Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Digər

Banklar tərəfindən verilən sorğuları necə dayandıra bilərəm?

1. Bank sorğusu nədir?

Bankların proqramlarında qeydiyyatdan keçdiyimiz zaman və ya bankın xidmətlərindən(kredit, əmanət və s) istifadə etdiyimiz zaman müqavilələrdə və istifadəçi razılaşmalarında mütəmadi olaraq barəmizdə sorğu vermələrinə razılıq vermiş oluruq.

2. Bank sorğu ilə hansı məlumatları əldə edir?

Banklar verilən sorğu ilə ƏƏSMN(Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən) Fərdi İdentifikasiya Nömrəsinə (FİN kod) görə vətəndaşın pensiya və ya sosial müavinətlər üzrə məlumatlarının, ƏƏSMN Fərdi İdentifikasiya Nömrəsinə (FİN) görə şəxsin fərdi məlumatlarını, eləcə də, ƏƏSMN Fərdi İdentifikasiya Nömrəsinə (FİN) görə şəxsin iş yeri məlumatlarının əldə edilməsi mümkündür.

3. Bankın məlumatlardan istifadə etməsini necə dayandırmaq olar?

İlk öncə Play store və ya App storedən “mygov” tətbiqini yükləyirik.

mygov

Sonra isə Soğrulanmış məlumatlarım bölməsinə daxil oluruq.

bank sorgusu

Açılan pəncərədə barəmizdə sorğu verəni və verilən sorğuları görürük. Soğru verməsini dayandırmasını istədiyiniz bankı seçə bilərsiniz.

Kapital bank

Bu açılan səhifədə isə aktiv xanaları deaktiv edirsiniz. Bununla da bank tərəfindən barənizdə verilən sorğular dayandırılmış olur. Yenə də sorğu verməyə davam edilsə bu halda məhkəməyə müraciət edə bilərsiniz.

Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!

Telegram kanalımıza qoşul

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button