
Uşağın anadan olmasına görə müavinəti necə ala bilərəm?
1. Uşağın anadan olmasına görə müavinət 2025

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.2-ci maddəsinə əsasən birdəfəlik müavinətlərə bunlar aiddir:
- radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət;
- uşağın anadan olmasına görə müavinət;
- dəfn üçün müavinət;
- Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət;
- himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət.
Uşaq doğmuş ana işləmədiyi halda və ya hər hansı bir səbəbdən uşağın anası yoxdursa, uşağın anadan olmasına görə dövlət tərəfindən sosial yardım məqsədilə birdəfəlik müavinət verilir.
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunanlara (işləyərək maaşından sığorta haqqı tutulan şəxslər) uşağın anadan olmasına görə müavinət məcburi dövlət sosial sığorta vəsaitləri hesabına Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir. Lakin işləməyən anaya isə bu müavinət dövlət büdcəsi vəsaiti hesabına ödənilir.
Sığortaolunanlar dedikdə isə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslərdir.
Habelə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən uşağın anadan olması sosial sığorta hadisəsidir və uşağın anadan olmasına görə birdəfəlik müavinət sosial sığorta ödəməsidir.
Sosial sığorta dedikdə isə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta hadisəsi baş verdikdə, fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması nəzərdə tutulur.
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.12-ci maddəsinə əsasən uşağın anadan olmasına görə müavinətin təyin olunması şərti – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən verilmiş arayış təqdim edilməsidir.
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 9.3-cü maddəsinə əsasən uşağın anadan olmasına görə birdəfəlik müavinət müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir. Uşağın anadan olmasına görə birdəfəlik müavinət hər bir uşaq üçün təyin edilir, yəni iki və ya daha çox uşaq doğulduqda birdəfəlik müavinət doğulan uşaqların sayına görə verilir.
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-1-ci maddəsinə görə bu müavinətin təyin edilməsi ilə bağlı elektron xidmətlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 10-1.1-ci maddəsinə əsasən uşağın anadan olmasına görə birdəfəlik müavinət tam məbləğdə və yalnız nağdsız qaydada ödənilir. Uşağın anadan olmasına görə müavinət sığortaolunanlara Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
31 dekabr 2020-ci il tarixindən sonra doğulmuş uşaqlar üçün bu müavinət proaktiv qaydada, yəni şəxsin hüququ yarananda onun müraciət etməsini gözləmədən təyin olunur və bu barədə valideynin elektron ünvanına və sığortaolunana məxsus mobil nömrəyə (olduğu halda) bildiriş göndərilir.
Müavinət bank və ya poçt vasitəsilə göndərildiyi aydan sonrakı bir il ərzində müavinət təyin edilən şəxs tərəfindən alınmadığı təqdirdə Dövlət Sosial Müdafiə Fondunun hesabına geri qaytarılır.
“Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi” haqqında 12 iyun 2025-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən uşağın anadan olmasına görə müavinətin məbləği 600 (altı yüz) manat məbləğində müəyyən edilmişdir.
2. Uşağın anadan olmasına görə birdəfəlik müavinət necə alınır?

Uşağın anadan olmasına görə birdəfəlik müavinət təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər. Bunun üçün lazım olan sənədlər bunlardır:
- Şəxsiyyət vəsiqəsi (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi)
- Uşağın doğum haqqında şəhadətnaməsinin surəti
- Uşağın doğumu haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin arayışı
- Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd)
2020-ci il dekabrın 31-dən sonra dünyaya gələn uşaqlara görə bu müavinət artıq proaktiv şəkildə, yəni vətəndaşın müraciəti olmadan, avtomatik qaydada təyin olunur. Bu barədə valideynin elektron poçtuna və varsa, sığortaolunan şəxsə məxsus mobil nömrəyə bildiriş göndərilir.
Müavinət bank və ya poçt vasitəsilə təqdim olunur. Əgər vətəndaş müavinəti göndərildiyi tarixdən sonrakı bir il ərzində götürməzsə, bu vəsait Dövlət Sosial Müdafiə Fondunun hesabına geri qaytarılır.
Uşağın doğulmasına görə birdəfəlik müavinət yalnız doğumun vətəndaşlıq vəziyyəti aktları üzrə dövlət qeydiyyatına alınmasından sonra təqdim edilir. Qeyd edilməlidir ki, bu müavinət uşağın doğumundan sonra onun nə qədər yaşamasından asılı olmayaraq ödənilir. Lakin uşaq ölü doğulduğu halda bu yardım verilmir.
3. Uşaq pulu 2025

“Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi” haqqında 12 iyun 2025-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 2025-ci il iyulun 1-dən uşağın anadan olmasına görə müavinətin məbləği 600 (altı yüz) manat məbləğində müəyyən edilmişdir.
4. Süd pulu neçə günə verilir?

31 dekabr 2020-ci il tarixindən sonra doğulmuş uşaqlar üçün bu müavinət proaktiv qaydada, yəni şəxsin hüququ yarananda onun müraciət etməsini gözləmədən təyin olunur və bu barədə valideynin elektron ünvanına və sığortaolunana məxsus mobil nömrəyə (olduğu halda) bildiriş göndərilir. Müavinət bank və ya poçt vasitəsilə göndərildiyi aydan sonrakı bir il ərzində müavinət təyin edilən şəxs tərəfindən alınmadığı təqdirdə Dövlət Sosial Müdafiə Fondunun hesabına geri qaytarılır.
Uşağın anadan olmasına görə birdəfəlik müavinət uşağın doğulmasının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsindən sonra verilir. Bu müavinət uşağın doğulmasından sonra nə qədər yaşamasından asılı olmayaraq ödənilir. Uşaq ölü doğulduqda isə uşağın anadan olmasına görə birdəfəlik müavinət verilmir.
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 (on) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 (beş) gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var.
Şikayət ərizənizin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
5. Süd pulu elektron qeydiyyat

Uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsi ilə bağlı elektron xidmətlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Habelə, elektron hökümət portalı və ya my.gov.az saytına daxil olaraq uşağın anadan olmasına görə birdəfəlik müavinət üçün elektron qaydada müraciət edə bilərsiniz.
6. Süd pulu nə qədərdir 2025

2025-ci il iyulun 1-dən uşağın anadan olmasına görə müavinətin məbləği 600 (altı yüz) manat məbləğində müəyyən edilmişdir.
7. Süd pulu yoxlamaq

2020-ci il 31 dekabrdan sonra doğulan uşaqlara görə birdəfəlik müavinət artıq vətəndaşın müraciəti gözlənilmədən, yəni proaktiv şəkildə təyin edilir. Hüquq yarandıqda sistem tərəfindən avtomatik olaraq valideynin elektron poçt ünvanına və, əgər varsa, sığortaolunan şəxsin adına qeydiyyatdan keçmiş mobil nömrəyə məlumat göndərilir.
Müavinət bank və ya poçt vasitəsilə təqdim olunur. Əgər təyin edildiyi aydan etibarən bir il ərzində həmin vəsait şəxs tərəfindən alınmazsa, bu halda vəsait Dövlət Sosial Müdafiə Fondunun hesabına qaytarılır. Belə vəziyyətdə, artıq həmin müavinət yalnız sığortaedənin müraciəti əsasında təqdim olunur. Rəqəmsal xidmətlərin tətbiqi nəticəsində vətəndaşlar təyin olunmuş birdəfəlik müavinəti “Kapital Bank”ın “Birbank” adlı mobil tətbiqində, “əməliyyatlar” bölməsinə daxil olmaqla görə bilirlər.
8. Süd pulu qaynar xətt

Uşağın anadan olmasına görə birdəfəlik müavinət təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə 190 qaynar xətt, habelə 142 çağrı mərkəzi vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın