Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Ailə hüququ

Boşanma prosesi ilə bağlı bütün sualların cavabı

1. Məhkəmədə boşanma prosesi

Ailə Məcəlləsinin 17-ci maddəsində nəzərdə tutulmuş hallarda boşanma prosesi müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasını Ədliyyə Nazirliyinin nəzdində olan Qeydiyyat Şöbələri) tərəfindən, 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə boşanma məhkəmə tərəfindən həyata keçirilir.

Belə ki, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (və ya arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.

Həmçinin, ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması yenə məhkəmə qaydasında həyata keçirilir. Belə ki, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.

Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Boşanma prosesi zamanı barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.

Həm mediasiya təşkilatına ərizə, həm də məhkəməyə iddia ərizəsinin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

2. Məhkəmə üçün elektron boşanma ərizəsi

Həmçinin, məhkəməyə elektron qaydada iddia ərizəsi ilə müraciət etməklə boşanma dedikdə, boşanma prosesi üçün lazım olan sənədlərin və elektron iddia ərizəsinin Elektron Məhkəmə Sistemində (e-mehkeme.gov.az) açılmış kabinetiniz vasitəsilə (Asan imza, SİMA və ya Elektron imza ilə) məhkəməyə göndərilməsi və məhkəmə qaydasında boşanmanın həyata keçirilməsi də nəzərdə tutulur.

Boşanma üçün iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

3. Mediasiya boşanma zamanı

Mediasiya – tərəflər arasında yaranmış mübahisələrin neytral vasitəçi (mediasiyaçı) tərəfindən, qarşılıqlı razılaşma əsasında həll olunması prosesidir. Boşanma hallarında bu üsul tərəflərin məhkəməyə müraciət etmədən uşaq, əmlak bölgüsü, aliment və digər məsələlərdə ortaq qərara gəlməsinə şərait yaradır.

Mediasiya birbaşa nikahın pozulması səlahiyyətinə malik olmasa da, tərəflərin razılaşmasını hüquqi sənədə çevirərək bu sənədi məhkəməyə təqdim etmək imkanı yaradır. Beləliklə, tərəflər daha qısa zamanda, stresssiz və hörmət çərçivəsində boşanma prosesini başa vura bilirlər.

4. Boşanma prosesi uşaq varsa

Belə ki, Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (və ya arvad) nikahın pozulmasına razı olmadıqda boşanma prosesi məhkəmə qaydasında baş tutur və nikah məhkəmə qaydasında pozulur.

Həm mediasiya təşkilatına ərizə, həm də məhkəməyə iddia ərizəsinin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq mediasiya üçün ərizənizi pulsuz, məhkəməyə iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

5. Boşanma zamanı uşağın qəyyumluğu məsələsi

Ailə Məcəlləsinə görə, uşaqların məhkəmə prosesində fikirlərini ifadə etmək hüququ vardır və bu, onların iştirak hüququnun bir hissəsidir. Əgər bu, uşağın maraqlarına zidd deyilsə, 10 yaşına çatmış uşağın fikri hökmən nəzərə alınmalıdır.

Lakin Ali Məhkəmənin Plenum qərarına əsasən, 10 yaşlı uşağın fikri onun bir valideyndən alınıb digərinə verilməsi üçün təkbaşına əsas sayıla bilməz. Məhkəmə hər bir konkret halı fərdi olaraq qiymətləndirməli, qəyyumluq orqanlarının rəyini və uşağın ən yüksək mənafelərini əsas götürərək qərar qəbul etməlidir.

6. Boşanma üçün iddia ərizəsi

Mülki Prosessual Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.

Həm mediasiya təşkilatına ərizə, həm də məhkəməyə iddia ərizəsinin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

7. Nikahın pozulması üçün elektron müraciət

Nikahın pozulması üçün mediasiya təşkilatından mediasiyada iştirakı təsdiq edən sənədi aldıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz. Belə ki, siz elektron məhkəmə informasiya sistemi üzərindən yaratdığınız elektron kabinet vasitəsilə də iddia ərizənizi asan imza və ya sima imza ilə təsdiq edərək məhkəməyə təqdim edə bilərsiniz.

Həm mediasiya təşkilatına ərizə, həm də məhkəməyə iddia ərizəsinin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

8. Boşanma ərizəsi nümunəsi

Boşanma üçün məhkəməyə iddia ərizəsinin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

9. Asan xidmət boşanma prosesi

Belə ki, Ailə Məcəlləsinin 17.1-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında (Azərbaycan Respublikasını Ədliyyə Nazirliyinin nəzdində olan Qeydiyyat Şöbələri ) xitam verilə bilər.

Lakin yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır:

  1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;
  2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

10. Boşanma ərizəsi pdf

Həm mediasiya təşkilatına ərizə, həm də məhkəməyə iddia ərizəsinin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

11. Elektron boşanma ərizəsi

Məhkəməyə iddia ərizəsinin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

Habelə, Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq boşanma üçün məhkəməyə iddia ərizəsini heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

12. Asan xidmət boşanma qaydaları

Əgər uşaq yoxdursa, Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsində nikahın pozulması üçün müraciət edə bilərsiniz. Belə ki, tərəflərin hər ikisi iştirak etdikdə qeydiyyat şöbəsində boşanmaq mümkündür. Tərəflərdən biri qeydiyyat şöbəsinə gəlmədikdə nikah məhkəmə qaydasında pozulur. Bunun üçün ilkin olaraq mediasiya təşkilatına ərizə ilə müraciət edilməli və mediasiya prosesindən keçmək lazımdır. Daha sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edilir.

Həm mediasiya təşkilatına ərizə, həm də məhkəməyə iddia ərizəsinin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

13. Boşanma prosesi nə qədər çəkir?

Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Boşanma prosesi zamanı barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Belə ki, boşanma prosesi tərəflərin razılığı olduqda 2-3 ay, razılıq olmadıqda isə 3-5 ay çəkə bilər.

Həm mediasiya təşkilatına ərizə, həm də məhkəməyə iddia ərizəsinin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

14. Boşanma prosesi uşaq varsa 2026

Belə ki, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (və ya arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.

Nikahın pozulması üçün əvvəlcə mediasiya təşkilatına müraciət olunmalıdır. Mediasiya prosesində barışıq olmadıqda iddia ərizəsi ilə məhkəməyə müraciət edilir.

Həm mediasiya təşkilatına ərizə, həm də məhkəməyə iddia ərizəsinin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

15. Boşanma rüsumu

Boşanma üçün dövlət rüsumu 50 manat təşkil edir.

Həm mediasiya təşkilatına ərizə, həm də məhkəməyə iddia ərizəsinin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

16. Bir tərəfli boşanma

Bir tərəfli boşanma, nikahın yalnız bir tərəfin (iddiaçının) tələbi ilə, digər tərəfin (cavabdehin) razılığı və ya iştirakı olmadan məhkəmə vasitəsilə həyata keçirildiyi boşanma prosesidir. İddia ərizəsi və əlavə sənədlər məhkəməyə təqdim edildikdən sonra məhkəmə iclası təyin edilir və məhkəmə iclasları keçirilir, iddiaçının təqdim etdiyi sübutlar araşdırılır və cavabdehin iştirakı olmadan da qətnamə qəbul edilə bilər.

Həm mediasiya təşkilatına ərizə, həm də məhkəməyə iddia ərizəsinin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

17. Asan xidmətə online boşanma ərizəsi

Ailə Məcəlləsinin 17.1-ci maddəsinə əsasən tərəflərin uşağı olmazsa və hər iki tərəf boşanmağa razı olarsa “Elektron hökumət” ( e-gov.az) portalı üzərindən müraciət edərək ASAN Xidmət vasitəsilə (qeydiyyat şöbələri) boşanmaq mümkündür.

Belə ki, ilk öncə e-gov.az saytına daxil olaraq müraciətlər bölməsinə daxil olmalı, daha sonra açılan pəncərədə Ədliyyə Nazirliyini seçib nikahın pozulması üçün elektron müraciət hissəsinə daxil olursuz. Açılan pəncərədə verilən məlumatları daxil edərək elektron müraciət edərək boşanma üçün elektron müraciət etmiş olursunuz. Nikahın pozulması ərizə verildiyi gündən 1 ay keçdikdən sonra həyata keçirilir.

18. Online boşanma ərizəsi

Elektron boşanma ərizəsi həm məhkəməyə, həm də ASAN xidmətə verilə bilər. Belə ki, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (və ya arvad) nikahın pozulmasına razı olmadıqda nikah boşanma üçün lazım olan sənədlərin və elektron iddia ərizəsinin Elektron Məhkəmə Sistemində (e-mehkeme.gov.az) açılmış kabinetiniz vasitəsilə (Asan imza, SİMA və ya Elektron imza ilə) məhkəməyə müraciət edilərəkilərəa pozulur.

Tərəflərin uşağı olmazsa və hər iki tərəf boşanmağa razı olarsa “Elektron hökumət” ( e-gov.az) portalı üzərindən müraciət edərək ASAN Xidmət vasitəsilə (qeydiyyat şöbələri) boşanmaq da mümkündür.

19. Online boşanma

Ailə Məcəlləsinə əsasən tərəflərin uşağı olmazsa və hər iki tərəf boşanmağa razı olarsa, boşanma ASAN xidmət (qeydiyyat şöbəsi) vasitəsilə elektron qaydada qeydiyyat orqanlarında həyata keçirilə bilər. Bu zaman tərəflər Elektron hökumət” ( e-gov.az) portalı üzərindən müraciət edərək prosesi başlada bilirlər.

20. Tək tərəfli boşanma

Əgər ər-arvad arasında nikahın pozulması barədə razılıq yoxdursa, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 20-ci maddəsinə görə, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmazsa və ya hər hansı bir şəkildə buna etiraz bildirərsə, məhkəmə ər və arvadın barışması üçün 3 ay müddətində müəyyən etməklə, işi təxirə sala bilər. 3 ay sonra tərəflər arasında barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə, nikaha məhkəmədə xitam verilir.

Həm mediasiya təşkilatına ərizə, həm də məhkəməyə iddia ərizəsinin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

21. Boşanma zamanı qadının hüquqları

Boşanma prosesi yalnız nikahın hüquqi cəhətdən bitməsi deyil, həm də tərəflərin maddi və qeyri-maddi hüquqlarının müəyyənləşdirilməsi mərhələsidir. Azərbaycan qanunvericiliyinə əsasən, həm qadın, həm də kişi boşanma zamanı bərabər hüquqlara malikdirlər. Əmlak bölgüsü məsələsində nikah dövründə əldə olunan əmlak ümumi mülkiyyət sayılır və adətən bərabər bölünür.

Hər iki tərəf bu bölüşdürməyə dair razılaşma əldə edə bilmədikdə, məhkəmə qərar verir. Uşağın qəyyumluğu məsələsində isə əsas meyar valideynin deyil, uşağın maraqlarıdır. Uşaq adətən anaya verilsə də, bu avtomatik olaraq baş vermir. Hər iki tərəfin maddi durumu, yaşayış şəraiti və uşağa münasibəti nəzərə alınaraq qərar verilir. Aliment hüququ da hər iki tərəf üçün keçərlidir. Əgər uşaq ananın yanında qalırsa, ata aliment ödəyir. Lakin əks halda da ana aliment ödəməyə borclu ola bilər.

Qadının hüquqları, xüsusilə hamiləlik və doğuşdan sonrakı dövrdə əlavə müdafiə altındadır. Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınla boşanma yalnız onun razılığı ilə mümkündür. Ünsiyyət hüququna gəldikdə isə, uşaqla yaşamayan valideynin onunla görüşmək, əlaqə saxlamaq və münasibət qurmaq hüququ qorunur. Bu hüquq həm kişiyə, həm də qadına bərabər şəkildə aiddir və məhkəmə tərəfindən müdafiə olunur.

Ümumilikdə, qanun hər iki tərəfin hüquqlarını bərabər şəkildə qorumağa çalışsa da, praktiki hallarda bu hüquqların təminatı üçün peşəkar hüquqi yardım almaq daha tövsiyə olunandır.

22. Nikahın pozulması iddia ərizəsi

Məhkəməyə iddia ərizəsinin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

23. Nikahın pozulması haqqında şəhadətnamə

Nikahın pozulması haqqında şəhadətnamə nikahın Ədliyyə Nazirliyinin rayon (şəhər) Qeydiyyat şöbələri və ya Asan Xidmət Mərkəzindəki qeydiyyat şöbəsi tərəfindən boşanmanın rəsmi qeydə alındığını təsdiq edən rəsmi sənəddir.

24. Nikahın pozulması haqqında arayış

Nikahın pozulması haqqında arayış nikahın Ədliyyə Nazirliyinin rayon (şəhər) Qeydiyyat şöbələri və ya Asan Xidmət Mərkəzində yerləşən qeydiyyat şöbəsi tərəfindən boşanmanın rəsmi qeydə alındığını təsdiq edən rəsmi sənəddir.

25. Nikahın pozulması haqqında şəhadətnamə online

Əgər uşaq varsa, nikahın pozulması haqqında şəhadətnaməni əldə etmək üçün rayon (şəhər) Qeydiyyat şöbələri və ya Asan Xidmət Mərkəzində yerləşən qeydiyyat şöbəsinə nikahın pozulması üçün əsas olan məhkəmə qətnaməsini təqdim etməklə əldə edə bilərsiniz.

26. Boşanma ərizəsi hara verilir?

Boşanma üçün iddia ərizəsi cavabdehin qeydiyyat yeri üzrə məhkəməyə verilir.

İddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı (qeydiyyat) yerə görə verilə bilər.

Məhkəməyə iddia ərizəsinin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla boşanma üçün iddia ərizənizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.

27. Mediasiya üçün rüsum

Boşanma prosesi zamanı mediasiya üçün rüsumun məbləği 60 manat təşkil edir.

28. Boşanma ərizəsi dövlət rüsumu

Boşanma prosesi üçün məhkəmə üzrə dövlət rüsumunun məbləği 50 manat təşkil edir.

29. Boşanma üçün lazım olan sənədlər

Boşanma prosesi üçün lazım olan sənədlər bunlardır:

  1. Nikah haqqında şəhadətnamənin əsli
  2. Tərəflərin şəxsiyyət vəsiqələri
  3. Uşaq varsa, onun doğum haqqında şəhadətnaməsinin əsli
  4. Dövlət rüsumunun ödənildiyinə dair qəbz
  5. Mediasiya haqqında arayış

30. Boşanma rüsumu 2026

Nikahın pozulması zamanı məhkəmə üçün dövlət rüsumu 50 manat təşkil edir.

Həm mediasiya təşkilatına ərizə, həm də məhkəməyə iddia ərizəsinin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

31. Boşanma ərizəsi necə verilir?

Boşanma prosesi üçün məhkəməyə müraciət edərkən iddia ərizəsi hazırlanmalıdır. İddia ərizəsi iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanmalıdır. Həm elektron qaydada, həm də poçt vasitəsilə məhkəməyə təqdim edilə bilər.

Məhkəməyə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

32. Boşanma ərizəsi necə yazılır?

İddia ərizəsinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilər və ya Erizem.az platformasından ərizənizi özünüz hazırlaya bilərsiniz.

Hüquqşünas Gültac Əsgərova

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button