Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Cinayət hüququ

Şəxsi məlumatlarımın icazəsiz yayılmasına görə nə edə bilərəm?

1. Şəxsi məlumatlar nədir?

Şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat şəxsi məlumatlardır. Məsələn, bunlar şəxsi məlumat sayılır:

  • ad, soyad, ata adı
  • FIN kodu
  • şəxsiyyət vəsiqəsinin seriya nömrəsi
  • telefon nömrəsi
  • yaşayış ünvanı
  • bank kartı məlumatları
  • e-poçt ünvanı
  • şəkil və video görüntüsü
  • səs yazısı
  • barmaq izi və biometrik məlumatlar.

Bəzi məlumatlar isə xüsusi kateqoriyalı şəxsi məlumat hesab olunur. Fiziki şəxsin irqi və ya milli mənsubiyyətinə, ailə həyatına, dini etiqadına və əqidəsinə, səhhətinə və ya məhkumluğuna aid olan şəxsi məlumatlar.

Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması cinayət məsuliyyətinə səbəb olur. Bu işlər üzrə istintaq aparılması, yəni cinayət işinin araşdırılması prokurorluq orqanlarının səlahiyyətinə aiddir.

Əgər sizin də şəxsi məlumatlarınız icazəsiz olaraq yayılıbsa və ya ələ keçirilibsə, ərizə və ya şikayətlərin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

2. Şəxsi məlumatların yayılması

Şəxsi məlumatların yayılması Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Şəxsi məlumatların yayılması fərdi məlumatların media, habelə informasiya sistemləri ilə açıqlanması və ya fərdi məlumatlarla şəxslərin hər hansı digər üsulla tanış olmasına imkan yaradılmasıdır. 

Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Bu cinayətin subyekti 16 yaşına çatmış, anlaqlı olan istənilən şəxs ola bilər.

Həmin cinayətlər üzrə istintaq prokurorluq orqanları tərəfindən aparılır.

Ərizə və ya şikayətlərin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

3. Fərdi məlumatlar haqqında qanun

şəxsi məlumat

“Fərdi məlumatlar haqqında” Qanun fərdi məlumatların toplanılmasının, işlənilməsinin və mühafizəsinin qanunvericilik əsaslarını və ümumi prinsiplərini, həmin sahədə dövlət tənzimləməsinin qayda və tələblərini, fərdi məlumatların informasiya ehtiyatlarında formalaşdırılması, informasiya sistemlərinin yaradılması, informasiyanın verilməsi və ötürülməsi qaydalarını, bu prosesdə iştirak edən şəxslərin hüquqlarını, vəzifələrini və məsuliyyətinin əsaslarını müəyyən etməkdən, əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını, o cümlədən şəxsi və ailə həyatının sirrini saxlamaq hüququnu müdafiə etməkdən ibarətdir.

Qanun 11 may 2010-cu ildə qəbul edilmişdir. Qanun şəxsi məlumatların qanuni qaydada toplanmasını, həmin məlumatların təhlükəsiz saxlanmasını, üçüncü şəxslərə qanunsuz verilməsinin qarşısının alınması, vətəndaşların öz məlumatlarına nəzarət hüququnu təmin etməyə xidmət edir.

4. Cinayət məcəlləsi 156

Şəxsi həyatın toxunulmazlığını pozma, yəni şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılmasının cəzası aşağıdakı kimidir:

1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri

Eyni əməllər:

1. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

2. pilotsuz uçuş aparatlarından istifadə etməklə törədildikdə cəzası aşağıdakı kimidir:

3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə.

Cinayət Məcəlləsinin qeyd olunan maddəsinə əsasən açılmış iş üzrə həm istintaq prosesində, həm də məhkəmədə hüquqi yardım göstərilməsi (hüquqi məsləhət verilməsi, ərizələrin, şikayətlərin hazırlanması, vəkil xidməti) üçün bizə müraciət edə bilərsiniz.

5. Açıq kateqoriyalı fərdi məlumatlar

Fərdi məlumatlar toplandığı andan mühafizə olunur və bu məqsədlə daxilolma (əldə olunma) növünə görə konfidensial və açıq kateqoriyalara bölünür.

Açıq fərdi məlumatlar kateqoriyasına müəyyən olunmuş qaydada adsızlaşdırılmış, subyekt tərəfindən açıq elan olunmuş və ya ümumi istifadə üçün yaradılmış informasiya sisteminə subyektin razılığı ilə onun barəsində daxil edilmiş məlumatlar aiddir. Şəxsin adı, soyadı və atasının adı daimi açıq fərdi məlumatdır. Açıq kateqoriyalı fərdi məlumatların konfidensiallığının təmin edilməsi tələb olunmur.

Lakin bu məlumatlar sosial şəbəkələrdə (instagram, facbook, sayt və s) açıq yerləşdirilib deyə hər kəs onu istədiyi kimi istifadə edə bilməz. Bu hal fərdi məlumatların məxsus olduğu şəxsin şəxsi toxunulmazlıq hüququnun pozuntusudur və cinayət məsuliyyətinə səbəb olur.

6. Konfidensial fərdi məlumatlar

şəxsi məlumat

Şəxsi məlumatlar toplandığı andan mühafizə olunur və bu məqsədlə daxilolma (əldə olunma) növünə görə konfidensial və açıq kateqoriyalara bölünür.

Konfidensial fərdi məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun səviyyədə mülkiyyətçi, operator və bu məlumatlara giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunmalıdır. Konfidensial fərdi məlumatlar qanunla müəyyən olunmuş hallar istisna olmaqla, üçüncü şəxslərə yalnız subyektin razılığı əsasında verilə bilər. Bu şəxsi məlumatlar qanunla nəzərdə tutulan hallarda və ya subyektin razılığı ilə istifadə oluna bilər.

Əks halda şəxsi məlumatlar açıqlanması və yayılması qadağan olunan məlumatlardır. Bunlara misal: şəxsiyyət vəsiqəsinin seriyası, fin kodu, telefon nömrəsi, yaşayış ünvanı,bank hesab məlumatları, sağlamlıq, ailə həyatı barədə məlumatlar və s.

7. Fərdi məlumatlar lisenziya

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada fərdi məlumatların məcburi şəkildə toplanılması və işlənilməsi halları istisna olmaqla, hər hansı şəxs barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə yalnız subyekt tərəfindən verilmiş yazılı, o cümlədən gücləndirilmiş elektron imzalı elektron sənəd formasında razılıq və ya özünün yazılı təqdim etdiyi məlumatlar əsasında yol verilir.

Şəxsi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı (o cümlədən Elektron Hökumət İnformasiya Sistemi üzərindən) razılığı ilə yol verilir.

Subyektin razılığı olmadan şəxsi məlumatların verilməsinə yalnız aşağıdakı hallarda yol verilir:

1. açıq kateqoriyalı fərdi məlumatlar verildikdə;

2. konfidensial fərdi məlumatlar dövlət orqanları (qurumları) və ya yerli özünüidarə orqanları tərəfindən onlara həvalə edilmiş vəzifələrin icrası ilə bağlı verildikdə və bu zaman fərdi məlumatların informasiya sistemləri üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl edildikdə;

3. fərdi məlumatların verilməsi subyektin həyat və sağlamlığının qorunması məqsədləri üçün lazım olduqda və onun razılığını təxirə salınmadan almaq mümkün olmadıqda.

Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.

8. Fərdi məlumatların qorunması

“Fərdi məlumatlar haqqında” Qanuna əsasən fərdi məlumatların mülkiyyətçisi qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi məlumatların informasiya sistemi və ya ehtiyatı üzərində tam sahiblik, istifadə, sərəncamvermə hüququnu həyata keçirən, fərdi məlumatların işlənilməsi məqsədini müəyyən edən dövlət və ya yerli özünüidarə orqanı, hüquqi və ya fiziki şəxsdir.

Fərdi məlumatların operatoru fərdi məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini həyata keçirən fərdi məlumatların mülkiyyətçisi və ya onun bu funksiyaları müəyyən həcmdə və şərtlərlə həvalə etdiyi dövlət və ya yerli özünüidarə orqanı, hüquqi və ya fiziki şəxsdir.

Fərdi məlumatlar toplandığı andan mühafizə olunur.

Fərdi məlumatların mühafizəsi mülkiyyətçilər və operatorlar tərəfindən təmin olunmalıdır.

Telekommunikasiya, poçt rabitəsi, ünvan və digər sahələr üzrə cəmiyyətin informasiya təminatını ödəmək məqsədi ilə ümumi istifadəli informasiya sistemlərinə subyektin yazılı (o cümlədən Elektron Hökumət İnformasiya Sistemi üzərindən) razılığı əsasında onun təqdim etdiyi məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix və yer, cinsi, vətəndaşlığı, telefon nömrəsi və elektron ünvanı, yaşadığı və olduğu yer, ixtisası və iş yeri, məşğul olduğu fəaliyyət növü, ailə vəziyyəti, şəkli və digər məlumatlar) daxil edilə bilər.

Konstitusiyanın 32-ci maddəsinə əsasən öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. 

Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.

Əgər şəxsi toxunulmazlıq hüququnuz pozulubsa, pozulmuş hüquqlarınızın bərpasına, müdafiəsinə hüquqi köməklik göstərilməsi üçün bizə müraciət edə bilərsiniz.

9. Fərdi məlumatların mühafizəsinə dair tələblər

Şəxsi məlumatların mühafizəsi mülkiyyətçilər və operatorlar tərəfindən təmin olunmalıdır.

Fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi sahəsində fəaliyyət göstərən fiziki şəxslər fəaliyyət müddətində və işdən çıxdıqdan sonra həmin məlumatların yayılmaması barədə yazılı iltizam verməlidirlər.

Telekommunikasiya, poçt rabitəsi, ünvan və digər sahələr üzrə cəmiyyətin informasiya təminatını ödəmək məqsədi ilə ümumi istifadəli informasiya sistemlərinə subyektin yazılı (o cümlədən Elektron Hökumət İnformasiya Sistemi üzərindən) razılığı əsasında onun təqdim etdiyi məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix və yer, cinsi, vətəndaşlığı, telefon nömrəsi və elektron ünvanı, yaşadığı və olduğu yer, ixtisası və iş yeri, məşğul olduğu fəaliyyət növü, ailə vəziyyəti, şəkli və digər məlumatlar) daxil edilə bilər.

Fərdi məlumatlar ümumi istifadəli informasiya sistemlərinə açıq mənbələrdən daxil edildikdə həmin informasiya sisteminin operatoru daxil edilən məlumatların tərkibini və əldə edilmə mənbəyini subyektə bildirməlidir. Bu məlumatlar subyektin, məhkəmənin və ya müvafiq icra hakimiyyəti orqanının yazılı tələbi ilə həmin informasiya sistemindən təxirə salınmadan çıxarılmalıdır.

Mülkiyyətçi və ya operator fərdi məlumatların mühafizəsinin (o cümlədən təsadüfi və icazəsiz məhv edilməsinin, itirilməsinin, qanunsuz müdaxilənin, dəyişdirilməsinin və digər halların qarşısının alınmasının) təmin edilməsinə zəmanət verən texniki-təşkilati tədbirlər görməlidir.

Fərdi məlumatların mühafizəsinə dair tələblər Nazirlər Kabineti tərəfindən müəyyən olunur.

10. İcazəsiz şəkil paylaşma

Bir şəxsin şəklini onun icazəsi olmadan paylaşmaq məsuliyyətə səbəb ola bilər. Belə ki, bu halda şəxsi həyatın toxunulmazlığı hüququ pozulmuş olur.

Lakin ictimai yerdə – küçə, park, və digər ictimai yerlərdə çəkilən görüntülərin paylaşılması şəxsin hüquqlarını pozmadığı halda məsuliyyətə səbəb olmur. Burada məsuliyyət həmin görüntünün istifadə formasından asılı olaraq müəyyən edilir.

Belə ki, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Bu hal Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Əgər sizin icazəniz olmadan sosial şəbəkələrdə və s. yerlərdə şəkliniz paylaşılmaqla şərəf və ləyaqətiniz alçaldılıbsa, habelə nüfuzunuza xələl gəlibsə, hüquqlarınızın qorunmasına hüquqi dəstək göstərilməsi üçün bizə müraciət edə bilərsiniz.

11. İcazəsiz şəkil çəkmə

Bir şəxsin razılığı olmadan onun foto və ya videosunun çəkilməsi məsuliyyət yaradır.

Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Bu hal Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Belə hal baş verərsə, şəklin silinməsini tələb edə bilərsiniz. Polisə və prokurorluq orqanlarına şikayət edə bilərsiniz. Habelə, sizə dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət edə bilərsiniz.

Ərizə və ya şikayətlərin hazırlanması, habelə maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair məhkəməyə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

12. İcazəsiz video çəkmə

İcazəsiz video çəkmə bir şəxsin razılığı olmadan görüntüsünün video formatında qeydə alınmasıdır.

Belə hal baş verərsə, şəklin silinməsini tələb edə bilərsiniz. Polisə və prokurorluq orqanlarına şikayət edə bilərsiniz. Habelə, sizə dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət edə bilərsiniz.

Ərizə və ya şikayətlərin hazırlanması, habelə maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair məhkəməyə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

13. Qanunsuz video çəkiliş

Qanunsuz video çəkiliş qanunla qorunan şəxsi həyatın toxunulmzalığı hüququnu pozaraq icazəsiz şəkildə video görüntülərin çəkilməsidir.

Sizin razılığınız olmadan video çəkmə, habelə həmin görüntünün paylaşılması cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən məsuliyyət yaradır.

Belə hal baş verərsə, şəklin silinməsini tələb edə bilərsiniz. Polisə və prokurorluq orqanlarına şikayət edə bilərsiniz. Habelə, sizə dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərsiniz.

Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.

Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir.

Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

Ərizə və ya şikayətlərin hazırlanması, habelə sizə dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair məhkəməyə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

14. Şəxsi həyatın toxunulmazlığı hüququnu pozma

Konstitusiyanın 32-ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.

Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.

Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır.

Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.

Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz.

Şəxsi həyatın toxunulmazlığı hüququnu pozma Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən cinayət məsuliyyəti yaradır və həmin cinayətlərin istintaqı prokurorluq orqanları tərəfindən aparılır.

Şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması ilə bağlı hüquqi dəstəyə ehtiyacınız varsa, bizə müraciət edə bilərsiniz.

15. Şəxsi və ailə həyatına hörmət hüququ

Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi şəxsi və ailə həyatına hörmət hüququnu özündə əks etdirir.

  1. Hər kəs şəxsi və ailə həyatına, mənzilinin və yazışma sirrinin toxunulmazlığına hörmət
    edilməsi hüququna malikdir.
  2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya
    cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər
    şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik
    cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət
    hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.

Konstitusiyanın 32-ci maddəsinə əsasən hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.

Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüququn qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırılması mümkündür.

Bu hüquq nələri qadağan edir?- İcazəsiz foto və ya video çəkiliş, şəxsi yazışmaların oxunması və ya yayılması, şəxsi məlumatların qanunsuz toplanması, ailə həyatına müdaxilə, şəxsi məlumatların razılıq alınmadan (razılıq olmadan) paylaşılması və s.

Bu hüquq pozularsa, şəklin silinməsini tələb edə bilərsiniz. Polisə və prokurorluq orqanlarına şikayət edə bilərsiniz. Habelə, sizə dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərsiniz.

Ərizə və ya şikayətlərin hazırlanması, habelə maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button