
Whatsapp yazışmaları sübut kimi məhkəməyə təqdim oluna bilərmi?
1. Whatsapp yazışmaları və telefon danışıqları sübut kimi məhkəmədə istifadə oluna bilərmi?

Bəli. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallara dair yalnız qanunla müəyyən olunmuş qaydada əldə olunan məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, whatsapp yazışmaları şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
Qanunu pozmaqla əldə olunmuş sübutlar dedikdə şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə olunan sübutlar nəzərdə tutulur.
Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli Plenum Qərarına əsasən mübahisənin tərəfləri arasında olan telefon danışıqları (whatsapp yazışmaları) və səs yazıları şəxsi toxunulmazlıq hüququnun pozuntusu sayılmır və məhkəmədə sübut qismində qəbul edilə bilər.
Belə ki, həmin danışıqlar və whatsapp yazışmaları mübahisənin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları digər ifadələrindən fərqlənmir.
Məsələn, məhkəməyə pul tələbinə dair iddia ərizəsi ilə müraciət edirsinizsə, cavabdehlə aranızda olan whatsapp yazışmaları və ya səs yazılarını da sübut kimi məhkəməyə təqdim edə bilərsiniz. İddia tələbiniz sübutlarla təsdiqini taparsa, iddianın təmin və ya qismən təmin edilməsi barədə qətnamə qəbul olunur.
Əgər iddianız rədd edilsə və ya iddianız təmin edilməsə, məhkəmənin çıxardığı qətnamədən apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti edə bilərsiniz.
Məhkəməyə iddia ərizələrinin, apellyasiya şikayətlərinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
2. Whatsapp yazışmaları sübut

Bəli, whatsapp yazışmaları məhkəmədə sübut kimi qəbul edilə bilər. Lakin həmin yazışmaların etibarlılığı və kimə məxsus olması qiymətləndirilir. Məhkəmədə iddia qaldırılarkən whatsapp yazışmaları məhkəməyə təqdim edilsə də, təkcə ekran görüntüsü təqdim edilməsi avtomatik olaraq həmin məlumatın həqiqiliyini sübut etmir. Qarşı tərəf yazışmanı inkar etdikdə məhkəmə əlavə araşdırma və ya ekspertiza təyin edə bilər.qarşı tərəf yazışmanı inkar edə bilər, bu halda məhkəmə əlavə araşdırma və ya ekspertiza təyin edə bilər. Məhkəməyə whatsapp yazışmaları barədə ekran görüntüləri; telefonun özü təqdim edilə bilər.
Xüsusilə ailə, borc (pul), əmək mübahisələrində whatsapp yazışmaları tez-tez yazılı sübut kimi istifadə olunur. Cinayət işlərində də müəyyən hallarda sübut əhəmiyyəti daşıya bilər, lakin onların qanuni yolla əldə edilməsi vacibdir.
Sübutlar məhkəməyə təqdim edilməzdən əvvəl iddia ərizəsi hazırlanmalıdır. İddia ərizəsi sübutlarla birlikdə məhkəməyə təqdim olunur. Əgər məhkəmə xeyrinizə qətnamə qəbul etməzsə, qətnamənin təqdim edildiyi vaxtdan 1 ay müddətində apellyasiya şikayəti ilə apellyasiya instansiya məhkəməsinə şikayət edə bilərsiniz.
Məhkəməyə iddia ərizələrinin, apellyasiya şikayətinin hazırlanması və vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
3. Telefon danışıqlarının yazılması

Konstitusiyanın 32-ci maddəsinin üçüncü bəndinə əsasən öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Qanunsuz yolla, yəni şəxsi toxunulmazlıq hüququnun pozulması ilə əldə edilmiş telefon danışıqları (telefon danışıqlarının gizli yayılması, telefon danışıqlarının çıxarılması) məhkəmədə sübut kimi qəbul oluna bilməz. Lakin qarşı tərəfin də məlumatı olmaqla yazılmış telefon danışıqlarını məhkəməyə sübut kimi təqdim etmək olar.
Telefon danışıqlarını sübut kimi məhkəməyə təqdim edilməzdən əvvəl iddia ərizəsi hazırlanmalı və imzalanmalıdır. Sübutlar da iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilməlidir.
Məhkəməyə iddia ərizələrinin hazırlanması və vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
4. Konstitusiya məhkəməsinin 12 aprel 2021 ci il tarixli qərarı

Həmin Qərarda mübahisənin tərəfləri arasında olan telefon danışıqları (whatsapp yazışmaları) və səs yazılarının hansı halda sübut kimi qəbul edilməsinə aydınlıq gətirilmişdir. Belə ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz.
Belə ki, həmin danışıq və whatsapp yazışmaları əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi yol veriləndir və həmin danışıqlar qanunu pozmaqla əldə edilmiş sübut sayılmır və məhkəmədə sübut qismində qəbul edilə bilər.
Mülki Prosessual Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.
Məhkəməyə ərizələrin, iddia ərizələrinin hazırlanması, hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
5. Whatsapp yazışmaları

WhatsApp yazışmaları da sübut kimi məhkəməyə təqdim edilə bilər. Yazışmalarda tərəflərin iradəsini, razılaşmasını, borcun etirafını və ya digər hüquqi əhəmiyyətli halları təsdiq edən məlumatlar olduqda onlar sübut kimi qiymətləndirilə bilər.
Lakin məhkəmə aşağıdakı məsələləri də nəzərə alır:
- Yazışmanın həqiqətən həmin şəxsə məxsus olub-olmaması;
- Yazışmanın dəyişdirilməyib-dəyişdirilməməsi;
- Məlumatın qanuni yolla əldə edilməsi;
- Digər sübutlarla uyğunluğu.
Bu səbəbdən sadəcə ekran görüntüsü təqdim edilməsi ilə kifayətlənilməyə bilər. Zərurət olduqda telefonun araşdırılması və ya ekspertiza təyin edilməsi mümkündür. Şəxsi toxunulmazlıq hüququnu pozmaqla əldə edilmiş yazışmalar sübut kimi qəbul edilə bilməz.
6. Başqasının whatsapp mesajlarını oxumaq

Başqasının whatsApp yazışmalarını onun razılığı olmadan oxumaq və ya əldə etmək hüquqi məsuliyyətə səbəb olur.
Əgər şəxs:
- Telefonu gizli şəkildə götürərək yazışmaları oxuyursa;
- WhatsApp hesabına icazəsiz daxil olursa;
- Casus proqram quraşdıraraq mesajları izləyirsə;
- WhatsApp Web və ya digər vasitələrlə gizli nəzarət edirsə,
- Habelə həmin mesajları toplayırsa,
bu hərəkətlər şəxsi həyatın toxunulmazlığı pozma (Cinayət Məcəlləsinin 156-cı maddəsi) və yazışma sirrinin pozulması kimi (Cinayət Məcəlləsinin 155-ci maddəsi) qiymətləndirilə bilər.
Siz də belə halla rastlaşdıqda prokurorluq orqanlarına müraciət edə bilərsiniz. Bu cinayət işləri üzrə istintaqın aparılması prokurorluq orqanlarının səlahiyyətinə aiddir.
Ərizə və şikayətlərin hazırlanması, hüquqi məsləhətlərin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
7. Telefon danışıqlarının çıxarılması

Telefon danışıqları və rabitə məlumatları məxfi hesab olunur. Bir şəxsin telefon danışığı məlumatları adətən yalnız həmin şəxsə, qanunda nəzərdə tutulmuş hallarda isə məhkəmə qərarı və ya səlahiyyətli dövlət orqanlarının sorğusu əsasında təqdim edilə bilər.
Konstitusiyanın 32-ci maddəsinin dördüncü maddəsinə əsasən hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
Belə ki, qalan hallarda şəxsin razılığı olmadan telefon danışıqlarının çıxarılması və məhkəməyə təqdim edilməsi qanunsuzdur.
Cinayət Məcəlləsinin 155-ci maddəsinə əsasən yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. Həmin cinayət işləri üzrə istintaq prokurorluq orqanları tərəfindən aparılır.
Ərizə və şikayətlərin hazırlanması, hüquqi məsləhətlərin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
8. Azərbaycan respublikası konstitusiya məhkəməsi plenumunun 12 aprel 2021 ci il tarixli qərarı

Həmin Qərara əsasən Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur.
Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.
Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir.
Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
Belə ki, telefon danışıqları (smslər, whatsapp yazışmaları) və səs yazıları başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasındadırsa, həmin məlumatlar məhkəmədə sübut kimi istifadə oluna bilər.
Ərizə və şikayətlərin hazırlanması, hüquqi məsləhətlərin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
9. Səs yazısı konstitusiya məhkəməsi

Konstitusiyanın 32-ci maddəsinə əsasən (şəxsi tozunulmazlıq hüququ) öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
Mülki Prosessual Məcəllənin 10.10-cu maddəsinə əsasən şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur.
Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə əsasən şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması 1000 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli Plenum Qərarına əsasən mübahisənin tərəfləri arasında olan səs yazıları şəxsi toxunulmazlıq hüququnun pozuntusu sayılmır və məhkəmədə sübut qismində qəbul edilə bilər.
Belə ki, həmin səs yazıları mübahisənin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları digər ifadələrindən fərqlənmir.
Məhkəməyə ərizə, şikayət və iddia ərizələrinin hazırlanması, hüquqi məsləhətlərin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
10. Başqasının whatsapp yazışmalarını oxumaq

Başqasının whatsApp yazışmalarını onun razılığı olmadan oxumaq, xüsusilə gizli şəkildə hesabına daxil olmaq, telefonunu icazəsiz istifadə etmək və ya izləmə proqramı quraşdırmaq qanunsuz hesab oluna bilər.
Cinayət Məcəlləsinin 155-ci maddəsinə əsasən yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma—
1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Bu cinayət işlərinin istintaqı prokurorluq orqanları tərəfindən aparılır. Zərərçəkmiş və ya onun nümayəndəsi bu halda prokurorluq orqanlarına müraciəti edə bilər.
Habelə, hüquqi məsləhət verilməsi və ya vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
11. Başqasının telefon danışıqları qulaq asmaq

Konstitusiyanın 32-ci maddəsinə əsasən hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.
Habelə, hər kəsin yazışma, telefon danışıqları ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
Telefon danışıqlarına qulaq asmaq cinayət məsuliyyətinə səbəb olur. Belə ki, Cinayət Məcəlləsinin 155-ci maddəsinə əsasən telefon danışıqları sirrini pozma 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Bu cinayət işlərinin istintaqı prokurorluq orqanları tərəfindən aparılır. Zərərçəkmiş və ya onun nümayəndəsi bu halda prokurorluq orqanlarına müraciəti edə bilər.
Siz də bu halla rastlaşdıqda ərizə və şikayətlərin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın


