
İXM 529.3 – Cəriməni ödəməmişəm sürücülük hüququm məhdudlaşdırılıb
1. İXM 529.3 nədir?

proqramında əks olunması
1.1 529.3 yol hərəkəti qaydaları
Yol hərəkəti əleyhinə olan inzibati xətanı törətməyə görə inzibati cərimə edilən şəxs İXM 529.3-cü maddəyə əsasən 3 ay ərzində cəriməni ödəmədikdə sürücülük hüququ məhdudlaşdırılır.
2. 529.3 İnzibati Xətalar Məcəlləsi izah
İstənilən yol hərəkəti əleyhinə olan inzibati xətanın törədilməsindən sonra cərimə edilmisinizsə və bu cəriməni 3 ay + 20 gün(Cərimə edildiyiniz tarixdən 20 gün müddətində şikayət vermək hüququnuz var) müddətində ödəməmisinizsə, sürücülük hüququnuz məhdudlaşdırılır. Başqa bir deyimlə, “pravanız lişenyaya gedir”.
2.1 529.3 maddə cəriməsi
Bu maddə ilə bağlı cərimə tətbiq olunmur. Sadəcə sürücülük hüququnuz məhdudlaşdırılır.
3. Sürücülük hüququnuzu kim məhdudlaşdırır?
Yol polisi tərəfindən 3 ay 20 gün ərzində cəriməni ödəmədiyiniz aşkar edildikdə barənizdə İXM 529.3-cü maddə ilə bağlı İXP 529.3(İnzibati xəta haqqında protokol) tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilir. Məhkəmə həqiqətən cəriməni ödəmədiyinizi aşkar etdikdə sürücülük hüququnuzu məhdudlaşdırır.
Nəzərə alın ki, Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxa bilər.
4. İXM 529.3-ə xitam verilməsi
İXM 529.3-cü maddənin qeyd hissəsinə əsasən, İXM 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur.
Yəni, cəriməni ödədiyiniz halda məsuliyyətdən azad olunursunuz. Lakin bunun üçün hüquqi(maddələrə istinad edərək) və faktiki(ödəniş qəbzlərini təqdim edərək) əsaslarla birgə ərizə ilə müraciət etməlisiniz. Ərizəni əgər özünüz hazırlaya bilmirsinizsə hüquqşünas və vəkillərə müraciət edə bilərsiniz.
5. İXM 529.3-ə xitam verilməsi üçün müraciət qaydası
İXM 529.3-cü maddə ilə sürücülük hüququnuz məhdudlaşdırıldıqdan sonra 3 ay 20 gün ərzində ödəmədiyiniz cəriməni(ləri) ödəyib, ödəniş qəbzlərini özünüzdə saxlayın.
Qeydiyyatda olduğunuz rayonun məhkəməsinə hər cəriməyə görə ayrıca ərizə yazaraq və ödəniş qəbzlərini ərizənin qoşma hissəsinə əlavə edərək məhkəməyə təqdim edin. Ərizədə mütləq hüquqi əsaslar(maddələr) qeyd olunmalıdır. Əksər hallarda protokol baxılması üçün qeydiyyatda olduğunuz rayonun məhkəməsinə göndərilir. Məhkəmə ilə əvvəlcədən əlaqə saxlayaraq məhkəmədə sizin adınızda inzibati iş olub-olmadığını aydınlaşdıra bilərsiniz. Eləcə də, e-mehkeme ilə şəxsi kabinetinizə daxil olaraq barənizdə inzibati xəta haqqında iş olub-olmadığını aydınlaşdıra bilərsiniz.
Əgər barənizdə İXM 529.3-cü maddə ilə bir neçə iş mövcuddursa, yaxşı olar ki, məhkəməyə ərizə ilə müraciət edib müvafiq işlərin məhkəmə iş nömrələrini və ya protokol nömrələrini əldə edəsiniz. İXM 529.3-cü maddə ilə məsuliyyətə cəlb edilən şəxs, xitam verilməsi üçün müraciət etdikdə hansı iş üzrə xitam verilməsini ərizədə qeyd etməlidir. Əks halda əlavə araşdırma ilə işiniz daha uzun müddətə həll oluna bilər.
6. Ərizəyə baxılma müddəti
İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Yəni, ərizənizə(vəsatətinizə) məhkəmədə 15 gün ərzində baxılıb qərar çıxarılmalıdır.
İnzibati Xətalar Məcəlləsinin 140-cı maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın icraya yönəldilməsi vəzifəsi hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə qoyulur. Yəni, ərizənizə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verildikdən sonra qərar qanuni qüvvəyə mindiyi gün qərarın icra edilməsi üçün Baş Dövlət Yol Polisi idarəsinə göndərilməsini məhkəmə təmin etməlidir. Lakin qərarı özünüz də götürüb Baş Dövlət Yol Polisi idarəsinə təqdim edə bilərsiniz.
Qanuni qüvvəyə minmə – Əgər qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün(10 gün) qanuni qüvvəyə minmiş hesab olunur.
7. İXM 529.3 Dövlət rüsumu
İnzibati Xətalar Məcəlləsinin 129.5-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Yəni məhkəməyə ərizə və ya vəsatət ilə müraciət etdiyiniz zaman bu işlər üzrə dövlət rüsumu nəzərdə tutulmur.
Hüquqşünas İlkin Əzimov
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın
15 gundu xitam hakqinda qerar cixib adiyyati uzre gonderilib icraar yoxdur bes mehkeme neye lazimdirki onun qerari icra olunmursa ?
Salam, məhkəmə qərarını birbaşa özünüz əldə edib, icra olunması üçün aidiyyatı orqana apara bilərsiniz. Qərar çıxdıqdan 10 gün sonra qanuni qüvvəyə minir.
Mende 6 edet liseniya var onlari is nonrelerini bilmirem oz s3xsi mehkeme kabinetime girirem yoxdur is normeleri erze yazmaq ucun ola bilerki iw mehkemeye hele yonlendirilmesin ancaq pravam merhimiyetdedir liwenyadadir
Salam, ola bilər. Məhkəmə ilə əlaqə saxlayıb dəqiqləşdirsəniz daha yaxşı olar.
Salam mənə 529.3 maddəsi bugun gəlib qərarsız yazlıb mən cəriməni ödəsəm qerarsiz olan yenədə qərali olacaqmi? Yoxsa silinəcəkmi?
Salam, əgər məhkəmə qərarı ilə məhdudlaşdırma üçün göndərilməyibsə, cəriməni ödədikdən sonra problem öz həllini tapacaq.
Salam mene 529.3 le bagli mehkeme kagizi gelib.kagizda mehkemeye devet olunuram. Men ise cerimeni odenisem ve sms radarda protokol status qerarsizdi men ne edim mehkemeye gede bilmirem isden cixa bilmirem
Salam, məhkəməyə bununla bağlı ərizə yazıb göndərin və ödəniş qəbzlərini ərizəyə əlavə edin
Salam mene bu gun asa pay ile geldi ki 529.3 qerar ile mecburi icraya gönderilir derhal odedim mesele hell oldu yoxsa mehkemeye Qebelede yollamaliyam
Salam. Əksər hallarda inzibati orqan məhkəməyə müraciət etməmişdən əvvəl ödəniş etdiyiniz halda məhkəmə xitam qərarı qəbul edir.
Salam məndə 15 yanvarda 3 ixm 529.3 qərarsız gəlmişdir mən ödəmmişəm cərimə protokolların silinib sadəcə 529.3 ixmdən başqa amma hələdə asan payda göstərir amma üstünə sıxdıqda belə bir protokol mövcud deyil yazır onun qalması nə kimi problemlər yarada bilər gələcəkdə ödəniş qəbzləri itib pərpası mümkün deyil
Salam. Dəqiqləşdirmə aparılması üçün bizə votsap üzərindən müraciət edin. 055-653-98-41
Salam mene bugun 529.3 qerarsiz gelib.ve cerimani derhal odedim.yenede bu quvvede olacaq?
Salam. Əgər iş məhkəməyə göndərilməyibsə, məhkəmə qərar qəbul etməyibsə, qərar qəbul edən zaman cərimənizin olmadığını görüb işə xitam verəcəkdir.