Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Digər

Ölkədən çıxışıma stop qoyulub, necə ləğv etdirə bilərəm?

1. Ölkədən getmək hüququnun məhdudlaşdırılması

WhatsApp Image 2026 05 23 at 19.12.44
Ölkədən getmək hüququnun məhdudlaşdırılması

“Ölkədən getmək hüququnun məhdudlaşdırılması” şəxsin Azərbaycan Respublikasını tərk etməsinin qanunla müəyyən edilmiş hallarda müvəqqəti olaraq qadağan edilməsidir. Bu məhdudiyyət yalnız qanuni əsaslar olduqda və səlahiyyətli dövlət orqanının qərarı ilə tətbiq edilə bilər.

Məhdudiyyətin götürülməsi üçün məhdudiyyəti tətbiq edən orqana və ya məhkəməyə müraciət edə bilərsiniz.

Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələlərə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır.

Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.

Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə və ya məhdudlaşdırılmanın götürülməsi barədə məhkəməyə ərizələrin, şikayətlərin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

Konstitusiyanın 28-ci maddəsinin 3-cü bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. əsasən hər kəsin sərbəst hərəkət etmək və ölkədən çıxmaq hüququ vardır. Lakin milli təhlükəsizlik, ictimai qayda, məhkəmə qərarlarının icrası və digər qanuni əsaslarla bu hüquq müəyyən müddətə məhdudlaşdırıla bilər.

Miqrasiya Məcəlləsinin 9-cu maddəsinə əsasən vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:

1.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə – azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək;

2. məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək;

3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək;

4. üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək;

4-1. hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda – məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək;

5. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək;

5-1. müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda – çağırış üzrə qərar qəbul edilənədək;

6. məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;

6-1. vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;

7. beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı – profilaktik peyvəndlər edilənədək.

Ölkədən getmək hüququ barədə məhdudlaşdırmanın götürülməsi üçün ərizələrin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması

WhatsApp Image 2026 05 23 at 19.16.26
Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması

Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilmədikdə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərar qəbul edə bilər.

Məhdudiyyətin götürülməsi üçün kifayət qədər əsaslar olduqda bu məhdudiyyəti tətbiq edən orqana və ya məhkəməyə müraciət edə bilərsiniz.

Habelə, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyaları ödənilmədikdə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərar qəbul edə bilər.

Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə və icra məmurunun təqdimatına icra məmurunun olduğu yer üzrə məhkəmədə 10 iş günü müddətində baxılır. Məhkəmə iş üzrə qərardad qəbul edir.

Borclu fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. Lakin qərardaddan şikayət vermək hüququnuz vardır.

Bu barədə məhkəməyə ərizə və şikayətlərin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

3. Ölkədən çıxışın məhdudlaşdırılması yoxlamaq

WhatsApp Image 2026 05 23 at 19.19.31
Ölkədən çıxışın məhdudlaşdırılması yoxlamaq

Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi üçün Ədliyyə Nazirliyinin saytından istifadə edə bilərsiniz. Bu zaman açılan pəncərədə tələb olunan xanalara şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və doğum tarixini yazmağınız kifayətdir. Habelə, “mobil icra” tətbiqindən də istifadə edə bilərsiniz.

Bu barədə məlumatın verilməsi üçün Dövlət Vergi Xidmətinin saytından da istifadə edə bilərsiniz. Bu zaman açılan pəncərədə göstərilən xanalara fin kod, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini daxil etməklə “yoxla” xanasını sıxırsınız.

Bu barədə məlumatın yoxlanılması üçün Dövlət Sərhəd Xidmətinə, Dövlət Vergi Xidmətinə rəsmi sorğu da göndərə bilərsiniz.

Sorğuların hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

Ölkədən getmək hüququnuzun müvəqqəti məhdudlaşdırılıb-məhdudlaşdırılmadığı barədə məlumatın əldə edilməsi üçün həmçinin, icra işinizin olduğu müvafiq icra şöbəsinə rəsmi qaydada müraciət edə bilərsiniz.

Məhdudiyyət ən çox aliment borcu, bank və kredit təşkilatlarına olan borclar, vergi borcları, digər məhkəmə qərarlarının icra edilməməsi, habelə cinayət işi ilə əlaqədar tətbiq edilən prosessual məcburiyyət tədbirləri ilə əlaqədar qoyulur.

4. Din stop yoxlamaq

WhatsApp Image 2026 05 23 at 19.24.40
Din stop yoxlamaq

Daxili İşlər Nazirliyinin E-polis tətbiqini yükləyin. DİN dövlət xidmətləri bölməsini seçin. DİN-in dövlət xidmətləri səhifəsində ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə bağlı bölmə yer alır. Həmin bölməyə daxil olaraq tələb olunan şəxsiyyət vəsiqəsi məlumatlarınızı daxil edərək ölkədən çıxışınıza stop(məhdudiyyət) qoyulub-qoyulmadığı barədə məlumat ala bilərsiniz.

5. Dsx stop yoxlamaq

WhatsApp Image 2026 05 23 at 19.44.57
Dsx stop yoxlamaq

Ölkədən çıxışın məhdudlaşdırılıb-məhdudlaşdırılmadığı barədə barədə Dövlət Sərhəd Xidmətindən məlumat almaq üçün həmin quruma sorğu göndərə bilərsiniz.

Dövlət Sərhəd Xidmətinə bu barədə sorğunun hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

6. Vergi stop yoxlamaq

WhatsApp Image 2026 05 23 at 19.46.50
Vergi stop yoxlamaq

Vergi ödəyiciləri ölkədən çıxışlarına qadağa qoyulub-qoyulmadığı barədə Dövlət Vergi Xidmətinin rəsmi internet saytları vasitəsilə məlumat əldə edə bilərlər. Belə ki, Dövlət Vergi Xidmətinin new.e-taxes.gov.az saytına daxil olaraq sağ tərəfdə yerləşən “Xidmətlər” bölməsinə daxil olub “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi” xanasını seçirsiniz, Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi və FİN kodu daxil edib, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılıb-məhdudlaşdırılmadığı barədə məlumat əldə edə bilərsiniz.

Habelə, Dövlət Vergi Xidmətinə rəsmi qaydada sorğu da göndərərək bu məlumatı əldə edə bilərsiniz.

Dövlət Vergi Xidmətinə sorğuların hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

7. Səfərbərlik stop yoxlamaq

WhatsApp Image 2026 05 23 at 19.49.36
Səfərbərlik stop yoxlamaq

Hərbi xidmət keçmə ilə əlaqədar olaraq şəxsin ölkədən çıxışına stop (məhdudiyyət) qoyula bilər. Bu barədə məlumatın əldə edilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu göndərə bilərsiniz.

Sorğuların hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

8. Asan xidmət stop yoxlamaq

WhatsApp Image 2026 05 23 at 19.51.04
Asan xidmət stop yoxlamaq

Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılıb-məhdudlaşdırılmadığı barədə məlumatın əldə edilməsi üçün Asan Xidmətə də müraciət edə bilərsiniz. Belə ki, həmin mərkəzdə müvafiq pəncərəyə yaxınlaşaraq bu barədə məlumat əldə edə bilərsiniz.

Məhdudiyyətin götürülməsi üçün kifayət qədər əsaslar olduqda bu məhdudiyyəti tətbiq edən orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.

9. Ölkədən çıxışa stop yoxlamaq

WhatsApp Image 2026 05 23 at 19.56.54
Ölkədən çıxışa stop yoxlamaq

Ölkədən çıxışa stop (məhdudiyyət) qoyulması ilə bağlı məlumatı Ədliyyə Nazirliyi, Dövlət Vergi Xidməti, DİN, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidmətinə müvafiq sorğuların göndərilməsi ilə və ya həmin qurumların saytı vasitəsilə aydınlaşdırmaq olar.

Əgər barənizdə məhkəmə qərarı və ya icra vərəqi varsa və sizin icra edilməmiş öhdəliyiniz varsa, ölkədən çıxışa məhkəmənin qərarı ilə stop (məhdudiyyət) qoyula bilər.

Borclu fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələlərə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Bu barədə icra məmuru tərəfindən məhkəməyə təqdimat təqdim edilir və həmin təqdimata 10 iş günü müddətində baxılır və əgər əsaslar olarsa, borclunun ölkədən getmək hüququ məhdudlaşdırıla bilər.

Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və ya belə məhdudiyyətin (stopun) götürülməsi ilə bağlı məhkəməyə ərizələrin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

10. Ölkədən çıxışa qadağa

WhatsApp Image 2026 05 23 at 19.59.34
Ölkədən çıxışa qadağa

Bir neçə qurum vətəndaşın ölkədən çıxışına qadağa qoya bilər. Belə ki, aliment borcu olanların, pul borcu olanların, vergi borcu olanların, cinayət məsuliyyətinə cəlb edilənlərin, axtarışda olanların və s. ölkədən getmək hüququ məhkəmə qərarı və dövlət orqanlarının qərarı ilə məhdudlaşdırıla bilər. Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Vergi Xidməti, Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Müdafiə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşın ölkədən getmək hüququnu məhdudlaşdıra bilər. Belə ki, ölkədən getmək hüququ məhkəmə qərarı və ya istintaq orqanının qərarı ilə məhdudlaşdırıla bilər.

Ölkədən çıxışın məhdudlaşdırılması barədə məhkəməyə ərizələrin, habelə ölkədən çıxışa qoyulan məhdudiyyətin (stopun) götürülməsi barədə məhkəməyə ərizələrin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

11. Ölkədən çıxışa qadağa yoxlamaq

WhatsApp Image 2026 05 23 at 20.04.30
Ölkədən çıxışa qadağa yoxlamaq

Ölkədən çıxışa qadağa Ədliyyə Nazirliyi, Dövlət Vergi XidmətininDİN-nin (e-polis tətbiqi) saytları vasitəsilə yoxlanıla bilər. Belə ki, DİN-in E-polis mobil tətbiqində “axtarışda olan borclu fiziki şəxslər və cavabdehlər” haqqında məlumatları, DVX və Ədliyyə Nazirliyin e-xidmətlər bölməsindən də “borclunun ölkədən getməsinin müvəqqəti olaraq məhdudlaşdırılması” haqqında məlumatı qısa müddətdə əldə etmək olar. Digər dövlət qurumlarından bu barədə məlumatın əldə edilməsi üçün həmin orqanlara soröu göndərilməsi tövsiyə olunur.

Sorğuların hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

12. Ölkədən çıxışın məhdudlaşdırılması

WhatsApp Image 2026 05 23 at 20.07.30
Ölkədən çıxışın məhdudlaşdırılması

Şəxsin ölkədən çıxış hüququ müəyyən hallarda məhdudlaşdırıla bilər.

  1. Belə ki, aliment borcu olduqda – Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyi icra edilmədikdə, icra məmurunun təqdimatı əsasında məhkəmə şəxsin ölkədən çıxışını müvəqqəti məhdudlaşdıra bilər. İcra məmurunun təqdimatı əsasında məhkəmə qərarı ilə ölkədən çıxış məhdudlaşdırıla bilər.
  2. Kredit və digər borclar üzrə icra sənədi icra edilmədikdə – Məhkəmə qərarı qüvvəyə mindikdən sonra borclu qərarı icra etmirsə və icraatdan yayınırsa, çıxışa məhdudiyyət tətbiq oluna bilər. Təkcə borcun olması kifayət etmir; adətən icra sənədinin olması və borclunun icradan yayınması nəzərə alınır.
  3. Cinayət işi üzrə:
    Şəxs barəsində həbs qətimkan tədbiri, polis nəzarətinə vermə, başqa yerə getməmək barədə iltizam və digər qətimkan tədbirləri seçildiyi halda;
  4. Vergi borcları olduqda – Xüsusilə sahibkarlıq fəaliyyəti ilə bağlı böyük məbləğdə vergi borcu olduqda məhkəmə qaydasında məhdudiyyət tətbiq edilə bilər.
  5. Hərbi xidmətlə bağlı hallar – Həqiqi hərbi xidmətə çağırılan şəxslərin müəyyən dövrdə ölkədən çıxışı məhdudlaşdırıla bilər.
  6. Dövlət sirri ilə işləyən şəxslər – Dövlət sirri ilə bağlı fəaliyyət göstərən bəzi şəxslər üçün qanunla müəyyən müddətdə xaricə çıxış məhdudiyyəti tətbiq oluna bilər.

Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması (ölkədən çıxışa qadağa qoyulması) məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Bu barədə icra məmurunun təqdimatlarına onların məhkəməyə daxil olduğu vaxtdan 10 iş günü müddətində baxılır.

Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmənin çıxardığı qəradadla razı olmadığınız halda məhkəməyə şikayət verə bilərsiniz.

Məhkəməyə şikayətlərin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

13. Ölkədən çıxışa stop yoxlamaq din

WhatsApp Image 2026 05 23 at 20.16.33
Ölkədən çıxışa stop yoxlamaq din

Ölkədən çıxışa məhdudiyyət (stop) qoyulub-qoyulmaması barədə məlumatın əldə edilməsi üsullarından biri də DİN-nin E-polis mobil tətbiqindən və ya DİN-nin e-xidmət.mia.gov.az saytından istifadə edilməsidir. Belə ki, həmin tətbiq üzərindən dövlət xidmətləri bölməsini seçirsiniz. Həmin bölmədə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə bağlı bölmə yer alır. Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclu və cavabdeh şəxslər barədə məlumat əldə edə bilərsiniz.

14. E polis stop yoxlamaq

WhatsApp Image 2026 05 23 at 20.10.39 1
E polis stop yoxlamaq

E-Polis” mobil tətbiqi Daxili İşlər Nazirliyi tərəfindən yaradılmış elektron xidmət platformasıdır. İstifadəçilər tətbiqə əsasən FIN kod, mobil nömrə və ya “Digital Login” vasitəsilə daxil ola bilirlər. Vətəndaşlar bu tətbiqdən qeydiyyatdan keçdikdən sonra Dövlət Xidmtləri bölməsinə daxil olub, ölkədən getmək hüququ məhdudlaşdırılmış şəxslərlə bağlı bölməyə daxil olub bu barədə məlumat əldə edə bilərlər.

15. Deport yoxlamaq

WhatsApp Image 2026 05 23 at 19.55.10
Deport yoxlamaq

Azərbaycan Respublikasından deport (ölkədən çıxarılma) və ya ölkəyə girişə qadağa olub-olmadığını aşağıdakı üsullarla yoxlamaq olar:

Dövlət Miqrasiya Xidmətinə şəxsən və ya nümayəndə vasitəsilə sorğu göndərilməsi; Dövlət Sərhəd Xidmətinə, habelə səfirliyə və ya konsulluğa rəsmi qaydada sorğu göndərilməklə bu barədə məlumat əldə etmək olar.

Deport (ölkədən çıxarılma) ilə vətəndaşın ölkədən çıxışına stop (məhdudiyyət) qoyulması fərqli anlayışlardır.

Deport barədə qərar əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu dövlətin ərazisini məcburi qaydada tərk etməsi barədə qəbul edilən rəsmi qərardır. Bu qərar miqrasiya barədə qanunvericiliyin pozulması və ya digər qanunvericilik aktlarının tələblərinə əməl edilməməsi ilə bağlı verilir. Deport şəxsin ölkədən çıxarılmasıdır. Ölkədən çıxışa stop isə şəxsin ölkıdən çıxmasına mane olur.

Deportla bağlı çıxarılan qərardan inzibati qaydada və ya məhkəməyə şikayət vermək mümkündür. Müvafiq şikayətlərin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

16. Stop yoxlamaq din

WhatsApp Image 2026 05 23 at 20.16.33 2
Stop yoxlamaq din

Ölkədən çıxışa stop (məhdudiyyət) qoyulub-qoyulmaması barədə məlumat almaq üçün istifadə olunan asan və rahat üsullardan biri də DİN-nin E-polis mobil tətbiqidir. Həmin tətbiq üzərində qeydiyyatdan keçməklə bu barədə dərhal məlumat əldə etmək mümkündür. Bununla yanaşı Daxili İşlər Nazirliyinə rəsmi qaydada sorğu göndərməklə də şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və ya məhdudlaşdırılmaması barədə məlumat əldə edə bilərsiniz.

Sorğuların hazırlanması, hüquqi məsləhət verilməsi və ya vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

17. Ölkədən çıxışa qadağa

WhatsApp Image 2026 05 23 at 20.13.13
Ölkədən çıxışa qadağa

Ölkədən çıxışa qadağa (ölkədən çıxış hüququnun müvəqqəti məhdudlaşdırılması) — şəxsin Azərbaycan Respublikasının ərazisini tərk etməsinin qanunla müəyyən müddətə məhdudlaşdırılmasıdır. Bu tədbir adətən məhkəmə qərarı, icra sənədi və ya qanunda nəzərdə tutulmuş digər əsaslar üzrə tətbiq edilir. Azərbaycan Respublikasında hər kəsin sərbəst şəkildə ölkədən çıxmaq hüququ vardır. Lakin qanunvericilik müəyyən hallarda bu hüququn məhdudlaşdırılmasına icazə verir.

Ölkədən çıxışa qadağa tətbiq edilə bilən əsas hallar:

  • Məhkəmə qərarının icra edilməməsi
    Şəxs məhkəmə qətnaməsini icra etmədikdə və icradan yayındıqda, icra məmurunun təqdimatı əsasında məhkəmə çıxış hüququnu məhdudlaşdıra bilər.
  • Aliment borcu
    Aliment ödəməkdən yayınan şəxslər barədə məhkəmə qaydasında ölkədən çıxış məhdudiyyəti tətbiq edilə bilər.
  • Kredit və digər borclar
    Bank, vergi, cərimə və digər öhdəliklərlə bağlı icra sənədi olduqda və borclu icradan yayınarsa məhdudiyyət qoyula bilər.
  • Cinayət prosesi ilə bağlı hallar
    Şəxs təqsirləndirilən və ya şübhəli şəxs olduqda, istintaqdan yayınma ehtimalı varsa çıxış hüququ məhdudlaşdırıla bilər.
  • Hərbi xidmət öhdəliyi
    Hərbi xidmətə çağırılmış şəxslərin müəyyən hallarda ölkədən çıxışı məhdudlaşdırıla bilər.
  • Dövlət sirri ilə bağlı fəaliyyət
    Dövlət sirri ilə işləyən bəzi şəxslər üçün qanunla müəyyən edilmiş müddətdə xaricə çıxış məhdudiyyəti tətbiq oluna bilər.

Qeyd edilməlidir ki:

  • Sadəcə borcun olması avtomatik “stop” demək deyil.
  • Bununla bağlı məhkəmə qərarı və ya icra sənədi olmalıdır.
  • Məhdudiyyət müvəqqəti xarakter daşıyır və əsas aradan qalxdıqda ləğv edilir.
  • Ölkədən çıxışa qoyulmuş məhdudiyyətin aradan qaldırılması barədə məhkəməyə ərizələrin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

Ölkədən çıxışa stop (məhdudiyyət) qoyulması barədə, habelə ölkədən çıxışa qoyulan stopun (məhdudiyyətin) götürülməsi barədə məhkəməyə ərizələrin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button