Müqavilədə əhəmiyyətli mənfi dəyişiklik nədir
1. Sual
Müqavilə bağlanarkən əhəmiyyətli mənfi dəyişikliklərin göstərilməsi mümkündürmü?
2. Cavab
Bəli, “əhəmiyyətli mənfi dəyişiklik”lərin müqavilədə göstərilməsi mümkündür.
Adətən “əhəmiyyətli mənfi dəyişiklik” müqavilənin təriflər hissəsində tərifi verilir və bu tərifi verilmiş ifadə müqavilə boyu istifadə olunur. Sadə və daha asan formada alqı-satqı müqaviləsinin misalında ƏMD maddəsi belə ola bilər: “Əhəmiyyətli Mənfi Dəyişiklik” Alıcının vəziyyətində olan hər hansı şəxsin qəbul edə biləcəyi ağlabatan və əsaslı qərarına əsasən Satıcının fəaliyyətində, fəaliyyətinin nəticələrində, aktivlərində, passivlərində və ya maliyyə vəziyyətində hər hansı əhəmiyyətli mənfi dəyişiklik deməkdir.
Böyük əksəriyyət hallarda ƏMD hər hansı tərəfin müqaviləni ləğv etmək və ya hər hansı digər formada müəyyən müqavilə öhdəliklərindən azad olmaq hüququnu yaratmaq üçün istifadə olunur. Misal üçün, əgər ƏMD baş verirsə, Alıcı satış qiymətini ödəməyə və (və ya) müqaviləni ləğv edə bilər.
“Əhəmiyyətli” sözü (yəni hansı dəyişikliyin əhəmiyyətli olub-olmaması) daha çox mübahisə obyekti ola bilər. ƏMD üçün Mülki Məcəllənin 422-ci maddə xüsusən vacibdir. 422.1-ci maddənin 2-ci cümləsinə əsasən əhəmiyyətli dəyişiklik o halda olur ki, “tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar”.
ƏMD müqavilənin bir sıra maddələrində istifadə oluna bilər:
Təsdiq və zəmanətlərdə. Misal: Tərəf təsdiq edir ki, o, onun maliyyə vəziyyətində Mühüm Əhəmiyyətli Dəyişiklik yarada biləcək heç bir məhkəmə icraatında tərəf deyildir.
Şərtlər nəzərdə tutulan maddələrdə. Misal: Alıcının malın qiymətini 1 yanvar 2010-cu il tarixində ödəmək öhdəliyi o şərtlə mövcud olur ki, həmin tarixə heç bir ƏMD mövcud deyildir və ya ağlabatan mülahizəyə əsasən ƏMD-in baş verməsi gözlənilmir.
Hüquqşünas Xəlil Mahmudov
Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!
Telegram kanalımıza qoşul