
Gecə vaxtı səs-küy salan şəxsi hansı cəza gözləyir?
1.Gecə vaxtı səs-küy salan şəxsin cəzası nədir?

Ümumiyyətlə, 24:00-dan 07:00-dək mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə insanların istirahətini pozan səviyyədə yüksək səs-küyə (ucadan musiqi, qışqırıq, təmir işləri və s.) yol verilməsi inzibati məsuliyyətə səbəb ola bilər.
Belə hallarda məsuliyyət əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə nəzərdə tutulur. Bu maddəyə əsasən:
- Fiziki şəxslər barəsində 150 manatdan 200 manatadək cərimə tətbiq edilir.
- Vəzifəli şəxslər barəsində 2000 manatdan 2500 manatadək məbləğdə cərimə tətbiq edilir.
Əgər gecə səs-küyü ilə qarşılaşırsınızsa:
- Əvvəlcə qonşunu və ya səs-küy yaradan şəxsi xəbərdar edə bilərsiniz.
- Nəticə olmadıqda 102 xidmətinə zəng edərək polisə müraciət edə bilərsiniz. Həmin şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübut oəldə etməyiniz zəruridir.
- Polis faktı təsdiq edərsə, inzibati protokol tərtib edilərək məsuliyyət tədbiri görülə bilər.
Qeyd edək ki, səs-küyün qanun pozuntusu sayılması üçün onun insanların normal istirahətinə mane olacaq səviyyədə olması və polis tərəfindən faktın müəyyən edilməsi əhəmiyyət daşıyır.
Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
Siz də belə hallarla rastlaşdıqda ərizə və ya şikayətlərin hazırlanması və ya hüquqi məsləhətin verilməsi üçün bizə müraciət edə bilərsiniz.
2. Səs küy haqqında qanun

Səs küylə bağlı normalar İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə saat 00:00-dan 07:00-dək səs-küy salmağı qadağan edir. Qaydanı pozan fiziki şəxslər 150 manatdan 200 manatadək cərimə edilə bilərlər.
Şəxsin əməli İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq inzibati xəta tərkibini də yarada bilər. Belə ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan,cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə 50 manatdan 100 manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, 15 günədək müddətə inzibati həbs tətbiq olunur.
Belə ki, İnzibati Xətalar Məcəllənin 521-ci maddəsi mənzillərlə yanaşı, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə yaradılan narahatlıqla bağlıdır. Burada məişət səs-küyü ilə bərabər, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa qarşı mübarizə tələblərini başqa üsulla pozmağa qarşı cərimə nəzərdə tutulur.
Sözügedən əməli törədən fiziki şəxslər 150 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə cərimə edilir. Lakin bu zaman cərimə sözügedən əməllərin günün heç də bütün vaxtlarında deyil, yalnız gecə vaxtı saat 24-dən 7-dək olan müddətdə törədilməsinə aiddir. Məcəllədə günün digər saatlarında yaranan səs-küylə bağlı cərimə müəyyən edilməmişdir.
3. İnzibati Xətalar Məcəlləsi 521 ci maddəsi

Məişət səslərinə görə cərimələr İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə tənzimlənir, ekoloji səs çirklənməsi isə 275.2-ci maddəyə aiddir. Əsas cəza növləri və saatlar aşağıdakılardır:
Qadağan olunan əməllər: Gecə vaxtı mənzildə, həyətdə və ya ictimai yerlərdə ucadan mahnı oxumaq, musiqi aləti çalmaq, televizoru gur səslə qoşmaq və ya səs-küy salmaq.
Fiziki şəxslər üçün cərimə: 150 manatdan 200 manatadək.
Vəzifəli şəxslər üçün cərimə: 2000 manatdan 2500 manatadək.
Qadağan olunan əməllər: Kafe, restoran və digər obyektlərdə ekoloji-sanitar səs-küy və vibrasiya normalarının pozulması.
Fiziki şəxslər üçün cərimə: 200 manatdan 300 manatadək.
Vəzifəli şəxslər üçün cərimə: 2500 manatdan 3500 manatadək.
Hüquqi şəxslər üçün cərimə: 8000 manatdan 10000 manatadək. [1]
Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər 150 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.
Məişət səs-küyü ilə qarşılaşdığınız halda polisə müraciət edə, hadisənin foto, video və ya digər sübutlarını təqdim edərək qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsini tələb edə, habelə hüquqi məsləhətin verilməsi, şikayət və ya ərizələrin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
4. Səs küy normaları

Qanunvericiliyə əsasən, vətəndaşlar qonşuların və digər şəxslərin dincliyini pozmamaq öhdəliyi daşıyırlar. Xüsusilə gecə saatlarında yüksək səslə musiqi dinləmək, təmir işləri aparmaq, qışqırmaq, musiqi alətlərində ifa etmək və digər səs-küylü hərəkətlər insanların istirahət hüququnu pozur.
Səs-küy çirklənməsi — insanların normal həyatına, istirahətinə, sağlamlığına və rahatlığına mənfi təsir göstərən, normadan artıq və ya davamlı səs-küyün yaranmasıdır.
Səs-küy çirklənməsinə aşağıdakılar aid edilə bilər:
- Mənzildə yüksək səslə musiqi dinləmək;
- Gecə saatlarında qışqırmaq və hay-küy salmaq;
- Təmir-tikinti işlərindən yaranan yüksək səs;
- Güclü səs gücləndiricilərdən istifadə etmək;
- Məişət texnikası və ya digər avadanlıqları narahatlıq yaradacaq səviyyədə işlətmək;
- Avtomobil siqnallarından və ya səs sistemlərindən əsassız istifadə etmək.
Səs-küy çirklənməsi insanların yuxusunun pozulmasına, stressə, əsəb gərginliyinə, diqqət dağınıqlığına və uzun müddətdə eşitmə problemlərinə səbəb ola bilər.
Səs-küy çirklənməsi müasir dövrün ciddi ekoloji və sağlamlıq problemlərindən biridir. Həddindən artıq səs insanların istirahətinə, psixoloji vəziyyətinə və ümumi sağlamlığına mənfi təsir göstərir. Hər bir şəxs səs-küy yaratmamaqla, ətrafdakı insanların rahatlığını qorumaqla və qaydalara əməl etməklə daha sakit və sağlam yaşayış mühitinin formalaşmasına töhfə verə bilər.
Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları (bundan sonra – normalar) “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa, “Sanitariya və epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır.
Bu normalar yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisi, habelə insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyələrini və vibrasiyaya olan tələbləri müəyyənləşdirir.
Bu normalar xüsusi təyinatlı yerlərə (radio-, tele-, kinostudiyalara, konsert və teatr zallarına, idman saraylarına) şamil edilmir.
Bu normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir.
İnzibati Xətalar Məcəlləsinin 275.2-cimaddəsində nəzərdə tutulur ki, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir.
Həmin Məcəllənin 275.3-cü maddəsinə əsasən ətraf mühitə təsirin qiymətləndirilməsi və ya strateji ekoloji qiymətləndirilmə sənədlərinə ƏMTQ üzrə qiymətləndirici tərəfindən bilə-bilə yalan məlumatların daxil edilməsinə görə iki yüz əlli manatdan dörd yüz əlli manatadək məbləğdə cərimə edilir.
Azərbaycan Respublikasının qanunvericiliyinə görə gecə saat 00:00-dan 07:00-dək yaşayış məntəqələrində səs-küy salınmasına yol verilmir. Bu qaydaların pozulması inzibati məsuliyyət yaradır və təqsirkar şəxslər İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən cərimə edilə bilərlər.
Unutmayın: İstirahət hüququ hər bir vətəndaşın qanunla qorunan hüququdur. Səs-küy səbəbindən hüquqlarınız pozulduqda polisə müraciət edə, pozuntunu foto, video və ya digər sübutlarla təsdiq edərək qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsini tələb edə bilərsiniz. Habelə hüquqi məsləhətin verilməsi, şikayət və ya ərizələrin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
5. Qonşu səs küy salır

Səs-küy çirklənməsi müasir dövrün ciddi ekoloji və sağlamlıq problemlərindən biridir. Həddindən artıq səs insanların istirahətinə, psixoloji vəziyyətinə və ümumi sağlamlığına mənfi təsir göstərir. Hər bir şəxs səs-küy yaratmamaqla, ətrafdakı insanların rahatlığını qorumaqla və qaydalara əməl etməklə daha sakit və sağlam yaşayış mühitinin formalaşmasına töhfə verə bilər.
Qonşular tərəfindən yaradılan yüksək səs yaşayış mühitində narahatlığa səbəb olduqda, bu hal qanunvericiliklə tənzimlənir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, yaşayış binalarında, girişlərdə, həyətlərdə, küçələrdə, istirahət yerlərində və digər ictimai məkanlarda ictimai asayişi pozan səs-küyə görə inzibati məsuliyyət nəzərdə tutulur.
Bu pozuntulara yüksək səslə musiqi dinləmək, mahnı oxumaq, televizor, radio, maqnitofon və digər səs gücləndirici vasitələrdən ətrafdakıların rahatlığını pozacaq şəkildə istifadə etmək daxildir.
Qanunvericiliyə görə, bu əməllər gecə saat 00:00-dan 07:00-dək törədildikdə fiziki şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər isə 2 000 manatdan 2 500 manatadək məbləğdə cərimə edilə bilərlər.
Hazırkı qanunvericiliyə əsasən, göstərilən inzibati məsuliyyət yalnız gecə vaxtı törədilən səs-küy hallarına şamil edilir. Gündüz saatlarında yaranan səs-küylə bağlı isə İnzibati Xətalar Məcəlləsində ayrıca cərimə nəzərdə tutulmayıb. Bununla belə, səs-küy ictimai asayişi və ya digər hüquqları pozduğu hallarda aidiyyəti dövlət orqanlarına müraciət edilə bilər.
Əgər qonşunuz yüksək səslə musiqi dinləyir, təmir işləri aparır, qışqırır və ya digər hərəkətlərlə xüsusilə gecə saat 00:00-dan 07:00-dək sizin və ailənizin dincliyini pozursa, bu halda hüquqlarınız qanunla qorunur.
Belə hallarda ilk növbədə problemi qarşılıqlı anlaşma yolu ilə həll etməyə çalışın. Nəticə əldə edilmədikdə isə polisə müraciət edə və səs-küyün dayandırılmasını, habelə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini tələb edə bilərsiniz.
Səs-küyün foto, video və ya digər sübutlarla qeydə alınması müraciətinizin araşdırılmasına kömək edə bilər.
Qonşuların istirahət hüququna hörmət etmək hər bir şəxsin vəzifəsidir. Səs-küy qaydalarının pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyət yarada bilər.
6. Səs küy cərimə

Bəli. Qanunvericiliyinə əsasən, yaşayış yerlərində və digər ictimai məkanlarda insanların dincliyini pozan səs-küyə görə inzibati məsuliyyət nəzərdə tutulur.
Xüsusilə gecə saat 00:00-dan 07:00-dək yüksək səslə musiqi səsləndirmək, qışqırmaq, musiqi alətlərində ifa etmək və ya digər üsullarla ətrafdakıların istirahət hüququnu pozmaq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən cərimə ilə nəticələnə bilər.
Səs-küyə yol verən:
- Fiziki şəxslər – 150 manatdan 200 manatadək cərimə edilir.
- Vəzifəli şəxslər – 2 000 manatdan 2 500 manatadək cərimə edilir.
İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan,cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə 50 manatdan 100 manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, 15günədək müddətə inzibati həbs tətbiq olunur.
Bununla yanaşı şəhərlərdə çoxmərtəbəli binaların zirzəmilərində, 1-ci və 2-ci mərtəbələrində səs-küy yaradan ictimai iaşə obyektləri ilə bağlı tez-tez vətəndaş narazılıqlarına rast gəlinir. Bu isə vətəndaşların istirahət hüquqlarının pozulması deməkdir.
İctimai və yaşayış binalarında, yaşayış tikililəri ərazisi, eləcə də insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyələri və vibrasiyaya olan tələbləri Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” ilə müəyyən edilir.
Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları desibellərlə (dB) ölçülür. Kafe, restoran və yeməkxanaların zalları üçün bu norma 65 dB müəyyən edilib. Bu normaların pozulmasına nəzarət edən qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Qurumun keçirdiyi reyd və ya daxil olan şikayət əsasında aparılan araşdırma zamanı səs-küyün müəyyən edilmiş normadan artıq olması müəyyən edilərsə, o halda inzibati protokol tərtib edilir”.
İnzibati Xətalar Məcəlləsinin (İXM) 275.2-ci maddəsinə əsasən, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğlərdə cərimə edilir.
7. İnzibati xətalar məcəlləsi məişət səs küy

İnzibati Xətalar Məcəlləsi 521 – Məişət səs-küyü
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, yaşayış məntəqələrində insanların dincliyini pozan məişət səs-küyünə görə inzibati məsuliyyət nəzərdə tutulur.
Məişət səs-küyünə aşağıdakılar aid edilə bilər:
- yüksək səslə musiqi dinlənilməsi;
- qışqırıq və digər gur səslər;
- musiqi alətlərində ifa edilməsi;
- səs gücləndiricilərdən istifadə;
- gecə saatlarında təmir və digər səs-küylü işlərin aparılması;
- vətəndaşların istirahət hüququnu pozan digər hərəkətlər.
Xüsusilə gecə saat 00:00-dan 07:00-dək bu cür hərəkətlərə yol verilməsi İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən məsuliyyət yaradır.
8. Məişət səs küyünə qarşı mübarizə qaydalarının pozulması

Yaşayış məntəqələrində vətəndaşların dincliyini və istirahət hüququnu pozan hərəkətlər qanunvericiliklə qadağan edilir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi, səs gücləndiricilərdən istifadə olunması, qışqırıq, musiqi alətlərində ifa edilməsi, səs-küylü təmir işlərinin aparılması və insanların rahatlığını pozan digər hərəkətlər inzibati məsuliyyət yaradır.
Bu cür hüquq pozuntularına yol verən şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada cərimə edilirlər.
Hər kəsin sakit və təhlükəsiz mühitdə yaşamaq hüququ qanunla qorunur. Konstitusiyanın 31-ci və 37-ci maddəsinə müvafiq olaraq hər kəsin təhlükəsiz yaşamaq və istirahət hüququ vardır. Qanunvericilik səs-küyün qarşısının alınması ilə vətəndaşların dinc yaşamaq və istirahət hüququnun qorunmasını təmin edir.
9. Məişət səs küyü maddəsi

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına görə inzibati məsuliyyəti müəyyən edir.
Bu maddəyə əsasən, yaşayış məntəqələrində insanların dincliyini və istirahət hüququnu pozan məişət səs-küyünə, xüsusilə gecə saat 00:00-dan 07:00-dək yol verilməsi inzibati xəta hesab olunur.
- Fiziki şəxslər – 150 manatdan 200 manatadək cərimə edilir.
- Vəzifəli şəxslər – 2 000 manatdan 2 500 manatadək cərimə edilir.
10. Səsküy və vibrasiya

Səs-küy və vibrasiya insanların sağlamlığına, istirahətinə və normal yaşayış şəraitinə mənfi təsir göstərən amillərdir. Buna görə də qanunvericilik bu cür təsirlərin yol verilən həddən artıq olmasına icazə vermir.
Azərbaycan Respublikasında səs-küy və vibrasiya hədləri 796 nömrəli Fərman ilə təsdiq edilən Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları vasitəsilə tənzimlənir, əsasən yaşayış binaları üçün gündüz vaxtı 40–55 dB, gecə vaxtı isə 30–45 dB hədlərini əhatə edir.
Qanunvericilik səs-küyün yolverilən həddini yaşayış yerləri, ictimai binalar və dincəlmək üçün ayrılan ərazilər üzrə dəqiq desibel (dB) göstəriciləri ilə müəyyənləşdirir.
Gündüz saatlarında (adətən 07:00-dən 23:00-dək) səsin səviyyəsi daha yüksək, gecə saatlarında (23:00-dən 07:00-dək) isə insanbioloji rahatlığın qorunması üçün daha sərt aşağı hədlərdə tətbiq olunur.
Dövlət qurumları, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, şəhərətrafı obyektlərdə, iaşə və əyləncə mərkəzlərində akustik çirklənməni ölçərək mütəmadi reydlər aparır.
eyd etmək lazımdır ki, səs-küy insan sağlamlığına neqativ təsir göstərir. 35-60 dB diapazonda səs insan orqanizminə fərdi olaraq həm mənfi təsir edə bilər, həm də təsirsiz qala bilər. 70-90 dB diapazonlu səsin uzunmüddətli təsiri mərkəzi sinir sisteminin xəstəliklərinə, 100 dB və daha yüksək diapazonlu səs isə eşitmə qüsurlarının yaranmasına və hətta karlığa da səbəb ola bilər.
Normadan artıq səs-küy və ya vibrasiya yayan mənbələrin sahibləri və ya istismarçıları haqqında inzibati tədbirlər görülür.
Bu normalar xüsusi təyinatlı yerlərə (radio-, tele-, kinostudiyalara, konsert və teatr zallarına, idman saraylarına) şamil edilmir.
Bu normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir.
Vibrasiyanın normalaşdırılan parametrləri olaraq, vibro təcilinin – La (vibro sürətinin –
LV), səviyyələri dB-ilə və yaxud 2, 4, 8, 16, 31, 5, 63 Hs orta həndəsi tezliklərində oktavalı zolaqlarda
vibrasiya yerdəyişmələri – S, m qəbul edilmişdir.
Təxmini qiymətləndirmələr üçün korreksiya (düzəlişlər) edilmiş vibrasiya təcili akorr -m.c-2 ,
(vibrasiya sürətləri – Vkorr, m.c-1, vibrasiya yerdəyişmələri – Skorr, m) və yaxud La vibrasiya təcilinin
korreksiya edilmiş səviyyəsinə (Lv -vibrasiya sürəti) dB ilə istifadə edilməsinə icazə verilir.
1. Səs-küyün səs təzyiqi, səsin ekvivalent enerjisi və maksimal səviyyələri Dövlət Ümumi Standartları və Tələbləri (DÜST) 17187 və beynəlxalq praktikada qəbul edilmiş metodikalardan istifadə etməklə müəyyən edilir.
2. Xarici mənbələrin binalarda yaratdığı səs-küyün yolverilən səviyyələri binaların normativ ventilyası şəraitində (yaşayış binaları, palatalar, siniflərdə – nəfəslik, xəfəng, ensiz pəncərə laylarının açıq olması) təyin edilir.
3. Pəncərələri küçə və yollara açılan otaqlarda xarici nəqliyyat mənbələrinin yaratdığı səs-küyün yolverilən səviyyəsi Cədvəl 1-də göstərilən qiymətlərdən 5dB-dən artıq, yəni +5dB düzəlişlə (dBA) götürülməlidir.
4. Tonal və (və ya) impuls xarakterli səs-küydə səs təzyiqi, səs səviyyəsi, səsin ekvivalent səviyyələrinin yolverilən səviyyəsi 5dB-dən aşağı, yəni -5dB (dBA) düzəlişlə götürülməlidir.
5. Bitişik (əlavə) tikilmiş ticarət və ictimai-iaşə müəssisələrinin ventilyasiya, havasərinləşdirici və havaqızdırıcı sistemlərinin, habelə qızdırıcı, su təchizatı və soyuducu qurğu sistemlərinin nasoslarından yaranan səs-küyün yolverilən səviyyəsi 5dB aşağı, yəni -5dB (dBA) düzəliş nəzərə alınmalıdır. Bu halda tonallığa düzəliş nəzərə alınmır.
İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir.
Yaşayış binalarında, ictimai yerlərdə və digər ərazilərdə gecə saatlarında səs-küy yaratmaq, xüsusilə gecə saatlarında insanların dincliyini pozmaq qanunvericiliyin tələblərinin pozulması hesab edilə bilər.
Vətəndaşların rahat və təhlükəsiz yaşayış mühitinin təmin edilməsi məqsədilə səs-küy və vibrasiya normalarına riayət olunması hər kəs üçün məcburidir. Bu qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş hallarda inzibati məsuliyyət yarada bilər.
Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə- fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
11. Hüquqi məsləhət

Hüquq-mühafizə orqanlarına ərizə və ya şikayətlərin, məhkəməyə iddia ərizələrinin hazırlanması, hüquqi məsləhətlərin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın


