Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Ailə hüququ

2026-cı il üzrə alimentin minimum məbləği artırılır

1. Aliment pulu 2026

2026-ci ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 246 manatdan 260 manata qaldırılıcaqdır. Alimentin artırılması üçün məhkəməyə müraciət edilməlidir. Mediasiyaya müraciət etməyə ehtiyac yoxdur. Eləcə də, heç bir dövlət rüsumu ödənilmir.

Məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilən birgə iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsində yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilib. Bu, həm də boşanma zamanı alimentin minimum məbləği deməkdir.

2. 2026-cı il üzrə alimentin minimum miqdarı

Qeyd edək ki, alimentin minimum məbləği 2023-cü ildə 220 manat, 2024-cü ildə alimentin minimum məbləği 235 manat olub. 2025-ci ildə alimentin minumum məbləği 246 manat təyin edilmişdir. 2026-cı ildə alimentin minimum məbləği 260 manat olacaqdır.

3. Alimentin artırılması üçün müraciət

Alimentin artırılması üçün mediasiyaya müraciət etməyə ehtiyac yoxdur. Sadəcə alimentin artırılması tələbi ilə bağlı ərizə ilə məhkəməyə müraciət olunmalıdır. Alimentin artırılmasına görə məhkəmə rüsumu yoxdur. 

Aliment məbləğinin artırılması üçün bizə müraciət edə bilərsiniz. Və ya Erizem.az hüquq portalından ərizənizi özünüz hazırlaya bilərsiniz

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

22 Şərhlər

      1. Salam men dövlet işde işdiyirem mayış akladnan 707di əla almagım her şeyi vurub usde gelirlar ve 878 əla alıram ve yoldşımla resmi ayrılma mışıq ve menden ailmet pulu ala biler uçaqın biri 6 yaşa keçir obirsde 4 yaça keçir ve menden neqeder ailmet tuta bilerler menim dolanışmı nezere alaraq

  1. Salam Hərkəsə bir dostuma haqqsızdəq edib hakim qanundan kənar dostum 825 azn maaş alır 2 ci dəfə ailə həyatı qurub 2 az yaşlı övladı övladı var 1 ci sinif sagirləridir, məhkəmə 2 uşağı nəzərə almadan 1 ci ailəsində olan uşağların 2 sinə 560 azn pul kəsib çox çox haqqsızdıq edib hakim

  2. Salam. Menim minimum emek haqqim 400 manatdir. Mehkeme mene 1 usaga gore ne qeder aliment tertib edecek? Massin 1/4 yoxsa minimum alimet 260 manati?

  3. Salam.
    Məndən ayrılmaq istəyən həyat yoldaşım 1800 man aliment tələbi ilə məhkəməyə müraciət edib . Mən bu məbləği ödəmək məcburiyyətindəyemmi və ya mənim ata olaraq Azərbaycan respublikasının qanunları qarşısında öhdəliyim nədir.
    Nikahdan 2 övladımız var .
    Əvvəlcədən təşəkkür edirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button