Qanunvericilik

Pulsuz vəkil xidməti kimlərə şamil olunur?

1. Pulsuz vəkil xidməti – Mülki işlər üzrə

Pulsuz vəkil xidməti mülki işlər üzrə qanunvericiliyə yeni daxil edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə edilən son dəyişikliklərə əsasən artıq vəkillərin mülki işlərdə də dövlət hesabına xidmət göstərmələri təmin olunur. 


Pulsuz vəkil xidməti almaq üçün Məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, aşağıdakı şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir.

2. Pulsuz vəkil xidməti şamil olunan şəxslərin siyahısı:

  • – orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş(I və II dərəcə  əlillik) və işləməyən
  • – 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;
  • – insan alverinin qurbanları
  • – məişət zorakılığından zərər çəkmiş şəxslər;
  • – valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar;
  • ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
  • – müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər;
  • – maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər(2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir)

Qeyd: Mülki işlər üzrə yalnız yuxarıda qeyd olunan kateqoriyalara aid şəxslər pulsuz vəkil xidmətindən yararlana bilər. Digər şəxslər vəkillərlə ödənişli əsaslarla müqavilə bağlayaraq xidmət ala bilər.

3. Pulsuz vəkil xidmətini necə əldə etmək olar?

Məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin vəkil qurumuna müraciət edir. Vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi işə baxır.

Məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. Məhkəmə işə vəkil qurumunun ərizəsinə daxil olduğu vaxtdan 15 gün müddətində, müraciət müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı olduqda isə təxirə salınmadan baxır.

Məhkəmə xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan işdə iştirak edən digər şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir.

Ərizəyə baxılmasının nəticəsi barədə qərardaddan bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada şikayət verilə bilər. Həmçinin məhkəmə vəkilə ödənilmiş vəsaitin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış digər şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməsini iş üzrə yekun qərarında qət edə bilər.

4. Pulsuz vəkil xidməti üçün onlayn müraciət – pulsuz online vəkil məsləhəti

pulsuz vəkil
Pulsuz vəkil xidməti – Online vəkil xidməti

“ProDemos – Xalq üçün” Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA (Avropa Hüquqşünas Tələbələr Asossiyasiyası) Azərbaycanın ortaq layihəsidir. Siz yuxarıda qeyd olunan şəxslərdən birisinizsə, səhifəyə daxil olaraq Müraciət formasını doldurub. Pulsuz vəkil xidməti əldə edə bilərsiniz.

Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!

Telegram kanalımıza qoşul

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button