Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Qanunvericilik

Doğum haqqında şəhadətnamə – Metirka almaq üçün müraciət qaydası – Asan xidmət və Məhkəmə

1. Asan Xidmətə müraciət

Doğum haqqında şəhadətnamənin ilk dəfə və təkrar alınması üçün Asan xidmət mərkəzlərinə, onlayn əldə etmək üçün isə mygov portalından müraciət edə bilərsiniz. Asan xidmət imtina verdikdə isə məhkəməyə müraciət olunmalıdır.

1.1 Zəruri olan sənədlərin siyahısı

  • Valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
  • Valideynlərin nikah haqqında şəhadətnaməsi;
  • Valideynlərin doğum haqqında şəhadətnaməsi;
  • Doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd (Forma 103);
  • Uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;
  • Uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd;
  • Uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd;
  • Tapılmış uşaqlar haqqında onların tapılması vaxtını, yerini və şəraitini göstərən sənəd (akt, protokol, arayış və uşağın yaşı haqqında tibb müəssisəsindən sənəd);
  • Doğum faktının müəyyən olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi;
  • Doğumun qeydə alınması üçün müəyyən olunmuş 1 aylıq müddət keçdikdə uşağın sağlamlığı barədə həkim arayışı.

1.2 İştirak etməli olan şəxslərin siyahısı

Valideynlər və ya onlardan biri;

Valideynlər müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər;

Doğumun qeydə alınması üçün nəzərdə tutulmuş müddət (1 ay) keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər.

1.3 Dövlət rüsumunun məbləği

Doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.

1.4 Məsuliyyət

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün 1 aylıq müddətdə müraciət olunmamasına görə uşağın valideynləri xəbərdarlıq edilir və ya on manat miqdarında cərimə edilir. 

1.5 Doğum haqqında şəhadətnamə neçə günə verilir?

Ədliyyə Nazirliyinin “Doğum haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə Qərarına əsasən İnzibati əməliyyatlar qeydiyyat orqanı tərəfindən 1 iş günü müddətində icra edilir.

2. Mygov portalı ilə onlayn müraciət

Mygov proqramını telefonunuza play storeapp storedən yükləyərək onlayn qaydada doğum faktının qeydə alınması üçün müraciət edə bilərsiniz.

2.1 Doğum haqqında şəhadətnamənin alınması üçün kim müraciət etməlidir?

Yalnız rəsmi nikahda olan valideynlər (ata və ya ana) və ya onlardan biri, rəsmi nikah olmadıqda ana, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, vəfat etdikdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər.

2.2 Uşağın anadan olmasına görə birdəfəlik müavinət

Uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği 500 manat təşkil edir. Müavinət bank və ya poçt vasitəsilə göndərildiyi aydan sonrakı bir il ərzində müavinət təyin edilən şəxs tərəfindən alınmadığı təqdirdə Dövlət Sosial Müdafiə Fondu-nun hesabına geri qaytarılır və həmin uşağa görə müavinət “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” nəzərdə tutulmuş qaydada müraciət edildikdə veriləcək.

3. Məhkəməyə müraciət

Doğum haqqında şəhadətnamənin verilməsindən imtina edildiyi halda vətəndaş doğum faktının müəyyə edilməsi üçün məhkəməyə müraciət etməlidir.

3.1 Doğum haqqında şəhadətnamə üçün məhkəmə rüsumu

Dövlət rüsumu haqqında qanunun 8.2-ci maddəsinə əsasən Qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu nəzərdə tutulur.

3.2 Məhkəməyə müraciət qaydası

Məhkəməyə imtina verən inzibati orqanın yerləşdiyi ərazi üzrə müraciət edilməlidir. Müraciət iddia ərizəsi ilə olmalıdır. İddia ərizəsində faktiki və hüquqi hallar qeyd olunmalıdır. İddia ərizəsini özünüz hazırlaya bilmirsinizsə, hüquqşünas və vəkillərə müraciət edə bilərsiniz.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

31 Şərhlər

  1. Salam,
    mən azərbaycan vətəndaşıyam 10 ildir xaricdə yaşayıram. Yoldaşım Suriya vətəndaşıdı və birgə 2 övladımız var.2018-də dini nikah etmişik uşaqlar 2020 və 2021 də dünyaya gəliblər.Sənədlərlə bağlı problemdən dolayı rəsmi nikahımız 2024-də olub.Uşaqlar Almaniyada dünyaya gəliblər və doğum haqda şəhadətnamələri var.Bu uşaqları Azərbaycanda qeydiyyata salmaq istəyirik.Problem olmaz???
    Təşəkkürlər

      1. Salam.Men Gurcustanda dogulmușam.4 yaşim olanda köcub gelmișik Azerbaycana.51 ci ildi yașayiram Azerbaycanda,Azerbaycan vetendașiyam.Mitirkam Gurcustanda verilendi.Amma Azerbaycan pasportumla Gurcustan mitirkam duz gelmir,familiyamda 1 herif sehvi var.Azerbaycanda imtina etdiler deyișmeye,dediler gedin Gurcustanda anadan oldugunuz yerde deyișin.
        Azerbaycanda mitirkami deyișmeye menim buququm var ya yoxdu?

      2. Salam.Men Gurcustanda dogulmușam.4 yaşim olanda köcub gelmișik Azerbaycana.51 ci ildi yașayiram Azerbaycanda,Azerbaycan vetendașiyam.Mitirkam Gurcustanda verilendi.Amma Azerbaycan pasportumla Gurcustan mitirkam duz gelmir,familiyamda 1 herif sehvi var.Azerbaycanda imtina etdiler deyișmeye,dediler gedin Gurcustanda anadan oldugunuz yerde deyișin.
        Azerbaycanda mitirkami deyișmeye menim huququm var ya yoxdu?

      3. Salam.Men Gurcustanda dogulmușam.4 yaşim olanda köcub gelmișik Azerbaycana.51 ci ildi yașayiram Azerbaycanda,Azerbaycan vetendașiyam.Mitirkam Gurcustanda verilendi.Amma Azerbaycan pasportumla Gurcustan mitirkam duz gelmir,familiyamda 1 herif sehvi var.Azerbaycanda imtina etdiler mitirkami deyișmeye,dediler gedin Gurcustanda anadan oldugunuz yerde deyișin.
        Azerbaycanda mitirkami deyișmeye menim huququm var ya yoxdu?
        Meselcun pasportumda Alıyev amma mitirkamda ise Aliyev.
        Hemcinin 50 ildi ki Azerbaycanda Alıyev kimi yașayiram ve butun senedlerimin hamisinda pasportumda oldugu kimi Alıyevdi.

  2. Salam menim 18 yaşım tamam olub Türkiyede tehsil almaq isteyirem oturma izni üçün doğum haqqında şehadetname lazımdı ancaq valdeynlerim boşanıb bunun bir maneçiliyi ola biler şehadetname almağma

  3. Salam hər vaxtınız xeyir olsun valideynimin doğum haqqında şəhadətnaməsi itdiyi üçün məhkəməyə müraciət etdik məhkəmədən sonra ünvana sorğu göndəriləcəkdi nəticəsini zəhmət olmasa necə öyrənə bilərəm.

      1. Salam men Rusiya vetendasiyam ve Azerbaycanda nikaha daxil olmusam ve yoldasimin soyadina kecmisem, lakin pasportda soyadin deyisilmiyib, psasport deyismek ucun Rusiyaya getmeliyem
        Indide 6 ayliq korpem var ve dogum haqqinda sehedetname verilmir cunki pasportumda yoldasimin soyadi deyil
        Ne etmeliyem usaqa metirka almaq ucun??

  4. Salam menim uşaqın almaniyada doqulub indi hal hazırda Azərbaycanda yam. Elimde sadəcə orda qoqulduqu xəstəxananın verdiyi kaqizdar var doğum şəhadətnaməsi yoxdur. Mən hara müraciyət etməliyəm uşaqa seadetname götürmək ucun

  5. Ananın nigahı pozulmadan təkrar qeyri rəsmi ailə qurub və uşaq dünyaya gəlib. Hal hazırda uşağın doğum haqqında şəhadətnamə alması mümkündür? Yeni doğulub. Bu halda birinci yoldaşı ilə nigahları ola ola indiki yoldaşından olan uşağa ad soyad atalıq necə olacaq? Zəhmət olmasa cavablandıra bilərsiniz?

  6. Salam.Qardasim ailəsi ilə birlikdə Turkiyədə yasayir.2025 ci ilin sentyabrda ovladi dunyaya gəlib.Usaga metirka almaq istəyirlər.Vəkalətnəmə ilə Azərbaycandan mən ala bilərəmmi və hansi sənədlər lazimdir?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button