Şagird məktəbə telefon gətirə bilərmi?
1. Şagirdin məktəbə telefon gətirməsi qadağandırmı?
Bəli. Şagird məktəbə telefon gətirə bilməz. Yalnız xüsusi hallarda gətirə bilər. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən qəbul edilmiş “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları“-a əsasən, ağıllı saat və telefonların, həmçinin digər elektron cihazların məktəbə gətirilməsi və dərs zamanı istifadəsi qadağandır.
2. Şagird məktəbə telefonu hansı hallarda gətirə bilər?
Şagird məktəbə 2 halda telefon və digər elektron cihazları gətirə bilər:
1. müəllimlər şagirdlərin şəxsi elektron cihazlarından istifadə edəcəkləri dərs planlaşdırırsa, o zaman bunu ailələrə öncədən yazılı şəkildə bildirməli və cihazların təhlükəsiz şəraitdə saxlanılmasını təşkil etməlidirlər;
2. əgər valideyn/qanuni nümayəndə övladına təhlükəsizlik məqsədilə (məktəbə gəlib gedərkən əlaqə saxlamaq üçün) elektron cihaz verərsə, o zaman ümumi təhsil müəssisəsi dərs gününün sonuna qədər bu cihazların təhlükəsiz şəraitdə saxlanılmasını təmin etməlidir. Dərs müddətində elektron cihazlar şagirdlərə verilməməlidir.
Əgər şagird bu hallardan başqa məktəbə telefon gətirərsə, bu zaman müəllim və digər məsul şəxs şagirdlə “sakit söhbət” aparır (səs tonunu qaldırmadan), yəni onların davranışının niyə qəbuledilməz hesab olunduğunu və nə üçün təkmilləşdirməyə ehtiyac olduğunu dəqiq izah edir.
3. Şagirdlərin məktəbdə davranış qaydaları
- ümumi təhsil müəssisəsinə müəyyən olunmuş vaxtda gəlməli və dərs gününün
- sonunadək müəssisəni tərk etməməli;
- hər bir fənn üzrə dərslərin 96%-dən çoxunda iştirak etməli (üzrlü səbəblər istisna olmaqla);
- hər bir dərs zəngindən öncə sinif otağında olmalı;
- təlim prosesi zamanı müəllimin icazəsi olmadan tədris məkanını tərk etməməli;
- buraxılmış dərs saatları/günləri üçün valideyn/qanuni nümayəndə tərəfindən
- yazılmış izahat və ya tibbi arayışı məktəbə qayıtdığı ilk gün təqdim etməli1;
- buraxılacaq dərs saatları/günləri ilə bağlı icazə almaq üçün valideyn/qanuni
- nümayəndə tərəfindən yazılmış icazəni öncədən (dərs günü ərzində şagirdin
- səhhətində problemlərin yarandığı və bu səbəbdən dərsdə iştirak edə bilmədiyi
- hallar istisna olmaqla) təqdim etməlidirlər.
Şagirdlər ümumi təhsil müəssisəsinə vaxtında gəlməlidirlər. Əgər şagird dərs zəngindən sonra sinif otağına daxil olursa, ümumi təhsil müəssisəsinin gecikmə ilə bağlı prosedurlarına əməl etməli, sakit şəkildə sinfə daxil olmalı və digər şagirdlərin öyrənmə hüququna hörmət edərək təlim prosesinə mane olmamalıdır
4. Şagirdlərin geyim qaydaları
- şəxsi gigiyena qaydalarına riayət etməli;
- dərs zəngindən əvvəl üst geyimi (palto, papaq, kapüşonlu jaket və s.) çıxarmalı;
- ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarına aid qaydalara riayət
- etməli (məktəbli forması, ayaqqabı və s.);
- geyim səliqəli və təmiz olmalı;
- uzunluğu çiyindən aşağı olan saçları səliqəli şəkildə arxadan toplamalı;
- fiziki tərbiyə dərsləri üçün məktəbin geyim qaydalarına riayət etməlidirlər.
Bunlar qadağandır: Çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal.
Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!
Telegram kanalımıza qoşul