Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Qanunvericilik

Mediasiyaya müraciətin ətraflı izahı

Mündəricat

1. Mediasiya nədir?

“Mediasiya haqqında” Qanuna əsasən mediasiya mediatorun (və ya mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli prosesidir. Başqa sözlə desək, mediasiya mübahisələrin məhkəmədənkənar həlli üsuludur.

Məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesindən keçmək lazımdır. Bunun üçün mediasiyaya ərizə yazılmalıdır. Mediasiya prosesindən keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz. Mediasiyaya ərizə və məhkəməyə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə və ya erizem.az saytında şəxsi kabinet yaradaraq müvafiq məlumatları doldurmaqla ərizənizi özünüz hazırlaya bilərsiniz.

Burada tərəflər kimi hüquqi və fiziki şəxslər (o cümlədən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər), habelə mediasiya prosesinin tətbiqinə razılıq vermiş inzibati orqanlar çıxış edə bilərlər.

Mediator mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş, fiziki şəxsdir.

Mediator və tərəflər mediasiya prosesinin iştirakçılarıdır.

Bu prosesdə iştirak edən vəkillər, nümayəndələr, tərcüməçilər, ekspert və mütəxəssislər, mediasiya təşkilatının əməkdaşları, habelə tərəflərin razılığı ilə mediasiya prosesində iştirak edən digər şəxslər mediasiyada iştirak edən digər şəxslərdir.

Mediasiya təşkilatı mediasiya proseslərinin həyata keçirildiyi qeyri-kommersiya hüquqi şəxsdir.

Mediasiyada barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır.

Mediasiya prosesinin tətbiqi barədə müqavilə – mövcud mübahisənin mediasiya prosesi vasitəsilə həlli üçün tərəflər arasında bağlanan yazılı razılaşmadır. 

Mediasiyaya dair qeyd-şərt – tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə və ya arbitraj məhkəməsinə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə olan şərtdir. 

Mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə – mediator və ya mediasiya təşkilatı ilə tərəflər arasında mediasiya xidmətlərinin göstərilməsi üçün imzalanan yazılı müqavilədir.

1.1. Mediasiya prosesində hansı mübahisələrə baxılır?

  • Mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla);
  • ailə münasibətlərindən irəli gələn mübahisələr;
  • əmək münasibətlərindən irəli gələn mübahisələr;
  • inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr.

Bu proses könüllü və ya məcburi ola bilər.

Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur, yəni məcburidir.

Yəni ailə və əmək mübahisələri üzrə mediasiya prosesindən keçmədən məhkəməyə müraciət edə bilməzsiniz. Birbaşa məhkəməyə müraciət etdiyiniz halda məhkəməyə təqdim etdiyiniz ərizənizə baxılmayacaq. Ona görə də həmin mübahisələr üzrə mediasiya prosesindən keçmək mütləqdir.

2. Mediasiya haqqında qanun

“Mediasiya haqqında” Qanun mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, onun məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir.

Həmin Qanun 29 mart 2019-cu ildə qəbul olunub və 2021-ci ilin iyulun 1 dən qüvvəyə minib. Belə ki, ölkəmizdə mediasiya prosesinin tətbiqinə 2021-ci ilin iyul ayından etibarən başlanılmışdır.

3. Mediasiya prosesi nədir?

Bu proses tərəflər arasında bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında və ya ilkin mediasiya sessiyasında iştirak etməklə həyata keçirilir.

Prosesin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə müddət daha 30 gün müddətinə qədər uzadıla bilər. 

Mediasiya prosesinə aşağıdakı hallarda xitam verilir:

  1. tərəflər arasında barışıq sazişi bağlandıqda;
  2. mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edildikdə;
  3. tərəflər və ya onlardan biri mediasiya prosesindən imtina etdikdə;
  4. tərəflərin mediasiya prosesinin müddətinin uzadılmasına dair müraciətləri olmamışsa, mediasiya prosesinin müddəti bitdikdə;
  5. tərəf olan fiziki şəxs öldükdə, hüquqi şəxs ləğv edildikdə və ya fəaliyyəti dayandırıldıqda;
  6. tərəflərdən biri məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə;
  7. tərəflərdən birinin fəaliyyət qabiliyyətli olmaması və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə;
  8. mediator və ya mediasiya təşkilatı Mediasiya Şurasının üzvlüyündən çıxarıldıqda və ya mediator və ya mediasiya təşkilatının mediasiya fəaliyyətini həyata keçirmək hüququ dayandırıldıqda, həmçinin mediator və ya mediasiya təşkilatı mediasiya prosesindən imtina etdikdə;
  9. arayış tərtib olunduqda.

4. Mediator nədir?

Mediator peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş, fiziki şəxsdir.

4.1. Mediator olmaq üçün əsas tələblər:

  • ali təhsilə malik olmalıdır;
  • 25 yaşı tamam olmalıdır;
  • ən azı 3 illik iş stajına malik olmalıdır;
  • mediatorların ilkin hazırlığı üzrə təlimi bitirərək bu barədə sertifikatı əldə etməlidir;
  • Mediasiya Şurasının üzvlüyündən çıxarılmış mediator yenidən üzlüyə qəbul olmaq üçün 1 il müddətin keçməsini gözlənilməlidir.

Mediasiya Şurası mediatorların üzvlüyü əsasında yaradılır və hər bir mediator seçildikdən sonra bu Şuranın üzvü olur.

4.2. Kimlər mediator ola bilməz?

  • Din xadimləri,
  • məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər;
  • məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;
  • vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 3 il ərzində xidməti uyğunsuzluğa və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular;
  • hüquq mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna (o cümlədən dövlət qulluğunun xüsusi növünə), vəkillik və notariat fəaliyyətinə xitam verilmiş şəxslər mediator ola bilməzlər.

Fiziki şəxs Mediasiya Şurasının üzvlüyünə qəbul edildiyi andan mediator fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edir. Mediator qanunla qadağan olunmayan istənilən digər fəaliyyətlə məşğul ola bilər.

Mediator fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslərin istifadəsində ən azı 2 otaqdan ibarət Mediasiya Şurası tərəfindən müəyyən edilən tələblərə cavab verən ofisi olmalıdır.

Tərəflər qarşılıqlı razılıq əsasında mediatoru başqa mediator ilə əvəz etmək hüququna malikdirlər.

Mediasiya zamanı mediator müstəqil və qərəzsiz olmalıdır. Mediator mediasiya prosesini həyata keçirən zaman tərəflərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən asılı olmamalıdır və adıçəkilən orqanların və şəxslərin mediatorun fəaliyyətinə müdaxiləsinə yol verilmir.

Mediator hər iki tərəfə bərabər yanaşmalı, tərəflərin proses zamanı bərabər iştirakını təmin etməli və hər iki tərəfə proses zamanı tələblərini təqdim etmək üçün bərabər imkanlar yaratmalıdır.

5. Mediasiya prosesi

Mediasiya prosesi tərəflər arasında bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında və ya ilkin mediasiya sessiyasında iştirak etməklə həyata keçirilir.

Sözügedən müqavilə tərəflər arasında yaranmış mübahisənin məhkəməyə verilməsinə qədər və ya məhkəmədə işə baxılan zaman tətbiq edilə bilər.

Müqavilənin bağlanması üçün tərəflər və ya onlardan biri mediasiya təşkilatına müraciət edə bilər.

Məhkəmələr də tərəflərə aralarında yaranmış mübahisənin mediasiya yolu ilə həllinə dair təkliflər verirlər. Müvafiq orqanlar (qurumlar) tərəflərə ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin mediasiya sessiyasında iştirak etmək vəzifələrini izah edirlər.

Müqavilənin bağlanması məhkəmədə tərəflər arasında baxılan mülki, ailə, əmək, kommersiya və inzibati mübahisələrə dair işlər üzrə icraatın dayandırılmasına səbəb olur.

5.1. Mediasiya prosesinin həyata keçirilməsi üçün mediatorun və mediasiya təşkilatının seçilməsi

Mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflər qarşılıqlı razılaşma əsasında bir və ya bir neçə mediator seçir. Tərəflər mediatorun seçilməsi üçün mediasiya təşkilatına da müraciət edə bilərlər.

Mediator və ya mediasiya təşkilatı “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı ana qədər tərəflərə mediasiyanın məqsədlərini, onların hüquq və vəzifələrini ödənişsiz izah etməlidir.

Mediator və ya mediasiya təşkilatı ilə tərəflər arasında münasibətlər mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə ilə tənzimlənir. Həmin müqavilədə mediatorun və ya mediasiya təşkilatının, tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, konfidensiallıq, mediasiya xərcləri və digər şərtlər müəyyən olunur. Bu zaman mediator tərəflərin qarşılıqlı razılığı ilə mediasiya prosesinin keçirilmə yerini və vaxtını müəyyənləşdirir.

Proses zamanı mediator bütün tərəflərlə birlikdə və ya ayrı-ayrılıqda görüşlər keçirə, əməkdaşlıq edə, şifahi və yazılı tövsiyələr verə bilər. 

Tərəflər mediasiya prosesinin istənilən anında prosesin keçirilməsindən imtina edə bilərlər.

Tərəflər bu prosesdə birbaşa olaraq özləri və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər.

Prosesin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Barışıq təklifi tərəflərin razılığı ilə verilir.

5.2. Mediasiya prosesinin müddəti

Həmin prosesin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə müddət daha 30 gün müddətinə qədər uzadıla bilər.

5.3. Ailə münasibətlərindən irəli gələn hansı mübahisələr mediasiya vasitəsilə həll oluna bilər?

  • nikahın davam etdirilməsi şərtləri;
  • valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası;
  • uşağın yaşayış yerinin müəyyən edilməsi;
  • uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası (aliment məsələləri);
  • Uşağın valideynləri ilə ünsiyyət məsələləri;
  • ailə münasibətlərindən irəli gələn digər mübahisələr.

Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə prosesi aparmaq üçün mediatorlar bu barədə təlimdən keçmələri barədə müvafiq sertifikata malik olmalıdırlar. 

5.4. Əmək münasibətlərindən irəli gələn hansı mübahisələr mediasiya vasitəsilə həll oluna bilər?

  1. fərdi əmək mübahisələri (işə bərpa, ödənilməmiş əmək haqqı və ya məzuniyyət haqqının ödənilməsi tələbi və s)
  2. kollektiv əmək mübahisələri.

Əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə prosesi aparmaq üçün mediatorlar bu barədə təlimdən keçmələri barədə müvafiq sertifikata malik olmalıdırlar. 

6. İlkin mediasiya sessiyası nədi?

6.1. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin mediasiya sessiyasında iştirak

Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. 

Tərəflər mediasiya sessiyasında iştirak etmək üçün birlikdə müraciət etdikdə ilkin mediasiya sessiyasının keçirilməsi tələb olunmur.

6.2. Mediasiya Təşkilatına müraciət

İlkin mediasiya sessiyasında iştirak üçün müraciət edən tərəf mediasiya təşkilatına ərizə ilə müraciət etməlidir. Ərizə poçt vasitəsilə həmin təşkilata göndərilir (1-3 müddətində çatdırılır)

Mediasiya üçün ərizənin hazırlanması üçün bizə müraciət edə və ya erizem.az saytında şəxsi kabinet yaradaraq müvafiq məlumatları doldurmaqla ərizənizi özünüz hazırlaya bilərsiniz.

İlkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediasiya təşkilatı aparır.

Əgər tərəflər mediator və ya təşkilat barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatında baş tutur.

Həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə Mediasiya Şurası tərəfindən həmin şəhər və ya rayon üzrə müəyyən edilən və həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən proses aparılır. Mediasiya təşkilatı mediatoru 3 iş günü ərzində təyin edir.

Mediator ilkin mediasiya sessiyasında iştirak etmək üçün müraciət edən tərəflərə prosesin mahiyyətini, üstünlüklərini və qaydalarını izah edir, tərəflərlə birgə və ayrılıqda görüşlər keçirir.

Həmin gün və ya tərəflərin müraciəti ilə mediatorun təyin etdiyi başqa gün tərəflər sonrakı sessiyalarda iştirak etmək istəyib-istəmədiklərinə dair qərar verməlidirlər.

Tərəflər və ya onlardan biri onlara mediatorun ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı ilkin mediasiya sessiyasında iştirak edən tərəflərə təqdim edir.

İlkin mediasiya sessiyası barədə bildiriş tərəflərə həmin sessiyanın keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.

Tərəflərdən biri və ya hər ikisi prosesi davam etdirməyə razılıq vermədikdə, habelə mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir.

Belə ki, tərəflərdən biri prosesə gəlmədikdə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə, tərəflər prosesdə iştirak etdikdə, lakin prosesin davam etdirilməsini istəmədiyi halda “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayış təqdim edilir.

Tərəflər mediasiya prosesini davam etdirməyə qərar verdikdə isə tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanılır və mediasiya prosesi həyata keçirilir.

Tərəflər prosesin yekununda barışıq sazişi bağlamadıqda, habelə mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir.

Göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra istənilən vaxt məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərsiniz. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Məhkəməyə iddia ərizələrinin hazırlanması üçün  bizə müraciət edə bilərsiniz.

7. Mediasiya müraciət forması

İlkin mediasiya sessiyasında iştirak üçün müraciət edən tərəf mediasiya təşkilatına ərizə ilə müraciət etməlidir.

İlkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediasiya təşkilatı aparır.

Əgər tərəflər mediator və ya təşkilat barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatında keçirilir.

7.1. Mediasiya üçün müraciət ərizəsində hansı məlumatlar doldurulmalıdır?

  • Müraciət edən tərəf barədə məlumat: fiziki şəxsin adı, atasının adı və soyadı, şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi, FIN kod, doğum tarixi, hüquqi şəxs olduqda – adı və VÖEN-i, etibarnamə ilə təmsilçilik zamanı həmin sənədin nömrəsi
  • Müraciət edən tərəfin ünvanı, telefonu və elektron poçt ünvanı
  • Digər tərəf barədə məlumat: fiziki şəxsin adı, atasının adı və soyadı, şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi, FIN kod, doğum tarixi, hüquqi şəxs olduqda – adı və VÖEN-i, etibarnamə ilə təmsilçilik zamanı həmin sənədin nömrəsi
  • Digər tərəfin ünvanı, telefonu və elektron poçt ünvanı
  • Mübahisənin növü (ailə, əmək, kommersiya, inzibati, digər)
  • Mübahisənin predmeti (məsələn, nikahın pozulması, aliment tələbi və s)
  • Müraciət formasında tələb olunan digər məlumatlar.

8. Mediasiya online müraciət

Mediasiya prosesinin qanunla onlayn qaydada həyata keçirilməsi nəzərdə tutulmayıb. Belə ki, bu prosesin başladılması üçün ya tərəflər özü birbaşa mediasiya təşkilatına müraciət etməlidirlər, ya da tərəflərdən biri ərizə ilə mediasiya təşkilatına müraciət etməlidir.

9. Asan xidmət mediasiya

Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl (yəni məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl) tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

İlkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Yəni tərəflər müəyyən ərazidə yaşasalar da, qarşılıqlı razılıq olduğu halda digər ərazidə olan mediatora və ya təşkilata müraciət edilməsi mümkündür.

Əgər tərəflər arasında qarşılıqlı razılıq olmadıqda ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Qanuna əsasən mediasiya prosesi 30 gün müddətində başa çatmalıdır.

Belə ki, ümumiyyətlə “ASAN Xidmət” mərkəzlərində mediasiya xidməti göstərilmir. Lakin istisna olaraq bu xidməti Qəbələ və Balakən regional “ASAN Xidmət” mərkəzlərində həyata keçirilir.

10. Mediasiya aliment

Əgər siz aliment tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaq istəyirsinizsə, bunun üçün ilkin olaraq mediasiya prosesindən keçməlisiniz. Mediasiya prosesindən keçmək üçün mediasiya təşkilatına ərizə ilə müraciət etməlisiniz.

Əgər siz və qarşı tərəf könüllü mediasiya təşkilatına müraciət etmək istəyirsinizsə, birbaşa olaraq razılaşdırdığınız mediasiya təşkilatına müraciət edə bilərsiniz. Yox əgər ilkin olaraq siz mediasiyaya müraciət edirsinizsə, mübahisəyə hansı məhkəmədə baxılacaqsa, həmin məhkəmənin yerləşdiyi yerə görə mediasiya təşkilatına ərizə ilə müraciət edərək ilkin mediasiya sessiyasında iştirak etməlisiniz.

Əgər qarşı tərəf mediasiyada iştirak etməzsə, sizə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış mediator tərəfindən təqdim edilir.

Qarşı tərəf mediasiya prosesində iştirak etdikdə, lakin aranızda razılaşma olmadıqda hər iki tərəfə  ilkin mediasiya sessiyasının davam etdirilməməsi barədə arayış təqdim edilir. Aranızda barışıq əldə olunduqda isə barışıq sazişi bağlayırsınız.

Mediasiya xərcləri ya razılaşdırılaraq tərəflər arasında bərabər bölüşdürülməklə ödənilir, yaxud da mediasiyaya ilkin müraciət edən tərəfindən tam şəkildə ödənilir.

Mediasiya xərci 50-60 manat məbləğində müəyyən edilib. Mediasiya arayışını əldə etdikdən sonra istənilən vaxt iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz.

İddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə və ya erizem.az saytında şəxsi kabinet yaradaraq müvafiq məlumatları doldurmaqla ərizənizi özünüz hazırlaya bilərsiniz.

11. Mediasiya boşanma

Əgər siz nikahın pozulması tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaq istəyirsinizsə, bunun üçün ilkin olaraq mediasiya prosesindən keçməlisiniz. Mediasiya prosesindən keçmək üçün mediasiya təşkilatına ərizə ilə müraciət etməlisiniz. Mediasiya prosesi zamanı mediator sizin nikahınızı ləğv edə bilməz.

Çünki uşaq varsa nikahın pozulması yalnız məhkəmə qaydasında mümkündür. Uşaq olmadıqda isə nikah hər iki tərəfin iştirakı ilə müvafiq qeydiyyat şöbəsində pozula bilər.

Qeydiyyat şöbəsində də nikahın pozulması barədə razılıq olmadıqda əvvəlcə mediasiyan keçərək, daha sonra məhkəməyə müraciət edə bilərsiniz.

Əgər siz və qarşı tərəf könüllü mediasiya təşkilatına müraciət etmək istəyirsinizsə, birbaşa olaraq razılaşdırdığınız mediasiya təşkilatına müraciət edə bilərsiniz.

Yox əgər əvvəlcə siz mediasiyaya müraciət edirsinizsə, mübahisəyə hansı məhkəmədə baxılacaqsa, həmin məhkəmənin yerləşdiyi yerə görə mediasiya təşkilatına ərizə ilə müraciət edərək ilkin mediasiya sessiyasında iştirak etməlisiniz.

Əgər qarşı tərəf mediasiyada iştirak etməzsə, sizə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış mediator tərəfindən təqdim edilir.

Qarşı tərəf mediasiya prosesində iştirak etdikdə, lakin aranızda razılaşma olmadıqda hər iki tərəfə  ilkin mediasiya sessiyasının davam etdirilməməsi barədə arayış təqdim edilir. Mediasiya xərcləri ya razılaşdırılaraq tərəflər arasında bərabər bölüşdürülməklə ödənilir, yaxud da mediasiyaya ilkin müraciət edən tərəfindən tam şəkildə ödənilir.

Mediasiya xərci 50-60 manat məbləğində müəyyən edilib. Mediasiyadan arayış aldıqdan sonra nikahın pozulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz.

Məhkəməyə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə və ya erizem.az saytında şəxsi kabinet yaradaraq müvafiq məlumatları doldurmaqla ərizənizi özünüz hazırlaya bilərsiniz.

12. Mediasiya xərcləri

Mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri mediasiya xərclərini təşkil edir.

Mediator və ya mediasiya təşkilatı mediasiyanı ödənişli əsaslarla həyata keçirir. Mediator və ya mediasiya təşkilatı öz razılığı ilə mediasiyanı ödənişsiz əsaslarla da həyata keçirə bilər.

Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan hər hansı tərəfin mediasiya xərclərinin ödənilməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. 

İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq 50 manat məbləğində müəyyən edilib. İlkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq müəyyən edilir.

13. Mediasiya rüsumu

İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq aşağıdakı məbləğlərdə müəyyən edilir:

  • Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə – 50 manat;
  • Əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə – 50 manat
  • Kommersiya mübahisələri üzrə iddianın qiyməti – 500 manatadək olduqda – 20 manat; 501 manatdan 1000 manatadək olduqda – 40 manat; 1001 manatdan 5000 manatadək olduqda – 60 manat; 5001 manatdan 10000 manatadək olduqda – 100 manat; 10001 manatdan 50000 manatadk olduqda – 200 manat; 50000 manatdan çox olduqda  – 400 manat                 

İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləğinə” əsasən müəyyən edilir. Yəni bu xərcləri yalnız Nazirlər Kabineti dəyişdirə bilər.

İlkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq müəyyən edilir.

Belə ki, ilkin mediasiya sessiyasında iştirak zamanı 50+10 manat məbləğində mediasiya xərci ödəyirsiniz.

Əgər tərəflər arasında barışıq sazişi bağlanarsa, bu zaman barışıq sazişində göstərilən tələblərin həcmindən asılı olaraq mediasiya xərci müəyyən edilir. Bu xərc təxminən 100-200 manat məbləğində və ya daha artıq müəyyən edilə bilər.

14. Barışıq sazişi nümunə

Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir:

1. müqavilənin tarixi və tərtib olunduğu yer;

2. tərəflər haqqında məlumat;

3. mübahisənin predmeti;

4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar;

5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri;

6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri.

Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur.

Barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Tərəflər aralarındakı mübahisəni mediasiya prosesində danışıqlar yolu ilə, razılığa gəlməklə həll etdikdə, tərəflər arasında “Barışıq Sazişi” bağlanılır. Tərəflər arasında “Barışıq Sazişi” imzalandığı gündən mediasiya prosesinə xitam verilir.

15. Barışıq sazişinin təsdiq edilməsi

Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakterə malikdir. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf barışıq sazişinin məcburi icrası üçün məhkəməyə  müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsini istəyən tərəf qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsinə dair işlərə icraat xüsusi icraat qaydasında baxılır və sadəcə ərizə ilə məhkəməyə müraciət etməklə barışıq sazişinin təsdiqlənməsi mümkündür.  Ərizənizə 10 gün müddətində baxılır və qətnamə qəbul edilir.

Bunun üçün məhkəməyə ödənilən dövlət rüsumu 100 manat təşkil edir. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə ərizənin hazırlanması üçün bizə  müraciət edə bilərsiniz. 

16. Barışıq sazişinin ləğvi

Ailə, əmək, kommersiya, inzibati mübahisələri mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz.

Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər.

Barışıq sazişi qanuna və yuxarıda qeyd olunan müddəalarına zidd olmamalıdır.

Bu halda barışıq sazişinin təsdiq edilməsindən imtina olunur.

17. Mediasiya gov az

29 mart 2019-cu il tarixdə “Mediasiya haqqında” Qanun 29 mart 2019-cu ildə qəbul edilmişdir. Həmin Qanun 2021-ci ilin iyul ayından qüvvəyə minmişdir. 12.02.2020-ci il tarixində Mediasiya Şurası təsis edilmişdir. Mediasiya Şurasının ilk üzvü olan Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilk mediasiya təlimi qurumu qismində 03.03.202-ci il tarixində Mediasiya Şurasının üzvlüyünə qəbul edilmişdir.

Hal-hazırda mediatorların ilkin hazırlığı üzrə təlimlərini keçib, sertifikat əldə etmiş üzvlər Mediasiya Şurasına üzvlüyə qəbulu edilir.

Hal-hazırda respublika üzrə 62 mediasiya təşkilatı fəaliyyət göstərir. Mediatorların sayı isə 386 nəfərdir.

Mediasiya prosesi mübahisələrin məhkəmədənkənar həllini nəzərdə tutulan prosesdir. Mediasiya prosesi başladıldığı vaxtdan 30 gün müddətində başa çatmalıdır. Mübahisənin mürəkkəbliyindən asılı olaraq proses 30 gündən çox olmamaq şərtilə uzadıla bilər.

18. Mediasiya Təşkilatları

Mediasiya təşkilatı mediasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə, mediasiya xidmətlərinin marketinqini, əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların xidmətləri üçün haqqın və digər xərclərin ödənilməsinə dair qaydanı müəyyən edən, mediasiya zamanı danışıqların aparılması üçün şərait yaradan, “Mediasiya haqqında” Qanunla və ya tərəflərin razılığı ilə müəyyən edildiyi hallarda mediasiya prosesini aparmaq üçün mediatorları təyin edən, habelə mediatorların effektiv fəaliyyətinə yönələn digər tədbirlər həyata keçirən qeyri-kommersiya hüquqi şəxsidir.

Dövlət qeydiyyatına alınmış hüquqi şəxs mediasiya təşkilatı ola bilər. Hüquqi şəxs Mediasiya Şurasının üzvlüyünə qəbul edildiyi andan mediasiya təşkilatı kimi fəaliyyət göstərmək hüququ əldə edir.

Hazırda 62 Mediasiya Təşkilatı fəaliyyət göstərir.

Mediasiya Şurasının üzvlüyünə qəbul edilməsi üçün hüquqi şəxs aşağıdakı tələblərə cavab verməlidir:

  • ən azı iki mediatorla (onlardan əz azı biri ali hüquq təhsilli olmalıdır) əmək müqaviləsi olmalıdır;
  • mediator tərəfindən göstərilən mediasiya xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi üçün təsdiq olunmuş qaydaya malik olmalıdır;
  • istifadəsində ən azı iki otaqdan ibarət Mediasiya Şurası tərəfindən müəyyən edilən tələblərə cavab verən ofisi olmalıdır;
  • Mediasiya Şurasının üzvlüyündən çıxarılmış hüquqi şəxs və ya həmin hüquqi şəxsin təsisçisinin təsis etdiyi digər hüquqi şəxs bu qərar qüvvəyə mindiyi tarixdən 1 il keçdikdən sonra Mediasiya Şurasının üzvlüyünə qəbul olunmaq üçün bu Qanunla müəyyən edilmiş qaydada Mediasiya Şurasına müraciət edə bilər.

19. Mediasiya şurası əlaqə

“Mediasiya haqqında” Qanunun 18-ci maddəsinə əsasən Mediasiya Şurası mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir.

Mediasiya Şurasının əlaqə vasitələri

(012) 1927

Whatsapp: 055 444 81 65

Elektron poçt ünvanı (email): info@mediasiya.gov.az

20. Mediasiya şurası qaynar xətt

Mediasiya Şurasına müraciət etmək istəyirsinizsə, onlayn qaydada qəbula yazıla bilərsiniz, yaxud (012) 1927 qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz.

Mediasiya Şurası aşağıdakı funksiyaları həyata keçirir:

  • mediasiya sahəsində tənzimləməni və nəzarəti həyata keçirir;
  • mediator fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin ilkin hazırlığı üzrə təlimin və mediatorların ixtisasartırma kurslarının mediasiya təlimi qurumları tərəfindən keçirilməsi ilə bağlı tədbirlər görür;
  • mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının reyestrini aparır;
  • mediasiya prosesi ilə bağlı sənədlərin, o cümlədən protokol və arayışların formalarını hazırlayır və təsdiq edir;
  • mediasiya təşkilatlarından, mediatorlardan və mediasiya təlimi qurumlarından statistik məlumatları toplayır və təhlil edir;
  • mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının fəaliyyəti ilə əlaqədar daxil olan müraciətlərə baxır;
  • mediatorların intizam məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edir;
  • mediatorların, mediasiya təşkilatlarının və mediasiya təlimi qurumlarının müvafiq fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması və Mediasiya Şurasının üzvlüyündən çıxarılması barədə qərarlar qəbul edir;
  • intizam icraatının həyata keçirilməsi qaydasını müəyyən edir;
  • mediasiya fəaliyyəti haqqında informasiya və statistik xarakterli hesabatı rübdə bir dəfə ictimaiyyətə açıqlayır;
  • mediatorların və mediasiya təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi və mediasiya xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə tədbirlər görür;
  • “Mediasiya haqqında” Qanunla və nizamnaməsi ilə müəyyən olunmuş digər funksiyaları həyata keçirir.

Mediasiya təşkilatı, mediator və mediasiya təlimi qurumu Mediasiya Şurasının qərarlarından, digər hərəkət və hərəkətsizliyindən məhkəməyə şikayət verə bilərlər.

21. Mediasiya harada yerləşir?

  • Bakı 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 13 (Odlar Yurdu Universiteti)

Əlaqə telefonları:  +994507737486; +994554821971

  • Bakı 2 saylı mediasiya təşkilatı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Bakı şəhəri, Xan Şuşinski 158, Ev 72 F(Şam restoranının yanı)

 Əlaqə telefonları: +994124496208; +994124499111; +994705114990; +994506114990

  • Bakı 3 saylı  

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 78, korpus B, otaq 109-110

Əlaqə telefonları: +994(77) 273 03 73

  • Bakı 6 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 309-cu məhəllə, World business center 11-ci mərtəbə

Əlaqə telefonları: +994 55 358 43 42; +994 50 497 11 11; +994 50 689 51 69

  • Gəncə 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Gəncə şəhəri, İcra Hakimiyyətinin binası, 3-cü mərtəbə

Əlaqə telefonları: +994 51 277 87 25; +994 50 634 16 67; +994 55 512 68 19

  • Naxçıvan mediasiya təşkilatı

Qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yer): Naxçıvan şəhəri, Azərbaycan küçəsi 53

Əlaqə telefonları: 0365504083; 0703694051

  • Masallı 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Masallı şəhəri, Heydər Əliyev prospekti 35, “Prospekt Biznes Mərkəzi” 3-cü mərtəbə otaq 309.

Əlaqə telefonları: +994 (10) 228 04 02, +994 (10) 228 04 03

  • Bakı 10 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Nərimanov rayonu, Ağa Neymatulla küçəsi 232 (45 nömrəli məktəbin yaxınlığı)

Əlaqə telefonları: +994552452929 , 0102227010

  • Bakı 11 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu 2(Heydər Əliyev Mərkəzinin yaxınlığı)  

Əlaqə telefonları: +994 50 836 01 01

  • Lənkəran 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Lənkəran şəhəri, Mirmustafaxan küçəsi 8

Əlaqə telefonları:  +994 51 233 93 68   +994 51 233 93 69

  • Bakı 9 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küç. 133

Əlaqə telefonları:  +994 50 245 22 26; +994 70 245 22 26

  • Bakı 15 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Bakı şəhəri,Səbail rayonu,6-cı Böyük Qala döngəsi, 11

Əlaqə telefonları:  +994 10 515 50 15, +994 12 504 24 15

  • Bakı 16 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Bakı şəhəri,Nəsimi rayonu, Xətai prospekti 2

Əlaqə telefonları: +994(55) 510 8500; +994(55) 721 1736

  • Bakı 14 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 153, Çinar Plaza, 20-ci mərtəbə, blok-A

Əlaqə telefonları:  +994(50) 210 9158

  • Şəki 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Şəki şəhəri, S.Mümtaz küçəsi 355

Əlaqə telefonları:  +994(51) 240 2626

  • Qazax 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Qazax şəhəri, H.Əliyev prospekti 76

Əlaqə telefonları: +994(55) 784 7597

  • Cəbrayıl 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Biləsüvar rayon 11 saylı Cəbrayıl qəsəbəsi

Əlaqə telefonları: +994(51) 240 59 99; +994(51) 290 51 70

  • Bakı 13 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 237a, 4cü mərtəbə(İran Klinkası ilə üzbəüz, Yasamal ATS yanı

Əlaqə telefonları: +994(51) 777 9626,  +994(99) 366 9626, +994(50) 366 9626

  • Sabirabad 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Sabirabad şəhəri, İlham İsgəndərov küçəsi.9,  2-ci mərtəbə

Əlaqə telefonları: +994(70) 216 17 76   +994(55) 716 17 76    +994(12) 235 90 51

  • Bakı 8 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Bakı şəhəri, Heydər Əliyev prospekti 115, Sport plaza, Blok B, 11-ci mərtəbə, otaq 1105

Əlaqə telefonları: +994 (51) 401 87 07

  • Bakı 18 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Məhəmməd Naxcivani küçəsi 25A, ALGİ plaza

Əlaqə telefonları:  +994(50) 3464964

  • Tovuz 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Tovuz şəhəri F.Ələkbərov küçəsi 32

Əlaqə telefonları: +994 (55) 255 67 88

  • Qusar 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Qusar şəhəri, H.Əliyev prospekti, 140A
Əlaqə telefonları: 070 357 87 17 

  • Salyan 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Slayan şəhər, H.Əliyev küçəsi 109/2

Əlaqə telefonları:  0107251983

  • Samux 1 saylı mediasiya təşkilatı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Samux şəhəri, Heydər Əliyev prospekti 165, Heydər əliyev mərkəzinin inzibati binası 2-ci mərtəbə 

Əlaqə telefonları: +994 (55) 581 20 38

  • Sumqayıt 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ilə Sülh küçəsinin kəsişməsində (Göyərçin abidəsinin yanı) bina 120

Əlaqə telefonları: 055 218 3556; 051535 1157; 055 995 1295

  • Mingəçevir 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Mingəçevir şəhəri, Səməd Vurğun 19

Əlaqə telefonları: 0503508980; 0552540310; 0512440777

  • Goranboy 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Goranboy rayonu, V. Bayramov küçəsi, 51

Əlaqə telefonları: 055 758 7070; 055 621 4422

  • Gəncə 2 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Gəncə şəhəri, Atatürk prospekti 258

Əlaqə telefonları: +994 (55) 552 12 20 

  • Yevlax 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Yevlax şəhəri, Heydər Əliyev prospekti 42

Əlaqə telefonları: +994 (22) 336 26 00   +994 (51) 244 06 66

  • Qəbələ 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Qəbələ şəhəri , Elçin Kərimov ; 79. Qəbələ Regional ” Asan xidmət ” mərkəzi.

Əlaqə telefonları:  +994(50) 3707973  +994(50) 4643228 

  • Bakı 20 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Xətai rayonu, 1197-ci məhəllə, Mehdi Mehdizadə küçəsi, ev 5

Əlaqə telefonları: +994502739191  +994703960028

  • Bakı 19 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz 43, English Yard biznes Mərkəzi, ofis 9

Əlaqə telefonları:  +994(12)4971914;  +994(12)4971915

  • Bərdə 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Bərdə şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi 11

Əlaqə telefonları:  +99450-328-08-40;  +99450-336-44-00

  • Quba 1 saylı mediasiya təşkilatı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Heydər Əliyev pr. 227, İlqaroğlu Business Center, II mərtəbə

Əlaqə telefonları:  +99477 450 77 44;  +99477 250 77 44

  • Abşeron 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Abşeron rayonu  Xırdalan şəhəri, H.Əliyev prospekti 11, 2

Əlaqə telefonları: +994777661104

  • İsmayıllı 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: İsmayilli rayonu, Heydər Əliyev prospekti 15

Əlaqə telefonları:  +994(55) 500 38 80; 

  • Ağsu 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Ağsu rayonu, Heydər Əliyev küçəsi

Əlaqə telefonları:  +994(55) 766 80 42;

  • Ağdam 2 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: H. Əliyev prospekti, Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsinin 1-ci mərtəbəsi (Uşaq bağçasının yanı)

Əlaqə telefonları:  +994(50)343 17 43;

  • Şirvan 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Şirvan şəhəri, Zülfü Hacıyev küçəsi, ev 10, mənzil 7

Əlaqə telefonları:  +994(55) 614 86 04; +994(10) 252 42 82

  • Göygöl 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Göygöl şəhəri, Hummel küçəsi, Heydər Əliyev mərkəzi inzibati binası

Əlaqə telefonları:  +994(70) 434 41 44;

  • Ağcabədi 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Ağcabədi şəhəri, Faiq Əlizadə küçəsi 12

Əlaqə telefonları:  +994(10) 716 70 75;   +994 (50) 752 42 86

  • Ağdam 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Ağdam rayonu, Quzanlı qəsəbəsi, Qurban Primov küçəsi;

Əlaqə telefonları:  +994(51)958 91 49;

  • Bakı 21 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Həzi Aslanov küçəsi, 16C(Cırtdan parkın yanı)

Əlaqə telefonları:  +994(10) 250 5710

  • Zərdab 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Zərdab şəhəri, Mehdi Hüseyn küçəsi, ev 9

Əlaqə telefonları:  +994 (50) 760 1718

  • Qobustan 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Qobustan şəhəri, Heydər Əliyev prospekti 272

Əlaqə telefonları: +994 (50)-565-11-50

  • Şəmkir 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Şəmkir şəhəri S.Vurğun küçəsi 282 

Əlaqə telefonları: +994 (55)-385-02-05 , +994(51)316-31-27

  • Gəncə 3 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Gəncə şəhəri Atatürk prospekti 438A (köhnə Atatürk prospekti 254, Gəncə şəhər Məhkəməsinin alt tərəfi, 2 mərtəbəli qədim kərpic binanın 1-ci mərtəbəsi)

Əlaqə telefonları: +994 (55)-311-50-80

  • Şəmkir 2 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Şəmkir şəhəri, Səməd Vurğun küçəsi 275, birinci mərtəbə

Əlaqə telefonları: +994 (55) 221 42 21

  • Tərtər 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Tərtər şəhəri, Elman Hüseynov küçəsi 2

Əlaqə telefonları: +994(51) 439 85 44

  • Balakən 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: 93, Balakən şəhəri, Heydər Əliyev prospekti 

Əlaqə telefonları: +994 (51) 658 38 81; +994 (70) 858 38 58

  • Biləsuvar 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Biləsuvar şəhəri, H.Əliyev prospekti 49
Əlaqə telefonları: +994 (70) 203 44 42

  • Hacıqabul 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Hacıqabul şəhəri, H.Həmidov 87

Əlaqə telefonları: +994 (55) 440 24 24

  • Göyçay 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Göyçay şəhəri, Rauf isayev küçəsi, 41 d

Əlaqə telefonları: +994 (50) 470 90-73

  • Şamaxı 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Şamaxı şəhəri, Bak-Şamaxı-Qazax avtomobil yolunun 11-ci kilometri

Əlaqə telefonları: +994 (55) 900 50 90

  • Ağdaş 2 saylı mediasiya təşkilatı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Ağdaş şəhəri, Heydər Əliyev Mərkəzi, 2-ci mərtəbə
Əlaqə telefonları: +994 (55) 716 08 15

  • Abşeron 2 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, Nizami Gəncəvi küçəsi, 22 D
Əlaqə telefonları: +994 (99) 510 50 50

  • Ağdaş 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Ağdaş şəhəri, Müşfiq İsayev küçəsi, 8A/5
Əlaqə telefonları: +994 (50) 541 42 43

  • Sumqayıt 2 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Sumqayıt şəhəri, Polad Həşimov küçəsi, giriş 86A

Əlaqə telefonları: +994 (50) 623 81 17

  • Bakı 22 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.Sultanova küçəsi 32

Əlaqə telefonları: +994 (50) 871 19 81

  • Xaçmaz 1 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti
Əlaqə telefonları: +994 (55) 323 10 14

  • Masallı 2 saylı

Fəaliyyət göstərdiyi ünvan və ərazi: Masallı şəhəri, Heydər Əliyev prospekti 31A

Əlaqə telefonları:  +994(10) 434 04 05

22. Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qaydası

Mediasiya haqqında” Qanunun 36.7-ci maddəsinə əsasən xərcləri ödəmək üçün kifayət qədər vəsaiti olmayan hər hansı tərəfin mediasiya xərclərinin ödənilməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Şəxs kifayət qədər vəsaiti olmadığını sübut edən sənədlər təqdim etməlidir. Məsələn işsizlik arayışı və s.

Prosesə xitam verildikdən sonra mediator tərəflərə çəkilmiş xərclər barədə hesabat verir.  

Mediasiya haqqında” Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya ilkin mediasiya sessiyası zamanı mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Belə ki, tərəf əgər mediasiyaya 50 manat mediasiya xərci ödəyibsə, məhkəməyə 100 manat deyil, 50 manat dövlət rüsumu ödəyəcək.

23. Mediasiya sənəd nümunələri

  • Mediasiyaya müraciət ərizəsi
  • İlkin mediasiya sessiyası üçün bildiriş
  • İlkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayış
  • İMS-dən sonra prosesin davam etdirilə bilməməsi barədə arayış
  • Könüllü mediasiya sessiyası barədə bildiriş
  • Mediasiya prosesinin tətbiqi barədə müqavilə
  • Mediasiya xidmətlərinin göstərilməsi barədə müqavilə
  • Mediasiya sessiyasına xitam verilməsi barədə protokol
  • Barışıq sazişi

24. Mediasiya ərizə forması

Mediasiya üçün ərizə və məhkəməyə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə və ya erizem.az saytında şəxsi kabinet yaradaraq müvafiq məlumatları doldurmaqla ərizənizi özünüz hazırlaya bilərsiniz.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button