
Azyaşlı uşağın pravasız maşın sürməyinə görə məsuliyyəti nədir?
1. Pravasız maşın sürməyin cəriməsi 2025
Pravasız(Sürücülük vəsiqəsi olmadan) maşın sürməyə görə İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə 200 manat məbləğində cərimə nəzərdə tutulur.
İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə nəqliyyat vasitəsinin sahibi 60 manat məbləğində cərimə edilir.
Sürücülük hüququ olan nəqliyyat vasitəsinin sahibi və ya etibarnaməsi olan şəxs nəqliyyat vasitəsinin yanında olarsa avtomobil cərimə meydançasına yerləşdirilə bilməz.
2. Uşağın pravasız maşın sürməyinə görə cərimə 2025
Həmin inzibati xətanı törədərkən İnzibati Xətalar Məcəlləsinə əsasən, 16 yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar.
16 yaşına çatmamış şəxs inzibati məsuliyyətə cəlb edilə bilmədiyi üçün yaşı 16-dan az olan şəxsin sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməsinə görə həmin şəxs cərimə edilə bilməz.
Yalnız nəqliyyat vasitəsinin sahibi 60 manat məbləğində cərimə ediləcək.
Lakin 16 yaşı tamam olmuş istənilən şəxs cərimə oluna bilər.
3. Etibarnaməsiz maşın sürməyin cəriməsi 2025
Belə ki, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.
Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür.
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın
Sizdən bir söz soruşacağdım elə bilinki mənim maşınım var maşın mənim adımadı amma pravam yoxdu onun cərməsi nə qədərdi maşın mənim adımadı amma pravam yox xaiş edirəm cavab verərdizda
200 manat məbləğində cərimə ediləcəksiniz.
Salam Masinim var öz adimda her bir senedi Texas motor sigorta. Pravam yoxdu Yol patrol emekdasi Meni saxlayib ..Ne qeder cerime yaza biler .ve masini cerime meydancasina apa bilermi..deyekki cerime yazri Men hamisi yerine suruculuk vesiqesi olan birin cagirib gede bilerem
Salam. Əgər nəqliyyat vasitəsini idarə etmək hüququnuz yoxdursa, İnzibati Xətalar Məcəlləsinin 96.1.1.-ci və 97.1-ci maddələrinə əsasən bəli duracağa aparıla bilər. Həmin nəqliyyat vasitəsinin sürücülük vəsiqəsi olmadan idarə edilməsinə görə 200 manat cərimə nəzərdə tutulur.
Salam 16 yashli sexse generalni davernus vermek olarmi?
Salam. Xeyr. Tam fəaliyyət qabiliyyətli şəxsə etibarnamə verilə bilər
Salam. Oğlumun 15 yaşı var. Maşınımı idarə edərsə cəriməsi nə qədərdir? Hərçənd ki pravası yoxdur.
Salam. Sizə 60 manat cərimə yazılacaq.
Salam mənim oğlumun 14 yaşı mən yanında olduğum halda maşın sürərsə cəriməsi nədir ?
Salam. Siz 60 manat cərimə edilə bilərsiniz.
Salam mənim oğlumun 14 yaşı mən yanında olduğum halda maşın sürərsə cəriməsi neçə manatdır və uşaqa cərimə yazılır ?
Salam. Siz 60 manat cərimə edilə bilərsiniz.
Salam.Mənim avtomobilimi azyaşlı sürücü vurup.Yol polisinin qohumu imiş.indi mənə dəyən ziyanı necə ödədə bilərəm?
Salam. Zəhmət olmasa, 055-653-98-41 nömrəsinin votsapı üzərindən bizə yazın.
Salam. Oğlumun 15 yaşı var. Maşınımı idarə edərsə cəriməsi nə qədərdir? Hərçənd ki pravası yoxdur.
Salam oğlumun 17 yaşı var vəsiqəsiz maşın sürdüyünə görə nə qədər cərimə oluna bilərmi?cərimə mənə yoxsa oğluma yazılacaq
Salam. Buna görə inzibati cərimənin məbləği 200 manatdır.