Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Mülki huquq

Zamin borclunun əvəzinə ödədiyi pulu necə geri ala bilər?

1. Zamin durmaq nə deməkdir?

zamin
Zamin durmaq nə deməkdir?

Zamin durmaq — başqa bir şəxsin borcuna, öhdəliyinə və ya müqavilə üzrə məsuliyyətinə təminat vermək deməkdir. Yəni siz zamin olduqda, əsas borclu şəxs öz öhdəliyini yerinə yetirməsə, qanunla müəyyən edilmiş hallarda həmin borcun ödənilməsinə görə siz də zamin olduğunuz halda məsuliyyət daşıyırsınız.

Məsələn:

  • Bir şəxs bankdan kredit götürür və siz ona zamin durursunuz.
  • Həmin şəxs krediti ödəməzsə, bank müəyyən şərtlərlə borcun ödənilməsini sizdən də tələb edə bilər.

Zaminlik adətən yazılı müqavilə ilə rəsmiləşdirilir. Zamin olmamışdan əvvəl:

  • hansı məbləğə görə məsuliyyət götürdüyünüzə,
  • faiz, cərimə və digər öhdəliklərin daxil olub-olmadığına,
  • zaminliyin müddətinə diqqət etmək vacibdir.

Zamin borclunun borcunu ödəyərsə, ödədiyi məbləğin geri qaytarılmasını borcludan tələb etmək hüququ əldə edir.

Belə ki, zamin iddia ərizəsi ilə borclunun qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət edərək ödədiyi pul məbləğini geri tələb edə bilər.

Məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhətin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

2. Zaminlik müqaviləsi

zamin
Zaminlik müqaviləsi

Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.

Sadə dillə desək, əgər borclu borcunu ödəməzsə və ya öhdəliyini yerinə yetirməzsə, kreditor həmin tələbi zaminə qarşı irəli sürə bilər.

Tərəflər

  • Kreditor – alacağı olan şəxs;
  • Borclu – öhdəliyi yerinə yetirməli olan şəxs;
  • Zamin – borclunun öhdəliyinə görə cavabdehlik daşıyan şəxs.

Misal

A bankdan 10.000 manat kredit götürür. B isə həmin kredit üzrə zamin olur.

Əgər A krediti ödəməzsə, bank borcun ödənilməsini B-dən də tələb edə bilər.

  • Zaminlik müqaviləsi adətən yazılı formada bağlanmalıdır.
  • Zaminin məsuliyyəti əsas öhdəlikdən asılıdır.
  • Əsas borc etibarsız olduqda, bir qayda olaraq zaminlik də etibarsız olur.
  • Kreditor borcun ödənilməsini həm borcludan, həm də zamindən tələb edə bilər (müqavilədə başqa hal nəzərdə tutulmayıbsa).

Əgər borclu və zamin borcun ödənilməsini gecikdirərsə, kreditor iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borcun pdənilməsini tələb edə bilər. Məhkəmə qətnaməsinə əsasən tələb olunan məbləğ həm əsas borcludan, həm də zamindən müştərək qaydada tutulur.

Əgər əsas borclu və zamin borcu tam məbləğdə ödəyə bilmirsə, borcun hissə-hissə ödənilməsinə dair ərizə ilə həmin məhkəməyə müraciət edə bilər.

Borcun hissə-hissə ödənilməsi tələbinə dair ərizələrin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

3. Krediti olan şəxs zamin dura bilərmi?

zamin
Krediti olan şəxs zamin dura bilərmi?

Bəli, krediti olan şəxs də zamin dura bilər. Azərbaycan qanunvericiliyində kredit borcunun olması şəxsin zamin olmasını qadağan etmir. Lakin praktikada bank və ya digər kreditor: şəxsin gəlirlərini, mövcud kredit öhdəliklərini, aylıq ödəniş yükünü, kredit tarixçəsini qiymətləndirir və qərar verir.

Məsələn, şəxs aylıq 1.500 manat gəlir əldə edir və artıq aylıq 1.200 manat kredit ödənişi varsa, bank onu zamin kimi qəbul etməyə bilər. Əksinə, kredit öhdəliyi olsa da, gəlirləri kifayət qədər yüksəkdirsə, zamin kimi qəbul edilə bilər.

Yəni krediti olan şəxsin zamin durmasına hüquqi maneə yoxdur, lakin onun zamin kimi qəbul edilib-edilməməsi kreditorun risk qiymətləndirməsindən asılıdır.

4. Kimlər zamin dura bilməz?

zamin
Kimlər zamin dura bilməz?

Azərbaycan qanunvericiliyində zamin ola biləcək şəxslər üçün ümumi qadağalar çox məhduddur. Əsas şərt şəxsin mülki fəaliyyət qabiliyyətinə malik olmasıdır.

Aşağıdakı şəxslər zamin dura bilməz və ya onlarla bağlanan zaminlik müqaviləsi etibarsız hesab olunur.

  • 18 yaşına çatmamış şəxslər (yetkinlik yaşına çatmayanlar);
  • Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslər;
  • Məhdud fəaliyyət qabiliyyətli şəxslər.

Praktikada isə banklar və digər kreditorlar əlavə tələblər qoyurlar və aşağıdakı şəxsləri zamin kimi qəbul etməyə bilərlər:

  • Rəsmi gəliri olmayan şəxslər;
  • Pis kredit tarixçəsi olan şəxslər;
  • Gecikmiş kredit borcları olan şəxslər;
  • Gəliri öhdəliklərini qarşılamaq üçün kifayət etməyən şəxslər;
  • Pensiya və ya digər gəlirləri çox aşağı olan şəxslər.

Yəni qanun baxımından zamin durmaq qadağan olmayan şəxs bank tərəfindən zamin kimi qəbul edilməyə bilər. Bu artıq kreditorun daxili qaydaları və risk qiymətləndirməsi ilə bağlıdır.

5. Zamin nədir?

zamin
Zamin nədir?

Zamin – başqa bir şəxsin (borclunun) öhdəliyini yerinə yetirməsinə təminat verən şəxsdir.

Əgər borclu öz borcunu və ya müqavilə üzrə öhdəliyini yerinə yetirməzsə, kreditor həmin tələbi zaminə qarşı da irəli sürə bilər.

Misal

A bankdan kredit götürür, B isə zamin olur.

  • A krediti vaxtında ödəyirsə, zamin üçün heç bir məsuliyyət yaranmır.
  • A krediti ödəməzsə, bank borcun ödənilməsini B-dən (zamindən) tələb edə bilər.

Zaminin məsuliyyəti

Zamin:

  • əsas borca,
  • faizlərə,
  • gecikdirmə cərimələrinə,
  • kreditorun çəkdiyi bəzi xərclərə görə də məsuliyyət daşıya bilər (müqavilənin şərtlərindən asılı olaraq).

Əgər zamin borcu ödəyərsə, sonradan həmin məbləğin borcludan geri alınmasını tələb etmək hüququ qazanır.

Belə ki, zamin iddia ərizəsi ilə borclunun qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət edərək ödədiyi pul məbləğini geri tələb edə bilər.

Məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhətin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

Zaminlik müqaviləsi ilə təmin edilmiş öhdəlik üzrə zaminin subsidiar məsuliyyəti nəzərdə tutulduğu halda, zaminin məsuliyyəti borclunun öldüyü gündən mirasın qəbul edildiyi günədək müddətdə dayandırılır.

Zaminlik ciddi hüquqi öhdəlik yaradır və zamin olmamışdan əvvəl müqavilənin şərtləri diqqətlə öyrənilməlidir.

6. Bankda zamin hüquqları

zamin
Bankda zamin hüquqları

Zaminin əsas hüquqları

  1. Kredit müqaviləsi ilə tanış olmaq hüququ
    Zamin imzalamazdan əvvəl kredit müqaviləsinin, ödəniş qrafikinin və digər sənədlərin məzmunu ilə tanış ola bilər.
  2. Borcun vəziyyəti barədə məlumat almaq hüququ
    Zamin olduğu öhdəliyin icra vəziyyəti, gecikmələr və borcun məbləği barədə məlumat tələb edə bilər.
  3. Borcluya qarşı etirazları irəli sürmək hüququ
    Borclunun kreditora qarşı qanuni etirazları varsa, zamin də həmin etirazlardan istifadə edə bilər.
  4. Ödənilmiş məbləğin borcludan geri alınmasını tələb etmək hüququ
    Əgər zamin banka borcu ödəyibsə, ödədiyi məbləğin borcludan qaytarılmasını tələb edə bilər.
  5. Borcu təsdiq edən sənədləri tələb etmək hüququ
    Zamin borcu ödədikdən sonra bankdan borcun ödənilməsini təsdiq edən sənədləri və tələbin ona keçdiyini sübut edən sənədləri ala bilər.
  6. Zaminliyin xitam verilməsini tələb etmək hüququ
    Qanunda nəzərdə tutulmuş hallarda (məsələn, əsas öhdəliyin başa çatması, zaminin razılığı olmadan öhdəliyin ağırlaşdırılması və s.) zaminlik qüvvədən düşə bilər.

Vacib məqam: Bank zaminin razılığı olmadan kreditin şərtlərini elə dəyişdirə bilməz ki, nəticədə zaminin məsuliyyəti artsın. Belə hallarda zamin həmin dəyişikliklərə görə məsuliyyət daşımaya bilər.

Zaminlik müqaviləsini imzalamazdan əvvəl onun müddəti, məsuliyyət həddi və bankın zaminə qarşı hansı hallarda tələb irəli sürə biləcəyi diqqətlə yoxlanılmalıdır.

Zaminin ödədiyi borcu əsas borcludan tələb etmək hüququ

Zamin borclunun borcunu ödəyərsə, ödədiyi məbləğin geri qaytarılmasını borcludan tələb etmək hüququ əldə edir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, zamin borcu ödədiyi andan etibarən kreditorun həmin borcla bağlı hüquqları ona keçir.

Məsələn:

  • Borclunun banka 10.000 manat borcu var.
  • Zamin həmin borcu banka ödəyir.
  • Bundan sonra zamin borcluya qarşı 10.000 manatın və qanunla nəzərdə tutulmuş digər ödənişlərin tutulması barədə iddia qaldıra bilər.

Məhkəməyə müraciət edərkən adətən aşağıdakı sübutlar təqdim olunur:

  • Zaminlik müqaviləsi;
  • Kredit müqaviləsi;
  • Borcun zamin tərəfindən ödənilməsini təsdiq edən bank sənədləri;
  • Borcluya göndərilmiş tələb məktubları (olduqda).

Əgər zamin borcun yalnız bir hissəsini ödəyibsə, həmin hissə üzrə də borcluya qarşı tələb irəli sürə bilər. Məhkəmə zaminin ödədiyi məbləğin həqiqətən onun tərəfindən ödənildiyini müəyyən etdikdən sonra, bir qayda olaraq həmin məbləğin borcludan tutulması barədə qətnamə qəbul edə bilər.

Zaminin borcun ödənilməsini borcludan tələb etmək üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. İddia ərizəsində göstərilən tələbin məbləğindən asılı olaraq məhkəməyə dövlət rüsumu da ödənilməlidir. Tələb 1000 manatadək olduqdan dövlət rüsumunun məbləği 30 manat təşkil edir. 1000 manatdan yuxarı olduqda dövlət rüsumunun məbləği dəyişir.

Məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

7. Zaminlik haqqında qanun

zamin
Zaminlik haqqında qanun

Zaminlik münasibətlərini tənzimləyən qanun yoxdur. Bu münasibətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-477-ci maddələri ilə tənzimlənir. Belə ki, əsas hüquqi baza Azərbaycan Respublikasının Mülki Məcəlləsidir. Mülki Məcəllədə zaminliyin anlayışı, yaranması, zaminin məsuliyyəti, hüquqları və zaminliyə xitam verilməsi ilə bağlı müddəalar nəzərdə tutulub.

  • Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır;
  • Zamin borclunun öhdəliyinin icrasına görə kreditor qarşısında məsuliyyət daşıyır;
  • Zamin borcu ödədikdən sonra həmin məbləğin borcludan geri alınmasını tələb edə bilər;
  • Müəyyən hallarda zaminlik xitam olunur (məsələn, əsas öhdəliyin başa çatması ilə).

8. Zaminliyi olanlara kredit verən banklar

zamin
Zaminliyi olanlara kredit verən banklar

Bəli, zaminliyi olan şəxslərə kredit verilməsi mümkündür, lakin bu, bankın kredit siyasətindən və şəxsin maliyyə vəziyyətindən asılıdır.

Azərbaycanda bir çox banklar (ABB, Kapital və digər) zamin olan şəxslərin kredit müraciətlərinə baxırlar. Banklar kredit müraciətlərini fərdi qaydada qiymətləndirirlər.

Ancaq nəzərə almaq lazımdır ki:

  • Zamin olduğunuz kredit sizin maliyyə yükünüz kimi qiymətləndirilə bilər;
  • Borclunun gecikmələri varsa, bu kredit alma imkanınıza mənfi təsir göstərə bilər;
  • Gəliriniz və digər öhdəlikləriniz kifayət qədərdirsə, kredit almağınız mümkündür.

9. Zaminlik yoxlamaq

zamin
Zaminlik yoxlamaq

Əgər öz adınıza hər hansı kredit üzrə zamin olub-olmadığınızı yoxlamaq istəyirsinizsə, bunu bir neçə yolla edə bilərsiniz:

  1. “Azərbaycan Kredit Bürosu” MMC vasitəsilə kredit hesabatınızı əldə edin. Kredit hesabatında həm öz kreditləriniz, həm də zamin olduğunuz öhdəliklər əks oluna bilər.
  2. Kredit götürdüyünüz və ya zamin durduğunuz ehtimal edilən banka müraciət edin və məlumat tələb edin.
  3. Elektron xidmətlər mövcuddursa, şəxsiyyət vəsiqəsi məlumatlarınızla daxil olaraq kredit tarixçənizi yoxlaya bilərsiniz.

Kredit hesabatı əldə etmək istəyirsinizsə, * Azərbaycan Kredit Bürosu⁠* vasitəsilə müraciət edə bilərsiniz.

10. Zamin durmaq

zamin
Zamin durmaq

Zamin durmaq o deməkdir ki, siz başqa bir şəxsin borc və ya digər öhdəliyini yerinə yetirəcəyinə təminat verirsiniz. Əgər həmin şəxs öhdəliyini yerinə yetirməzsə, kreditor (məsələn, bank) tələbi sizə qarşı da irəli sürə bilər.

Zamin duran şəxs nəyi bilməlidir?

  • Zamin olmaq sadəcə formal imza deyil, hüquqi məsuliyyət yaradır.
  • Borclu krediti ödəmədikdə, bank borcun ödənilməsini zamindən tələb edə bilər.
  • Zamin əsas borca, faizlərə və bəzi hallarda cərimələrə görə də məsuliyyət daşıya bilər.
  • Zamin borcu ödədikdən sonra həmin məbləği borcludan tələb etmək hüququna malikdir.

Zamin durarkən diqqət edilməli məqamlar:

  • Kredit müqaviləsinin şərtlərini diqqətlə oxuyun.
  • Borclunun ödəmə qabiliyyətini qiymətləndirin.
  • Zaminliyin müddətini və məsuliyyət həddini dəqiqləşdirin.
  • İmzaladığınız sənədlərin surətini özünüzdə saxlayın.

Qısaca, zamin durmaq başqa şəxsin öhdəliyinə görə hüquqi məsuliyyəti öz üzərinə götürmək deməkdir və buna görə də qərar verməzdən əvvəl bütün risklər nəzərə alınmalıdır.

Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir.

Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.

Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.

Zamin borcu ödədikdən sonra ödədiyi məbləğin geri qaytarılmasını borcludan tələb etmək hüququ əldə edir. Bunun üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək lazımdır.

Məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhətin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

11. Mülki Məcəllənin 477 ci maddəsi

zamin
Mülki Məcəllənin 477 ci maddəsi

Mülki Məcəllənin 477-ci maddəsində zaminlik müqaviləsi xitam verilməsi halları öz əksini tapmışdır.

Zaminlik münasibətləri ilə bağlı ərizə, iddia ərizələrinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

12. Zaminlik müqaviləsinə xitam verilməsi

zamin
Zaminlik müqaviləsinə xitam verilməsi

Mülki Məcəllənin 477-ci maddəsinə əsasən zaminlik müqaviləsinə aşağıdakı hallarda xitam verilə bilər:

1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda;

2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə;

3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə;

4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

13. Zaminlikdən imtina

zamin
Zaminlikdən imtina

Zamin müqavilə imzalanmamışdan əvvəl

Əgər siz hələ zaminlik müqaviləsini imzalamamısınızsa, istənilən vaxt zamin olmaqdan imtina edə bilərsiniz.

Müqavilə artıq imzalanıbsa

    Bir qayda olaraq, zamin birtərəfli qaydada “mən artıq zamin olmaq istəmirəm” deyərək zaminlikdən çıxa bilməz. Zaminlik əsas öhdəlik başa çatana və ya qanunda nəzərdə tutulmuş digər əsaslar yaranana qədər qüvvədə qalır.

    Mülki Məcəllənin 477-ci maddəsində zaminlik müqaviləsinə xitam verilməsinin halları göstərilmişdir.

    Əgər kredit üzrə başqa etibarlı zamin tapılarsa və ya bank razılıq verərsə, bəzi hallarda mövcud zaminin əvəz edilməsi mümkündür. Lakin bu, bankın razılığı olmadan həyata keçirilə bilməz.

    14. Zaminlik müqaviləsi nümunə

    WhatsApp Image 2026 06 26 at 22.20.44 1
    Zaminlik müqaviləsi nümunə

    Zaminlik müqaviləsində adətən aşağıdakı məlumatlar göstərilir:

    1. Tərəflər haqqında məlumatlar
      • Kreditorun adı (bank və ya digər şəxs);
      • Borclunun adı, soyadı, şəxsiyyət vəsiqəsi məlumatları;
      • Zaminin adı, soyadı, şəxsiyyət vəsiqəsi məlumatları və ünvanı.
    2. Əsas öhdəlik
      • Zaminliyin hansı borca görə verildiyi;
      • Kredit və ya digər müqavilənin nömrəsi və tarixi;
      • Borcun məbləği.
    3. Zaminin məsuliyyətinin həcmi
      • Zaminin əsas borca görə məsuliyyəti;
      • Faizlərə görə məsuliyyəti;
      • Cərimə və dəbbə puluna görə məsuliyyəti;
      • Məhkəmə və icra xərclərinə görə məsuliyyəti.
    4. Məsuliyyətin növü
      • Zaminin borclu ilə birgə (solidar) məsuliyyət daşıyıb-daşımadığı;
      • Yaxud əlavə (subsidiar) məsuliyyət daşıyıb-daşımadığı.
    5. Zaminliyin müddəti
      • Zaminliyin hansı müddət üçün verildiyi;
      • Müddət göstərilmədikdə zaminliyin qüvvədə qalma şərtləri.
    6. Kreditorun hüquqları
      • Borclu öhdəliyi yerinə yetirmədikdə Zamindən tələb etmək hüququ;
      • Borcun tam və ya qismən tələb edilməsi qaydası.
    7. Zaminin hüquqları
      • Borcu ödədikdən sonra həmin məbləğin borcludan geri tələb edilməsi hüququ;
      • Regress tələbi ilə məhkəməyə müraciət etmək hüququ.
    8. Tərəflərin imzaları
      • Kreditorun, borclunun və zaminin imzaları;
      • Müqavilənin bağlanma tarixi və yeri.

    Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı forma gözlənilmədikdə zaminlik müqaviləsi etibarsız sayılır. Zaminlik müqaviləsində əsas öhdəlik (hansı borca görə zamin durulduğu) aydın göstərilməlidir. Bu məlumatlar olmadıqda müqavilənin etibarlılığı ilə bağlı mübahisə yarana bilər.

    Məhkəməyə ərizə və ya iddia ərizələrinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

    Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

    WhatsApp-da bizə yazın

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Əlaqəli Məqalələr

    Back to top button