Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Mülki huquq

Borca pul vermisiniz, lakin geri qaytarılmır. Nə etmək olar?

1. Pul tələbinə dair iddia ərizəsi

Borc məqsədilə pul verdiyiniz vətəndaş əgər pulunuzu geri qaytarmırsa, “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pulunuzu geri ala bilərsiniz. Bunun üçün iddia ərizəsi ona əlavə edilən sənədlərlə birgə qarşı tərəfin qeydiyyat yeri üzrə məhkəməyə təqdim edilir.  İddia ərizəsini ya elektron məhkəmə informasiya sistemi üzərindən yaratdığınız e-kabinet vasitəsilə,  ya da poçt vasitəsilə məhkəməyə göndərə bilərsiniz. Məhkəməyə iddia ərizəsinin hazırlanması və vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

2. Borcumu ala bilmirəm

Siz birinə borc verərəkən aranızda şifahi və ya yazılı formada borc müqaviləsi bağlaya bilərsiniz. Əgər birinə borc vermisiniz və pulu geri ala bilmirsinizsə, məhkəmədə pul tələbinə dair iddia qaldıra bilərsiniz. Əgər boralanın sizi aldatdığını və ya etibarınızdan sui-istifadə etdiyini düşünürsünüzsə və buna dair sübutlarınız varsa, ərazi üzrə polis idarəsinə müraciət edə bilərsiniz.

Boralanın əməlində cinayət tərkibi olmadığı halda məsuliyyətə cəlb edilə bilməz. Bu zaman siz pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pulunuzu tələb edə bilərsiniz. İddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

Pulun tələb olunması zamanı bununla bağlı aranızda yazılı razılaşma və ya müqavilə yoxdursa, bu zaman ödəniş qəbzləri, votsap yazışmaları, danışıqları, səs yazıları və ya polis idarəsində (bölmə və ya şöbədə) təqdim edilən izahatlar sübut kimi qiymətləndirilir.

Əgər aranızda yazılı şəkildə borc müqaviləsi bağlamısınızsa və borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcun qaytarılmasını istənilən vaxt tələb edə bilərsiniz. Əgər müddət müəyyən edilibsə, həmin müddət bitəndən sonra borc ödənilmədiyi halda borcunuzu tələb edə bilərsiniz.

3. Pul tələbi iddia

Bir çox hallarda vətəndaşlar borca pul versələr də, sonradan həmin pulu geri ala bilmirlər. Bir şəxs digər şəxsə həm şifahi, həm də yazılı müqavilə bağlamaqla borc verə bilər. Əgər borcun məbləği 3000 manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bu zaman tərəflər, yəni borcverən və borcalan notarial qaydada təsdiqlənmiş borc müqaviləsi bağlayırlar. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət nəzərdə tutulmamışdırsa, siz borcun qaytarılmasını istənilən vaxt tələb edə bilərsiniz.

Borcunuz qaytarılmadıqda pul tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edə bilərsiniz. İddia cavabdehin rəsmi qeydə alındığı yerin (qeydiyyatda olduğu yerin) məhkəməsinə verilir. Məhkəməyə müraciət üçün iddia müddəti 3 ildir. Tələbiniz qiymətləndirilən iddia tələbinə aid olduğuna görə iddia tələbi 1000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat təşkil edir. 1000 manatdan yuxarı olduqda isə dövlət rüsumunun məbləği də dəyişir.

Borc müqaviləsi şifahi qaydada bağlandıqda borcun verilməsini məhkəmədə votsap yazışmaları (mesajlar, səs yazıları), şahid ifadələri, borverən və borcalan arasında borcla bağlı hər hansı bir sənədlə sübut edə bilərsiniz. Əgər tərəflər arasında sadə yazılı qəbz imzalanıbsa, bu da sübut kimi qəbul edilə bilər. Lakin əgər borcu borcunu inkar edərsə, məhkəmə tərəfindən xətşünaslıq ekspertizası təyin edilməklə borc barədə məlumatların həqiqiliyi, düzgünlüyü, həm yazının, həm də imzanın borclu tərəfindən icra edilib edilmədiyi müəyyən edilir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli plenumunun qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur.

Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. 

Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

4. Borc müqaviləsi mülki məcəllə

Mülki qanunvericiliyin tələbinə əsasən borc müqavilə əsasında verilir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

Mülki Məcəllənin 740-cı maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

5. Pul alıb qaytarmamaq

Borcalan borcu (həmçinin faizləri) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada borcverənə qaytarmalıdır. Borc məbləği borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur.

Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur.

Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.

Borcalan aldığı borcu qaytarmadıqda bununla bağlı borcverən iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə həm əsas borcu, həm də faizləri tələb edə bilər.

6. Borca görə cinayət işi

Əgər borcalan sizi (borcverəni) aldadarsa, borcu geri qaytarmazsa, bu zaman borcun geri qaytarılması üçün ərazi üzrə polis idarəsinə müraciət edə bilərsiniz. Əgər həmin şəxsin əməlində dələduzluq cinayətinin tərkibi aşkarlanarsa və bu, sübuta yetirilərsə, o zaman borcalan cinayət məsuliyyətinə cəlb oluna bilər. Yox əgər sübuta yetirilməzsə, mülki qaydada məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qarşı tərəfdən borc məbləğini tələb edə bilərsiniz.

Əgər məhkəmə pul tələbinə dair iddianız üzrə iddia tələbinizi təmin edərsə, bununla bağlı qətnamə çıxarır və qətnamə qüvvəyə mindikdən sonra icraya yönəlir. Borclu şəxs həmin qətnaməni icra etməzsə, inzibati və cinayət məsuliyyəti daşıya bilər.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 1200 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir.

Bundan başqa Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə 2000 manatdan 4000 manatadək miqdarda cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

7. Borca görə məhkəmə

Borcalandan pulunuzu geri tələb etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərsiniz. Bunun üçün iddia müddəti 3 ildir. Məhkəmə üçün dövlət rüsumunun məbləği borc məbləğindən asılı olaraq dəyişir. Əgər tələb olunan borcun məbləği 1000 manatadək olarsa, dövlət rüsumunun məbləği 30 manat təşkil edir. İddia borcalanın rəsmi qeydə alındığı yerin (qeydiyyat yeri üzrə) məhkəməsinə verilir.

İddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə və ya erizem.az saytına daxil olmaqla iddia ərizənizi özünüz hazırlaya bilərsiniz.

8. Borc məhkəmə

Pul tələbinə dair iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Siz başqasına həm şifahi, həm də yazılı müqavilə bağlamaqla borca pul verə bilərsiniz. Əgər borc verdiyiniz şəxsin sizi aldatdığını və borcu geri qaytarmayacağını düşünürsünüzsə, ərazi üzrə polis idarəsinə müraciət edə bilərsiniz.

Habelə, borcunuz qaytarılmadıqda “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz. Əgər borc məbləğini yazılı müqavilə bağlamadan vermisinizsə, borcun verilməsini votsap yazışmaları, şahid ifadələri, aranızda borcla bağlı yazılı hər hansısa bir sənədlə sübut edə bilərsiniz. Məhkəmə üçün dövlət rüsumu borcun məbləğindən asılı olaraq dəyişir. Əgər borc məbləği 1000 manatadək olarsa, dövlət rüsumu 30 manat təşkil edəcək.

Məhkəməyə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

9. Pul tələbinə dair qətnamə

Mülki Prosessual Məcəllənin 172-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan işə bərpa, aliment tutulmasına dair işlərə – 2 ay; ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə – 3 ay; digər mübahisələrə (pul tələbi və s.) dair işlərə – 4 ay müddətində baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad qəbul olunmalıdır.

İşdə iştirak edən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar həmin müddətlər məhkəmənin əsaslandırılmış qərardadı ilə 2 aydan artıq olmayan müddətə uzadıla bilər.

10. Borc müqaviləsi

Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi həm şifahi, həm də yazılı qaydada bağlana bilər. Bütün növ müqavilələrin (borc müqaviləsi və s.) hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

Borc müqaviləsi predmetinin məbləği 3000 manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur.

11. Borc müqaviləsi pdf

Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitini digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti borcverənə qaytarmağı öhdəsinə götürür.

Borc müqaviləsi üzrə verilən məbləğ 3000 manatdan artıqdırsa və ya məbləğdən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Əgər tərəflər fiziki şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmaya bilər. Belə ki, borc müqaviləsini həm yazılı, həm də şifahi formada bağlaya bilərsiniz.

12. Borc müqaviləsi notarial

Borc müqaviləsi yazılı formada bağlanırsa, notarial qaydasında təsdiqlənməsi məsləhət görülür. Əgər borc müqaviləsi üzrə tərəf – boralan müqavilə üzrə öhdəliyini icra etməsə, o zaman notariusun icra qeydi və ya məhkəmə qətnaməsi əsasında borcu tələb edə bilərsiniz.

Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır.

Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. 

İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.

 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi barəsində verilmiş notariusun icra qeydi üzrə tutulmalı olan pul məbləği borcalan tərəfindən ödənilmədiyi təqdirdə, borcverənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən inflyasiya nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Məhkəməyə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

13. Fiziki şəxslər arasında borc müqaviləsi

Fiziki şəxslər arasında borc müqaviləsi (sahibkar olmayan) həm şifahi, həm də yazılı qaydada bağlana bilər. Əgər boralan borc müqaviləsi üzrə öhdəliklərini icra etməsə borcverən müqavilənin pozulması əsası ilə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Borc müqaviləsinin və iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

14. Təsisçi ilə borc müqaviləsi nümunə

Əgər borc müqaviləsi üzrə pulun məbləği 3000 manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

Əgər tərəflərdən biri hüquqi şəxs, digəri isə fərdi sahibkardırsa (VÖEN varsa), bu zaman pul tələbinə dair işlərə kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, bu növ iddialar cavabdehin qeydiyyat yeri üzrə kommersiya məhkəməsinə verilir. Kommersiya məhkəmələrinə iddia ərizələrinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

15. Notariat qaydada borc vermək

“Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” AR Nazirlər Kabinetinin Qərarına 48-1-ci maddəsinə əsasən notarius borc (pul məbləği) verilməsinə dair kredit müqaviləsini təsdiq edərkən, tərəflərin həqiqi niyyətinin müəyyən edilməsi üçün pulun verilməsi və qaytarılması ilə bağlı öhdəlikləri, hüquq və vəzifələri, öhdəliyin icrasının təminatı və öhdəlik icra olunmadıqda, tutmanın yönəldilməsi üsulunu və digər müqavilə şərtlərini izah etməli və bu barədə müqavilədə qeyd yazılmalıdır.

Əgər notarius vasitəsilə pul vermisinizsə və geri qaytarılmırsa, pul tələbinə dair məhkəmədə iddia qaldırıb pulunuzu geri tələb edə bilərsiniz. Notariusda bağladığınız müqavilə və ya yazılan ərizə sübut kimi iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısında olmalıdır.

16. Mülki məcəllə borc

Borc müqaviləsi üzrə münasibətlər Mülki Məcəllənin 739-742-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği 3000 manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

17. Borcun etirafı haqqında müqavilə

Mülki Mhttps://e-qanun.az/framework/46944əcəllənin 881-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin.

Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

18. Borc müqaviləsi nümunə

Notarius borc (pul məbləği) verilməsinə dair borc müqaviləsini təsdiq edərkən, tərəflərin həqiqi niyyətinin müəyyən edilməsi üçün pulun verilməsi və qaytarılması ilə bağlı öhdəlikləri, hüquq və vəzifələri, öhdəliyin icrasının təminatı və öhdəlik icra olunmadıqda, tutmanın yönəldilməsi üsulunu və digər müqavilə şərtlərini müqavilədə qeyd etməli və bu barədə tərəflərə izah verməlidir.  

19. Asan xidmət borc müqaviləsi

“ASAN Xidmət” Mərkəzlərində notariat xidmətlərindən istifadə edərək aranızda yazılı qaydada bağladığınız borc müqaviləsini notarial qaydada təsdiq etdirə bilərsiniz.

20. Borc alıb qaytarmamaq

Borcalan borcu borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada borcverənə qaytarmalıdır. Əgər borcunuzun qaytarılması üçün aranızdakı razılaşmada və ya borc müqaviləsində müddət göstərilməyibsə, borcunuzu istənilən vaxt tələb edə bilərsiniz. Əgər qarşı tərəf borcunuzu qaytarmırsa, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pulunuzu tələb edə bilərsiniz.

Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin hesabına mədaxil edildiyi gün hesab olunur.

Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.

Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. 

Borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər.

21. Borc müqaviləsi notarial rüsum

Qiymətləndirilən başqa müqavilələrin təsdiqi (borc müqaviləsi və s.) üçün notariusa ödənilən dövlət rüsumunun məbləği tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə 15 manat, tərəflərdən biri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi şəxsdirsə 15 manat, tərəflər digər şəxslərdirsə 100 manat təşkil edir.

22. Borc müqaviləsi forması

Borc müqaviləsi tərəflər arasında həm şifahi, həm də yazılı formada bağlana bilər. Əgər birinə borc vermisiniz və geri ala bilmirsinizsə, pulun tələb olunması zamanı bununla bağlı aranızda yazılı razılaşma və ya müqavilə yoxdursa, bu zaman ödəniş qəbzləri, votsap yazışmaları, danışıqları və ya səs yazıları sübut kimi qiymətləndirilir.

Əgər aranızda yazılı şəkildə borc müqaviləsi bağlamısınızsa və borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Əgər müddət müəyyən edilibsə, həmin müddət bitəndən sonra borc ödənilmədiyi halda borcunuzu tələb edə bilərsiniz.

23. Borc haqqında qanun

Borc haqqında qanun yoxdur. Borc müqaviləsi ilə bağlı məsələlər Mülki Məcəllənin 739-742 maddələri ilə tənzimlənir.

24. Borca görə həbs

Belə ki, əgər siz borcalan tərəfindən aldadılmısınızsa, borcalanın borcunuzu qaytarmaq niyyəti yoxdursa və bu da sübutlarla ğz təsdiqini tapırsa, borcalan sizə qarşı dələduzluq etdiyi üçün bu halda cinayət məsuliyyətinə cəlb edilə bilər.

Əgər borcun tələb olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmisinizsə və məhkəmə iddianın təmin olunması barədə qətnamə qəbul edibsə, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan apellyasiya şikayəti verilməmişdirsə, icraya yönəlir.

Borcludan pul məbləğlərini tutmaq üçün borclunun olduğu yer üzrə notariusa da müraciət edə bilərsiniz. Borcludan pul məbləğlərini tutmaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydlərinin aparılması üçün dövlət rüsumunun məbləği 25 manat təşkil edir.

Boralana borcun könüllü ödənilməsi üçün 10 gün müddət verir. Həmin müddətdən sonra icra məmuru məcburi icra tədbirləri görə bilər. Borca görə həbs edilə bilməzsiniz.

Lakin İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə –

-fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 1200 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir.

Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə –

-2000 manatdan 4000 manatadək miqdarda cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması  və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

25. Borc götürmək

Əgər biri sizdən borc alırsa, yazılı şəkildə borc müqaviləsi bağlamağınız və notarial qaydada təsdiq etdirməyiniz məsləhətdir. Əgər borc müqaviləniz yoxdursa, ödəniş qəbzlərini, borcla bağlı votsap yazışmaları və ya səs yazılarını saxlayın. Sizdən borc götürən şəxs borcunuzu geri qaytarmazsa, iddia ərizəsi ilə məhkəməyə müracit edərkən həmin sübutlardan istifadə edin. İddia ərizələrinin hazırlanması, hüquqi məsləhət üçün və vəkil xidmət üçün bizə müraciət edə bilərsiniz.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

16 Şərhlər

  1. İlk Öncə Salam.Mən Online Şəkildə Alver etmek istiyirdim Pulu Alver edeceyim Şexsin Kartına köçürdüm Və o məni Blokladı Şikayətçiyəm.Həmin Şəxsin Nömrəsi(994+55 908 13 99)

  2. Salam.Mənim oglum 2ci qrup əlildir Epilepsiya xəstəsidir xalası oglu 4bangdan onlayn qaydada və umico tətbiqindən 4ədəd 1500manat civarında planşet götürüb hamısı oglumun adına indi ödəmir faizdər yıgılıb 102 polis bölməsinə şikayət bildirdim yönləndirildi Sumqayıt Şəhər 1ci Polis bölməsinə ordan isə məhkəməyə məhkəmə vəkilə göndərdi qapıdan girən kimi məsləhət üçün ödəniş et dedilər mən 1996cı ildən kirayyədə yaşayıram 3övladımı kirayyədə böyütmüşəm hal hazırda kirayyədə bərbad evdə yaşayıram nə ilə necə ödəyim mənim oglumun adına götürdüyünü ödətdirmək əvəzinə mən niyə borca düşüb ödəməliyəm?bu dələduzluq edənlərin işinə baxan cəza verən qanuni iş görən yoxdur bu ölkədə?

  3. Salam bir xanima 1000 manat vermiwem vacapda yaziwmalarimiz var 1 ayliq isdemiwdi usdunden 5 ay kecibdir her defe mene 10 gune 15 gune deyib firladir. Vacapda butun yaziwmalarimiz var. 10 gun olar zeng catmir mehlelerini bilirem ama evlerini tanimiram. Bilmirem nece edib hara muraciet edim

  4. Salam men loteriya oynamışam 900 yüz manat qaytarmalidir mene iyulun 5şinen qaytamir heç cur ala bilmirem 10_15 günən qaytaracm diye yola verir meni neçe aydir götürə bilmirəm çeklər qalmayib mende yazışmalar qalıb hamsi neynəmək olar bir məsləhət verersiz da mene zehmet olmasa

  5. Menen aldadaraq 23 min manat pul ve 22 qram qizil sep alib hisse hisse deyibki eger bunuda vermesen o biri pullar batacaq.notariusdan sekiller atibki evi zaloq qoyuram amma vəziyyət pisdi bugune meselen 4000 pul vermeliyem yoxsa tutulacam.Mende o biri pullar batmasin deye yavas yavaş bu pullari vermisem.indi qaytarmir.Bu deleduzluq sayilir?

  6. Salam menim bir şəxsə “dələduza” verəcəyim var və məhkəmə ödənilməsi ilə bağlı qətnamə çıxarıb, məndə boynuma götürmüşəm hal hazırda işləyirəm rəsmi işdə bu ay menim əmək haqqımdan icra məmuru necə olubsa yönəltmə etməyib və tutulma olmayıb,rəsmi iş müqaviləm ola ola iş yerim ola ola məni həbslə, məhkəməylə qərəzli ödememekle iddiham edir icraçı nə dərəcədə düzgündür neyniyim? qısa deyərdiz zəhmət olmasa qanuni deyil mən bilən etdiyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button