
Müdir məzuniyyətə görə mənə kompensasiya vermir. Nə edə bilərəm?
1. Əmək məcəlləsi kompensasiya

Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci bəndinə əsasən işçi müvafiq iş ilində əmək müqaviləsi ilə müəyyən edilmiş məzuniyyət hüququndan istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya (pul) ödənilir.
Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.
Belə ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə kompensasiya ödənilməlidir.
İstifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin ödənilməsi məzuniyyət haqqının hesablanması ilə eynidir.
Əgər istifadə etmədiyiniz məzuniyyət günlərinə işəgötürən sizə kompensasiya ödəməkdən imtina edərsə, kompensasiyanın tələb olunması üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya məhkəməyə müraciət edə bilərsiniz.
Məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına ərizə ilə müraciət etmək lazımdır. Mediasiya prosesində tərəflər arasında razılıq əldə olunmazsa, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməlidir.
Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət və ya ərizələrin, mediasiya təşkilatına ərizə və məhkəməyə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
2. Kompensasiya nədir?

İşçiyə istifadə olunmamış əmək məzuniyyətinə görə ödənilən kompensasiya işçinin işlədiyi müddətdə istifadə etmədiyi illik məzuniyyət günlərinin əvəzində ona pul şəklində ödənilən məbləğdir.
İşçi hər il Əmək Məcəlləsinə əsasən ödənişli əsas məzuniyyət hüququna malikdir (adətən minimum 21 gün)
İşçi həmin məzuniyyət günlərindən istifadə etməyibsə, əmək müqaviləsinə xitam verilərkən ona işəgötürən həmin istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiya (pul) ödəməlidir.
Belə ki, kompensasiya yalnız işdən çıxarkən ödənilir.
İşçi işlədiyi müddətdə istifadə etmədiyi bütün məzuniyyət günlərinə görə pul alır.
Bu ödəniş işçinin orta əmək haqqına əsasən hesablanır.
3. İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya

Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə kompensasiya ödənilməlidir.
Belə ki, müqavilənin hansı səbəbdən ləğv olunmasından asılı olmayaraq işçiyə müvafiq iş ilində istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməlidir. Həmin kompensasiyanın (pul əvəzinin) verilməsi əsas əmək məzuniyyətinə aiddir.
Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü bəndinə əsasən əlavə məzuniyyətlərə, təhsil, yaradıcılıq, habelə sosial məzuniyyətlərə görə kompensasiyaların verilməsi nəzərdə tutulmamışdır. Lakin Konstitusiya Məhkəməsinin 18 fevral 2026-cı il tarixli Qərarına (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2 və 3-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I və III hissələrinə, 71-ci maddəsinin II hissəsinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair Qərar) əsasən “əlavə məzuniyyətlərə görə kompensasiyanın verilməməsi” müddəası bərabərlik və normativ hüquqi aktların haqq-ədalətə əsaslanması prinsiplərinin tələbləri ilə uyğunsuzluq təşkil etdiyinə və ödənişli əmək məzuniyyəti hüququnu qeyri-mütənasib şəkildə məhdudlaşdırdığına görə həmin Əmək Məcəlləsinin 144-cü maddəsində nəzərdə tutulmuş həmin müddəanın tətbiqinin dayandırılması nəzərdə tutulmuşdur.
Habelə, əmək müqaviləsinə xitam verilərkən işçiyə bütün iş illərinin istifadə etmədiyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115–117 və 118-1-ci maddələrində göstərilən əlavə məzuniyyətlərinə görə, istifadə olunmamış əsas əmək məzuniyyəti üçün müəyyən edilmiş qaydada və məbləğdə hesablanan kompensasiyanın verilməsi təmin edilməsi müyyən edilmişdir.
Belə ki, artıq Konstitusiya Məhkəməsinin sözügedən qərarına əsasən əlavə məzuniyyətlərə, təhsil, yaradıcılıq məzuniyyətlərinə və sosial məzuniyyətlərə görə də kompensasiyanın verilməsi nəzərdə tutulur.
Kompensasiyanın hesablanması məzuniyyət haqqının hesablanması qaydası ilə eynidir.
4. İstifadə olunmamış məzuniyyətə görə kompensasiyadan tutulmalar

İstifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əməkhaqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına (işçidən 3%, işəgötürəndən 22 %) cəlb edilir. Yəni işçiyə ödənilən kompensasiyadan gəlir vergisi və məcburi sosial sığorta haqları da tutulur və qalan məbləğ işçiyə ödənilir.
5. Kompensasiya hesablanması qaydası

İstifadə olunmamış məzuniyyətə görə kompensasiyanın hesablanması məzuniyyət haqqının hesablanması ilə eynidir.
Belə ki, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.
12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.
Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına – 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.
Beləliklə, işçi 9 ay işləyib və məzuniyyətə çıxıb. İşçinin məzuniyyət haqqını hesablayaq.
Orta aylıq əmək haqqı = (13 800)/9 = 1 533.33 manat
Bir günlük əmək haqqı = 1 533.33 / 30.4 = 50.44 manat
Məzuniyyət haqqı = 21 * 50.44 = 1 059.24 manat
6. Kompensasiya əmri

“Kompensasiya əmri” işəgötürənin işçiyə ödənilməli olan kompensasiyanın rəsmiləşdirilməsi üçün verdiyi sənəddir. Bu xüsusilə, istifadə olunmamış əmək məzuniyyətinə görə işçi işdən çıxarılarkən son hesablaşma zamanı tətbiq edilir.
7. Kompensasiya ödənişi

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənişi əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə ödənilməlidir. Əgər siz işdən çıxarkən sizinlə son haqq hesab aparılarkən sizə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənişi edilməzsə, məhkəməyə müraciət edərək kompensasiyanı tələb edə bilərsiniz.
Məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesindən keçməlisiniz. Bunun üçün mediasiya təşkilatına ərizə ilə müraciət etməlisiniz. Mediasiyada işəgötürənlə aranızda razılıq əldə edilmədikdə, iddia ərizəsi ilə əhkəməyə müraciət edə bilərsiniz.
Həm mediasiya təşkilatına ərizə, həm də məhkəməyə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
8. İxtisar edilən işçiyə kompensasiya ödəniş

İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işçinin əmək müqaviləsinə işçilərin sayının azaldılması və ya ştatların ixtisarı ilə xitam verilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti (kompensasiya) ödənilir:
bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;
bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
9. İxtisar zamanı kompensasiya hesablanması

İşçilərin sayının azaldılmasə və ya ştatların ixtisarı ilə əmək müqaviləsinə xitam verilərkən işçiyə işəgötürən tərəfindən orta aylıq əmək haqqına uyğun olaraq müavinət kompensasiya verilir.
Həmin müavinətin (kopensasiyanın) məbləği stajdan asılı olaraq dəyişir.
Orta aylıq əməkhaqqı gündəlik yox, bir neçə ayın ortalama əməkhaqqıdır. Əməkhaqqı həm gündəlik, həm də aylıq ola bilər. Artıq orta aylıq əməkhaqqı gündəlik yox, bir ayın əməkhaqqıdır. Orta aylıq əmək haqqı hər ay üçün alınan əmək haqqının orta məbləğidir.
Orta əmək haqqı isə işçinin əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.
Misal üçün bizə aprel, may, iyun aylarının əməkhaqqıları verilibsə, bu zaman orta aylıq əməkhaqqını hesablaya bilərik.
aprel – 300 manat
may – 400 manat
iyun – 500 manat
Bu halda orta aylıq əməkhaqqı belə tapılacaq: (300+400+500) / 3 ay = 400 manat.
Orta əməkhaqqını hesablamaq üçün son 2 ay götürülür və orada olan iş günləri tapılır.
Belə ki, işçiyə stajdan asılı olaraq orta aylıq əmək haqqına uyğun olaraq müavinət (kompensasiya) ödənilir.
10. İstifadə edilməmiş məzuniyyət günlərinin hesablanması

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması məzuniyyət haqqının hesablanması ilə eynidir. İşçinin istifadə etmədiyi məzuniyyət günlərinin sayı müəyyənləşdirilir.
Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü isə məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir.
Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Belə ki, müəyyən edilmiş bir günlük əmək haqqının məbləği istifadə edilməmiş məzuniyyət günlərinin sayına vurulmaqla kompensasiya məbləği müəyyən edilir.
11. Kompensasiya hesablanması

Əgər sizə ödənilməli olan kompensasiya düzgün hesablanmazsa və ya hesablanmış həmin kompensasiyanın sizə verilməsindən imtina edilərsə, Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya məhkəməyə müraciət edə bilərsiniz.
Məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına ərizə ilə müraciət etmək lazımdır. Mediasiyada razılıq əldə olunmadıqda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək olar. Mediasiya xərci 60 manat, məhkəmə rüsumu 50 manat təşkil edəcək.
Həm mediasiya təşkilatına, həm də məhkəməyə ərizə və iddia ərizəsinin hazırlanmasıa üçün bizə müraciət edə bilərsiniz.
12. Kompensasiyanın hesablanması kalkulyatoru

Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Məzuniyyət vaxtı üçün orta əməkhaqqı hesablanarkən qismən ödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunur.
12 təqvim ayından az əmək münasibətində olub məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.
Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.
Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilərkən də tətbiq edilir.
13. Kompensasiya necə hesablanır?

İşçilərin sayının azaldılması və ya ştatların ixtisarı zamanı işçiyə ödənilən müavinət (kompensasiya) orta aylıq əmək haqqına uyğun olaraq hesablanıb ödənilir. İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya isə məzuniyyət haqqının hesablanması ilə eynidir.
14. Məzuniyyət kompensasiya ərizəsi

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya ala bilməyən işçi əvvəlcə ərizə ilə işəgötürənə müraciət edə bilər. Əgər işəgötürən kompensasiyanın verilməsindən imtina edərsə, bu zaman işçi məhkəməyə müraciət edərək kompensasiya tələb edə bilər.
Məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesindən keçmək lazımdır. Çünki əmək mübahisələrinin həlli üçün məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya təşkilatına müraciət etmək lazımdır. Mediasiya prosesində işəgötürənlə işçi arasında razılıq olmadıqda, işçi məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər.
Mediasiya təşkilatına ərizə, məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın


