Əmək hüququ

Müqaviləyə xitam verilən zaman hansı hallara diqqət etmək lazımdır?

1. Müqaviləyə xitam verilməsi

Müqaviləyə xitam verilməsi zamanı müxtəlif səbəblər göstərilə bilər, ancaq heç də onların hamısı tərəfin təqsiri ilə bağlı olmur.

Misal üçün, kredit müqaviləsi üzrə borclunun əsas gəliri bir müştərisi ilə bağladığı müqaviləsindən gəlir. Kredit verən bank bu müqaviləyə əsaslanaraq krediti verir. Kredit müqaviləsində nəzərdə tutula bilər ki, borclunun müştərisi ilə bağladığı müqavilə ləğv olunan zaman, bank kreditləri geri çağıra bilər.

Müqavilə ləğv edilən zaman nəzərə alınmalı məsələlərdən biri tərəflərin bir-birinə hər hansı əşyanın və ya materialın qaytarması ola bilər. Misal üçün, françayzinq müqaviləsində adətən françayz verən françayz alana tərkibində konfidensial məlumat olan materiallar, bəzi xüsusi avadanlıqlar kimi əşyalar təqdim edir. Müqaviləyə xitam verən zaman françayz verən istəyir ki, bütün bu materialları françayz alandan geri alsın. Əks halda françayz alan bu materiallardan istifadə edə və françayz verənlə rəqabətə girə bilər. Əlbəttə françayz verən anlayır ki, françayz alan bu sənədlərin bəzilərinin surətini də çıxarmış ola bilər, ona görə müqavilədə bu sənədlərdən istifadə etməmək öhdəliyi də olur.

Bəzi müqavilələrdə müqavilə ləğv edilən zaman rəqabətə dair müddəaların daxil edilməsi zəruri olur. Bu maddənin məqsədi tərəfin konfidensial məlumatlarının və digər əqli mülkiyyət obyektlərinin qorunmasıdır.

Misal: Müqaviləyə xitam verildikdən sonra, xitam səbəbindən asılı olmayaraq, lisenziya alan xitam tarixindən etibarən 2 il ərzində bu lisenziya müqaviləsi əsasında məşğul olduğu və ya onunla rəqabətdə olan hər hansı fəaliyyət növü ilə məşğul ola və ya bu cür fəaliyyətlə məşğul olan hər hansı hüquqi şəxsdə və ya biznesdə paya malik ola bilməz.

2. Müqaviləyə xitam verilməsinin praktiki izahı


Müqavilənin “ləğv etmə müddətlərinə” nəzər yetirmək lazımdır. Misal 1: Müqavilənin müddəti 1 ildir (bundan sonra “İlkin Müddət”).

Əgər İlkin Müddətin bitməsinə 30 gün qalmış və ya ondan əvvəl hər hansı tərəf müqavilənin uzadılması barədə digər tərəfə bildiriş verməzsə, müqavilə ləğv edilmiş hesab edilir. Misal 2: Müqavilənin müddəti 1 ildir (bundan sonra “İlkin Müddət”).

Əgər ilkin Müddətin və ya bu maddəyə əsasən uzadılan hər əlavə 1 il müddətin bitməsinə 30 gün qalmış və ya ondan əvvəl hər hansı tərəf müqavilənin ləğv edilməsi barədə digər tərəfə bildiriş verməzsə, müqavilə növbəti bir il müddətinə uzadılır.

Hüquqşünas Xəlil Mahmudov

Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!

Telegram kanalımıza qoşul

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button