Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Ailə hüququ

Ərim qızıl-zinət və cehiz əşyalarımı qaytarmır. Nə edə bilərəm?

1. Boşanma zamanı əmlak bölgüsü

Qızıl-zinət və cehiz əşyalarını ər könüllü şəkildə arvada geri qaytarmırsa, o zaman həmin əşyaların geri qaytarılmasını və ya geri qaytarılması mümkün olmadıqda dəyərinin ödənilməsini tələb edə bilərsiniz. Bunun üçün ilkin olaraq mediasiya təşkilatına ərizə ilə müraciət etməlisiniz. Mediasiya prosesində razılıq əldə edilmədikdə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz. Mediasiya xərci 60 AZN, məhkəmə xərci 50 AZN təşkil edir.

Qızıl-zinət və cehiz əşyalarının geri qaytarılması və ya geri qaytarılması mümkün olmadıqda dəyərinin ödənilməsi tələbinə dair mediasiya təşkilatına ərizə və məhkəməyə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

Ailə Məcəlləsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Boşanma zamanı əmlak bölgüsü ilə bağlı tərəflər arasında qarşılıqlı razılaşma olmazsa, əmlak bölgüsü məhkəmə qaydasında həyata keçirilir. Ər-arvadın birgə nikah dövründə əldə edikləri əmlak onların ümumi birgə mülkiyyətini təşkil edir.

Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin əmlak ər-arvad arasında bölünmür.

Belə ki, arvada nikaha daxil olanadək və ya nikah dövründə hədiyyə şəklində verilən qızıl-zinət və cehiz əşyaları onun şəxsi əmlakını təşkil edir. Həmin əşyalar ər-arvadın birgə mülkiyyəti hesab edilmir və boşanma zamanı onlar arasında bölünmür.

2. Boşanma zamanı qızıl

Nikaha daxil olanadək və ya nikah dövründə qadına hədiyyə şəklində verilmiş qızıl-zinət əşyaları onun şəxsi əmlakı hesab olunur. Boşanma zamanı həmin qızıl-zinət əşyaları ər-arvad arasında bölünmür. Əgər ər və ya arvad qızıl-zinət əşyalarını könüllü şəkildə geri qaytarmaqdan imtina edirsə, qızıl-zinət əşyalarını tələb edən tərəf həmin qızıl-zinət əşyalarının geri qaytarılması və ya bu mümkün olmadıqda dəyərinin ödənilməsini tələb edə bilər.

İş artıq məhkəməyə gedirsə, iddiaçı ilk növbədə sözügeden əşyaların mövcud olduğunu sübüta yetirməlidir. Bu əşyaların mövcudluğu foto və ya video vasitəsilə sübut oluna bilər. Yəni qızıl-ziynət əşyalarının arvadın üzərində olduğunu əks etdirən foto və ya videogörüntülər məhkəməyə sübut kimi təqdim oluna bilər. Onu da qeyd edək ki, arvad tərəfindən ərə hədiyyə edilən qızıl-zinət əşyaları ərə məxsus hesab olunur və o da ona məxsus həmin qızıl-zinət əşyalarını qarşı tərəfdən tələb etmək hüququna malikdir.

İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesindən keçmək üçün mediasiya təşkilatına ərizə ilə müraciət etməlidir. Mediasiyada tərəflər arasında razılaşma əldə olunmadıqda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək lazımdır. Məhkəməyə təqdim edilən sənədlər arasında qızıl-zinət əşyalarının siyahısını və dəyərini özündə əks etdirən qiymətləndirmə rəyi olmalıdır.

Qiymətləndirmə rəyini əldə etmək üçün qiymətləndirici təşkilatlar siyahısından (https://aqp.gov.az/uzvler) istədiyiniz qiymətləndirici təşkilat seçərək qızıl-zinət əşyalarının qiymətləndirilməsi üçün müraciət edə bilərsiniz. Qiymətləndirici təşkilatın sizə təqdim edəcəyi qiymətləndirmə rəyinin xərci təxminən 200 AZN-dən başlayır.

Məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən həmin qiymətləndirmə rəyi də məhkəməyə təqdim edilən sənədlər siyahısında olmalıdır. Mediasiya xərci 60 manat təşkil edir. Məhkəmə rüsumu isə qızıl-zinət əşyalarının özü tələb edildiyi halda 50 manat, dəyəri tələb edildiyi halda isə onların dəyərinə uyğun olaraq hesablanıb dövlət rüsumu ödənilir.

Qızıl-zinət və cehiz əşyaların geri qaytarılması tələbinə dair həm mediasiya təşkilatına ərizə, həm də məhkəməyə iddia ərizəsinin hazırlanması və hüquqi məsləhət üçün bizə müraciət edə bilərsiniz.

3. Boşanma zamanı cehiz

Nikaha daxil olanadək və ya nikah dövründə qadına verilmiş cehiz əşyaları onun şəxsi əmlakı hesab olunur. Boşanma zamanı həmin cehiz əşyaları ər-arvad arasında bölünmür. Əgər ər cehiz əşyalarını könüllü şəkildə geri qaytarmaqdan imtina edirsə, cehiz əşyalarını tələb edən tərəf həmin cehiz əşyalarının geri qaytarılması və ya bu mümkün olmadıqda dəyərinin ödənilməsini tələb edə bilər.

İş artıq məhkəməyə gedirsə, iddiaçı ilk növbədə sözügeden əşyaların mövcud olduğunu sübuta yetirməlidir. Bu əşyaların mövcudluğu foto və video vasitə ilə sübut oluna bilər. Yəni cehiz əşyalarının mövcud olduğunu əks etdirən foto və ya videogörüntülər məhkəməyə sübut kimi təqdim oluna bilər.

İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesindən keçmək üçün mediasiya təşkilatına ərizə ilə müraciət etməlidir. Mediasiyada tərəflər arasında razılaşma əldə olunmadıqda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək lazımdır. Məhkəməyə təqdim edilən sənədlər arasında cehiz əşyalarının siyahısını və dəyərini özündə əks etdirən qiymətləndirmə rəyi olmalıdır.

Qiymətləndirmə rəyini əldə etmək üçün qiymətləndirici təşkilatlar siyahısından (https://aqp.gov.az/uzvler) istədiyiniz qiymətləndirici təşkilat seçərək cehiz əşyalarının qiymətləndirilməsi üçün müraciət edə bilərsiniz. Qiymətləndirici təşkilatın sizə təqdim edəcəyi qiymətləndirmə rəyinin təxmini xərci 200 AZN-dən başlayır.

Məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən həmin qiymətləndirmə rəyi də məhkəməyə təqdim edilən sənədlər siyahısında olmalıdır. Mediasiya xərci 60 manat təşkil edir. Məhkəmə rüsumu isə cehiz əşyalarının özü tələb edildiyi halda 50 manat təşkil edir, dəyəri tələb edildiyi halda isə onların dəyərinə uyğun olaraq hesablanıb dövlət rüsumu ödənilir.

Qızıl-zinət və cehiz əşyaların geri qaytarılması tələbinə dair həm mediasiya təşkilatına ərizə, həm də məhkəməyə iddia ərizəsinin hazırlanması və hüquqi məsləhət verilməsi üçün bizə müraciət edə bilərsiniz.

4. Qızıl zinət əşyalarının qaytarılması qətnamə

Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab olunur.

Qızıl-zinət əşyalarının geri qaytarılması üçün əvvəlcə mediasiya təşkilatına müraciət olunur. Mediasiya təşkilatı tərəfindən hər iki tərəfə mediasiya prosesində iştirakla bağlı bildiriş göndərilir. Həmin əşyaları tələb edən tərəf mediasiya prosesində iştirak etməlidir.

Əgər tərəflər arasında qızıl-zinət əşyalarının geri qaytarılması və ya bu mümkün olmadıqda dəyərinin ödənilməsi ilə bağlı mediasiya prosesində razılıq əldə olunarsa, tərəflər arasında Barışıq Sazişi bağlanır. Tərəflər bununla da məhkəmədən kənar mövcud məsələni həll etmiş olurlar.

Mediasiya prosesində tərəflər arasında razılaşma əldə edilməsə, iddiaçı mediasiyadan arayış əldə edib, iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir.

Qızıl-zinət əşyalarının geri qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair iddia tam və ya qismən təmin edildikdə bu barədə qətnamə çıxarılır. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi vaxtdan bir ay müddətində ondan apellyasiya şikayəti verilmədikdə qüvvəyə minir və icraya yönəlir.

Nişan mərasimində nişanlanan qıza hədiyyə verilən qızıl-zinət əşyaları toy baş tutmadığı halda, bağışlanmış əşya hesab edilmir. Bu hal əsassız varlanma kimi qiymətləndirilir.

Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyasının mövqeyinə əsasən nişan mərasimində nişanlanan oğlan və ya onun valideynləri tərəfindən nişanlanan qıza verilən hədiyyələr, o cümlədən qızıl-zinət əşyaları gələcəkdə rəsmi nikahın baş tutacağı ümidi ilə verilir. Gələcəkdə rəsmi nikah baş tutmazsa, əldə etmə sonradan aradan qalxmış əsasa söykənmiş olur.

Bu halda siz qarşı tərəfdən ona nişan dövründə verilmiş qızıl-zinət əşyalarının geri qaytarılmasını tələb edə bilərsiniz. Belə ki, bunun üçün mediasiya təşkilatına müraciət etmədən birbaşa məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərsiniz. Məhkəmə rüsumu 100 manat təşkil edir.

Məhkəməyə qızıl-zinət və cehiz əşyaların geri qaytarılması tələbinə dair iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

5. Cehiz əmlak tələbi qətnamə

Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Cehiz qızın (gəlinin) ailəsi tərəfindən gəlinə verilmiş hədiyyə olduğu üçün onun şəxsi əmlakı hesab olunur. Yəni cehiz tərəflərin birgə mülkiyyətinə aid deyil.

Boşanmadan sonra və ya rəsmi qaydada boşanma olmadan da qadın ona məxsus olan cehiz əmlakını (əşyalarını) qarşı tərəfdən tələb edə bilər. Oğlan evi tərəfindən cehiz qıza könüllü şəkildə verilməlidir.

Əgər cehiz əmlakı qarşı tərəf könüllü şəkildə qaytarmırsa, bu zaman şəxs məhkəməyə müraciət etməklə cehiz əmlakı tələb edə bilər.

Məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına ərizə ilə müraciət etmək lazımdır. Mediasiyada tərəflər arasında barışıq əldə edilmədikdə, “cehiz əşyaların geri qaytarılması və ya bu mümkün olmadıqda dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək lazımdır.

İş artıq məhkəməyə gedirsə, iddiaçı ilk növbədə sözügeden əşyaların mövcud olduğunu sübuta yetirməlidir. Bu əşyaların mövcudluğu foto və ya video vasitə ilə sübut oluna bilər. Yəni cehiz əşyalarının mövcud olduğunu əks etdirən foto və ya videogörüntülər məhkəməyə sübut kimi təqdim oluna bilər. Bununla yanaşı həmin əşyaların siyahısı və dəyərini özündə əks etdirən qiymətləndirmə rəyi də məhkəməyə təqdim edilməlidir.

Mediasiya xərci 60 manat, məhkəmə xərci 50 manat təşkil edir.

Qızıl-zinət və cehiz əşyaların geri qaytarılması tələbinə dair mediasiya təşkilatına ərizə və məhkəməyə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

6. Ailə məcəlləsi əmlak bölgüsü

Ailə Məcəlləsinin 36-cı maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər.

Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.

Qızıl-zinət və cehiz əşyaları ər tərəfindən könüllü şəkildə arvada geri qaytarılmırsa, o zaman həmin qızıl-zinət və cehiz əşyaların geri qaytarılmasını və ya qızıl-zinət və cehiz əşyaların geri qaytarılması mümkün olmadıqda dəyərinin ödənilməsini tələb edə bilərsiniz. Hər bir tərəfə hədiyyə şəklində verilmiş qızıl-zinət əşyaları onların hər birinin mülkiyyətidir. Bu tərəflərin birgə əmlakı hesab edilmir. Cehiz əmlak da qadına ailəsi tərəfindən verilən hədiyyə hesab olunduğuna görə həmin əmlak da tərəflərin birgə əmlakı hesab edilmir.

Bunun üçün ilkin olaraq mediasiya təşkilatına ərizə ilə müraciət etməlisiniz. Mediasiya prosesində razılıq əldə edilmədikdə qızıl-zinət və cehiz əşyaların geri tələb tələb olunması və ya bu mümkün olmadıqda dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz. Mediasiya xərci 60 AZN, məhkəmə xərci 50 AZN təşkil edir.

Qızıl-zinət və cehiz əşyalarının geri qaytarılması və ya qızıl-zinət və cehiz əşyaların geri qaytarılması mümkün olmadıqda dəyərinin ödənilməsi tələbinə dair mediasiya təşkilatına ərizə və məhkəməyə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

7. Əmlak bölgüsü iddia ərizəsi

Nikaha daxil olanadək və ya nikah dövründə hədiyyə şəklində verilmiş qızıl-zinət və cehiz əşyaları ər-arvadın birgə mülkiyyəti hesab edilmir və boşanma zamanı ər-arvad arasında bölünmür.

Qarşı tərəf qızıl-zinət və cehiz əşyalarını könüllü şəkildə geri qaytarmazsa, qızıl-zinət əşyalarının geri qaytarılmasını və ya dəyərinin ödənilməsini tələb edə bilərsiniz.

Məhkəməyə qızıl-zinət və cehiz əşyaların geri qayatrılması tələbinə dair iddia ərizəsi yazılı şəkildə hazırlanır, iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanır, elektron məhkəmə kabineti vasitəsilə və ya şəxsən məhkəməyə təqdim edilir.

Qızıl-zinət və cehiz əşyaların geri qaytarılması tələbinə dair mediasiya təşkilatına ərizə, məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhətin verilməsi və ya vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button