Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Qanunvericilik

Məhkəməyə müraciət etmə qaydası

1. Məhkəməyə müraciət qaydaları

Mülki, ailə, əmək, inzibati və kommersiya mübahisələri üzrə məhkəmədə iddia qaldırmaq üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunmalıdır. Bütün növ ərizə, iddia ərizəsi və ya şikayətlərin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Yəni sözügedən mübahisələr üzrə məhkəməyə iddia  ərizəsi ilə müraciət etməzdən əvvəl mütləq mediasiya prosesindən keçməlisiniz.

Mülki Prosessual Məcəllənin149-cu maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. İddia ərizəsinə zəruri sənədlər əlavə edilərək poçt və ya elektron məhkəmə vasitəsi ilə məhkəməyə göndərilməlidir.

1.1. İddia ərizəsi hansı məhkəməyə gönədilməlidir?

Mülki Prosessual Məcəllənin 35-ci maddəsinə əsasən iddia ərizəsi cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəməyə verilir.

Lakin alimentin alınması, atalığın müəyyən edilməsi, iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə nikahın pozulması haqqında iddialar, habelə həmin Məcəllənin 36-cı maddəsində nəzərdə tutulan digər iddialar üzrə iddia ərizəsi iddiaçının yaşadığı yer üzrə məhkəməyə də təqdim edilə bilər.

1.2. İddia ərizəsi məhkəməyə necə təqdim edilir?

Belə ki, iddia ərizəsi, ərizə, şikayət və digər sənədlər həm elektron qaydada, həm də poçt vasitəsilə məhkəməyə təqdim edilə bilər.

Ərizə, şikayət, iddia ərizəsi və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi sonra “Elektron məhkəmə” informasiya sistemi üzərindən yaratdığınız e-kabinet vasitəsilə həyata keçirilir.

2. Məhkəməyə elektron müraciət qaydaları

Məhkəməyə ərizə, şikayət, iddia ərizəsi və digər sənədlər hazırlandıqdan sonra “Elektron məhkəmə” informasiya sistemi üzərindən e-kabinet yaratmaqla qeyd olunan ərizələri elektron qaydada məhkəməyə göndərə bilərsiniz.

Elektron kabinet yaratmaq üçün Asan imza və ya Sima imzadan istifadə edə bilərsiniz. Elektron kabinetin açılması üçün e-mail ünvanı və əlaqə nömrəsinin olması zəruridir.

3. Məhkəməyə müraciət etmək hüququ

Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

Əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər.

Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

4. Məhkəməyə müraciət forması

Məhkəməyə iddia ərizəsi iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmaqla yazılı şəkildə məhkəməyə təqdim edilir.

4.1. İddia ərizəsində nələr göstərilməlidir?

1. ərizənin verildiyi məhkəmənin adı;

2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları);

3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb;

4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat;

4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat;

5. ərizəyə əlavə edilən sənədlərin siyahısı.

4.2. İddia ərizəsinə əlavə edilən sənədlər

1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla);

2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;

3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla);

4. kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd;

5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri;

6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər elektron qaydada verilir);

7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd.

5. Məhkəməyə online müraciət

Məhkəməyə iddia ərizəsi hazırlandıqdan sonra “Elektron məhkəmə” informasiya sistemi üzərindən yaratdığınız e-kabinet vasitəsilə elektron (onlayn) qaydada iddia ərizənizi məhkəməyə göndərə bilərsiniz. E-kabinet-ə daxil olmaq üçün Asan imza və ya Sima imzadan istifadə edə bilərsiniz. 

6. Məhkəməyə müraciət rüsum

Ailə və əmək mübahisələri üzrə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etməlisiniz. Mediasiya xərci 50 (əlavə 10 manat) manat təşkil edir. Aliment tələbi və əmək mübahisələri üzrə məhkəməyə dövlət rüsumunu ödəməkdən azadsınız. Ailə münasibətlərindən irəli gələn digər tələblər üzrə məhkəmə üçün dövlət rüsumu 50 manat təşkil edir. Dövlət rüsumu ödənilərkən 51 manat ödəməyiniz məsləhətdir (1 manat da komissiya haqqı üçün nəzərdə tutulur)

Digər qiymətləndirilməyən iddia tələbləri üzrə məhkəməyə ödənilən dövlət rüsumu 100 manat təşkil edir. Dövlət rüsumu ödənilərkən 101 manat ödəməyiniz məsləhətdir (1 manat da komissiya haqqı üçün nəzərdə tutulur)

Qiymətləndirilən iddia tələbi üzrə dövlət rüsumunun məbləği iddia tələbi 1000 manatadək olduqda 30 manat təşkil edir. 1000 manatdan artıq olduqda isə dövlət rüsumunun məbləği dəyişir.

7. Məhkəməyə elektron müraciət

Həm mülki işlər, həm də kommersiya mübahisələri üzrə  iddia ərizəsi hazırlandıqdan sonra “Elektron məhkəmə” informasiya sistemi üzərindən yaratdığınız e-kabinet vasitəsilə iddia ərizəsi və ona əlavə olunan sənədləri elektron (onlayn) qaydada məhkəməyə göndərə bilərsiniz. E-kabinet-ə daxil olmaq üçün Asan imza və ya Sima imzadan istifadə edə bilərsiniz.

8. Məhkəməyə müraciət rüsumu

Ailə və əmək mübahisələri üzrə məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən əvvəl mediasiya prosesində mütləq iştirak etməlisiniz. Mediasiya prosesi zamanı mediasiya xərci 50 (əlavə 10 manat) manat təşkil edir. Aliment tələbi və əmək mübahisələri üzrə məhkəməyə dövlət rüsumunu ödəməkdən azadsınız. Ailə münasibətlərindən irəli gələn digər tələblər üzrə məhkəmə üçün dövlət rüsumu 50 manat təşkil edir. Dövlət rüsumunu ödəyərkən 51 manat ödəməyiniz məsləhətdir (çünki 1 manat da komissiya haqqı üçün nəzərdə tutulur)

Müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün dövlət rüsumunun məbləği 10 manat təşkil edir. Dövlət rüsumunu ödəyərkən 11 manat ödəməyiniz məsləhətdir (çünki 1 manat komissiya haqqı üçün nəzərdə tutulur.

Digər qiymətləndirilməyən iddia tələbləri üzrə məhkəməyə ödənilən dövlət rüsumunun məbləği 100 manat təşkil edir. Dövlət rüsumunu ödəyərkən 101 manat ödəməyiniz məsləhətdir (1 manat da komissiya haqqı üçün nəzərdə tutulur)

Qiymətləndirilən iddia tələbi üzrə dövlət rüsumunun məbləği iddia tələbi 1000 manatadək olduqda 30 manat təşkil edir. 1000 manatdan çox olduqda isə dövlət rüsumunun məbləği dəyişir.

İddia ərizəsi  məhkəməyə gönədrilərkən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd də iddia ərizəsinə əlavə edilməlidir. Əgər müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini geri qaytarır.

9. Məhkəməyə müraciət ərizəsi

Belə ki, məhkəməyə müraciət etmək üçün iddia ərizəsi hazırlanmalı, iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalı, dövlət rüsumu ödənilməli, iddiaçının öz tələbini əsaslandırdığı hallara dair sənədləri (sübutları) əlavə etməli, cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəməyə göndərilməlidir. İddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

10. Məhkəməyə şikayət ərizəsi

Məhkəməyə şikayət ərizəsi yazılı şəkildə göndərilməlidir. Şikayət hazırlandıqdan sonra “Elektron məhkəmə” informasiya sistemi üzərindən e-kabinet yaratmaqla elektron qaydada məhkəməyə göndərə bilərsiniz. Elektron kabinet yaratmaq üçün Asan imza və ya Sima imzadan istifadə edə bilərsiniz. Elektron kabinetin açılması üçün e-mail ünvanı və əlaqə nömrəsinin olması lazımdır.

Bundan başqa poçt vasitəsilə ilə də şikayət ərizəsini məhkəməyə göndərə bilərsiniz. Bütün növ şikayət ərizələrinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

11. Məhkəməyə ərizə forması

Məhkəməyə ərizə, iddia ərizəsi, şikayət və digər sənədlər yazılı şəkildə verilir. Həm poçt vasitəsilə, həm də “Elektron məhkəmə” informasiya sistemi üzərindən e-kabinet yaratmaqla qeyd olunan ərizələri elektron qayda da məhkəməyə göndərmək olar. Apellyasiya şikayəti, kasssasiya şikayəti, əlavə kassasiya şikayəti yalnız elektron qaydada məhkəməyə göndərilir.

Bütün növ ərizə, iddia ərizəsi və ya şikayətlərin hazırlanması üçün bizə müraciət edə və ya erizem.az saytına daxil olmaqla ərizələrinizi özünüz hazırlaya bilərsiniz.

12. Məhkəmə rüsumunun ödənilməsi

Məhkəmə rüsumu qiymətləndirilən və qiymətləndirilməyən iddia tələbi üzrə ödənilir. Belə ki, ailə mübahisələri üzrə mediasiyada iştirak tələb olunur. Mediasiya xərci 60 manat təşkil edir. Məhkəmə üçün dövlət rüsumu da 50 manat təşkil edir.

Yalnız aliment tələbi ilə məhkəməyə müraciət etdikdə dövlət rüsumu ödəməkdən azadsınız. Əmək mübahisələri üzrə də iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar.

Digər qiymətləndirilməyən iddia tələbi üzrə dövlət rüsumunun məbləği 100 manat təşkil edir. Qiymətləndirilən iddia tələbi üzrə minimum dövlət rüsumu 30 manat təşkil edir.

13. Məhkəmə rüsum kalkulyatoru

Qiymətləndirilən iddia tələbi üzrə dövlət rüsumun məbləği iddia tələbi 1000 manatadək olduqda 30 manat təşkil edir. İddia tələbi 1000 manatdan çox olduqda isə dövlət rüsumunun məbləği dəyişir. Dövlət rüsumunun kalkulyatoru vasitəsilə dövlət rüsumu məbləğini özünüz hesablaya bilərsiniz.

14. Nikahın pozulması iddia ərizəsi

Nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesindən  iştirak tələb olunur. Mediasiya prosesində barışıq olmadıqda iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz. Mediasiya xərci 50 (əlavə 10 manat) manat təşkil edir. Məhkəmə rüsumu da 50 manat təşkil edir.

Nikahın pozulması tələbinə dair iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə və ya erizem.az saytına daxil olmaqla iddia ərizənizi özünüz hazırlaya bilərsiniz.  

15. Aliment iddia ərizəsi

Aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində  iştirak tələb olunur. Mediasiya prosesində alimentlə bağlı razılıq olmadıqda iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz.

Mediasiya xərci 50 (əlavə 10 manat) manat təşkil edir. Aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman dövlət rüsumunu ödəməkdən azadsınız. Həmin iddia ərizəsi ya iddiaçının yaşayış yeri üzrə məhkəməyə, ya da cavabdehin yaşayış yeri üzrə məhkəməyə verilə bilər.

Aliment tələbinə dair iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə və ya erizem.az saytına daxil olmaqla iddia ərizənizi özünüz hazırlaya bilərsiniz. 

16. Pul tələbinə dair iddia ərizəsi

Pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət üçün iddia ərizəsi hazırlanmalıdır. İddia ərizəsi həm poçt vasitəsilə, həm də elektron qaydada məhkəməyə göndərilə bilər. Pul tələbinə dair iddialar qiymətləndirilən iddialardır.

Qiymətləndirilən iddia tələbi üzrə iddianın qiyməti 1000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat təşkil edir. İddianın qiyməti 1000 manatdan yuxarı olduqda dövlət rüsumunun məbləği də artır.  Pul tələbinə dair iddia qaldırmaq üçün iddia ərizəsi, dövlət rüsumu və digər sübutları məhkəməyə təqdim etməlisiniz.

Pul tələbinə dair iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə və ya erizem.az saytına daxil olmaqla iddia ərizənizi özünüz hazırlaya bilərsiniz. 

17. Mülki iddia ərizəsi

Mülki iddia cinayət törədilməsi zamanı zərərçəkmiş tərəfə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı verilir. Cinayət-Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər.

Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir.

Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər.

İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Mülki iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

18. Dəymiş ziyanın ödənilməsi iddia ərizəsi

Dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və dəymiş ziyanı sübut edən sənədləri həm elektron qaydada, həm də poçt vasitəsilə məhkəməyə göndərə bilərsiniz. Dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

19. Qarşılıqlı iddia ərizəsi nümunə

Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia ilk iddia hansı məhkəməyə verilibsə, həmin məhkəməyə verilməlidir. 

Qarşılıqlı iddia iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində verilməlidir.

Həmin müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qarşılıqlı iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz. 

20. Kommersiya məhkəməsi hansı işlərə baxır?

Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

Kommersiya məhkəmələri bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlərə, itirilmiş sənədlər üzrə hüquqların bərpa edilməsi işlərinə, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

Mülki və kommersiya mübahisələrinə birinci instansiya məhkəmələrində hakim tərəfindən təkbaşına baxılır.

Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

21. İnzibati məhkəməyə müraciət

İnzibati münasibətlərdən irəli gələn mübahisələrə inzibati məhkəmələrdə baxılır. Azərbaycanda aşağıdakı inzibati məhkəmələr fəaliyyət göstərir:

  1. Bakı İnzibati məhkəməsi;
  2. Gəncə İnzibati Məhkəməsi
  3. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi
  4. Şəki İnzibati Məhkəməsi
  5. Şirvan İnzibati Məhkəməsi
  6. Sumqayıt İnzibati Məhkəməsi

İnzibati münasibətlərdən irəli gələn işlər üzrə iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət edilir.

İnzibati məhkəməyə ərizə, iddia ərizəsi və ya şikayət hazırlandıqdan sonra “Elektron məhkəmə” informasiya sistemi üzərindən e-kabinet yaratmaqla elektron qaydada məhkəməyə göndərə bilərsiniz. Elektron kabinet yaratmaq üçün Asan imza və ya Sima imzadan istifadə edə bilərsiniz.

Bundan başqa poçt vasitəsilə ilə ərizə, iddia ərizəsi və şikayətinizi məhkəməyə göndərə bilərsiniz, elektron qaydada göndərmək məcburi deyil. İnzibati məhkəməyə bütün növ ərizə, şikayət və iddia ərizələrinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

22. İnzibati məhkəməyə iddia ərizəsi

İnzibati işlər üzrə iddia ərizəsi inzibati məhkəməyə göndərilir. İddia ərizəsini həm elektron qaydada, həm də poçt vasitəsilə məhkəməyə göndərə bilərsiniz. İddia ərizəsi inzibati məhkəməyə göndərilərkən dövlət rüsumunun ödənilməsi tələb olunmur. Belə ki, iddiaçılar inzibati işlər üzrə dövlət rüsumunu ödəməkdən azaddırlar.

İnzibati məhkəməyə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə və ya erizem.az saytına daxil olmaqla iddia ərizənizi özünüz hazırlaya bilərsiniz.  

23. İddia ərizəsi dövlət rüsum

Ailə mübahisələri üzrə mediasiyada iştirak etməyiniz tələb olunur. Mediasiya xərci 60 manat təşkil edir. Məhkəmə üçün dövlət rüsumu da 50 manat təşkil edir. Aliment tələbinə dair iddia qaldırsanız, dövlət rüsumunu ödəməkdən azadsınız. Əmək mübahisələri üzrə də dövlət rüsumunu ödəməkdən azadsınız.

Pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəksinizsə, iddia tələbi 1000 manatdək olarsa, 30 manat dövlət rüsumu ödəyəcəksiniz. İddia tələbi 1000 manatdan yuxarı olduqda dövlət rüsumunun məbləği də 30 manatdan yuxarı olacaq.

Bütün növ iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə və ya erizem.az saytına daxil olmaqla ərizələrinizi özünüz hazırlaya bilərsiniz.

24. Apellyasiya şikayəti necə verilir?

Mülki və kommersiya mübahisələri üzrə apellyasiya şikayəti yazılı qaydada yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərilir. Bunun üçün Asan imza və ya sima imzadan istifadə etməklə elektron kabinetinizi yarada bilərsiniz.

Yalnız bundan sonra apellyasiya şikayəti və ona əlavə edilmiş sənədləri sistemə yerləşdirərək məhkəməyə göndərmək lazımdır. Cinayət işləri üzrə apellyasiya şikayətinin elektron qaydada göndərilməsi məcburi deyil.

Poçt vasitəsilə və ya şəxsən özünüz apellyasiya şikayətini məhkəməyə təqdim edə bilərsiniz. Apellyasiya şikayətinin hazırlanması üçün bizə müraciət edə və ya erizem.az saytına daxil olmaqla ərizələrinizi özünüz hazırlaya bilərsiniz.

25. Cinayət işi üzrə kassasiya şikayəti

Mülki məhkəmə icraatı qaydasında apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər:

  1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;
  2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində.

Cinayət məhkəmə icraatı qaydasında kassasiya şikayəti onu vermək hüququna malik olan şəxslər tərəfindən aşağıdakı müddətlərdə verilir:

Apellyasiya instansiyası məhkəməsinin qərarlarından onların çıxarıldığı, həmin şəxsə verildiyi gündən 1 ay müddətində;

Bəraət hökmündən və ya cinayət işi məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında məhkəmə qərarından – onların çıxarıldığı gündən 3 ay müddətində;

Daha ağır cinayət haqqında qanunun tətbiq edilməsinin zəruriliyi, təyin edilmiş cəzanın həddən artıq yüngüllüyü və ya məhkumun vəziyyətini pisləşdirən digər əsaslar üzrə ittiham hökmündən, habelə tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı gündən 6 ay müddətində;

• Məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı, həmin şəxsə verildiyi gündən 12 ay müddətində.

Kassasiya şikayəti və ya kassasiya protesti yazılı şəkildə verilməlidir.

Kassasiya şikayətinin hazırlanması üçün bizə müraciət edə və ya erizem.az saytına daxil olmaqla ərizələrinizi özünüz hazırlaya bilərsiniz.

26. Ali məhkəməyə məktub yazmaq

Azərbaycan Respublikası Ali Məhkəməsinin rəsmi internet saytı üzərindən (supremecourt.gov.az)  hər bir istifadəçinin məktub göndərmək, onu maraqlandıran məsələlər barədə fikir və arzularını bildirmək, təklif, ərizə və ya şikayətlə müraciət etmək imkanı vardır.

27. Ali məhkəməyə müraciət

Ali Məhkəməyə kassasiya şikayəti verməklə müraciət edə bilərsiniz. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin aktlarından verilir.

Kassasiya şikayəti mübahisələndirilən aktı qəbul etmiş müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilməlidir.

“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə kassasiya şikayətinin təqdim edilməsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki, kommersiya mübahisələri üzrə kassasiya şikayəti mütləq elektron qaydada verilməlidir. İnzibati və cinayət işləri üzrə kassasiya şikayətini həm elektron, həm də poçt vasitəsilə məhkəməyə göndərmək olar.

Şikayət vəkil tərəfindən tərtib edilməli, həmçinin vəkil tərəfindən imzalanmalı və vəkilin orderi şikayətə əlavə edilməlidir.

Kassasiya şikayətinin vəkilin elektron kabineti vasitəsilə göndərilməsi ilə yanaşı, kassatorun elektron kabineti varsa, kassasiya şikayətini onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə imzalayıb göndərməlidir. Kassasiya şikayəti onun formasına dair tələblərə uyğun tərtib edilməlidir.

Ali Məhkəməyə kassasiya şikayətinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

28. Məhkəməyə ərizə nümunələri

Məhkəməyə bütün növ ərizə, iddia ərizəsi, şikayət və digər sənədlərin hazırlanması üçün bizə müraciət edə və ya birbaşa whatsapp vasitəsilə bizə yazaraq əlaqə saxlaya bilərsiniz. Həmçinin erizem.az saytına daxil olmaqla ərizə, iddia ərizəsi, şikayətlərinizi özünüz də hazırlaya bilərsiniz.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button