Qanunvericilik

Vəfat etmiş ərin pensiyasını arvadı necə ala bilər?

1.Pensiyanı kimlər ala bilər?

Yoldaşı vəfat edən şəxs istər qadın olsun, istərsə də kişi, əgər arvad özü də pensiya alırsa, həmin şəxs vəfat etmiş ərinin pensiyasının ala bilər. Bu eyni zamanda kişi üçün də keçərlidir. Ər də vəfat etmiş arvadının pensiyasını ala bilər. Lakin burada bir nüans mövcuddur. Əgər vəfat edən şəxsin pensiyası alacaq olan şəxsin aldığı pensiyadan çoxdursa, o zaman ala bilər. Yəni məsəl üçün kişinin pensiyası 600 manat idi, arvadın pensiyası isə 400 manatdır və kişi düyasını dəyişdi. Bu zaman qadın Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək dünyasını dəyişmiş həyat yoldaşının pensiyasını özü ala bilər, lakin bu zaman öz aldığı pensiyadan imtina etməli olacaq

2.Pensiyanı almaq üçün şərtlər

Bunun üçün aşağıdakı iki şərtdən ən azı biri mövcud olmalıdır:

1) Qadın(kişi) pensiya yaşına çatmış olmalıdır (qadınlar 64 yaş, kişilər 65 yaş);

2) Qadın(kişi) orqanizmin funksiyalarının 61-80 faiz(II dərəcə əlillik) və ya 81-100 faiz( I dərəcə əlillik) pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olmalıdır.

Bununla birlikdə, əgər qadın ərinin 8 yaşına çatmamış uşaqlarına, bacılarına, qardaşlarına, nəvələrinə baxırsa və o işləmirsə, bu halda yuxarıda qeyd edilən şərtlərin mövcud olması tələb edilmir. 

İstinad: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 14.

Dövlət Sosial Müdafiə Fondu pensiyanın təyin edilməsindən imtina etdiyi halda məhkəməyə müraciət etmək hüququnuz var.

Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!

Telegram kanalımıza qoşul

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button