
2026-cı il üzrə alimentin minimum məbləği artırılır
1. Aliment pulu 2026
2026-ci ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 246 manatdan 260 manata qaldırılıcaqdır. Alimentin artırılması üçün məhkəməyə müraciət edilməlidir. Mediasiyaya müraciət etməyə ehtiyac yoxdur. Eləcə də, heç bir dövlət rüsumu ödənilmir.
Məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilən birgə iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsində yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilib. Bu, həm də boşanma zamanı alimentin minimum məbləği deməkdir.
2. 2026-cı il üzrə alimentin minimum miqdarı
Qeyd edək ki, alimentin minimum məbləği 2023-cü ildə 220 manat, 2024-cü ildə alimentin minimum məbləği 235 manat olub. 2025-ci ildə alimentin minumum məbləği 246 manat təyin edilmişdir. 2026-cı ildə alimentin minimum məbləği 260 manat olacaqdır.
3. Alimentin artırılması üçün müraciət
Alimentin artırılması üçün mediasiyaya müraciət etməyə ehtiyac yoxdur. Sadəcə alimentin artırılması tələbi ilə bağlı ərizə ilə məhkəməyə müraciət olunmalıdır. Alimentin artırılmasına görə məhkəmə rüsumu yoxdur.
Aliment məbləğinin artırılması üçün bizə müraciət edə bilərsiniz. Və ya Erizem.az hüquq portalından ərizənizi özünüz hazırlaya bilərsiniz
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın


