Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
İnzibati hüquq

Küçədə siqaret çəkməyə görə cərimə oluna bilməzsiniz!

1. İctimai yerdə siqaret çəkmək

Belə ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunda tütün (siqaret çəkmə, papiros və s.) çəkilməsinə icazə verilməyən yerlər dəqiq göstərilmişdir. Qanunvericilikdə küçədə siqaret çəkilməsi ilə bağlı heç bir qadağa yoxdur. Əgər sizi küçədə siqaret çəkdiyinizə görə cərimə ediblərsə, bizə müraciət edə bilərsiniz.

2. Açıq havada siqaret çəkməyin cəriməsi varmı?

Xeyr, İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinə əsasən qanunla qadağan olunan yerlərdə tütün çəkməyə görə 30 manat məbləğində cərimə nəzərdə tutulur.

3. Siqaret çəkmək haqqında qanun nə deyir?

Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun 10-cu maddəsinə əsasən, siqaret çəkmək aşağıdakı yerlərdə qadağandır:

  • təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;
  • tibb müəssisələrində və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində;
  • idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində;
  • -restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində;
  • -ticarət obyektlərində;
  • -məişət obyektlərində;
  • -teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində;
  • -uşaq meydançalarında;
  • -yerüstü qapalı və yeraltı piyada keçidlərində;
  • avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində;
  • metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda;
  • -dəmiryolu qatarlarında, hava və su nəqliyyatı vasitələrində;
  • -hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində;
  • -liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində;
  • -taksafonlarda;
  • yanacaqdoldurma məntəqələrində,
  • sosial xidmət müəssisələrində;(qocalar evi, uşaq evi və.s)
  • yerləşdirmə vasitələrində;(otellər, pansiyonlar, kamplar və.s)
  • -mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində.

4. Siqaret cərimə

İnzibati Xətalar Məcəllənin 212.4-ci maddəsinə əsasən tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 300 manat məbləğində cərimə nəzərdə tutulur. Yəni, burda siqaret kötüyünün yerə atılmasına görə cərimə nəzərdə tutulur.

5. Siqaret çəkməyin cəriməsindən şikayət

Küçədə siqaret çəkməyin cəriməsi yoxdur. Buna görə sizi cərimə ediblərsə, bizə müraciət edin. Sizin üçün şikayət hazırlayıb məhkəməyə təqdim edək.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

32 Şərhlər

      1. Salam. Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə yazılıb. Ama vaxt qoyulub. Cərimənin ödənilməsi üçün vaxt qoyula bilərmi??

          1. Salam meni bugun 300 manat cerimelediler siqareti yere atdigimcun ama men dedim pulum yoxdu 10 gun erzinde oduyum dedilerki yoxe indi yerinde odemelisen 300 manati verdim dedi sene kod gelecek gelmedi

          2. Olundu amaki mene ne mesaj geldi nedeki bir cek verildi e polisdende girdim baxdim ne cerime olunmunmusam nedeki cerime odenilib sadece mennen pulu goturub cibine goyublar kime sikayet ede bilerem

  1. Salam küçədə gedərkən polis əməkdaşları məni saxlayıb 30manat məbləğində cərimə vurdular açıq havada siqaret çəkirdim və kötüyünü də yerə atmamışam bunun cəriməsi varmı?

  2. Salam menim sualim siqaret kotuyunun etraf muhite atilmasi ile baglidir.Meni pilis emekdaslari bolmeye aparib orda dedilerki yerinde 301m odemesen gedir mehkemeye.Men onlara bildirdimki protokol tertib edin odeyerem.Dediler yox yerinde odemelisen.Sualim odurki men polis bolmesine aparilmayiliyam? Ve yerinde hemin gunu 301 m odemeliyem yoxsa nece? Cavablandirsaniz sevinerem.Cox sagolun

      1. Salam bindeqedi rayon 4 cu polis bölməsi. Qardaşımı siqareti yere atdığı üçün 301 manat yerinde tələb etdi şöbəyə aprdı.indidə saat 2 Ni gozduyur ki məhkəməyə çıxardıb aparsın sutkaya. 15 25 gün sutkada həbs diyir olacağ. Bu dəyqə.. bu oldu

          1. Salam Men sigaret acig havada cekirdim, sonram tutunu zibil kutusuna atdim polis emekdasi meni gotu cagirdi dediki o zibil kutusuna atmag olmaz ancag dovlet goydugu zibil kutusuna atmalisan, Ve meni cerime eledi 300 manat o duz eledi yoxsa Men ne edim komek eliyim zehmet deyilse tesekurler

  3. Salam siqaret kötüyünü yerə atdıgım üçün şəxsi mülkü avtomobildə biri mülki formada biri polis formasında məni 300 manat cərimə olunacaqsan yerinde ödümesen şöbəyə aparıb məhkəmə10 və ya 15 sutka verəcək kim olduqlarını teqdim etmədilər amma portal vasitəsi ilə şəklim çıxdı o şəxlər məni cerimə edə bilərdilərmi

  4. Salam. Siqareti söndürüb əlimdə yalnız kötüyü ilə bir xeyli zibil qutusu axtardıqdan sonra atmağa yer olmadığı üçün uşaq əyləncəsi olan məkanın girişində yağış və çirkb suların gerdiyi drenaj kanalının serkasının arasında içəri atmışam.. nə səkidir..nə də küçə. Obyektin ərazisinə aid olan yağış drenajının içinə atmışam əyilib. Polis 300 azn cərimə etdi. Digər vətəndaşların da söylədiyi kimi..deyir yerində ödəməlisən..ya da naryad çağırıb məhkəməyə çıxaracıq. Bu nə dərəcədə düzgündür? Ümumiyyətlə məhkəmədə mübahisələndirmək olarmı? Çəkiliş falan da yoxdu

    1. Salam. İnzibati cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda hakim tərəfindən təyin oluna bilər. Qalan bütün hallarda vəzifəli şəxs tərəfindən təyin olunur, bu barədə protokol tərtib olunmalı və sizə təqdim edilməlidir.

  5. Salam. İş yerinin balkonunda siqaret çəkirdim. İndi Balkonun girişinə siqaret çəkmək qadağandır yazısı asıblar. Bilmək istəyirəm ki, balkonda siqaret çəkib kötüyünü də zibil qutusuna atsam qanuna zidd hərəkət deyil ki?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button