Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Mülki huquq

Qəza törətmişəm. Sığorta bütün zərəri qarşılamır. Nə edə bilərəm?

1. Qəza zamanı dəyən zərər

Qəza (yol-nəqliyyat hadisəsi) zamanı sizin əmlakınıza (avtomobilinizə və s.) və ya sağlamlığınıza zərər dəyibsə, sizə dəymiş zərərin əvəzi qarşılanmalıdır. Əgər dəymiş zərərin əvəzi sizə ödənilməzsə, zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət etmək hüququnuz var.

Avtomobilinizə başqa avtomobillə toqquşma nəticəsində zərər dəyibsə, avtomobilinizi saxlayın və qəza yerini tərk etməyin. Sığorta hadisəsinin baş verməsi barədə dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə Dövlət Yol Polisinə hər hansı vasitə ilə xəbər verin.

Sizin avtomobilinizə və ya digər əmlakınıza zərər vurularsa, sığorta şirkəti tərəfindən bu zaman – 5000 manatadək olan zərərin ödənilməsinə təminat verilir. Yəni ən çoxu 5000 manatadək olan zərərin əvəz qarşılanır. Məbləğ 5000 manatdan çox olarsa, yenə də həmin zərərin əvəzi 5000 manatla məhdudlaşır.

Əgər sizə dəymiş zərərin məbləği 5000 manatdan çoxdursa və sığorta şirkəti sadəcə 5000 manat hissəni qarşılaya bilirsə, qalan zərərin əvəzini zərər vuran şəxssdən tələb edə bilərsiniz.

Əgər sığorta şirkəti əsassız olaraq dəymiş zərəri az hesablayarsa, o zaman sizə dəymiş zərəri tam şəkildə həmin şirkətdən tələb edə bilərsiniz. Belə ki, həm sığorta şirkətinə, həm də sizə zərər vuran şəxsə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək sizə dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilərsiniz.

Qəza nəticəsində “dəymiş ziyanın ödənilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə və ya  Erizem.az veb saytı vasitəsi ilə ərizənizi şəxsi kabinetə daxil olaraq özünüz hazır edə bilərsiniz.

2. Sığorta hadisəsi nədir?

Sığorta hadisəsi (qəza) sığorta müqaviləsində əvvəlcədən nəzərdə tutulan və baş verdiyi zaman sığorta şirkətinin sığortalıya (və ya faydalanan şəxsə) sığorta ödənişi etməsinə səbəb olan hal və ya hadisədir. Başqa sözlə desək, sığorta hadisəsi sığorta pulunun ödənilməsinə əsas verən hadisədir.

Sığorta hadisəsinə aşağıdakıları aid etmək olar:

  1. Avtomobilin qəzaya düşməsi;
  2. Evin yanması və ya təbii fəlakəyt nəticəsində zərər görməsi;
  3. İşçinin istehsalat qəzası zamanı xəsarət alması;
  4. Şəxsin xəstələnməsi və ya əmək qabiliyyətini itirməsi və s.

3. Qəza zamanı nə etməli ?

Qəza (yol-nəqliyyat hadisəsi) baş verdikdə avtomobilinizi saxlayın və hadisə yerini tərk etməyin. Hadisənin nəticələrini qiymətləndirin və xəsarət alanların olub-olmadığını müəyyən edin. Hadisə nəticəsində xəsarət alan şəxslər varsa, onların həyatını xilas etmək üçün Təcili Tibbi Yardıma (103), zəruri hallarda Fövqəladə Hallar Nazirliyi (112) dərhal məlumat verin. Habelə, Dövlət Yol Polisinə və sığorta şirkətinə dərhal məlumat verin.

Sığorta şirkətinin nümayəndəsi tərəfindən aparılan dəymiş zərərin qiymətləndirilməsi sizi qane etməsə, müstəqil ekpertiza etdirə bilərsiniz. Habelə, sizə dəymiş zərərin əvəzini nə sığorta şirkətindən, nə də zərərvurandan ala bilməsəniz iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilərsiniz.

Əgər sığorta şirkəti yoxdursa, bu halda sizə dəymiş zərərin əvəzini birbaşa olaraq zərərvuran şəxsdən məhkəmə qaydasında tələb edə bilərsiniz.

Məhkəməyə iddia ərizələrinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

4. Avto qəza zamanı sığorta

Qəza baş verdikdə zərərvuran, müvafiq halda isə zərərçəkən nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətini icbari qaydada sığortalayan sığorta şirkətinə dərhal məlumat verin. Hadisə baş verdikdə icbari sığorta şəhadətnaməsində göstərilən telefon nömrəsi vasitəsilə sığorta şirkətinə dərhal məlumat verə bilərsiniz.

Sığorta şirkətinin əməkdaşı ilə razılaşdırmadan nəqliyyat vasitəsini hadisə yerindən götürməyin və hadisə yerini tərk etməyin. 

5. Avto qəza cinayət məcəlləsi

Yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması cinayət məsuliyyətinə səbəb ola bilər. Belə ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurarsa, habelə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurarsa, Cinayət Məcəlləsinin 263.1-ci və 263.1-1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

6. Avto qəza cəriməsi

Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda səbəb olduqda 2 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5000 manatdan 7000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yuxarıdakı əməlləri törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqdaona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Əgər onun əməlində inzibati xəta tərkibinin əlamətləri olarsa o, inzibati məsuliyyətə cəlb edilir. Bu zaman zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə 300 manat məbləğində cərimə tətbiq edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır.

7. Qəza yerini tərk etmək

Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Əgər siz zərərçəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmisinizsə, bu zaman həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməkdən azad olunursunuz.

Zərər çəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxs inzibati məsuliyyət də daşımır, onun barəsində 100 manat cərimə4 cərimə balı tətbiq edilmir.

Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücünün hadisə yerini tərk etməsi zamanı da o, inzibati məsuliyyət daşımır. Onun barəsində 100 manat cərimə 4 cərimə balı da tətbiq edilmir.

8. Hadisə yerindən yayınma cərimə

İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə onun barəsində 100 manat məbləğində cərimə və 4 cərimə balı tətbiq edilir.

9. Yol nəqliyyat hadisəsi

Yol-nəqliyyat hadisəsi — yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir.

Yol-nəqliyyat hadisəsi baş verdikdə sizin avtomobilinizə və ya digər əmlakınıza, habelə sağlamlığınıza zərər dəyərsə, dəymiş zərərin əvəzini sığorta şirkətindən və ya zərərvuran şəxsdən tələb edə bilərsiniz. Əgər nə sığorta şirkəti, nə də zərərvuran dəymiş zərəri qarşılamaqdan imtina edərsə, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək dəymiş zərərin əvəzini ala bilərsiniz.

Məhkəməyə iddia ərizələrinin hazırlanması və hüquqi məsləhət üçün bizə müraciət edə bilərsiniz.

10. Yol nəqliyyat hadisəsi zamanı cərimə

Yol nəqliyyat hadisəsi baş verdikdə tətbiq olunacaq cəriməni müəyyən etmək üçün istər avtomobilə, istərsə də sağlamlığa zərər dəydiyi müəyyən edilməlidir. Buna uyğun olaraq əgər sağlamlığa ağır və ya az ağır zərər vurularsa, bu cinayət məsuliyyətinə səbəb olur.

Əgər zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirildiyi müyyən edilərsə, bu inzibati məsuliyyətə səbəb olur və buna görə 300 manat cərimə tətbiq edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır.

11. Qəza zamanı cərimə

Əgər qəza zamanı sağlamlığa heç bir xəsarət yetirilməyibsə, avtomobilə ciddi ziyan dəyməyibsə, hadisəni törədən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol hərəkəti qaydalarına riayət edilməməsinə görə 40 manat məbləğində cərimə tətbiq edilir.

Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə 100 manat məbləğində cərimə və 4 cərimə balı tətbiq edilir.

12. Avtoqəza zamanı nə etməli ?

Hadisə zamanı sürücü ilkin olaraq yol polisini məlumatlandırmalıdır ki hadisə  yerinə  gələn polis təqsirkar və zərərçəkən tərəfləri müəyyənləşdirə bilsin və sonrakı mərhələlərdə maddi ziyanın ödənilməsi üçüm müvafiq sənədlər də sığorta şirkətinə vaxtında təqdim olunsun.

Qəza zamanı sığorta şirkətinə də dərhal məlumat verməyiniz lazımdır. Zərərvuran, müvafiq halda isə zərərçəkən nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətini icbari qaydada sığortalayan sığorta şirkətinə məlumat verin. Sığorta şəhadətnaməsində sığorta şirkətinin telefon nömrəsi qeyd olunur. Sığorta şirkətinin qaynar xətt nömrələrini bilmirsinizsə, 9707 SMS xidmətindən istifadə edə bilərsiniz.  

Zərərvuran nəqliyyat vasitəsinin sahibinin icbari sığortasının olub olmamasını və hansı sığorta şirkətində sığortalandığı barədə məlumatı əldə etmək üçün 9707 qısa nömrəsinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını göndərməklə əldə edə bilərsiniz. 

13. Qəza cəriməsi

Yol nəqliyyat hadisəsi baş verdikdə, əgər bu hadisənin törədilməsində siz təqsirkarsınızsa, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən barənizdə 40 manat məbləğində cərimə tətbiq edilir. Əgər hadisə baş verdikdə zərərçəkmiş şəxs varsa və onun sağlamlığına yüngün bədən xəsarəti yetirilibsə, bu zaman barənizdə 300 manat məbləğində cərimə tətbiq edilir və ya sürücülük hüququnuz 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır.

Əgər hadisə baş verdikdən sonra yol nəqliyyat hadisəsi yerindən yayınmısınızsa, bu zaman barənizdə 100 manat məbləğində cərimə və 4 cərimə balı tətbiq edilir.

Əgər hadisə yerini zərərçəkmiş şəxsə kömək göstərmək məqsədilə tərk etmisinizsə, bu zaman 100 manat cərimə və 4 cərimə balı tətbiq edilmir.

14. Avto qəza zamanı xəsarət

Baş vermiş  qəza  zamanı  xəsarət alan şəxs varsa, onların həyatını xilas etmək üçün Təcili Tibbi Yardıma (103), zəruri hallarda Fövqəladə Hallar Nazirliyi (112) dərhal məlumat verməli və mütləq xəsarət alan şəxsi və ya şəxsləri həmin  təcili tibbi yarıma çatdırlmalı, şəxsin sağlmalığına dəymiş halın qarşısnı almaq üçün müvafiq ilkin addımları atmalısınız. Xəsarət almış şəxsə kömək göstərilməsi məqsədilə hadisə yerini tərk etməyiniz inzibati və ya cinayət məsuliyyəti yaratmır.

15. İcbari sığorta

“İcbari sığortalar haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya verilməsi yolu ilə bağlanan müqavilədir. İcbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir.

Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinə əsasən əgər siz avtomobillə qəza törədib başqa şəxsə zərər vurarsınızsa, həmin zərəri sizin əvəzinizdən sığorta şirkəti ödəyir. Əgər sığorta şirkəti sizə dəymiş zərərin əvəzini ödəməkdən imtina edərsə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəymiş zərərin əvəzinin ödənilməsini sığorta şirkətindən tələb edə bilərsiniz.

Sığorta hadisəsi nəticəsində “dəymiş ziyanın ödənilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinə əsasən “İcbari sığortalar haqqında” Qanun ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.

Zərərvuran dəymiş ziyanın əvəzini ödədiyi halda sığortaçı sığorta ödənişi verməlidirmi?

Zərərçəkənə ödənilmiş məbləğ zərər məbləğindən az olduqda, sığortaçı sığorta ödənişini ödənilmiş məbləğlə zərər məbləği arasındakı fərq həcmində zərərçəkənə, ödənilmiş məbləğin əvəzini isə sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verməklə həyata keçirir.

Məsələn, hadisə nəticəsində zərərçəkənə 3000 manat zərər dəyib və ona zərərvuran şəxs və ya zərərçəkənin könüllü avtomobil sığortası (kasko) olduğu halda həmin sığortaçı tərəfindən 2000 manat ödəniş verilib. Bu zaman zərərvuran tərəfin sığortaçısı qalan 1000 manat məbləği zərərçəkənə ödəyir, eyni zamanda, ödənilmiş 2000 manatı sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya qaytarır.

16. İcbari sığorta yoxla

İcbari sığortanın olub-olmadığını yoxlamaq çox rahatdır. Bunun üçün İcbari Sığorta Bürosunun saytına daxil icbari müqavilələrin sığortalanması xanasına daxil olursunuz. Sizdən tələb olunan məlumatları sistemə əlavə edərək icbari sığortanızı yoxlaya bilərsiniz.

Habelə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin yoxlanılması üçün yuxarıda qeyd olunan sayta daxil ola bilərsiniz. Bu zaman yoxlamaq üçün avtomobilin dövlət qeydiyyat nişanı (nömrəsi) və ya müqavilə nömrəsini sistemə əlavə edə bilərsiniz. Bundan başqa avtomobil idarə edərkən yolda saxlanıldığınız vaxt yol polisi əməkdaşları da sizin icbari sığortanızın olub-olmadığını elektron sistem üzərindən dərhal yoxlaya bilərlər.

17. Avtomobil icbari sığorta

Bu sığorta ona görə mütləqdir ki, avtomobil idarə edən şəxs hər hansı bir üçüncü şəxsin əmlakına və ya sağlamlığına zərər vurulması təhlükəsi ilə qarşılaşa bilər. Bu halda hadisənin törədilməsində təqsirli bilindiyiniz halda qarşı tərəfə vurulan zərərin əvəzini ödəməli olacaqsınız.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının mövcudluğu sizi dəymiş ziyanın əvəzini ödəmək öhdəliyindən azad edir.

Üçüncü şəxsin avtomobilinə və ya digər əmlakına zərər vurularsa, bu zaman – 5000 manatadək olan zərərin ödənilməsinə təminat verilir. Yəni ən çoxu 5000 manatadək olan zərərin əvəz qarşılanır. Məbləğ 5000 manatdan çox olarsa, həmin zərərin əvəzi 5000 manatla məhdudlaşır.

Aşağıdakı hallar istisna olmaqla sığorta ödənişi almaq üçün Dövlət Yol Polisinin arayışı tələb olunur:

Hadisə ikidən artıq olmayan avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə;
hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda;
hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə;
hadisə nəticəsində dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və sığortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edildikdə.

18. Avtomobil icbari sığorta ödənişi

Üçüncü şəxsin avtomobilinə və ya digər əmlakına zərər vurularsa, bu zaman – 5000 manatadək olan zərərin ödənilməsinə təminat verilir.

Sığorta hadisəsi nəticəsində fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manatadək olan zərərin ödənilməsinə təminat verilir. Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 

  • zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi və ya zərərçəkənin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan edilməsi – 5 000 manat; 
  • zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində qanunvericilikdə nəzərdə tutulmuş qaydada onun əlilliyinin müəyyən olunması: 
  • orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə –  4 000 manat; 
  • orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə –  3 000 manat; 
  • orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə  – 2 000 manat; 
  • əlillik müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması – 1 500 manat; 
  • yüngül xəsarət alması – 750 manat. 

19. Avtomobil icbari sığorta yoxlamaq

Avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortasının olub-olmadığını yoxlamaq çox asandır. Bunun üçün İcbari Sığorta Bürosunun saytına daxil olub, icbari müqavilələrin sığortalanması xanasına daxil olursunuz. İcbari sığortanı yoxlamaq üçün avtomobilin dövlət qeydiyyat nişanı (nömrəsi) və ya müqavilə nömrəsini sistemə əlavə edə bilərsiniz. Bundan başqa avtomobil idarə edərkən yolda saxlanıldığınız vaxt yol polisi əməkdaşı da sizin icbari sığortanızın olub-olmadığını elektron sistem üzərindən dərhal yoxlaya bilər.

20. Sığorta bütün zərəri qarşılamır

Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi müstəqil ekspert tərəfindən aparılır. Müstəqil eksperti sığortalının tələbi ilə sığortaçı təmin edir.

Zərər vuran avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsi məlum olduğu halda, informasiya sistemi vasitəsilə sığortaçını müəyyən etmək və sığorta tələbi ilə həmin sığortaçıya müraciət etmək mümkündür. Sığortaçını müəyyən etmək mümkün olmadıqda baş vermiş hadisə ilə əlaqədar zərərvuran şəxsin müəyyən edilməsi məqsədilə hadisənin baş verdiyi ərazi üzrə polis idarəsinə müraciət olunmalıdır.

Əgər sizə dəymiş zərəri sığorta şirkəti əsassız olaraq az məbləğdə qiymətləndirərsə və dəymiş ziyanı qarşılamazsa, o zaman iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəymiş ziyanı tam məbləğdə tələb edə bilərsiniz. Habelə, əgər sizə dəymiş zərər 6000 manatdan çoxdursa, sığorta şirkəti həmin ziyanın ən çoxu 5000 manatını qarşılaya bilər. Qalan dəymiş zərərin sizə ödənilməsi üçün zərərvurana qarşı məhkəmədə iddia qaldıra bilərsiniz.

İddia ərizəsinin hazırlanması və hüquqi məsləhət üçün bizə müraciət edə bilərsiniz.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button