
Məndən torpaq icarəsi müqaviləsində göstərilən məbləğdən əlavə pul tələb olunur. Nə edə bilərəm?
1. Torpaq icarəsi

Torpaq icarəsi – dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olan torpaq sahələrinin müqavilə əsasında, ödənişli və müəyyən müddətə icarəçinin istifadəsinə verilməsini nəzərdə tutur.
“Torpaq icarəsi haqqında” Qanunun 51-ci maddəsinə əsasən icarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir.
İcarəyəverən kimi kimlər çıxış edə bilər?
İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları (İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları), bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.
İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə əks olunur.
Müqavilədə xüsusi olaraq nəzərdə tutulmayıbsa, icarəyə verən birtərəfli qaydada icarə haqqını artıra və ya sizdən əlavə pul tələb edə bilməz.
Əgər icarəyəverən icarəçidən və ya onun vərəsələrindən əsassız olaraq əlavə pul tələb edərsə, hüquqi yardım göstərilməsi üçün bizə müraciət edə və peşəkar vəkil xidmətlərimizdən yararlana bilərsiniz.
Subicarə:
Mülkiyyətçi olan icarəyə verənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər.
Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir.
Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər.
İcarə hüququnun vərəsələrə keçməsi
İcarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir.
Torpaq sahələrinin icarəyə verilməsi zamanı yaranan mübahisələr üzrə hüquqi yardım göstərilməsi, hüquqi məsləhət verilməsi, habelə vəkil xidmətinin göstərilməsi üçün bizə müraciət edə bilərsiniz.
2. Torpaq icarəsi müqaviləsi
İcarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir.
Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır.
İcarə müqaviləsində aşağıdakılar öz əksini tapmalıdır:
- icarəyəverən və icarəçinin adları, hüquqi ünvanları, digər rekvizitləri, onların hüquq və vəzifələri;
- torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar;
- icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və ödənilmə qaydaları;
- torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri;
- müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası;
- müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflərin məsuliyyəti və mübahisəli məsələlərin həlli qaydası.
Torpaq icarəsi müqaviləsində torpağın subicarəyə verilməsi, satın alınması, torpaq və mülki qanunvericiliklə müəyyən edilmiş digər şərtlər də nəzərdə tutula bilər.
İcarə hüququnun dövlət qeydiyyatına alınması
Torpaq sahəsi üzərində müddəti 11 aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.
İcarənin müddəti
Torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar.
İcarə haqqı
Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir.
İcarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir.
İcarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır.
Xüsusi mülkiyyətdə olan torpaqların icarə haqqı tərəflərin razılığı ilə müəyyən olunur.
Torpaq icarə müqaviləsi üzrə əgər sizdən əlavə olaraq əsassız şəkildə icarə haqqı tələb edirlərsə, hüquqi yardım göstərilməsi üçün bizə müraciət edə və peşəkar vəkil xidmətlərimizdən yararlana bilərsiniz.
Dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi və hərraca çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Həmin sənədlərdə torpağın normativ qiyməti, torpaq vergisi, habelə tələb və təklif nəzərə alınmalıdır.
İcarə haqqı tərəflərin razılığı ilə pul, natura və ya qarışıq formalarda müəyyən edilə bilər.
Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.
Torpağı icarəyə verən hüquqi şəxsin yenidən təşkil edilməsi, habelə torpaq mülkiyyətçisinin hüququnun başqa şəxsə keçməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun vaxtından əvvəl ləğv edilməsi üçün əsas ola bilməz.
11 dekabr 1998-ci ildən icarəyə götürülmüş dövlət və bələdiyyə torpaqları özəlləşdirilərkən icarəyəverənin hüquqları yeni mülkiyyətçiyə keçir.
İcarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada, onun hüquqi varislərinə keçir.
Torpaq icarəsi müqaviləsindən irəli gələn məsələlər üzrə hüquqi məsləhət verilməsi, müqavilələrin tərtib edilməsi, ərizə, iddia ərizələrinin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
3. Torpaq icarə müqaviləsi forması
Torpaq sahələrinin icarəyə verilməsi zamanı icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir.
Müqavilənin forması: Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır.
Müqavilə yazılı şəkildə bağlanmalı və notarial qaydada təsdiq olunmalıdır.
İcarə müddəti 11 aydan çox olduqda, müqavilə Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatından keçməlidir.
Müddəti 11 ayadək olan müqavilələr dövlət qeydiyyatı tələb etmir.
4. Torpaq icarəsi haqqında qanun
Həmin Qanun 11 dekabr 1998-ci ildə qəbul edilmişdir və Azərbaycan Respublikasında dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsinin və icarə münasibətlərinin hüquqi əsaslarını müəyyən edir.
Torpaq icarəsi ilə bağlı mübahisələrin həlli, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
5. Dövlət torpaqlarının icarəyə verilməsi qaydaları
“Torpaq icarəsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər:
dağ-mədən sənayesinin, ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının, magistral boru kəmərlərinin, sənaye, nəqliyyat, rabitə, energetika, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar;
meşə fondu torpaqları;
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin dibi də daxil olmaqla su fondu torpaqları;
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələri;
yay və qış otlaqlarının torpaqları;
dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq, toxumçuluq və damazlıq müəssisələrinin torpaqları;
sağlamlaşdırma və istirahət təyinatlı torpaqlar;
dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələndirilmiş torpaqlar.
Dövlət mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
Torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
Belə ki, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələri istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının (ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının yerləşdiyi dövlət mülkiyyətində olan torpaqlara münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər hallarda Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır.
6. Bələdiyyə torpaqlarının icarəyə verilməsi qaydaları

Bələdiyyə mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər:
ehtiyat fondu torpaqları;
fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar.
Ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.
Bələdiyyə mülkiyyətində olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini mülkiyyətçilər sərbəst həyata keçirirlər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi təşkil edir.
Torpaq müsabiqəsində və ya hərracında qalib gəlmiş hüquqi və ya fiziki şəxs icarəyəverənlə icarə müqaviləsi bağlayır. İcarə müqaviləsi torpaq müsabiqəsinin və ya hərracının şərtləri əsasında tərtib olunur.
7. Bələdiyyə torpaqlarının icarəyə verilməsi haqqında qanun
Bələdiyyə torpaqlarının icarəyə verilməsi qaydaları “Torpaq icarəsi haqqında” Qanun, Torpaq Məcəlləsi, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə ilə tənzimlənir.
8. Bələdiyyə torpaqlarının icarə qiyməti
“Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin dördüncü bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
İcarəyə verilən bələdiyyə torpaqlarının ölçüsü müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin əsas məşğuliyyəti, torpaq ehtiyatının miqdarı nəzərə alınmaqla müvafiq bələdiyyə tərəfindən müəyyənləşdirilir.
Bələdiyyə torpaqları yalnız müsabiqə və ya hərrac vasitəsilə satılır. Hərraca çıxarılan torpaqların ilkin satış qiyməti yerləşdiyi ərazidən, təyinatından və bazar qiymətlərindən asılı olaraq dəyişir.
“Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 23 dekabr 2000-ci il tarixli Qərarına əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarında müəyyən edilmişdir.
9. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsi
Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsi torpaq icarəsi müqavilə əsasında həyata keçirilir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər icarə münasibətlərində yalnız icarəçilər və subicarəçilər kimi iştirak edə bilərlər.
Belə ki, Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə icarəyə verilmiş torpaqlar onların xüsusi mülkiyyətinə verilə bilməz, icarəsinə verilə bilər.
orpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarından məhkəmə qaydasında şikayət vermək olar.
Məhkəməyə ərizələrin, iddia ərizələrinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
Məhkəmə işə baxarkən torpaq sahəsinin verilməsindən imtina edilməsinin qanuni və ya qanunsuz olduğu barədə qərar qəbul edə bilər. Axırıncı halda məhkəmənin qərarı torpaq sahəsi üzərində hüquqların rəsmiləşdirilməsi üçün əsasdır və qanunvericiliklə müəyyən edilmiş qaydada yerinə yetirilməlidir.
10. Torpaq icarə haqqı

İcarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bağlanılan müqavilədə təsbit olunur.
Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi pul vəsaitidir.
İcarəyəverən torpaq vergisi tədiyəçisidirsə, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir.
İcarəyəverən torpaq vergisi tədiyəçisi deyildirsə, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır.
Xüsusi mülkiyyətdə olan torpaqların icarə haqqı tərəflərin razılığı ilə müəyyən olunur.
Dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi və hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti (qiyməti)onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir.
Həmin sənədlərdə torpağın normativ qiyməti, torpaq vergisi, habelə tələb və təklif nəzərə alınmalıdır.
Kənd təsərrüfatı təyinatlı torpaqlara təklif tələbi üstələdiyi hallarda dövlət mülkiyyətində olan torpaq üçün icarə haqqı, hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə torpağın icarə haqqının ilkin qiyməti (qiyməti) güzəştli müəyyən edilə bilər.
11. Əkin üçün torpaq icarəsi
Azərbaycanda əkin və kənd təsərrüfatı məqsədilə torpaq sahələrini dövlətdən, bələdiyyədən və ya xüsusi mülkiyyətçilərdən icarəyə götürmək mümkündür.
İcarəçinin icarəyə götürdüyü torpaqdan istifadə nəticəsində əldə etdiyi məhsul, əmlak və gəlir icarəçinin mülkiyyətidir.
Torpaq sahəsi icarəyə verilərkən bağlanılan icarə müqaviləsi üzrə sizdən əsassız olaraq icarə haqqı ödənilməsi tələb olunursa, hüquqi yardım göstərilməsi üçün bizə müraciət edə bilərsiniz.
Torpaq sahələrinin icarə müddəti tərəflərin razılığı ilə müəyyən edilir. İcarə müddəti 11 aydan çox olduqda, müqavilə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmalıdır.
Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi adətən açıq hərraclar və ya müsabiqələr vasitəsilə həyata keçirilir.
İcarə qiyməti torpağın yerləşdiyi rayondan, sahəsindən, su və kommunal təminatından (qaz, işıq, su, quyu) asılı olaraq dəyişir.
12. 99 illik torpaq icarəsi
Torpaq Məcəlləsinin 50-ci maddəsinə əsasən torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur.
Qısamüddətli müvəqqəti istifadə – 15 ilədək müəyyən oluna bilər.
Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün – 15 ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə – on beş ildən 49 ilədək müəyyən oluna bilər.
13. Torpaq icarə qiymətləri
Azərbaycanda və xüsusilə Bakı ətrafında torpaq icarə qiymətləri torpağın təyinatından, yerləşdiyi ərazidən və sahəsindən asılı olaraq dəyişir.
Təyinatına görə təxmini orta icarə qiymətləri (aylıq):
- Kənd təsərrüfatı təyinatlı torpaqlar: 300 – 600 AZN / ay (mövsümdən asılı olaraq 10-15% endirim ola bilər)
- Sənaye təyinatlı torpaqlar: 1 000 – 2 500 AZN / ay
- Tikinti və ya yaşayış təyinatlı torpaqlar: 2 500 – 5 000 AZN / ay [1]
Bakı və ətraf ərazilərdə təxmini qiymətlər:
- Nərimanov rayonu (Heydər Əliyev prospekti və ətrafı): ~5 sot – 1 000 AZN / ay
- Xətai rayonu (Babək prospekti, açıq anbar): ~10 sot – 1 500 AZN / ay
- Sabunçu rayonu (Zabrat qəsəbəsi, yol qırağı): ~20–30 sot – 3 500 AZN / ay
- Masazır (Duz gölü yaxınlığı): ~20 sot – 600 AZN / ay
- Digər ərazilər (Mərdəkan, Qala, Məmmədli və rayonlar): Sahəsinə və şəraitinə görə aylıq 500 AZN-dən 6 000 AZN-ə və ya daha yüksək məbləğlərə qədər dəyişir.
Dövlət və bələdiyyə torpaqlarının icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarında müəyyən edilir.
14. Torpaq icarə haqqının hesablanması
“Torpaq icarəsi haqqında” Qanunun 14-cü maddəsinə əsasən icarəyəverən torpaq vergisi tədiyəçisidirsə, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilməklə hesablanır.
İcarəyəverən torpaq vergisi tədiyəçisi olmazsa, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır.
Xüsusi mülkiyyətdə olan torpaqların icarə haqqı tərəflərin razılığı ilə müəyyən olunur.
Dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi və hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti (qiyməti) onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Həmin sənədlərdə torpağın normativ qiyməti, torpaq vergisi, habelə tələb və təklif nəzərə alınmalıdır.
Kənd təsərrüfatı təyinatlı torpaqlara təklif tələbi üstələdiyi hallarda dövlət mülkiyyətində olan torpaq üçün icarə haqqı, hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə torpağın icarə haqqının ilkin qiyməti (qiyməti) güzəştli müəyyən edilə bilər.
İcarə haqqı tərəflərin razılığı ilə pul, natura və ya qarışıq formalarda müəyyən edilə bilər.
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqları Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür.
15. Torpaq icarə müqaviləsi nümunə
Müqavilə yazılı şəkildə bağlanmalı və notarial qaydada təsdiq olunmalıdır.
İcarə müddəti 11 aydan çox olduqda, müqavilə Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatından keçməlidir.
Müddəti 11 ayadək olan müqavilələr dövlət qeydiyyatı tələb olunmur.
Torpaq icarəsi müqaviləsi üzrə yaranan mübahisələrin həlli üçün hüquqi yardım göstərilməsi, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
16. Əkin sahəsi icarə

“Torpaq icarəsi haqqında” Qanunun 10-1-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmək istəyən şəxs Kənd Təsərrüfatı Nazirliyinə “Elektron kənd təsərrüfatı” elektron sistemi vasitəsilə elektron ərizə (bundan sonra – ərizə) ilə müraciət edir.
Ərizədə torpaq sahəsindən istifadənin məqsədi və müddəti göstərilir.
Əkin üçün torpaq sahələrinin icarəsi icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi ilə rəsmiləşdirilir.
17. Dövlət torpaqlarının icarə haqqı
Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarında müəyyən edilmişdir.
Enerji mənbələri (külək və günəş) üzrə qoyuluş gücü 100 MVt və daha çox olan elektrik stansiyalarının tikintisi və istismarı ilə əlaqədar investorların icarəsinə verilən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarı həddində icarə haqqının miqdarına sıfır əmsalı tətbiq edilməklə hesablanır.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məskunlaşan əhalinin icarəsinə birillik və çoxillik əkinlərin aparılması üçün verilən dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarı həddində icarə haqqının miqdarına sıfır əmsalı tətbiq edilməklə hesablanır.
18. İcarə torpaq
“Torpaq icarəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.
Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər.
Torpaqlar icarəyə verilərkən aşağıdakı şərtlərə əməl edilir:
ərazinin təbii-coğrafi şəraitinin, torpaqdan istifadənin müddətinin və xüsusiyyətlərinin, qonşu torpaqların mülkiyyətçilərinin və istifadəçilərinin qanunla qorunan mənafelərinin nəzərə alınması;
torpaqların təyinatı üzrə istifadə edilməsi;
torpaqların istifadəsi zamanı ekoloji tarazlığın gözlənilməsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi;
torpaq sahələrinin yerquruluşu layihələri və yaşayış məntəqələrinin baş planları əsasında verilməsi;
kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin və münbitliyinin qorunması, bərpası və yaxşılaşdırılmasının təmin edilməsi.
İcaə müqaviləsinin tərəfləri icarəyəverən və icarəçidir.
İcarəyəverənin hüquqları aşağıdakılardır:
icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək;
icarəyə verilmiş torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə icarəçilərdən məlumatlar almaq;
icarə müqaviləsinin dəyişdirilməsi, vaxtından əvvəl ləğv edilməsi, dayandırılması və (bələdiyyə torpaqlarına dair müqavilə istisna olmaqla) uzadılması barədə təkliflər vermək;
icarəçinin təqsiri üzündən icarəyə verilmiş torpaqlara vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək;
icarəyə verilmiş torpaqlarda icarəyə verənin razılığı olmadan tikilmiş və quraşdırılmış binaların, qurğuların sökülməsini tələb etmək;
qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
İcarəyəverənin vəzifələri aşağıdakılardır:
icarəyə verilən torpaq sahəsini icarə müqaviləsi və torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada icarəçiyə təhvil vermək;
icarəyə verilmiş dövlət mülkiyyətində olan torpaq sahəsi özəlləşdirilərkən, bu sahənin satın alınmasını ilk növbədə icarəçiyə təklif etmək;
icarə müqaviləsinin şərtlərinə əməl etmək, müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, onun razılığı ilə icarəçinin vəsaiti hesabına aparılmış tikinti işlərinin dəyərini ödəmək;
qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.
Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər bu Qanunda və torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada torpaq icarəçisi ola bilərlər.
İcarəçinin hüquqları aşağıdakılardır:
torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək;
icarə obyekti özəlləşdirildiyi, başqasına istifadəyə və ya icarəyə verildiyi halda həmin obyektə qoyulmuş investisiyanı icarəyəverəndən tələb etmək;
icarə müqaviləsinin uzadılması üçün icarəyəverənə təklif vermək;
icarəyəverənin razılığı ilə icarəyə götürülmüş torpaq sahələrində torpaqdan təyinatı üzrə səmərəli istifadə etmək məqsədilə tikililər və avadanlıqlar quraşdırmaq;
icarəyə götürülmüş torpağın keyfiyyətinin təbii proseslər nəticəsində pisləşdiyi halda icarə haqqının azaldılmasını icarəyəverəndən tələb etmək;
dövlət mülkiyyətində olan torpaq sahəsi özəlləşdirildiyi halda həmin sahənin ilk növbədə ona təklif edilməsini icarəyəverəndən tələb etmək;
qonşu torpaq mülkiyyətçilərinin və istifadəçilərinin torpaq sahələrinə torpaq qanunvericiliyi ilə müəyyən edilmiş servitut qoyulmasını tələb etmək;
qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
İcarəçinin vəzifələri aşağıdakılardır:
icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək;
icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək;
icarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görmək;
icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq;
icarəyə götürülmüş torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq;
torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək;
icarəyə götürülmüş dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə görülən işlərə dair informasiya sisteminə məlumat təqdim etmək;
qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.
19. İcarə torpaq sahəsi
İcarəçinin icarəyə götürdüyü torpaqdan istifadə nəticəsində əldə etdiyi məhsul, əmlak və gəlir icarəçinin mülkiyyəti sayılır.
İcarəyə götürülmüş torpaq sahəsində icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş binalar və qurğular icarəçiyə məxsusdur.
Müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, icarə müqaviləsində başqa hallar nəzərdə tutulmamışdırsa, icarəyəverən həmin binaların və qurğuların dəyərini müəyyən edilmiş qaydada ödəməyə borcludur, qanunvericilikdə və müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən icarə müddəti başa çatdıqdan sonra icarəçi tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir.
İcarəyə götürülmüş torpaq sahəsində icarəyəverənin razılığı olmadan icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binaların və qurğuların müqəddəratı tərəflərin qarşılıqlı razılığı ilə, bu mümkün olmadıqda isə məhkəmə qaydasında həll edilir.
Məhkəməyə ərizə, iddia ərizələrinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
20. Arendaya torpaq sahəsi
Mülki Məcəllənin 706-cı maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər.
İcarə müqaviləsində ayrı şərtlər nəzərdə tutulmamışdırsa, icarəyə verilən torpağın yüklülüklərini və ondan tutulan vergiləri torpaq və vergi qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada torpaq mülkiyyətçisi ödəməlidir.
Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir.
İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir.
İcarəyə verilmiş torpağın dəyişməsi və ya pisləşməsi nəticəsində kompensasiya barəsində icarəyə verənin iddiaları, çəkilən xərclərin əvəzinin ödənilməsi və ya qurğunun götürülməsi barədə icarəçinin iddiaları 6 aydan sonra, müddətin keçməsinə görə qüvvədən düşür.
İcarəyə verənin kompensasiya barədə iddialarının müddəti torpağın geri qəbul edildiyi andan başlanır. İcarəçinin iddialarının müddəti icarə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır.
Qaytarma hüququ müddətin keçməsinə görə ləğv edildikdə icarəyə verən zərərin əvəzinin ödənilməsi barədə iddialarından da məhrum olur.
Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir.
Məhkəməyə torpaqla bağlı iddialar üzrə ərizə, iddia ərizələrinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
21. Hüquqi məsləhət

Torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər üzrə hüquqi məsləhət verilməsi, məhkəməyə ərizə, şikayət, iddia ərizələrinin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
Müəllif: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü – vəkil Ülkər Həmidli
İstinadlar: Mülki Məcəllə; Torpaq Məcəlləsi;
“Torpaq icarəsi haqqında” Qanun;
“Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 23 dekabr 2000-ci il tarixli Qərarı;
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın


