
Mənzildə qeydiyyatda olanları çıxarmaq üçün qanuni həll yolları
1. Evdən qeydiyyatdan çıxarmaq
Mənzildə olanları qeydiyyatdan çıxarmaq üçün Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən şəxs yaşadığı yer üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır:
- yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;
- başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;
- ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında;
- öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında;
- yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;
- qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
Qeydiyyatda çıxarılma ilə bağlı polis idarəsinə ərizə və məhkəməyə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
2. Qeydiyyatdan çıxarılma ərizə
Mənzilinizdə və ya fərdi yaşayış evinizdə qeydiyyatda olan kənar şəxsləri qeydiyyatdan çıxarmaq üçün ərazi üzrə Polis İdarəsinə ərizə ilə müraciət etməlisiniz. Müraciətinizə imtina edildiyi halda imtina cavabını əldə edib müvafiq inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərsiniz. Bunun üçün məhkəməyə dövlət rüsumu ödəməkdən azadsınız. Ərizə və iddia ərizələrinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
3. Yaşayış yerindən qeydiyyatdan çıxmaq
Şəxsin mənzilində formal olaraq qeydiyyatda olan, lakin faktiki yaşamayan və mənzildən istifadə hüququ olmayan şəxslərin mənzildən çıxarılması üçün şəxs ərazi üzrə Polis İdarəsinə inzibati qaydada müraciət edə bilər. Bu məsələ Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.
4. Qeydiyyatdan çıxmaq üçün nə lazımdır?
Yalnız həmi polis idarəsindən imtina məktubu aldıqdan sonra şəxs məhkəməyə müraciət edərək bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin polis orqanın üzərinə qoya bilər.
Məhkəməyə ərizənin hazırlanması üçün bizə müraciət edə bilər və ya Erizem.az Hüquq Platformasından ərizənizi özünüz yaza bilərsiniz.
5. Qeydiyyatdan çıxarılma
Kənar şəxslər yaşayış sahəsindən könüllü öz istəkləri ilə qeydiyyatdan çıxa bilərlər. Əgər könüllü qeydiyyatdan çıxmağa razılıq vermirlərsə, əvvəlcə polis orqanına ərizə ilə müraciət olunur. Polis orqanı da qeydiyyatdan çıxarmaqdan imtina edərsə, yalnız məhkəmə qərarı əsasında kənar şəxslər qeydiyyatdan çıxarıla bilər.
6. Qeydiyyatdan çıxarılma rüsum
Yaşayış sahəsindən (mənzil və ya fərdi yaşayış evi) qeydiyyatdan çıxarılma üçün heç bir rüsum tələb edilmir. Yaşayış sahəsində qeydiyyatda olan şəxslər barədə də arayışın əldə edilməsi ödənişsizdir. İnzibati mübahisələr üzrə məhkəməyə də dövlət rüsumu ödəməkdən azadsınız.
7. Qeydiyyatdan çıxarılma qətnamə
Yaşayış sahəsində formal olaraq qeydiyyatda olan kənar şəxslərin qeydiyyatdan çıxarılması üçün polis orqanından imtina cavabı almısınızsa, həmin imtinanı əldə etdikdən sonra müvafiq inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərsiniz.
Belə ki, məhkəmədən kənar şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasının tələb edə bilərsiniz. Məhkəmə qərar çıxararaq inzibati orqanın üzərinə həmin öhdəliyi qoyur. Həmin məhkəmə qərarı kənar şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilir.
Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində şikayət verilə bilər. Həmin müddət ərzində apellyasiya şikaəyti verilmədikdə, qərar qüvvəyə minir və icraya yönəlir. Məhkəmə qərarı da icra edilməlidir.
8. Qeydiyyatdan çıxarılma zamanı kompensasiya (təzminat)
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir.
Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
Yəni sözügedən maddələrədən göründüyü kimi, kupçası (çıxarışı) olan şəxs qeydiyyatda olan ailə üzvlərini yəni, həyat yoldaşını (əgər əmlak evlilik dövrü ərzində alınmayıbsa, yəni birgə mülkiyyət deyilsə), valdeynlərini və övladlarını ona məxsus mənzildən qeydiyyatdan çıxartmaq istədiyi təqdirdə həmin şəxslərə kompensasiya ödəməlidir.
9. Mənzildən qeydiyyatdan çıxarma zamanı kompensasiya məbləği
Kompensasiyanın məbləği hər işin halına görə individual olaraq müəyyən edilir, lakin son zamanlar məhkəmələr əsas kimi eyni şəraitli evdə 3 illik kirayə pulunun kompensasiya kimi müəyyən edir.
Misal üçün: Şəxs Nizami rayonunda yerləşən 3 otaqlı mənzildən qeydiyyatdan çıxarılır. Tutaq ki həmin 3 otaqlı evin kirayə haqqı aya 300 manatdır. Bu halda 3 ili yəni 36 ayı 500 manatdan hesablayaraq 18 000 manat məblğində kompensasiya müəyyən edilə bilər 36*500=18 000.
Bu hesablama şərtidi, yuxarıda qeyd etdiyim kimi məhkəmənin hər işə fərdi yanaşması ola bilər.
10. Qeydiyyatdan çıxarılma kompensasiya
Mənzilinizdə və ya fərdi yaşayış evinizdə qeydiyyatda olan kənar şəxslər qeydidiyyatdan çıxarıldıqda həmin şəxs və ya şəxslərə kompensasiya ödənilməsi nəzərdə tutulmur. Həmin kənar şəxslər qeydiyyatdan kompensasiya ödənilmədən çıxarılır.
11. Evimi satıram qeydiyyatda olanların razılığın almalıyam?
Bəli. Əgər yaşayış evinizi, mənzilinizi satırsınızsa və ya bağışlayırsınızsa, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrəqeydiyyatda olan şəxslər barəsində elektron arayış əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır.
Belə ki, siz evinizi satarkən və ya bağışlayarkən həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığı alınmalıdır.
12. Hər hansı bir evdə qeydiyyatda olduğuma görə mənə pul düşürmü?
Xeyr. Başqasının evində qeydiyyatda olmağınız,həmin evdən pay və ya kompensasiya almağınız üçün əsas deyil. Belə ki, əgər siz başqa şəxsin evində qeydiyyatdasınızsa, həmin evdən pay və ya pul kompensasiyası tələb etmək hüququnuz yoxdur. Evin mülkiyyətçisi istədiyi vaxt heç bir kompensasiya ödəmədən sizi qeydiyyatdan çıxara bilər.
Lakin evin mülkiyyətçisinin ailə üzvləri, yəni həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri həmin yaşayış sahəsindən ya mülkiyyətçi ilə bağlanan notariat qaydasında təsdiqlənən yazılı razılaşma əsasında, ya da belə bir razılaşma olmadıqda mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə qeydiyyatdan çıxarıla bilər.
13. Asan xidmət qeydiyyatdan çıxmaq
Mənzildə və ya fərdi yaşayış evində qeydiyyatda olan kənar şəxslərin qeydiyyatdan çıxarılması üçün “ASAN Xidmət” mərkəzinə müraciət edilmir. Çünki qeydiyyatdan çıxarılma üçün polisə və məhkəməyə müraciət etmək lazımdır. “ASAN Xidmət” Mərkəzinə həmin mənzildə və ya fərdi yaşayış evində kimlərin qeydiyyatda olmasına dair arayış əldə etmək üçün müraciət edə bilərsiniz.
14. Evdə qeydiyyatda olanları necə bilmək olar?
Evinizdə qeydiyyatda olan şəxsləri bilmək üçün “ASAN Xidmət” Mərkəzinə və ya müvafiq polis idarəsinə müraciət edərək yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair arayış əldə edə bilərsiniz. Arayış ödənişsiz təqdim edilir.
15. Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi
“ASAN Xidmət” Mərkəzinə və ya müvafiq polis idarəsinə müraciət edərək yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair arayış əldə etmək olar. Arayışın təqdim edilməsi üçün rüsum tələb edilmir. Ödənişsiz verilir.
Tələb olunan sənədlər:
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
Əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd.
16. Qeydiyyatda olduğunu yoxlamaq
Qeydiyyatda olduğunuzu yoxlamaq üçün elektron hökumət portalına daxil ola, “Elektron Arayışlar” bölməsindəki “Yaşayış yeri haqqında arayış” xidmətindən istifadə edə bilərsiniz. Həmçinin, yaşayış yeri üzrə qeydiyyat məlumatları üçün “ASAN Xidmət” mərkəzlərinə müraciət edə bilərsiniz. Mərkəzdən yaşayış yeri üzrə qeydiyyatda olduğunuzu təsdiqləyən arayış əldə edə bilərsiniz. Ödənişsizdir.
17. Asan xidmət müvəqqəti qeydiyyat
Müvəqqəti qeydiyyata düşmək üçün (olduğu yer üzrə qeydiyyat) “ASAN Xidmət” Mərkəzinə və ya ərazi üzrə polis idarəsinə müraciət edə bilərsiniz. Müvəqqəti qeydiyyat olmağın müddəti 60 gündür.
Bundan başqa müvəqqəti qeydiyyata düşmək üçün elektron qaydada da müraciət edərək olduğunuz yer üzrə qeydiyyata düşə bilərsiniz. Bu zaman müvəqqəti qeydiyyata düşəcəyiniz əmlaka dair sənədlər də elektron sistemə əlavə edilməlidir. Bunun üçün E-polis tətbiqini yükləməyiniz və sistemdən qeydiyyatdan keçməyiniz lazımdır. Mobil tətbiqə daxil olub vətəndaşın olduğu yer üzrə qeydiyyat bölümünü seçirsiniz. Qeydiyyata düşəcəyiniz yaşayış sahəsinə dair sənəd varsa, mövcuddur xanasını seçib mülkiyyətçinin şəxsiyyət vəsiqəsi məlumtlarını daxil edirsiniz, təsdiqlə düyməsini sıxdıqdan sonra mənzil mülkiyyətçisi də proqram üzərindən sorğunuzu təsdiqləyir və həmin yaşayış sahəsi üzrə qeydiyyatınız təsdiqlənir. Əgər qeydiyyata düşəcəyiniz yaşayış sahəsinə dair sənəd yoxdursa, bu zaman “mövcud deyil” xanasını seçərək ünvan məlumatlarını qeyd edirsiniz. Ünvan məlumatlarının doğruluğu yoxlanıldıqdan sonra həmin ünvana qeydiyyata alınırsınız. Əgər olduğunuz yer üzrə qeydiyyata alınmanızdan imtina edilsə, müvafiq inzibati məhkəməyə müraciət edərək həmin ünvana qeydiyyata düşə bilərsiniz.
Vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Mehmanxanaya, sanatoriyaya, istirahət evinə, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaş üçün ərizə-anket doldurulur və həmin yerin müdiriyyətinə verilir. Müdiriyyət ərizə-anketi 24 saat ərzində müvafiq dövlət orqanına təqdim edir.
Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır.Belə ki, vətəndaş internet üzərindən də DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin saytına daxil olmaqla olduğu yer üzrə qeydiyyata alına bilər.
Vətəndaş olduğu yerdən getdikdə müvafiq dövlət orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur: vətəndaşın olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir.
18. Mənzildə qeydiyyatda olanların siyahısı
Mənzildə qeydiyyatda olan şəxsləri sayını bilmək üçün “ASAN Xidmət” Mərkəzinə və ya müvafiq polis idarəsinə müraciət edərək yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair arayış əldə edə bilərsiniz.
19. Müvəqqəti qeydiyyat necə düşmək olar?
Müvəqqəti qeydiyyata düşmək üçün həm ərizə ilə, həm də onlayn qaydada müraciət edə bilərsiniz.
Vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır.
Müvəqqəti qeydiyyata düşmək üçün onlayn qaydada, yəni e-polis tətbiqi üzərindən də müraciət edə bilərsiniz.
Mehmanxanaya, sanatoriyaya, istirahət evinə, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaş üçün ərizə-anket doldurulur və həmin yerin müdiriyyətinə verilir. Müdiriyyət ərizə-anketi 24 saat ərzində müvafiq dövlət orqanına təqdim edir. Vətəndaş olduğu yerdən getdikdə müvafiq dövlət orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır.
20. Evdə qeydiyyatda olanlar
Evdə həm ailə üzvləri, həm də kənar şəxslər qeydiyyatda ola bilər. Həmin şəxslər yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə qeydiyyata düşə bilərlər. Yaşayış sahəsində qeydiyyatda olanların müəyyən etmək üçün “ASAN Xidmət” Mərkəzinə və ya müvafiq polis idarəsinə müraciət edərək yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair arayış əldə edə bilərsiniz. Ödənişsiz təqdim edilir.
21. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında
Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında AR Qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz.
22. Qeydiyyata düşmək üçün lazım olan sənədlər
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən qeydiyyata düşmək üçün ərizə-anketlə yanaşı aşağıdakı sənədlər də təqdim edilməlidir:
1) şəxsiyyət vəsiqəsi;
2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.
23. Yaşayış yerinə qeydiyyata düşmək asan xidmət
Yaşayış sahasinə qeydiyyata düşmək üçün həyata keçirilən xidmət bütün “ASAN Xidmət” mərkəzlərində mövcuddur. Xidmətin həyata keçirilməsi ödənişsizdir.
24. Yaşayış yerinə qeydiyyata düşmək
Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır.
Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir.
25. Müvəqqəti qeydiyyat online
Müvəqqəti qeydiyyata düşmək üçün onlayn, yəni elektron qaydada da müraciət etmək mümkündür. Bunun üçün E-polis tətbiqini yükləməyiniz və sistemdən qeydiyyatdan keçməyiniz lazımdır. Müvəqqəti qeydiyyata düşəcəyiniz əmlaka dair sənədlər də elektron sistemə əlavə edilməlidir. Həmçinin vətəndaşlar olduğu yer üzrə müvəqqəti qeydiyyata alınmaq üçün Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin (www.bpqmi.gov.az) internet sayıtna daxil olub, E-qeydiyyat bölümündə fiziki və ya hüquqi şəxs kimi qeydiyyatdan keçə bilərlər.
Əgər olduğunuz yer üzrə qeydiyyata alınmanızdan imtina edilsə, müvafiq inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət edərək həmin ünvana qeydiyyata düşə bilərsiniz. İddia ərizələrinin hazırlanması üçün bizə müraciət edə və ya erizem.az saytına daxil olaraq iddia ərizənizi özünüz hazırlaya bilərsiniz.
26. Evə qeydiyyata düşmək
Evə qeydiyyatı olmayan vətəndaşlar “ASAN Xidmət” mərkəzlərinə müraciət edərək qeydiyyata düşə bilərlər. Bunun üçün şəxsiyyət vəsiqəsi və daşınmaz əmlak üzərində mülkiyyəti təsdiq edən sənədin təqdim edilməsi tələb olunur.
27. Harda qeydiyyatda olduğunu öyrənmək
Harda qeydiyyatda olduğunuzu öyrənmək üçün Elektron Hökumət Portalı (e-gov.az)-a daxil olub “Yaşayış yeri haqqında arayış” xidmətindən istifadə edə bilərsiniz. Həmçinin, şəxsiyyət vəsiqənizlə “ASAN xidmət” mərkəzlərinə müraciət edərək dərhal qeydiyyatınız haqqında arayış ala bilərsiniz. Xidmət ödənişsizdir.
28. Asan xidmət evə qeydiyyata düşmək
Evə qeydiyyata düşmək üçün vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər. Hətta evinin çıxarışı olmayanlar belə, əlində olan müvafiq sənədləri təqdim edir, araşdırma aparılır, araşdırma yekunlaşdıqdan sonra həmin vətəndaş müvafiq qaydada qeydiyyata alınır.
29. Vətəndaşların olduğu yer üzrə qeydiyyata alınması üçün elektron müraciət
Olduğu yer üzrə qeydiyyata düşmək üçün elektron qaydada da müraciət edərək olduğunuz yer üzrə qeydiyyata düşə bilərsiniz. Bu zaman müvəqqəti qeydiyyata düşəcəyiniz əmlaka dair sənədlər də elektron sistemə əlavə edilməlidir. Bunun üçün E-polis tətbiqini yükləməyiniz və sistemdən qeydiyyatdan keçməyiniz lazımdır.
Mobil tətbiqə daxil olub vətəndaşın olduğu yer üzrə qeydiyyat bölümünü seçirsiniz. Qeydiyyata düşəcəyiniz yaşayış sahəsinə dair sənəd varsa, “mövcuddur” bölməsini seçib mülkiyyətçinin şəxsiyyət vəsiqəsi məlumtlarını daxil edirsiniz, təsdiqlə düyməsini sıxdıqdan sonra mənzil mülkiyyətçisi də proqram üzərindən sorğunuzu təsdiqləyir və həmin yaşayış sahəsi üzrə qeydiyyatınız təsdiqlənir.
Əgər qeydiyyata düşəcəyiniz yaşayış sahəsinə dair heç bir sənəd yoxdursa, bu zaman “mövcud deyil” xanasını seçərək ünvan məlumatlarını qeyd edirsiniz. Ünvan məlumatlarının doğruluğu yoxlanıldıqdan sonra həmin ünvana qeydiyyata alınırsınız. Əgər olduğunuz yer üzrə qeydiyyata alınmanızdan imtina edilsə, müvafiq inzibati məhkəməyə müraciət edə bilərsiniz.
İddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
30. Qeydiyyat ünvanının dəyişdirilməsi asan
Yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaş dərhal yaşayış yeri üzrə qeydiyyata alınmalı, habelə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq onun şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir. İstər yaşayış yeri, istərsə də olduğu yer üzrə qeydiyyat ünvanının dəyişdirilməsi üçün “ASAN Xidmət” Mərkəzinə və ya müvafiq polis idarəsinə müraciət edə bilərsiniz. Tələb olunan şəxslər: Şəxsiyyət vəsiqəsinin surəti, mülkiyyəti təsdiq edən sənədlər.
31. Yaşayış yeri üzrə qeydiyyata düşmək asan
Yaşayış yerinə qeydiyyata düşmək üçün “ASAN Xidmət” mərkəzinə müraciət edə bilərsiniz. Bunun üşün şəxsiyyət vəsiqəniz və daşınmaz əmlaka aid mülkiyyəti təsdiq edən sənəd tələb olunur. Xidmətin həyata keçirilməsi ödənişsizdir.
32. Mənzildən qeydiyyatdan çıxarılma
Mənzildə olan kənar şəxslər qeydiyyatdan könüllü şəkildə çıxa bilərlər. Əgər həmin şəxslər qeydiyyatdan çıxmaqdan imtina edərlərsə, bunun üçün ərazi üzrə polis orqanına ərizə ilə müraciət edə bilərsiniz. Əgər polis orqanı kənar şəxsləri qeydiyyatdan çıxarmaq imtina edərsə, həmin imtinanı əldə etdikdən sonra müvafiq inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərsiniz.
Polis orqanına ərizə və inzibati məhkəməyə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
33. Qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsi
Məhkəməyə ərizənin hazırlanması üçün bizə müraciət edə bilər və ya Erizem.az Hüquq Platformasından ərizənizi özünüz hazırlaya bilərsiniz.
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın


