il 6 ay |
| 1 iyul 2024 – 30 iyun 2025 | 65 il | 64 il |
| 1 iyul 2025 – 30 iyun 2026 | 65 il | 64 il 6 ay |
| 1 iyul 2026 və sonra | 65 il | 65 il |
2026-cı il üçün həm qadınlar, həm də kişilərin pensiya yaşı 65 yaş təşkil edir.
Pensiya hüququ ilə bağlı suallarınızı bizə yaza, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
10. Əlilliyə görə pensiya məbləği
“Əmək pensiyaları haqqında” Qanunun 12-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (1-ci dərəcə əlillik) əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə (2 və 3-cü dərəcə əlillik) əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.
Hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir
Minimum pensiya məbləği 320 manat təşkil edir. Əlilliyə görə pensiyanın məbləği sığorta stajı və pensiya kapitalından asılı olaraq dəyişir.
Əlilliyə görə pensiya təyin edilməsi, məbləğinin hesablanması və imtina qərarlarından şikayət edilməsi ilə bağlı hüquqi yardım göstərilməsi üçün bizə müraciət edə bilərsiniz.
11. Əlilliyə görə pensiya müraciət
Əlilliyin müəyyən edilməsi və pensiyanın təyin olunması aşağıdakı qaydada həyata keçirilir:
- Tibb müəssisəsinə müraciət: Vətəndaş qeydiyyatda olduğu poliklinikaya və ya müvafiq dövlət tibb müəssisəsinə müraciət edir.
- Forma 88 göndərişi: Həkim-məsləhət komissiyası tibbi sənədləri araşdırır və əsas olduqda əlilliyin qiymətləndirilməsi üçün elektron göndəriş hazırlayır.
- Əlilliyin qiymətləndirilməsi: Göndəriş Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) ötürülür. Qərar adətən 10 iş günü ərzində qəbul edilir. Əlavə araşdırma zamanı müddət 15 iş gününədək uzadıla bilər.
- Qərarın bildirilməsi: Əlilliyin müəyyən edilməsi və ya imtina barədə vətəndaşa məlumat verilir.
- Pensiya və ya müavinətin təyin edilməsi: Əlillik təsdiqləndikdən sonra şəxsin sığorta stajı və pensiya kapitalı nəzərə alınır. Əmək pensiyası hüququ olmadıqda sosial müavinət təyin edilə bilər. Əgər pensiya ödənişi birbaşa təyin edilməzsə, pensiya ödənişinin təyin edilməsi üçün DOST mərkəzinə və ya DSMF-yə müraciət edə bilərsiniz.
Əlilliyin təyin edilməsindən imtina olunarsa, əlilliyin müəyyən edilməsi, pensiyanın təyin olunması, düzgün hesablanmaması barədə imtina qərarlarından məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
12. Pensiya üçün lazım olan sənədlər
Yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan sənədlər:
-əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti);
-sığorta stajını təsdiq edən sənəd;
əmək pensiyasının təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron informasiya sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir.
Ailə başçısını itirməyə görə əmək pensiyasının təyini üçün tələb olunan sənədlər:
-əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti);
-vəfat etmiş ailə başçısının övladının (övladlarının) doğum haqqında şəhadətnaməsinin surəti;
-ailə başçısının ölüm haqqında şəhadətnaməsinin (və ya xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmə qərarının) surəti;
-ailə başçısının 23 yaşınadək övladının (övladlarının) əyani təhsil alması barədə təhsil müəssisəsinin arayışı;
-vəfat etmiş ailə başçısının 18 yaşına çatanadək əlilliyi (sağlamlıq imkanlarının məhdudluğunun) müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladının (övladlarının), habelə atasının, anasının, arvadının, ərinin orqanizmin funksiyalarının 61-100 faiz pozulması ilə bağlı (I və ya II dərəcə) əlilliyinin olması barədə tibbi-sosial ekspertiza müayinəsinin nəticələri barədə çıxarış;
-ailə başçısının dul arvadının (ərinin) yeni nikaha daxil olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı;
-vəfat edənin sığorta stajını təsdiq edən sənəd..
Əlilliyə görə əmək pensiyasının təyini üçün tələb olunan sənədlər:
-əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti);
-şəxsin əlilliyini müəyyən edən tibbi-sosial ekspertiza müayinəsinin nəticəsi barədə çıxarış;
-sığorta stajını təsdiq edən sənəd.
Əmək pensiyasının təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların elektron informasiya sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir.
Əlilliyin təyin edilməsindən imtina olunarsa, inzibati qaydada (DSMF-a) və inzibati məhkəməyə müraciət etmək hüququnuz vardır. İnzibati orqana ərizə, şikayət, inzibati məhkəməyə iddia ərizəsi, ərizə hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
13. Əlillik pensiyası nə qədərdir?
Ölkə üzrə minimum pensiya məbləği 320 manat təşkil edir. Əlilliyə görə pensiyanın məbləği də sosial sığorta stajı və pensiya kapitalından asılı olaraq dəyişir.
14. Əlilliyə görə pensiya müraciət

Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-1-ci maddəsinə uyğun olaraq 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmış şəxslərə elektron informasiya sistemində müvafiq məlumatlar olduğu təqdirdə Qanunun 12.1-ci maddəsində göstərilən şərtlər ödənildiyi təqdirdə avtomatlaşdırılmış qaydada pensiya təyin edilir.
Avtomatlaşdırılmış təyinatın əhatə dairəsinə düşməyən şəxslər, yəni müvafiq məlumatları elektron informasiya sistemlərində olmayanlar istənilən DOST mərkəzinə və ya Fondun istənilən yerli orqanına aşağıdakı sənədləri təqdim etməklə müraciət edə bilərlər:
əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti);
şəxsin əlilliyini müəyyən edən tibbi-sosial ekspertiza müayinəsinin nəticəsi barədə çıxarış;
sığorta stajını təsdiq edən sənəd.
Əmək pensiyasının təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların elektron informasiya sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların elektron informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
Əlilliyə görə əmək pensiyasının təyin edilməsindən əsassız olaraq imtina edildikdə, pozulmuş hüquqularınızın bərpasına hüquqi dəstək göstərilməsi, məhkəməyə ərizə, iddia ərizəsinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
15. 1 ci qrup əlillərin pensiya məbləği 2026
1 ci qrup əlilliyi olan şəxslərin pensiya məbləği onun fərdi pensiya kapitalından və sığorta stajından asılı olaraq dəyişə bilər, lakin qanunvericiliyə əsasən bu məbləğ minimum həddən (320 manatdan) aşağı ola bilməz.
Əgər şəxsin əmək pensiyası hüququ yoxdursa, ona 1-ci qrup əlilliyə görə 300 manat aylıq sosial müavinət təyin edilir.
16. 2 ci qrup əlil pensiya məbləği 2026
2 ci qrup əlilliyi olan şəxslərin pensiya məbləği onun fərdi pensiya kapitalından və sığorta stajından asılı olaraq dəyişə bilər, lakin qanunvericiliyə əsasən bu məbləğ minimum həddən (320 manatdan) aşağı müəyyən edilə bilməz.
Əgər şəxsin əmək pensiyası hüququ yoxdursa, ona 2-ci qrup əlilliyə görə 280 manat aylıq sosial müavinət təyin edilir.
17. 3 cü qrup əlillərin pensiyası nə qədərdir 2026
3 cü qrup əlilliyi olan şəxslərin pensiya məbləği fərdi pensiya kapitalından və sığorta stajından asılı olaraq dəyişə bilər, lakin qanunvericiliyə əsasən bu məbləğ minimum həddən (320 manatdan) aşağı ola bilməz.
Əgər şəxsin əmək pensiyası hüququ yoxdursa, ona 3-cü qrup əlilliyə görə 180 manat aylıq sosial müavinət təyin edilir.
18. Azərbaycanda pensiya yaşı
2026-cı il üçün Azərbaycanda həm kişilər, həm də qadınlar üçün pensiya yaşı 65 yaş müəyyən edilmişdir.
19. Sosial müavinət kimlərə düşür?
“Sosial müavinətlər haqqında” Qanunun 1-ci maddəsinə əsasən sosial müavinətlər bir qrup kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir.
Sosial müavinətlər əmək pensiyası hüququ olmayan və ya müəyyən xüsusi kateqoriyalara aid edilən vətəndaşlara, həmçinin ölkədə daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ödənilir.
20. Sosial müavinət nə qədərdir?
Sosial müavinətlərin məbləği aşağıdakı kimidir:
- yaşa görə aylıq sosial müavinət – 220 manat
- əlilliyə görə müavinət – orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 300 manat; orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 250 manat; orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 180 manat
- ailə başçısını itirməyə görə sosial müavinət – 140 manat
- 3 yaşınadək uşağa qulluğa görə aylıq sosial müavinət – bir yaş yarımadək uşağa qulluğa görə – 44 manat, uşağın bir yaş yarımdan üç yaşınadək qulluğa görə isə – 28 manat
- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına aylıq sosial müavinət – 140 manat;
- Valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) aylıq sosial müavinət – 140 manat;
- bir yaşınadək uşağı olan aztəminatlı ailələrə aylıq sosial müavinət – 140 manat;
- beşdən çox uşağı olan qadınlara aylıq sosial müavinət – 140 manat;
- övladlığa götürülən uşağa, o cümlədən əlilliyi olan uşağa görə aylıq sosial müavinət – Valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı övladlığa götürən şəxsə – hər uşaq üçün 240 manat; Əlilliyi olan uşağı övladlığa götürən şəxsə – hər uşaq üçün 600 manat;
- himayədar ailəyə verilmiş uşağın, o cümlədən əlilliyi olan uşağın tərbiyə edilməsinə görə aylıq sosial müavinət – 0-6 yaş arası uşağa görə 355 manat; 7-13 yaş arası uşağa görə 375 manat; 14-18 yaş arası uşağa görə 395 manat; 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlara münasibətdə:0-6 yaş arası uşağa görə 500 manat;7-13 yaş arası uşağa görə 600 manat;14-18 yaş arası uşağa görə 650 manat.
Sosial müavinətlərlə bağlı hüquqi məsləhət verilməsi, hüquqi yardım göstərilməsi üçün bizə müraciət edə bilərsiniz.
21. Sosial müavinətlər haqqında qanun 2026

Qanun 1 yanvar 2006-cı ildən qüvvəyə minmişdir. Bu Qanun Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətləri tənzimləyir.
Sosial müavinətlərin təyin olunmasına imtina edildikdə, həmin imtina cavabından inzibati qaydada və məhkəməyə müraciət etmək hüququnuz vardır.
Sosial müavinətlərin təyini ilə bağlı mübahisələrin həllinə hüquqi yardım göstərilməsi üçün bizə müraciət edə bilərsiniz.
22. Sosial müavinət nə vaxt veriləcək?
Adətən bütün sosial müavinətlər və yardımlar hər ayın 25-nə kimi bank kartlarına köçürülür.
23. Sosial müavinətlər artırıldı 2026
2026-cı ildə Azərbaycanda əmək pensiyaları yanvar ayında 9,3% artırılsa da, lakin sosial müavinətlərin məbləğləri dəyişməz qalıb, yəni artırılmayıb. Lakin sosial müavinətlərin 2027-ci ildə artırılması nəzərdə tutulur.
24. Pensiya yaşı 2026
Azərbaycanda 2026-cı il iyulun 1-dən etibarən kişi və qadınların pensiya yaşı bərabərləşərək 65 yaş müəyyən edilmişdir. Belə ki, hal-hazırda həm kişilər, həm də qadınların pensiya yaşı 65 yaşdır.
25. Yaşa görə sosial müavinətin məbləği
Əmək pensiyası hüququ olmayan, işləməyən 65 yaşına çatmış şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq 220 manat məbləğində yaşa görə müavinət verilir. Müavinət ömürlük təyin edilir.
Lakin müavinəti alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə və ya hər hansı bir əmək fəaliyyətinə başladıqda müavinətin ödənişi dayandırılır.
26. Yaşa görə sosial müavinət 2026
2026-cı il üçün yaşa görə sosial müavinətin məbləği 220 manat təşkil edir.
27. Sosial pensiya nə vaxt veriləcək?
Hər ay həm pensiya, həm də sosial müavinətlərin ödənilməsinin dəqiq tarixi Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən kateqoriyalara və bölgələrə uyğun olaraq açıqlanır.
28. Sosial müavinət artımı 2026

Sosial müavinətlərdə artım Prezidentin müvafiq sərəncamı əsasında həayat keçirilir.
2026-cı il üçün sosial müavinətlərin artırılması nəzərdə tutulmamışdır. Belə ki, müavinətlərin məbləği dəyişilməz olaraq qalmışdır. Lakin sosial müavinətlərin artırılması nəzərdə tutulur.
29. Yaşa görə pensiya məbləği 2026
Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri:
65 yaşına çatmış kişilərin və qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
Əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 320 manat məbləğində müəyyən olunur. Təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.
Pensiya hüququ qazanmaq üçün ya tələb olunan minimum pensiya kapitalı olmalı, ya da azı 25 il sığorta stajı təmin edilməlidir (Güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi istisna olmaqla)
30. Yaşa görə minimum pensiya məbləği 2026
2026-cı il üzrə əmək pensiyasının minimum məbləği 320 manat təşkil edir.
31. Yaşa görə pensiya necə hesablanır?
Hazırda minimum məbləğdə yaşa görə pensiya təminatı üçün 46 080 manat (minimum pensiya kapitalı) pensiya kapitalı və ya 25 il sığorta stajı tələb olunur.
Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir:
P=SH+YH, burada:
P- yaşa görə əmək pensiyasıdır;
SH – yaşa görə əmək pensiyasının sığorta hissəsidir;
YH – yaşa görə əmək pensiyasının yığım hissəsidir.
32. Yaşa görə pensiya kalkulyatoru
Pensiya kalkulyatoru əmək fəaliyyətiniz dövründə formalaşan pensiya kapitalına əsaslanaraq, cari tarix üçün əldə edə biləcəyiniz pensiya məbləğini hesablayan xidmətdir.
Bu xidmətdən istifadə etmək üçün e-sosial.az saytı üzərindən şəxsi kabinetə giriş edərək müvafiq xananı seçib pensiya məbləğinizi hesablaya bilərsiniz.
33. Pensiya kapitalı necə hesablanır?
“Əmək pensiyaları haqqında” Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir.
Əmək fəaliyyətiniz dövründə rəsmi əmək haqqınızdan tutulan məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalı formalaşır. Həmin pensiya kapitalını da birdəfəlik əldə etmək mümkün deyildir. Müvafiq pensiya növü təyin olunanda aylıq olaraq sizə (yaşa görə, əlilliyə görə) və himayənizdə olmuş ailə üzvlərinə (ailə başçısını itirməyə görə) pensiya şəklində ödənilir.
34. Pensiya yaşı azaldıldı
“Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Yəni həmin şəxslərə 60 yaşında pensiya təyin oluna bilər.
Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) NK-nin təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Yəni həmin şəxslərə 60 yaşında pensiya təyin oluna bilər.
Hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda yaş həddi 20 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Yəni həmin şəxslərə 40 yaşına çatdıqda yaşa görə pensiya təyin oluna bilər.
Həmin Qanunun 8-ci maddəsində digər şəxslərin – hərbi qulluqçuların, prokurorluq işçilərinin, miqrasiya, fövqəladə hallar, ədliyyə orqanlarında qulluq keçən şəxslərin güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ öz əksini tapmışdır.
35. Pensiya hesablama qaydası

Pensiyanızın hesablanmasında yalnışlıq olduğunu düşünürsünüzsə, ilk növbədə inzibati qaydada Dövlət Sosial Müdafiə Fonduna (DSMF) müraciət etməlisniz, nəticə əldə edə bilmədikdə iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etməlisiniz.
Məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
36. E sosial az pensiya yoxlamaq
E-sosial.az saytı üzərindən şəxsi kabinet yaradaraq pensiya məbləğinizi hesablaya bilərsiniz.
Pensiya hüququ ilə bağlı suallarınız yaranarsa, hüquqi yardım göstərilməsi üçün bizə müraciət edə bilərsiniz.
37. Sosial müavinətlər 2026
2026-cı il üçün sosial müavinətlərin məbləği aşağdakı kimidir:
- Dövlət qulluqçularına ömürlük sosial müavinət
- Yaşa görə aylıq sosial müavinət
- Əlilliyə görə aylıq sosial müavinət
- Ailə başçısını itirməyə görə aylıq sosial müavinət
- 3 yaşınadək uşağa qulluğa görə aylıq sosial müavinət
- Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına aylıq sosial müavinət
- Valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) aylıq sosial müavinət
- 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə aylıq sosial müavinət
- Vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən aylıq sosial müavinət
- Beşdən çox uşağı olan qadınlara aylıq sosial müavinət
- Övladlığa götürülən uşağa, o cümlədən əlilliyi olan uşağa görə aylıq sosial müavinət
- Himayədar ailəyə verilmiş uşağın, o cümlədən əlilliyi olan uşağın tərbiyə edilməsinə görə aylıq sosial müavinət
38. Aylıq sosial müavinət qeydiyyat
Aylıq sosial müavinətlər proaktiv (avtomatik) qaydada təyin olunur, lakin əlavə sənədlər tələb olunduqda DOST Agentliyi və ya Dövlət Sosial Müdafiə Fondu (DSMF) qurumlarına müraciət edə bilərsiniz.
Sosial müavinətlər və təqaüdlərlə bağlı suallarınız yaranarsa, hüquqi yardım göstərilməsi üçün bizə müraciət edə bilərsiniz.
39. Yaşa görə pensiya necə hesablanır 2026
Yaşa görə pensiyanın hesablanması qaydası “Əmək pensiyaları haqqında” Qanunun 10-cu maddəsində göstərilmişdir.
Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir:
P=H+YH, burada:
P- yaşa görə əmək pensiyasıdır;
SH – yaşa görə əmək pensiyasının sığorta hissəsidir;
YH – yaşa görə əmək pensiyasının yığım hissəsidir.
Yaşa görə əmək pensiyası səhv hesablanarsa, hesablamadakı səhvliyin, yalnışlığın aradan qaldırılması üçün Dövlət Sosial Müdafiə Fonduna və ya inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququnuz vardır.
Məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
40. Rayonlarda pensiya nə vaxt veriləcək
Rayonlarda qeydiyyatda olan pensiyaçıların hər ay üzrə pensiyalarının hər ayın sonunadək (adətən 20 və ya 25 dək) ödənilməsi nəzərdə tutulur. Amma həmin tarixlər dəyişə bilər.
Məlumatları rəsmi olaraq yoxlamaq üçün aşağıdakı rəsmi saytlardan istifadə edə bilərsiniz:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: sosial.gov.az
Dövlət Sosial Müdafiə Fondu: dsmf.gov.az
41. Yaşa görə sosial müavinət
Yaşa görə sosial müavinəti kimlər ala bilər?
Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər
Əmək pensiyası almayan, rəsmi gəlirləri olmayan, yəni işləməyən 65 yaşına çatmış kişilərə və 65 yaşına çatmış qadınlara sosial yardım göstərilməsi məqsədilə yaşa görə müavinət verilir.
Qadın və kişilərin sosial vəziyyətindən asılı olaraq bu müavinəti almaq üçün onlara aşağıdakı güzəştlər də edilir:
- Valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan qadınların, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinət hüququ vardır. Deməli, qadın 59 yaşındadırsa, qeyd olunan şərtlərə uyğun gəlirsə və pensiya hüququ yoxdursa, həmçinin işləmirsə, o zaman ona yaşa görə müavinət təyin edilir;
- Əlilliyi müəyyən edilmiş uşağı olan qadınların, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılır;
- Valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılır;
- Əlilliyi müəyyən edilmiş uşağı olan kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılır.
Müavinətin məbləği
Yaşa görə sosial müavinətin məbləği 220 manat təşkil edir.
Müraciət qaydası
Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.
Yaşa görə sosial müavinət ömürlük təyin edilir. Lakin müavinəti alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə və ya hər hansı bir fəaliyyətdən rəsmi qaydada gəlirlər əldə etdikdə müavinətin ödənilməsi dayandırılır.
42. Dövlət qulluqçularının pensiya hesablanması qaydası

Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququnun yarandığı tarixədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı aylıq vəzifə maaşının, ixtisas dərəcəsinə görə əlavə haqqın, qulluq üçün zəruri olan hallarda aylıq iş vaxtı norması 5 saatdan çox artırılanda işlədiyi hər saata görə ödənilən əlavə haqqın və əmək qanunvericiliyinə əsasən əmək şəraiti ilə əlaqədar dövlət qulluqçularına şamil edilən əlavələrin (qulluq şəraitinin ağır və zərərliliyinə, iqlim şəraitinə və s.) məbləği əsasında hesablanır.
Dövlət qulluqçusu kimi pensiya dövlət qulluğu vəzifəsində ən azı 15 il işləmiş şəxslərin pensiya yaş həddinə çatdığı zaman hesablanır. Pensiyanın məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibin məbləğindən asılıdır.
Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydalarına əsasən dövlət qulluqçuların pensiyası əvvəlki dövlət qulluğunun son 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir.
“Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə əsasən 15 il qulluq stajı olan şəxsə – dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında;
15 ildən yuxarı stajı olan şəxsə – qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla,lakin 80 faizi miqdarından çox olmamaqla müəyyən edilir.
Əmək pensiyası səhv hesablanarsa, Dövlət Sosial Müdafiə Fonduna və ya inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququnuz vardır.
Məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
43. İşləyən pensiyaçıların pensiyalarının yenidən hesablanması qaydası
Ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud onun pensiyası sonradan toplanmış kapitala uyğun olaraq yenidən hesablandığı gündən sonra 6 il işlədikdə pensiyaçının əmək pensiyası fərdi hesabının sığorta hissəsində sonradan toplanmış və istifadə olunmamış pensiya kapitalı əsasında yenidən hesablanır.
Belə ki, yaşa görə pensiya təyin edildikdən sonra işləməyə davam edən şəxsin pensiya təyinatından (və ya sonuncu yenidən hesablanmadan) sonra fasiləli və ya fasiləsiz 6 il işlədiyi müddət tamam olduqda yenidən hesablama aparılır.
Şəxs 6 il tamam olmamış işləməyən kateqoriyaya keçərsə (işdən çıxarsa), o zaman həmin tarixə qədər toplanmış kapital əsasında pensiyası yenidən hesablanıb artırılır.
44. Pensiya haqqında qanun
Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini “Əmək pensiyaları haqqında” Qanun müəyyən edir.
Bu Qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minmişdir.
45. Pensiya təminatı haqqında qanun
Pensiya təminatı haqqında qanun ləğv edilmişdir və Azərbaycanda əmək pensiyası ilə bağlı münasibətlər “2006-cı ilin yanvar ayının 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında qanunla tənzimlənir.
46. Hakimlərin pensiya təminatı
“Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir.
Əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir:
15 il hakim işləmiş sabiq hakimlərə – hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında;
15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə – hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.
47. Pensiyalar haqqında son məlumat
Əmək pensiyaları barədə son məlumatlarla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytı üzərindən tanış ola bilərsiniz. Hüquqi məsləhət üçün bizə müraciət edə bilərsiniz.
48. Güzəştli pensiya haqqında qanun
Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər “Əmək pensiyaları haqqında” Qanunun 8-ci və 9-cu maddələrində göstərilmişdir.
Güzəştli şərtlərlə əmək pensiyasının təyini və digər məsələlərlə bağlı hüquqi məsləhət verilməsi üçün bizə müraciət edə bilərsiniz.
49. Əmək pensiyaları haqqında qanun 2006

“Əmək pensiyaları haqqında” Qanun 2006-cı ilin yanvar ayının 1-dən qüvvəyə minmişdir.
50. Əmək pensiyaları haqqında qanuna son dəyişikliklər
Əmək pensiyaları haqqında qanuna edilmiş son dəyişikliklərlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytı üzərindən tanış ola bilərsiniz.
Əlavə suallarınız yaranarsa, hüquqi məsləhət verilməsi üçün bizə müraciət edə bilərsiniz.
51. 57 yaşa görə sosial müavinət
57 yaşa görə sosial müavinət nəzərdə tutulmamışdır.
Yaşa görə sosial müavinət şəxs pensiya yaşına çatdıqda (65 yaş), pensiya hüququ yaranmadıqda və işləmədikdə təyin edilir.
Əlilliyə görə müavinət əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir.
Ailə başçısını itirməyə görə müavinət vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarının əmək pensiyası hüququ olmadıqda, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə təyin edilir.
52. Sosial müavinətlər haqqında son məlumat
Sosial müavinətlər barədə son məlumatlarla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytı üzərindən tanış ola bilərsiniz. Hüquqi məsləhət üçün bizə müraciət edə bilərsiniz.
53. Sosial pensiya yoxlamaq
- e-Sosial – Vahid sosial reyestr sisteminə daxil olaraq sosial müavinətlər, pensiyalar və digər sosial ödənişlərlə bağlı məlumatları izləyə bilərsiniz.
- my.gov.az – Elektron hökumət portalı vasitəsilə əmək müqavilələri, sosial ödənişlər və arayışları yoxlaya bilərsiniz.
- DOST Mərkəzləri – Yaxınlıqdakı DOST Agentliyi filiallarına yaxınlaşaraq və ya 142 Çağrı mərkəzi ilə əlaqə saxlayaraq sosial müavinətiniz barədə dəqiq məlumat ala bilərsiniz.
54. Sosial müavinətlər nə qədər artacaq 2026
Sosial müavinətlərin nə qədər artacağı ilə bağlı rəsmi məlumat yoxdur.
55. Sosial müavinətlər nə vaxt veriləcək 2026
Azərbaycanda sosial müavinətlər, təqaüdlər və ünvanlı dövlət sosial yardımları hər ayın 25-dək tam ödənilərək yekunlaşdırılır. Dəqiq məlumatları və rəsmi yenilikləri Dövlət Sosial Müdafiə Fondu rəsmi saytından və ya 142 Çağrı mərkəzindən izləyə bilərsiniz.
56. E sosial az pensiya yoxlamaq

e-Sosial – Vahid sosial reyestr sisteminə daxil olaraq pensiyalar və digər sosial ödənişlərlə bağlı məlumatları izləyə bilərsiniz.
57. Bu ay pensiyalar nə vaxt veriləcək 2026
Əmək pensiyaları adətən hər ayın sonunadək ödənilir. Rəsmi məlumatları və yenilikləri Dövlət Sosial Müdafiə Fondu vasitəsilə izləyə bilərsiniz.
58. Online pensiya yoxlamaq
e-Sosial – Vahid sosial reyestr sisteminə şəxsi kabinet vasitəsilə daxil olaraq pensiyanızı yoxlaya bilərsiniz.
59. Qocalığa görə pensiya məbləği
Yaşa görə əmək pensiyasının məbləği sosial sığorta stajı və pensiya kapitalından asılı olaraq dəyişir. Amma əmək pensiyanın minimum məbləği 320 manatdan az ola bilməz.
Yaşa görə müavinətin məbləği isə 220 manat təşkil edir.
60. Əmək pensiyaları haqqında qanun 2026
“Əmək pensiyaları haqqında” Qanunla bu sayt üzərindən ətraflı tanış ola bilərsiniz.
61. Əlilliyə görə pensiya yoxlamaq
- e-Sosial – Vahid sosial reyestr sisteminə daxil olaraq pensiya ilə bağlı məlumatları izləyə və ya buna dair sənədlər əldə edə bilərsiniz.
- my.gov.az – Elektron hökumət portalı vasitəsilə sosial ödənişlər (pensiyalar) ilə bağlı arayışlar yəldə edə bilərsiniz.
- DOST Agentliyi filiallarına yaxınlaşaraq məlumat əldə edə bilərsiniz.
62. Pensiya qaynar xətt
Pensiya ilə bağlı 142 Çağrı mərkəzi ilə əlaqə saxlayaraq əmək pensiyanız barədə dəqiq məlumat ala bilərsiniz.
Pensiya məsələləri ilə bağlı hüquqi yardım göstərilməsi üçün bizə müraciət edə bilərsiniz.
63. Gözdən əlilliyə görə pensiya

Gözdən əlilliyi olan şəxslərə orqanizm funksiyası pozuntusunun dərəcəsindən və sığorta stajından asılı olaraq əmək pensiyası və ya sosial müavinət təyin edilir.
Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.
Hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir.
Qeyd: Minimum pensiyanın məbləği 320 manat təşkil edir.
Əlilliyə görə müavinətin məbləği:
- Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 300 manat;
- Orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 250 manat;
- Orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 180 manat.
64. Yaşa görə pensiya
Yaşa görə pensiya həm kişilər, həm qadınlar 65 yaşına çatdıqda təyin edilir (güzəştli şərtlərlə pensiya hüququ istisna olmaqla)
- Minimum pensiya kapitalı: Fərdi hesabda tələb olunan minimum pensiya kapitalı məbləği 46 080 manatdır (1 fevral 2025-ci il tarixindən etibarən). Bu kapital çatdıqda sığorta stajından asılı olmur.
- Sığorta stajı: Pensiya kapitalı minimum məbləği təmin etmədikdə, ən azı 25 il sığorta stajı tələb olunur.
Yaşa görə müavinət isə əmək pensiyası almayan, rəsmi gəlirləri olmayan, yəni işləməyən 65 yaşına çatmış kişilərə və 65 yaşına çatmış qadınlara sosial yardım göstərilməsi məqsədilə təyin edilir.
pensiya yaşına çatmış, lakin pensiya hüququ olmayan və işləməyən şəxslərə təyin edilir.
65. 1 ci qrup əlillərin pensiyası nə qədərdir 2026
Əmək pensiyasının məbləği sığorta stajı və pensiya kapitalından asılı olaraq dəyişir. Minimum əmək pensiyasının məbləği 320 manat təşkil edir.
Sosial müavinətin məbləği 300 manat təşkil edir.
66. 2 ci qrup əlil pensiya nə qədərdir 2026
Əmək pensiyasının məbləği sığorta stajı və pensiya kapitalından asılı olaraq dəyişir.
Sosial müavinətin məbləği 250 manat təşkil edir.
67. 2006 cı ilə qədər pensiya necə hesablanır
2006-cı ilə qədər olan sosial sığorta və ya əmək stajı avtomatlaşdırılmış sistemdə tam əks olunmayıbsa, e-Sosial vasitəsilə və ya müvafiq sənədləri (məsələn, əmək kitabçası) DOST Mərkəzləri və ya DSMF struktur bölmələrinə təqdim etməklə stajın yenidən hesablanmasını tələb etmək mümkündür.
68. Sosial pensiya haqqında məlumat
Azərbaycanda minimum əmək pensiyasının məbləği 1 fevral 2025-ci il tarixindən etibarən 320 AZN müəyyən edilmişdir.
Yaşa görə müavinətin məbləği 220 manat təşkil edir.
Sosial müavinət, əmək pensiyası və digər sosial ödənişlərlə bağlı ümumi məlumatı Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin saytı vasitəsilə əldə edə bilərsiniz.
69. 1 ci qrup əlil pensiya nə qədərdir?
Vətəndaşın toplanmış pensiya kapitalından və sığorta stajından asılı olaraq pensiyanın məbləği dəyişir. Məbləğ 320 manatdan daha yüksək ola bilər. Bütün növ pensiyalar adətən hər il artırılır. Bu barədə əvvəlcədən rəsmi məlumat bildirilir.
70. Hüquqi məsləhət

Əmək pensiyası, sosial müavinət və digər sosial ödənişlərlə bağlı hüquqi sualların cavablandırılması, hüquqi məsləhətlərin verilməsi, məhkəməyə ərizə, iddia ərizələrinin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
Müəllif: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü – vəkil Ülkər Həmidli
İstinadlar: “Əmək pensiyaları haqqında” Qanun;
Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları;
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytı: sosial.gov.az
Dövlət Sosial Müdafiə Fondu: dsmf.gov.az
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın
