Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Ailə hüququ

Boşanma zamanı krediti kim ödəməlidir?

1. Boşanma zamanı kredit borcunu kim ödəməlidir?

Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir ər-arvadın ümumi birgə mülkiyyətini təşkil edir.

Qeyd etmək lazımdır ki, birgə nikah dövründə bankdan və ya kredit təşkilatından götürülmüş kredit avtomatik olaraq ər-arvad arasında bölünmür. Belə ki, nikah dövründə əldə edilmiş kredit tərəflər boşandıqdan sonra o halda ər-arvad arasında bərabər bölünür ki, həmin kredit kimin adına (ər və ya arvad) olmasından asılı olmayaraq ailə ehtiyacları üçün götürülmüş olsun.

Birgə nikah dövründə əldə edilmiş kreditin ər-arvad arasında bölünməsi üçün ilkin olaraq mediasiya təşkilatına ərizə ilə müraciət olunmalıdır. Tərəflər arasında razılaşma əldə olunmasa iddia ərizəsi ilə məhkəməyə müraciət etmək lazımdır.

Mediasiya təşkilatına ərizə və məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhətin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

2. Nikah dövründə ipotekada olan mənzilin kreditini kim ödəməlidir?

Belə ki, birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmiləşdirilməsindən asılı olmayaraq onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür.

Birgə nikah dövründə ipoteka kreditləri hesabına əldə edilmiş fərdi yaşayış evi, mənzil və s. ər-arvadın ümumi birgə mülkiyyətini təşkil edir. İpotekalı mənzilin krediti bank qarşısında müqavilədə borcalan kimi göstərilən şəxs tərəfindən ödənilməlidir.

Əgər mənzil nikah dövründə alınıbsa, boşanma zamanı məhkəmə həm mənzilin özünü, həm də onunla bağlı qalan kredit öhdəliyini birlikdə qiymətləndirə bilər. Yəni kimin mənzildə payı müəyyən olunursa, borcun bölünməsi məsələsinə də baxıla bilər.

Praktik olaraq iki fərqli vəziyyət olur:

  • Kredit bir nəfərin adınadır — bank ödənişi həmin şəxsdən tələb edir.
  • Hər iki tərəf borcalan və ya zamin kimi sənəddədirsə — bank ödənişi müqavilə şərtlərinə uyğun olaraq tələb edə bilər.

Mühüm məqam: boşanma baş verdikdən sonra belə, məhkəmə qərarı olmadan və ya bankın razılığı olmadan kredit müqaviləsində tərəf avtomatik dəyişmir.

İpoteka kreditinin ödənilməsi zamanı bank qarşısında kim borcalan kimi müqaviləyə imza atıbsa, bank ilk növbədə ödənişi həmin şəxsdən tələb edir. Boşanma barədə məhkəmə qərarı bankla olan kredit müqaviləsini avtomatik dəyişmir. Yəni ipoteka krediti müqaviləsində müqavilə tərəfi kimdirsə, borcu da həmin şəxs ödəyir. Əgər həmin kreditin ailə ehtiyacları üçün götürüldüyü müəyyən edilərsə, kredit bərabər bölünür.

Nikah dövründə ipoteka krediti hesabına əldə edilmiş əmlak da ər-arvadın ümumi birgə mülkiyyətini təşkil etdiyi üçün boşandıqdan sonra tərəflər arasında bölünür.

Məsələn, ər nikah vaxtı kredit götürüb və həmin pulla ailə üçün avtomobil və ya ev əşyaları alınıbsa, boşanma zamanı digər tərəf də həmin borcun bölünməsində iştirak edə bilər. Amma kredit şəxsi məqsədlər üçün xərclənibsə, bölünmür.

Həm ipoteka krediti hesabına əldə edilmiş əmlakın bölgüsü, həm də kredit ödənişlərinin bölgüsü üçün əvvəlcə mediasiya təşkilatına ərizə ilə müraciət etməlisiniz. Mediasiya prosesində razılaşma əldə edilmədikdə, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək lazımdır.

İpoteka krediti hesabına əldə edilmiş əmlakın bölgüsü, həm də kredit ödənişlərinin bölgüsü üçün ərizə və iddia ərizələrinin hazırlanması, hüquqi məsləhət verilməsi və vəkil ximdəti üçün bizə müraciət edə bilərsiniz.

Habelə Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla məhkəmə üçün iddia ərizənizi özünüz hazır edə bilərsiniz.

3. Boşanma zamanı kredit

Boşanma zamanı kredit bölgüsü ər-arvad arasında avtomatik həyata keçirilmir. Bunun üçün iddia qaldırmaqla məhkəməyə müraciət etmək lazımdır. Birgə nikah dövründə əldə edilmiş kreditin ər-arvad arasında bölünməsi üçün əvvəlcə mediasiya təşkilatına ərizə ilə müraciət olunmalıdır. Mediasiyada razılaşma əldə olunmadıqda iddia ərizəsi ilə məhkəməyə müraciət olunmalıdır.

Birgə nikah dövründə əldə edilmiş kreditin bölünməsi tələbinə dair məhkəməyə iddia ərizəsinin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

Məhkəmə kreditin bölgüsü məsələsinə adətən iki tərəfdən baxır: borc kimin adına rəsmiləşdirilib və kredit ailənin ümumi ehtiyacları üçün istifadə olunubmu?

  • Kredit yalnız bir şəxsin adınadırsa, bank ödənişi əvvəlcə həmin şəxsdən tələb edir.
  • Amma kredit nikah dövründə götürülüb və ailənin ümumi ehtiyaclarına sərf olunubsa, boşanma zamanı həmin borcun tərəflər arasında bölünməsi məsələsi müzakirə oluna bilər.
  • Kredit şəxsi məqsədlə götürülübsə, onu götürən şəxsin üzərində qalır və bölünmür.

Məsələn, nikah dövründə götürülmüş ipoteka ilə alınan mənzil varsa, məhkəmə çox vaxt mənzildə pay və qalan kredit öhdəliyi məsələlərini birlikdə qiymətləndirir, qətnamə qəbul edir.

Əgər məhkəmənin çıxardığı qətnamədən narazısınızsa, apellyasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət edə bilərsiniz.

Apellyasiya şikayətinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

4. Birgə nikah dövründə kredit

Birgə nikah dövründə götürülən kredit boşanma zamanı avtomatik olaraq bərabər bölünmür. Birgə nikah dövründə əldə edilmiş krediti ər-arvad arasında bölünməsi tələbi ilə iddia qaldırılmalıdır.

Məhkəmə də əvvəlcə kreditin hansı məqsədlə götürüldüyünü və vəsaitin ailənin ümumi ehtiyaclarına sərf edilib-edilmədiyini araşdırır. Əgər kredit ailə mənafeyi üçün istifadə olunubsa, həmin borc ümumi öhdəlik kimi qiymətləndirilə bilər. Kredit şəxsi məqsədlə götürülüb və ailə ehtiyaclarına yönəlməyibsə, borcun əsasən onu götürən şəxsin üzərində qalır və ər-arvad arasında bölünmür. Bank qarşısında isə kredit müqaviləsində borcalan kimi göstərilən şəxs öhdəlik daşıyır.

Birgə nikah dövründə əldə edilmiş kreditin ər-arvad arasında bölünməsi tələbinə dair ərizə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

5. Boşanma zamanı mülk bölgüsü

Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəməyə iddia ərizəsinin hazırlanması və hüquqi məsləhət verilməsi üçün bizə müraciət edə bilərsiniz.

Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.

Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər.

Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Ali Məhkəmə Plenumunun 12 mart 2024-cü il tarixli Qərarına əsasən bölüşdürmə aparılması üçün əvvəlcə ümumi əmlaka daxil olan bütün aktivlərin və passivlərin dəyəri müəyyən edilir (məsələn, hər biri 100.000 manat olan iki mənzil, 50.000 manat qiyməti olan torpaq sahəsi, 50.000 manatlıq avtomobil və ərin adına olan 60.000 manat bank əmanətindən ibarət aktivin ümumi dəyəri – 360.000 manat, ərin adına rəsmiləşmiş kredit borcu isə 60.000 manat), həmin dəyər paylara müvafiq bölünür (məsələn, hər birinə ½ payla 180.000 manat aktiv, 30.000 manat passiv düşür), buna uyğun olaraq ayrı-ayrı predmetlər ərin və arvadın paylarına daxil edilməklə onların ayrıca (fərdi) mülkiyyətinə verilir.

Bölüşdürmə zamanı konkret predmetlərin kimə verilməsi ilə bağlı əvvəlcə tərəflərin öz aralarında razılıq olub-olmadığı aydınlaşdırılmalı, belə razılıq olduqda, paylaşdırma onların istəyinə uyğun aparılmalı, razılıq olmadıqda isə bölgü hər birinə eyni xarakterli predmetlər, bu da mümkün olmadıqda eyni dəyərdə müxtəlif predmetlər verilməklə həyata keçirilməlidir.

Məsələn, yuxarıda göstərilən eyni dəyərdə olan mənzillərdən birinin, avtomobilin, habelə 30.000 manat əmanətin ərin, digər mənzilin, torpaq sahəsinin və 30.000 manat əmanətin isə arvadın mülkiyyətinə verilməsi, banka olan borca tərəflərin bərabər öhdəliyini tanımaqla bölgünün tamamlanması mümkündür.

Konkret predmetlər paylara daxil edilərkən tərəflərin diqqətəlayiq mənafeləri də (cinsi, yaşı, peşəsi, iş yeri, yanında qalan uşaqların mənafeyi və s.) mümkün qədər nəzərə alınmalıdır. Məsələn, ərə verilən mənzil onun iş yerinə yaxındırsa, arvad isə çalışdığı yerdən uzaqda yaşamaqla himayəsində qalan uşaqları dərsə aparıb-gətirirsə, eyni dəyərdə olan avtomobil arvada, torpaq sahəsi isə ərə verilə bilər.

Birgə nikah dövründə əldə edilmiş əmlakın (mənzil, kredit və s) bölünməsi üçün mediasiya təşkilatına ərizə, məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button